Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-127/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X4 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən qanunsuz söküntü aparması nəticəsində ona dəymiş maddi ziyanın kompensasiyası qarşılığında 23 000 (iyirmi üç min manat) məbləğində vəsaitin ödənilməsi və daşınmaz əmlakın söküntüdən əvvəlki vəziyyətə gətirilməsi barədə Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, fərdi sahibkar İddiaçı Qubad qızı iaşə obyektinin sahibidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müxtəlif strateji dövlət müəssislərində çalışmışdır. Ölkə başçısının qərarı ilə xidmətimə görə Tərəqqi medalı ilə də təltif olunmuşdur. Təqaüdə çıxdıqdan sonra iddiaçıya məxsus olan daşınmaz əmlakında kiçik bir kafe açaraq sahibkarlıq fəaliyyəti göstərməyə başlamışdır. Bu dövr ərzində kafenin ətrafını abadlaşdırmış, 30dan çox ağac əkmişdir. Koronavirus pandemiyası dövründə onların suvarılmasını iddiaçı öz vəsaiti hesabına təmin etmişdir. Kafe yarı zirzəmi olduğu üçün müştərilərin çöldə oturması üçün şərait yaradaraq cam balkonla səliqəli, nə binanın nə də ətraf memarlıq görünüşünə təsir etməyən şüşədən sədd çəkmiş üstünə də dam örtüyü çəkdirmişdir. Bu işləri görməzdən əvvəl dəfələrlə icra hakimiyyəinə getmiş və razılıq almaq üçün ona prosedurun izah edilməsini xahiş etmişdir. İddiaçıya hər dəfə bildirilmişdir ki, o bina sökülməlidir odur ki, hər hansı sənədləşməyə ehtiyac görülmür. xx.xx.2023-cü il tarixində səhər 11.00-12.00 radələrində ona məxsus daşınmaz əmlaka (Həsən bəy Zərdabi küç, 73) bitişik hissədə ağlay dayaq divarları və damı bitişmiş olan cam balkon hissəsinin özünü Cavabdeh işçiləri olaraq təqdim edən bir qrup şəxs tərəfindən sökülmüşdür. Sözügedən əməkdaşlara özünü təqdim etmək və söküntünün hansı qərar əsasında aparıldığını məlumat verilməsi xahiş edilsə də, heç biri şəxsiyyətini identifikasiya məlumatlarını verməmiş aralarında soyismi və adını verməyən 2 şəxs özünü Cavabdeh təsərrüfat şöbəsinin rəisi digəri isə sahə üzrə mənzil təsərrüfat sahəsinin rəisi olaraq təqdim etmişdir. Şəxslərin video görüntülərindən alınmış şəkillər Sizə təqdim olunur.Bildiyiniz kimi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən istisnalar nəzərə alınmaqla "Şərəhsalma və Tikinti Məcəlləsi" 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Həmin Qanunla "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16- 18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır.Yuxarıda da qeyd olunduğu kimi “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması", Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. “Şəhərsalma və Tikinti Məcəlləsi"nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.İstinad olunan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.Buna dair Azərbaycan Respublikası Alı Məhkəməsinin bu qəbildən işlərə dair bir neçə Qərarı da mövcuddur.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sökülməsi Qaydalarının 3.1-ci bəndinə əsasən Tikinti obyektində bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən hallar mövcud olduqda, tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs dərhal həmin ana olan vəziyyəti əks etdirən və texniki baxış aktının tərkib hissəsi olan müvafiq fotoşəkillər çəkərək, iki nüsxədən ibarət texniki baxış aktı tərtib edir və həmin fotoşəkilləri texniki baxış aktına əlavə edir. Texniki baxış aktının bir nüsxəsi onu tərtib edən vəzifəli şəxs tərəfindən imzalanmaqla sifarişçiyə (sahibə) və ya onun nümayəndəsinə təqdim edilir, sifarişçi (sahib) və ya onun nümayəndəsi isə onun ikinci nüsxəsində adı, soyadı və tarix göstərilməklə texniki baxış aktını qəbul etməsi barədə imza edir.Eyni zamanda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü Maddəsinə əsasən Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir.İcra hakimiyyətinin hər-hansı səlahiyyəti olmadığı halda söküntünün nə əsasında aparıldığı bizi məlum deyil. Əlavə olaraq qeyd edirik ki, bizə hərhansı sənəd, Akt, bildiriş, xəbərdarlıq təqdim edilməmişdir yəni qanunvericiliyin bu normaları da kobud formada pozulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma vətikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1,- ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.” 152.5. “Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi qanunda nəzərdə tutulmuş bəzi hallarda sökülə bilənŞəhərsalma və Tikinti Məcəlləsinə görə, tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; Həmçinin bildirirlər ki, İddiaçı iddia ərizəsində göstərdiyi (Həsən bəy Zərdabi küçəsi 73 ünvanında) bitişik hissədə aqlay dayaq divarları və damı bitmiş cam balkon hissəsi Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməmişdir. Belə ki, tərəfimizdən araşdırılma aparılmış iddia ərizəsində qeyd olunan Cavabdeh Təsərrüfat Şöbəsinin müdiri iddiaçının qeyd etdiyi tarixdə həmin ərazidə olmamış və hər hansı söküntü işi aparmamışdır. Eyni zamanda nəzərinizə çatdırıram ki, Mənzil məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Mənzil məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Mənzil məcəlləsinin 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci bəndinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ” Lakin iddiaçı öz iddiasında konkret olaraq onun hansı hüququnun və nə dərəcədə