Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1270/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********, hüquqi ünvan-AZ1003, Bakı şəhəri, Səbail rayonu, N.Q.Abbasov küçəsi, ev 7, qanuni təmsilçi-X3, dövlət qeydiyyatına alındığı tarix- 24.07.2006-cı il) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3821/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC 03.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 06 fevral 2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və qanunsuz olaraq hesablanmış 65042.1 manat vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanuni qüvvədə olan məhkəmə qərarlarına baxmayaraq şəxsi hesab vərəqəsinə qanunsuz olaraq 65042.1 manat vergi borcu hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hərçənd ki, bu vergi məbləğləri tamamilə əsassız olmaqla hansı əsasla yaranması onlara məlum deyil. Həmin qanunsuz hesablanmış vergi borcunun silinməsi ilə bağlı cavabdehə etdikləri çoxsaylı şikayətlərə baxmayaraq cavabdeh inzibati orqan qanunsuz hərəkətlərindən əl çəkməmiş və 06 fevral 2020-ci il tarixdə qanunsuz hesabladığı borcu silməyəcəyinə dair mövqe nümayiş etdirmişdir. Məhz şirkət olaraq cavabdehin bu qanunsuz mövqeyindən müdafiə üçün məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmamışdır. Çünki, məhz bu qanunsuzluqlar nəticəsində Şirkətin rəhbərinin ölkədən gediş-gəlişi belə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qüvvədə olan qətnamələrlə MMC-nin heç bir vergi borcunun olmadığı açıq aşkardır. Belə ki, “Cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 07 sentyabr 2016-cı il tarixli, **********66910 saylı “Səyyar vergi yoxlaması aktı”nın, həmin akt əsasında 24 oktyabr 2016-cı il tarixli, **********051502 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” Qərarının, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamənin, qərar və tələbnamə ilə müəyyən olunmuş əlavə hesablanmış vergilər üzrə 192254,46 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası 100769.66 manat, ümumilikdə 293024.12 manat borcun, eləcə də, 06 oktyabr 2016-cı il tarixli, **********132100 saylı və 22 oktyabr 2016-cı il tarixli, **********970500 saylı “Vergilərin hesablanması barədə qərarların və qərarlara əsasən müəyyən edilmiş 169697.34 manat vergi borcunun ləğv edilərək qanunsuz olaraq hesablanmış vergi borclarının, faizlərin və maliyyə sanksiyalarının silinməsi barədə qərarın çıxarılması ilə bağlı tərəflərindən qaldırılmış iddia bütün məhkəmə instansiyalarının qərarları ilə təmin edilmiş və hal-hazırda da, həmin qərar qüvvədədir. Bu iş üzrə sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmış və 12.12.2018-ci il tarixli qərarla vergi orqanının kassasiya şikayəti təmin edilməmişdir. Məhz qeyd olunan hallara hüquqi qiymət verilərsə, o halda hesablanmış borcun əsassızlığı tam təsdiq olunacaq. Hətta cavabdeh inzibati orqanın özü belə imtinasında həmin borcu əvvəllər sildiklərini amma sonradan bərpa etdiklərini qeyd etməklə öz qanunsuzluqlarını etiraf etmişlər. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. 02.02.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)- 3821/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - cavabdeh tərəfindən verilmiş imtina məktubunun surətindən görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən 13.01.2017-ci il və 13.02.2017ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində 01.01.2017-ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-2398/2018 saylı iş üzrə 12.12.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.02.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş 24.10.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində 24.10.2016-cı il və 03.11.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Eyni faiz məbləği iki dəfə azaldıldığı üçün 06.04.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. - iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən vergi orqanı tərəfindən iddiaçının şəxsi hesab vərəqəsində, cavabdehin imtinasında və etirazında qeyd edilən, silinmə, təkrar silinmə və bərpa edilmə əməliyyatları aparılmışdır Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli, 474-VQ nömrəli Qanununa əsasən 13.01.2017-ci il və 13.02.2017-ci il tarixlərdə iddiaçının şəxsi hesab vərəqəsində 01.01.2017- ci il tarixinə mövcud olan 65042.1 manat faiz borcu silinmişdir. Sonra iddiaçının iddia ərizəsində istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2398/2018 saylı iş üzrə 12.12.2018-ci il tarixli qərarı icra olunaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 12.02.2019-cu il tarixli, **********176234 nömrəli, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində qəbul olunmuş 24.10.2016-cı il tarixli, **********051502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına müvafiq düzəliş olunmuş, şəxsi hesab vərəqəsində 24.10.2016-cı il və 03.11.2016-cı il tarixlərinə hesablanmış əsas vergi, əsas vergi borcuna hesablanmış faiz borcu və maliyyə sanksiyaları təkrar azaldılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd edilən eyni faiz məbləği iki dəfə azaldıldığı üçün 06.04.2019-cu il tarixdə dürüstləşmə aparılaraq 65042.1 manat borc məbləği Cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmiş və cavabdehin imtinada və iddiaya qarşı etirazda göstərdiyi hallar şəxsi hesab vərəqəsi ilə təsdiqlənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qanuni təmsilçisi X3 həm də "xxxx" MMC-nin (VÖEN **********, hüquqi ünvan- AZ1003, ünvan 3X3, dövlət qeydiyyatına alındığı tarix-31.10.2016-cı il) qanuni təmsilçidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə İddiaçı MMC-nin adından məhkəməyə müraciət etməsinə baxmayaraq, işdə olan bəzi sənədlər (iddia ərizəsi) "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyil. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2-1(112)-3821/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1270/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1270/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver