Məhkəmə qərarları › İş №2-1(103)-1270/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1270/2025

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1270/2025 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Üçüncü şəxs “xxxx” Əməliyyat Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı (3-cü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “xxxx” Əməliyyat Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış Zığ qəsəbəsinin Şimal Hissəsində yerləşən 100 kv.metr (1sot) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu haqda dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “xxxx” Əməliyyat Şirkətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Zığ Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 100 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarını qeydiyyata almaq istədiyi əmlak (torpaq sahəsi) bələdiyyə qərarı əsasında iddiaçıya ayrılmışdır. Iddiaçı bələdiyyə qərarının mövcudluğuna istinad edərək istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Idarənin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (xxxx) istifadəsinə verilmiş ərazidə yerləşir. Şərti sərhədlərlə göstərilmiş torpaq sahəsi yol ayrıcında yerləşməklə ümumi istifadədə olan yoldan ibarətdir. Göstərilən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir və cizginin faktiki göstərilən torpaq sahəsinə aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “...Məhkəmə bir daha qeyd edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş qərar yalnız o halda iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirə bilərdi ki, əgər qərar ilə ayrılmış torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsun. Hazırki halda isə iddia olunan torpaq sahəsinin nə indiki halda, nə də ki torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olması sübuta yetirilmədiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Son olaraq məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş ## #### 2019-cu il tarixli, *** №-li arayışında İddiaçı ayrılmış 100 kv.m torpaq sahəsinin Zığ bələdiyyəsinin inzibati ərazisi daxilində yerləşdiyi qeyd olunsa da, həmin arayışda əks olunan məlumatların hansı obyektiv arqumentlər əsasında verildiyi müəyyən olunmamış, ekspert rəyində əks olunanların əksini təsdiq edən sənədlər təqdim olunmamışdır ki, hazırki mübahisə üzrə verilən həmin arayış iddianın təmini üçün kifayət hesab olunmur. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun torpaq sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.” Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ondan əmlakın özəlləşdirilməsi üçün əlavə sənəd tələb edə bilməz. Təqdim etdiyi sənədlər torpağın özəlləşdirilməsi üçün yetərlidir. Ona görə də hesab edir ki, bu vəzifələrin yerinə yetirilməsi cavabdehə həvalə edilməlidir. Başqa bir tərəfdən isə məhkəmə cavabdehin həqiqəti əks etdirməyən məlumatına istinad edərək göstərir ki, guya həmin ətrafda hər hansı torpaq sahəsi qeydiyyatdan keçməmiş, çıxarış yoxdur. Bununla bağlı bildirir ki, biri şəxsən onun özüdür, torpaq və ev mülkiyyətçisidir. Anası tərəfindən həmin əmlak ona hədiyyə edilib. Qonşuluqda da onun tanıdığı və çıxarışlarının surəti onda olan evlər var. Apellyasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsasızdır. Belə ki, iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən 100 kv.metr torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş sənaye təyinatlı ərazilərin daxilindədir. Həmçinin, iddia edilən torpaq sahəsi ## ######## 2005-ci il tarixli, ***-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununla təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X2 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsi hüdudları daxilində yerləşir. ##.##.1976-cı il tarixli A-**-**-Q-q saylı xəritədən də görünür ki, iddia edilən torpaq sahəsi neft-qaz hasilatı üzrə fəaliyyətin aparılması üçün ayrılan ərazilərin hüdudunda yerləşir. Həmçinin, iş materiallarında olan Bakı şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən ##.##.2012-ci il tarixdə təsdiq edilmiş “Azneft” IB-nin X9 Mədəninin daimi istifadəsində olan torpaq sahələrinin xəritəsindən də görünür ki, iddia edilən torpaq sahəsi Bakı şəhər Icra Hakimiyyəti tərəfindən ##.##.2012-ci il tarixədək hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrinin daxilində yerləşmir. Həmçinin, iddia edilən torpaq sahəsi mancanaq dəzgahı ilə istismar olunan *** saylı (istismara verildiyi tarix: 1952-ci il) işlək neft-qaz quyusunun 68 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan *** saylı (istismara verildiyi tarix: 1940-cı il) işlək neft-qaz quyusunun 120 metrlik məsafəsində, *** saylı (istismara verildiyi tarix: 1938-ci il) ləğv olunmuş neft-qaz quyusunun 44 metrlik məsafəsində, *** saylı (istismara verildiyi tarix: 1937-ci il) ləğv olunmuş neft-qaz quyusunun 47 metrlik məsafəsində, *** saylı (istismara verildiyi tarix: 1934-cü il) ləğv olunmuş neft-qaz quyusunun 73 metrlik məsafəsində, *** saylı ləğv olunmuş neft-qaz quyusunun isə 74 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Iş materiallarında olan ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən və ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyindən də görünür ki, vahid elektron kadastr məlumatları bazasında iddia edilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmiş, həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Surxanı Oyl) istifadəsinə verilmiş ərazidir, həmin torpaq sahəsindən 65 metr məsafədə işlək, 89-109 metr məsafədə isə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. Lakin, ##.