pozulmasını bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Cavabdeh tərəfindən İddiaçı vurulmuş 23000 (iyirmi üç min) manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi öhdəliyi Bakı şəhər Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Apellyasiya şikayəti iddia ərizəsinə yazıl etiraza uyğun tərtib edilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-2404/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nöməli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində söküntü işlərini aparan şəxslərin fotoşəkillərindən müəyyən edilir ki, həmin şəxslərdən bir neçəsinin üzərində olan iş geyimlərinin üzərində “Yasamal rayon MKTB” yazısı öz əksini tapmışdır. - Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qoşmada göndərilən sübutlardakı şəxslər Cavabdeh, Cavabdeh Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin və Yasamal Rayon MKTB-nin 56 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşlarıdır. - Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərizində işləmiş şəxslər barədə məlumatı aşağıdakı qaydada təqdim edirik:
1. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X2- xx.xx.2022- ci il tarixdən-xx.xx.2023-cü il tarixədək,
2. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi-X5xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək,
3. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi-X1 -xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək,
4. Bakı şəhəri Cavabdeh Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi-X3-xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək. - 01/24-060 nömrəli xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən tikiliyə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində sözü gedən ünvanda yerləşən tikilidə aparılan söküntü işləri zamanı dəymiş zərərin 27 000 (iyirmi yeddi min) manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinİn: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyula bilər. 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100 Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.masını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusudur. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsində söküntü işləri aparılmışdır. Söküntü işləri aparılan zaman həmin şəxslər özlərini Cavabdeh işçiləri olaraq təqdim etmişlər. İddiaçı aparılan söküntü işləri nəticəsində ona dəymiş zərərin ödənilməsi tələbi ilə Cavabdehnə müraciət etsə də, ona hər hansı cavab verilməmişdir. Lakin, iş materiallarında olan fotoşəkillərindən müəyyən edilir ki, həmin şəxslərdən bir neçəsinin üzərində olan iş geyimlərinin üzərində “Yasamal rayon MKTB” yazısı öz əksini tapmışdır. Həmin şəxslərin Cavabdeh işçiləri olub-olmamasını aydınlaşdırmaq məqsədilə, Cavabdehnə xx.xx.2023-cü il tarixli sorğu (fotoşəkillər və flaş kart) göndərilmişdir. Həmin sorğuya cavab olaraq, Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, qoşmada göndərilən sübutlardakı (fotoşəkillər və flaş kart) şəxslər Cavabdeh, Cavabdeh başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin və Yasamal Rayon MKTB-nin 56 saylı Mənzil-Kommunal İstismar sahəsinin əməkdaşlarıdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən fotoşəkillərdə öz əksini tapmış şəxslərin Cavabdeh işçiləri olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun xüsusi mülkiyyətində olan qeyir-yaşayış sahəsi sökülmüşdür. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər( bax: Kozacıoğlu Türkiyəyə qarşı [BP], № 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistiņš və Perepjolkins Latviyaya qarşı [BP], № 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Məhkəmə kollegiyası iddiaçıya ödənilməli olan kompensasiya məbləği ilə bağlı qeyd edir ki, işin birinci instansiya icraatı zamanı alınmış xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən tikiliyə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində sözügedən ünvanda yerləşən tikilidə aparılan söküntü işləri zamanı dəymiş zərərin 27 000 (iyirmi yeddi min) manat olduğu müəyyən edilmişdir. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-2404/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən aparılmış söküntü işləri nəticəsində dəymiş ziyanın məbləğinin dəyəri nə qədər təşkil edir?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2025-ci il tarixli, 10/8052/2024 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş ziyanın orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 22806,0 manat olduğu müəyyən olunmuşdur.” Məhkəmə kollegiyası həm işin birinci instansiya, həm də apellyasiya icraatı zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçıya 23000 (iyirmi üç min) manat maddi ziyanın (kompensasiyanın) ödənilməsi qənaətinə gəlmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı.Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə bağlı öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55-ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; MorenoDiasPenya və başqaları Portuqaliyaya qarşı, 76cı bənd). “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının daşınmaz əmlakın sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ iş materialları ilə öz təsdiqini tapmış və həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1093/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.