##.2026-cı il tarixli **/*** saylı ekspert rəyində qeyd edilmişdir ki, iddia edilən torpaq sahəsi Zığ Bələdiyyəsinin ərazisinin hüdudlarındadır, torpaq sahəsi Yaşayış məntəqələri torpaq kateqoriyasını aiddir, torpaq sahəsinin 106 metr kənarında ləğv olunmuş neft quyusunun olduğu müşahidə edilmişdir. **/*** saylı ekspert rəyi tam əsassızdır. Belə ki, ##.##.2024-cü il tarixli mütəxəssis rəyində və ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyində də torpaq sahəsinin ətrafında çox saylı işlək və ləğv edilmiş neft-qaz quyularının olması qeyd edilmiş, həmçinin ərazinin ortofo görüntüsündən də açıq-aşkar müəyyən edilir ki, iddia edilən torpaq sahəsinin ətrafında çox saylı işlək və ləğv edilmiş neft-qaz quyuları vardır. Sırf mübahisəli torpaq sahəsinin ətrafında mövcud olan işlək və ləğv edilmiş neft-qaz quyularının yerləşməsinə əsasən müəyyən etmək mümkündür ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilindədir. Bu isə sözügedən ərazinin Zığ Bələdiyyəsinin mülkiyyətinə və ya istifadəsinə ayrılmış torpaqların hüdudlarına daxil olmasını istisna edir. Bundan əlavə, sonuncu ekspert rəyinə əsasən, mübahisəli ərazinin Zığ Bələdiyyəsinə ayrılmış torpaq hüdudlarına daxil olduğu iddia edilirsə, işin obyektiv, araşdırılması üçün məhkəməyə mübahisəli torpaq sahəsinin Zığ Bələdiyyəsinə ayrılmasını təsdiq edən müvafiq hüquqmüəyyənedici sənəd və xəritə-plan; Zığ Bələdiyyəsinin sənaye (neft-qaz) təyinatlı torpaqlardan istifadə və ya neft-qaz əməliyyatlarının aparılması üzrə səlahiyyətinin olmasını təsdiq edən sənədin təqdim edilməsi zəruridir. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində tərəfindən neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu da öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Bu isə ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxx” Əməliyyat Şirkətinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh və digər üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və digər üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0-cu maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ........ - 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamından görünür ki, Baki şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən 100 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün İddiaçı ayrılmışdır. - Bələdiyyə torpağının alqı-satqısına dair aktın surətindən görünür ki, Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində yerləşən 100 kv.m torpaq sahəsi İddiaçı satılması barədə ## #### 2004-cü il tarixli **/* saylı qərar qəbul edilmiş, bunun müqabilində Zığ Bələdiyyəsinin hesabına 2500000 manat haqq ödənilmişdir. - Iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı İddiaçı torpaq sahəsinə görə Zığ Bələdiyyəsinə vergi ödəmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş ## #### 2019cu il tarixli, *** №-li arayışında qeyd olunmuşdur ki, Zığ bələdiyyəsinin ## #### 2004-cü il tarixli, **/* saylı sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış 100 kv.m torpaq sahəsi Zığ qəsəbəsi, Şimal hissəsində yerləşir və Zığ bələdiyyəsinin inzibati ərazisi daxilindədir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2023-cü il tarixli 3-21-3-30/2- M-1240-8/2023 ************ nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin torpaqların alqısatqısına dair aktı keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan *** nömrəli ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılması barədə protokol qeydiyyatı aparılmamış və bələdiyyənin arxivində məlumat aşkarlanmamışdır. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanan *-**-*F/*-*****/**** nömrəli ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2004-cü il tarixli, **/* saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanan *-**-*-**/*-****/**** nömrəli ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Suraxanı rayon Zığ bələdiyyəsinin ##.##.2004-cü il tarixli, **/* saylı Sərəncamı ilə İddiaçı Zığ qəsəbəsinin şimal hissəsində ayrılmış 100 kv.m torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən məhkəməyə ünvanlanan *-**/*- *****/**** nömrəli ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Zığ bələdiyyəsinin ##.##.2004-cü il tarixli **/* nömrəli sərəncamının verilməsinə əsas olan sənədlər Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanan *-**-*/*-****/**** nömrəli ##.##.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd olunan məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin müvafiq sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 3-21-3-30/2-5606/2024 ************ nömrəli ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, göstərilən sahə ARDNŞ ərazisidir. (Suraxanı Oil). Sahədən 65 m məsafədə işlək, 80 m məsafədə ləğv edilmiş neft quyusu məlumatı mövcuddur. Sahə şərti sərhədli olmaqla dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə bazada məlumat yoxdur. Ümumiyyətlə sahə qonşuluğunda və yaxınlığında bələdiyyə sənədi ilə özəlləşmiş sahəyə dair məlumat aşkar olunmamışdır. Sorğuda qeyd olunan X3 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi, *** nömrəli fərdi yaşayış evi ##.##.2008-ci il tarixdə qeydiyyata alınmış, lakin * saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş ##.##.2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Sözügedən fərdi yaşayış evinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki: Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin yerquruluşu üzrə mühəndisi Elnur Quliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1-ci sual üzrə: - Şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 100,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 100.0 kv.m torpaq sahəsinin (x,y) koordinatları əlavə olunur. X Y

1. 414200.710 4470824.744

2. 414200.710 4470836.740

3. 414207.110 4470836.740

4. 414209.312 4470833.792

5. 414209.310 4470824.742

2-ci sual üzrə: Sahəyə dair təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçülər yoxdur, konfiqurasiya tamamilə fərqlidir. 3-cü sual üzrə: Vahid elektron kadastr məlumatlar bazasında göstərilən sahə qonşuluğunda və ya yaxınlığında Bələdiyyə qərarı ilə qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. 4-cü sual üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (xxxx) 5-ci sual üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olsa da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi olduğundan neft şirkəti tərəfindən torpaqlardan təyinatı üzrə istifadəyə dair müraciətlər olmuşdur. Sahə Dövlət mülkiyyəti torpağıdır. 6-cı sual üzrə: Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin heç bir fiziki sərhəddi yoxdur (olmayıb) və sahə yol ayrıcında yerləşməklə ümumi istifadədə olan yolun bir hissəsidir 7-ci sual üzrə: Sahədən 65 m məsafədə işlək, 89-109 m məsafələrdə isə ləğv edilmiş neft quyusu məlumatları mövcuddur. - Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə ünvanlanan *-**-*- **/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli məktubla bildirilmişdir ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Suraxanı Oil). Sahədən 65.0-111.0 metr məsafədə işlək neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə, sözügedən torpaq sahəsi yol ayrıcında yerləşməklə ümumi istifadədə olan yolun bir hissəsidir. Sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Işin faktiki hallarından da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsinin Şimal Hissəsində yerləşən 100 kv.metr torpaq sahəsi İddiaçı mülkiyyətinə ayrılmış, aralarında alqı-satqı müqaviləsi bağlanmış, torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, torpaq sahəsınin dəyəri bələdiyyə büdcəsinə köçürülmüşdür. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, Zığ qəsəbəsinin Şimal Hissəsində yerləşən 100 kv.metr ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: - Torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi; - Torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və sözügedən torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Cavabdehin imtina və etirazının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ##.##.2004-cü il tarixli sərəncamına əsasən, Zığ qəsəbəsinin Şimal Hissəsində yerləşən 100 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, yerləşmə cizgisi tərtib olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasını əsassız sayaraq onu diqqətə çatdırır ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, Komitə tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin Komitə tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “Inzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. Inzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. Ictimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. Inzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. Inzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. Qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Zığ Bələdiyyəsinin aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasının və etirazının elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmaqla Kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi dəlilinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası icraatı zamanı araşdırma aparılaraq Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadına əsasən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: Qərardadın birinci və üçüncü sualları üzrə: Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsi ayrılan zaman və hal-hazırda Bakı şəhər Suraxanı rayonu, Zığ Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Nizami bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, o cümlədən mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının “Yaşayış məntəqələri” torpaq kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin koordinatları aşağıdakı kimidir:

X Y

414200.710 4470824.744 414200.710 4470836.744 414207.110 4470836.744 414209.312 4470833.792 414209.310 4470824.742

Qərardadın ikinci sualları üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsi faktiki vəziyyəti üzrə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Torpaq sahəsinin qeydiyyatdan keçmiş torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər. Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında bələdiyyə sənədi əsasında qeydiyyatdan keçmiş sahələrin olubolmamasının müəyyən edilməsi üçün Mərkəzdə elektron baza olmadığından, həmin məsələ Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər. Qərardadın beşinci sualı üzrə: Baxış zamanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsindən 106 metr kənarda ləğv olunmuş neft quyusunun olduğu müşahidə edilmişdir Ekspert rəyində qeyd olunmuş “torpaq sahəsinin ayrılan zaman və hal-hazırda Bakı şəhər Suraxanı rayonu, Zığ Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Nizami bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir” nəticəsi ilə bağlı ziddiyyətli məqamin aradan qaldırılması, ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi məqsədilə ekspert rəyini tərtib etmiş X4 məhkəmə iclasına dəvət olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans vasitəsilə iclasa qoşulmuş ekspert Teymur Məmmədov ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahələrinin eskiz cizgisini nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Zığ bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsi ayrılan zaman və halhazırda Bakı şəhər Suraxanı rayonu, Zığ Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, Zığ bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən edilmişdir. Tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində “Zığ Bələdiyyəsi” texniki səhv olaraq “Nizami Bələdiyyəsi” deyə qeyd olunmuşdur. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ## ### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən mötəbər sübut qismində qiymətləndirir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar faktiki və hüquqi hallara əsaslanan mübahisə üzrə qəbul etdiyi *- *(***)-****/**** saylı, ##.##.2023 tarixli qərarında analoji hüquqi mövqe ifadə edilmişdir. Həmin qərarda işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki: “42. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. Iddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 30 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Cavabdehin və üçüncü şəxsin torpaq sahəsinin Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş ərazidə yerləşməsi barədə dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, bununla əlaqədar müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, inzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, iddiaçının adına torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Əksinə, iş materiallarına əlavə edilmiş və müvafiq sorğu ilə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qonşuluğunda yerləşən anası X3 adına, sonradan bağışlanma ilə iddiaçının adına fərdi yaşayış evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxildir. Cavabdehin və üçüncü şəxsin mübahisəli torpaq sahəsinin yaxınlığında, işlək və ləğv olunmuş neft-qaz quyularının mövcud olması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, mövcud qanunvericiliklə işlək və ləğv olunmuş quyuların mühafizə zonası tikililərə qədər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neftqaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr, mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuların mühafizə zonası isə şəxsi tikililərə qədər minimum 150 metr müəyyən olunmuşdur. Hazırkı halda isə iddia olunan mübahisəli torpaq sahəsində inşa edilmiş tikiliyə müvafiq çıxarış verilmişdir. Iddiaçının hazırda iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış verilməsi barədədir. Belə olan halda torpaq sahəsinin sərhədləri nəzərə alınmaqla cavabdeh inzibati orqanın qeyd etdiyi kimi sahədən 65 metr məsafədə işlək, 80 metr məsafədə isə ləğv olunmuş neft quyularının olması iddia tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ## #### 2004-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Zığ qəsəbəsinin şimal hissəsində 100 kv.metr olmaqla fərdi yaşayış evinin tikintisi üçün iddiaçı İddiaçı ayrılmış torpaq sahəsindən 106 metr kənarda ləğv olunmuş neft quyusunun müşahidə edilir. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə (3-16-16/2-10/5360 nömrəli, ##.##.2024-cü il tarixli və **/*** nömrəli, ##.##.2026-cı il tarixli) əsasən aparılmış tədqiqatların dəyəri ümumilikdə 200 (50+150) manat təşkil etmişdir. Iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manat cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin **/* saylı, ##.##.2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Zığ qəsəbəsinin Şimal Hissəsində yerləşən 100 kv.metr (1sot) torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat cavabdeh Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Şərafət Məmmədova Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar