Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1271/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ““Müharibə veteranı” adının verilməsi üçün rəyin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı ““Müharibə veteranı” adının verilməsi üçün rəyin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12940/2024 saylı 05 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, bildirilmişdi ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/102 saylı və xx.xx.2022-ci il tarixli HP-03/75 saylı məktublarına Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/204 saylı məktubuna Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 aprel 2010-cu il tarixdən 18 aprel 2023-cü il tarixədək hərbi prokurorluq orqanları sistemində işləmiş və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək baş vermiş Vətən müharibəsi zamanı hərbi qulluqçu statusunda olmuşdur. 28 sentyabr 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən, Hərbi prokurorun əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardığı ərazilərdə mənəvi-psixoloji təminatı həyata keçirmək məqsədilə Füzuli hərbi prokurorluğuna ezam edilmiş və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. Həmçinin, Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsindəki yuxarıda qeyd olunan ərazilərdə Müdafiə Nazirliyinin İİ Ordu korpusuna (N saylı hərbi birləşmə) aid hərbi hissələr döyüş əməliyyatları aparmışlar. Buna görə də, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin İİ Ordu korpusunun (N saylı hərbi birləşmə) rəhbərliyinin müvafiq göstərişlərinə əsasən, “Vətən müharibəsi” zamanı bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N nömrəli hərbi hissənin, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N nömrəli hərbi hissənin, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndinin və Xocavənd rayonunun Tuğ kəndində N nömrəli hərbi hissənin bölmələrinin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhvalruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılmasında fəal iştirak etmiş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. Habelə, 08 noyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Şuşa şəhərində gedərkən, Çanaqçı, Sığnaq və Daşaltı kəndlərindən keçən zaman düşmən tərəfindən atılmış ağır artilleriya silahlarından atəşə tutulmuşdur. N noyabr 2020-ci il tarixdə günorta saatlarında artıq Daşaltı kəndində olarkən, düşmən qüvvələri tərəfindən ağır artilleriya silahlarından atılmış atəşlər nəticəsində kəndin giriş və çıxış yolları vurularaq yararsız hala düşdüyü üçün 10 noyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində atəşkəs elan olunanadək, yəni təqribən səkkiz saat müddətində atəş altında qalmışdır. Bundan başqa, Vətən müharibəsi zamanı birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilməyi ilə əlaqədar, Füzuli hərbi prokurorluğu N saylı hərbi hissədən bir neçə ədəd silah və sursatı 1259 saylı qaimə əsasında müvvəqqəti istifadə üçün təhvil almış və onlardan 7,62 mm çaplı, AKM markalı, 793526 nömrəli avtomat silah birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilərkən təhvil verilmişdir. Müharibədən sonra Respublika Hərbi prokuroru tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə HP01/102 və HP01/204 saylı məktublarla, özü isə 10 may 2020ci il tarixdən hal-hazıradək ərizə ilə Baş Prokurorluğa dəfələrlə müraciət edərək, ona “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə rəy verilməsi xahiş edilmişdir. Lakin, Baş Prokurorluq bütün cavab məktublarında, eləcə də sonuncu dəfə göndərilən xx.xx.2024-cü il tarixli 2-2-100/2-093090/2024 saylı və xx.xx.2024-cü il tarixli 2- 2-100/2-099889/2024 saylı məktublarda bildirmişlər ki, həmin müraciətlərə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli iclaslarında baxılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh təşkilatın “müharibə veteranı” adı verilməsindən imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, Respublika Hərbi prokurorunun əmrinə əsasən, vətən müharibəsi dövründə hərbi qulluqçu statusunda olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərə mənəvi-psixoloji təminatı yerinə yetirmək məqsədilə ezam edilməyi aşağıda qeyd olunan rəsmi sənədlər, foto və videoçəkilişlərlə tam olaraq təsdiq edilir. - Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-3-9/2-239/2 saylı məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi prokurorluğu üzrə verilmiş xx.xx.2012-ci il tarixli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə qəbul edilərək, hərbi qulluqçu statusunu əldə etmiş və Hərbi Prokurorluq üzrə verilmiş xx.xx.2023-cü il tarixli əmrlə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla tərxis edilmirdir. O cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi qulluqçu statusunda olmuşdur. -Hərbi prokurorun 28 sentyabr 2020-ci il tarixli 247 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmişdir. -Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2020-ci il tarixli HP-10/247 saylı ezamiyyə vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmiş və ezamiyyət müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. -Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-3-9/2-239/2 saylı məktubda göstərilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. -1259 saylı qaimədən görünür ki, Füzuli hərbi prokurorluğunun məxfi hissə rəisi X11 31 oktyabr 2020ci il tarixdə N saylı hərbi hissənin RAS xidməti rəisinin köməkçisi mayor Rafael Yolçuyevdən 7,62 mm çaplı AKM markalı, 793526 nömrəli avtomatı, digər altı ədəd silah və çox sayda sursatı təhvil almışdır. -Füzuli hərbi prokurorluğunun nameklatur qeydiyyat nömrəsi 17 olan silah və sursatın verilməsi kitabından edilmiş çıxarışdan görünür ki, AKM markalı, 793526 nömrəli avtomat silah, iki daraq və 30 ədəd patron İddiaçı oğuna təhvil verilmişdir. -Tərtib olunmuş N noyabr 2020-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həmin gün səhər saat 05 radələrindən etibarən mənəvi psixoloji təminatı yerinə yetirilməsi məqsədilə Şuşa şəhərinə getmiş, Daşaltı kəndində olarkən N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə mənəvi-psixoloji təminatın həyata keçirilməsi üzrə görüşlər keçirmiş və həmin gün saat 17 radələrindən xx.xx.2020-ci il tarixdə gecə saat 01:40- radələrinədək atəş altında qalmışdır. -Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı 18 aprel 2020-ci il tarixli HP01/102 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluq əməkdaşları İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək həyata keçirilmiş döyüş əməliyyatları zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatın həyata keçirilməsi məqsədilə ezam olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının “Veteranlar haqqında 28 iyun 1994-cü il tarixli 841 nömrəli Qanununa və AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əməl veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasına əsasən, müharibə veteranı adının verilməsi məsələsinə baxılması xahiş edilmişdir. - Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı xx.xx.2022-ci il tarixli HP01/204 saylı məktubda göstərilmişdir ki, hərbi prokurorluğun əməkdaşı İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bilavasitə döyüş əməliyyatlarının aparıldığı, o cümlədən işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi mənəvi-psixoloji təminatı üzrə hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirmiş, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə bağlı çıxışlar etmiş, bu zaman hərbi xidmətdən, əmri icra etməkdən boyun qaçırma, döyüş meydanını özbaşına tərk etmə, əsirlərlə və düşmən hərbi qulluqçularının meyitləri ilə beynalxalq hüquq normalarına uyğun davranmama və digər hüquqa zidd əməllər törətməyə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyətini izah etmiş, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş, hərbi hissələri və döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısını alıb onlarla ayrıca görüşlər keçirilib müvafiq söhbətlər aparmışdır. -Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 71 saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvipsixoloji təminatı yerinə yetirdiyinə görə “Fəxri fərman”la təltif olunmuşdur. -22 fevral 2021ci il tarixli “Fəxri Fərman”dan görünür ki, İddiaçı vətən müharibəsi dövründə bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatı aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməlllərinin qarşısının alınıb onların xidmətə qaytarılmasında göstərdiyi fədakar əməyə və dəstəyə görə təltif edilmişdir. -N saylı hərbi hissədən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 72 saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə profilaktik tədbirlər görmüşdür. -N saylı hərbi hissədən təqdim edilmiş N sentyabr 2023-cü il tarixli 74 saylı arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 2020-ci ilin sentyabr ayının 27- dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsi dövründə bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvipsixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N saylı hərbi hissənin, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N saylı hərbi hissənin, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində N saylı hərbi hissənin bölmələrinin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N saylı hərbi hissənin təxliyyə qrupunun şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi barədə profilaktik tədbirlər görmüş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. -N saylı hərbi hissə komandiri tərəfindən təqdim edilmiş arayış-məlumatda göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmək məqsədilə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinə, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndinə və N noyabr 2020-ci ildə Şuşa rayonu Daşaltı kəndinə ezam edilmişdir. -Bundan əlavə, təqdim edilən foto və video görüntülərdən görünür ki, İddiaçı Baş Prokurorluğun muzeyindəki müharibə iştirakçıları lövhəsində fotoşəkili və anket məlumatları yerləşdirilmiş, eləcə də özünə təhkim olunmuş silahla aktiv döyüş əməliyyatı aparılan ərazilərdə olmuşdur. Beləliklə, 28 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli hərbi prokurorluğununa, eləcə də həmin prokurorluğun fəaliyyət dairəsinə aid Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarma (mənim 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinə, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndinə, habelə N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndinə göndərilməyim) ezam edilməyi və döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları icra etməyi hər iki dövlət qurumundan (Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi) təqdim edilmiş yuxarıda sadalanan sənədlər və digər sübutlarla tam olaraq təsdiq edilir. Respublika Prokurorluğunun təqdim etdiyi cavab məktublarında əsaslandıqları qanunvericilikdə və ya əsasnamədə iddiaçıya “Müharibə veteranı” adının verilməməsinin məqsədəmüvafiq hesab edilməsi üçün heç bir qadağanedici norma, müddəa və ya tələb yoxdur. Belə ki, təqdim etdiyi sənədlər və digər sübutlarda qeyd olunan hallar, yəni onun müharibə dövründə birbaşa aktiv döyüş əməliyyatları aparılan ərazilərdə göstərdiyi fəaliyyətlər (hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması və yuxarıda qeyd olunan sair hallar”) inzibati aktlarda mənəvi-psixoloji təminatın tərkib hissəsi olaraq qeyd edilmiş və müvafiq Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçulara “Müharibə veteranı” adı almaq hüququ verilmişdir. Bundan əlavə, Baş Prokurorluqdan təqdim olunmuş 27 mart 2024-cü il tarixli, 2-2/1 - H-l 183/1- 38/2024 saylı məktubda qeyd olunur ki, hazırda hərbi prokurorluq orqanları sistemində xidmət etmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün Respublika X2 Komissiyası tərəfindən müvafiq rəy verilməsi Əsasnamənin tələblərinə uyğun deyildir. Baş Prokurorluğun bu barədə qeyd etdikləri də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, vətən müharibəsində Hərbi Prokurorluğun hərbi qulluqçusu kimi iştirak etmiş, həmin vaxtda ehtiyyatda olmamış və qanunvericiliyin tələbinə əsasən, bununla bağlı hüquq və vəzifələr hadisəni doğuran anda yaranmışdır. Həmçinin, “müharibə veteranı” adının verilməsinə dair Müdafiə Nazirliyinə qarşı verdiyi digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 2540/2024 saylı qərarının 49-cu bəndində göstərilmişdir ki, müharibə veteranı adı hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, xidmət dövrünü bitirən hərbi qulluqçuya “müharibə veteranı” adının verilməsi Müdafiə Nazirliyinə həvalə edilmədiyindən və rəydə prokurorluğun hərbi qulluqçusunun xidmət dövrünü əhatə edən məlumatlar öz əksini tapmalı olduğu üçün müvafiq əsasnamədə “xidmət edən” ifadəsinin felin indiki zamanında işlədilməsi halı cavabdehin belə rəy olmadan “müharibə veteranı” adının vermək vəzifəsinin olması qənaətinə gəlmək üçün əsas deyildir. Qeyd olunan sübutlarla iddiaçının vətən müharibəsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirməyi tam olaraq təsdiq edilmiş və “müharibə veteranı” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun olduğu halda, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyası bununla bağlı Müdafiə Nazirliyinə rəy göndərmək əvəzinə, heç bir səbəb və əsas olmadan öz vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Baş Prokurorluq iddiaçıya “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyi göndərməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, 2008-ci ildə Xəzər Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, xx.xx.2010-cu il tarixdən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Füzuli hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, xx.xx.2011-ci tarixdən Füzuli hərbi prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2011-ci il tarixdən Füzuli hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2013-cü il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti vəzifəsini icra edən, xx.xx.2015-ci il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, xx.xx.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” xx.xx.2023-cü il tarixli iddia ərizəsində və digər ərizələrində özü də erməni silahlı birləşmələri tərəfindən genişmiqyaslı hücum əməliyyatlarına başlanılması və digər faktlar üzrə AR CM-nin 100.1, 100.2, 116.0.7, 120.2.7, 120.2.12, 29 120.2.7, 29 120.2.12 və 186.3-cü maddələri ilə başlanılmış 16/D-49149 nömrəli cinayət işini icraatına qəbul edib, istintaq qrupunun rəhbəri təyin edilməklə, Füzuli rayonuna ezam edilməsini göstərmişdir. Həmçinin Azərbaycan Respublikası X15 Baş Komandan cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Ermənistan ordusunda 10 mindən çox fərari olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general leytenantı Xanlar Vəliyevin və Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin təsdiq etdiyi Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin birgə tərtib etdiyi 13 may 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, əvvəlki siyahıda ixtisar aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq mənəvi-psixoloji təminat ilə məşğul olmuş 17 nəfər hərbi prokurorluq işçisindən ibarət siyahı müəyyən edilmiş və həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli HP- 01/102 saylı və xx.xx.2022-ci il tarixli HP-03/75 saylı məktublara Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hansı növ təminat növləri üzrə tapşırıqları icra etmələri kifayət qədər sənədlərlə əsaslandırılmadığından, yenidən ətraflı araşdırılaraq müzakirə edilməsi və ziddiyyətlər aradan qaldırılmaqla Əsasnamənin tələblərinə uyğun olan yeni siyahı müəyyən edildiyi halda qeyd edilən məsələyə Komissiyada baxılması qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/204 saylı məktubuna Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaşı və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Vətən müharibəsi zamanı İddiaçı Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən hər hansı silah təhkim olunmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteram” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Göründüyü kimi Qaydaların tələblərinə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” verilməsi üçün əsas hesab edilmir. İddiaçı Əsasnamənin tələblərinə uyğun olaraq döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması rəsmi olaraq təsdiq edilməmişdir. Odur ki, müraciəti təmin edilməmişdir. Bundan əlavə İddiaçı xx.xx.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. Belə ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” xx.xx.2023-cü il tarixli iddia ərizəsində “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbini irəli sürməsinə baxmayaraq, sonradan həmin iddia tələbində dəqqiləşdirmə apararaq özünün ərizə ilə əsl cavabdehin Müdafiə Nazirliyi ilə əvəz edilməsini tələb etməsi Baş Prokurorluq tərəfindən rəy verilməməli olunduğunu etiraf etməsi kimi qəbul edilməlidir. Həmin iddia tələbinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə təmin edilməməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi bir daha əsl cavabdehin Müdafiə Nazirliyi olmasını təsdiq etmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12940/2024 saylı 05 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdi ki, “Vətən müharibəsi” zamanı birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilməyi ilə əlaqədar Füzuli hərbi prokurorluğu N saylı hərbi hissədən bir neçə ədəd silah və sursatı 1259 saylı qaimə əsasında müvvəqqəti istifadə üçün təhvil almış və onlardan 7,62 mm çaplı, AKM markalı, 793526 nömrəli avtomat silah birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilərkən ona təhvil verilmişdir. Qeyd olunan faktlar çox sayda rəsmi sənədlər, foto və video çəkilişlər, habelə şahidi ərizəsi ilə tam olaraq təsdiq edilsə də, Baş Prokurorluqdan təqdim edilmiş cavab məktublarında bildirilmişdir ki, müraciətlərinə Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli iclaslarında baxılaraq, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin, cavabdeh qurumdan təqdim edilmiş bir-birinə ziddiyyət təşkil edən bir neçə cavab məktubları iş materiallarına əlavə edilmiş, onlardan 18 aprel 2023-cü və 27 mart 2024-cü il tarixli məktublarda qeyd edilmişdir ki, guya “hazırda prokurorluq orqanlarında xidmət etmədiyi üçün müvafiq əsasnamənin tələbinə əsasən bununla bağlı barəsində rəy vermək səlahiyyətləri yoxdur”. 04 sentyabr 2023-cü il tarixli və digər məktublarında isə göstərilmişdir ki, guya döyüş əməliyyatları aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirməyinə dair müvafiq sənədlər təqdim edilməmiş, yaxud da bu növ təminatı yerinə yetirməyi üçün ezam edilməyi rəsmi olaraq təsdiq edilməmişdir. Həmçinin, bununla bağlı iddia tələbinə baxan məhkəmə iddianı təmin etməyərək, öz mövqeyini qərarın 27-28 bəndlərində belə əsaslandırmışdır ki, guya iddiaçı Hərbi Prokurorluğun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna (Füzuli hərbi prokurorluğuna) ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etməsi və s. o anlama gəlmir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, müvafiq Əsasnaməyə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. İddiaçı yalnız vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün ezam edilmişdir. Beləliklə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10 və 11-ci bəndlərində nəzərdə tutulan (döyüş əməliyyatlarının bütün təminat növləri) meyarlara uyğun olmadığına görə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi rədd edilməlidir. Məhkəmənin əsaslandığı bütün rəsmi sənədlərdə, yəni istər sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda, istər hərbi prokurorluqdan təqdim olunmuş ezamiyyə vərəqəsi və ya əmrdən çıxarışlarda, istərsə də cavabdehin imtina məktubunda və ya iddiaya qarşı etirazında onun yalnız istintaq aparmaq üçün ezam edilməyi və ya döyüş əməliyyatlarında iştirak etməməyinə, yaxud da mənəvi-psixoloji təminatı yerinə yetirməməyinə dair hər hansı məlumat göstərilməmiş, həmin sənədlərdə Füzuli hərbi prokurorluğuna ezam edilməyi qeyd olunsa da, məhz istintaq aparılması üçün, yaxud da hansı məqsədlə ezam edilməyi açıqlanmamışdır. Eyni zamanda cavabdeh qurumdan da döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirmədiyinə dair məhkəməyə hər hansı dəlil və ya sübut təqdim edilməmiş, imtina məktubunda və etirazda heç bir əsası olmayan və qanunvericiliyə əsaslanmayan ümumi şablon sözlərdən istifadə edilmişdir. Yəni, hazırki iş üzrə toplanmış materiallarda onun məhz istintaq üçün ezam edildiyini təsdiq edən, eləcə də döyüş əməliyyatılarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirmədiyini göstərən sübut və ya dəlil yoxdur, əksinə döyüş əməliyyatılarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirdiyini təsdiq edən çox sayda rəsmi sənədlər və digər sübutlar (Hərbi prokurorunun HP-01/102, HP- 01/204 saylı məktubları, Müdafiə Nazirliyindən təqdim edilmiş 74 saylı arayış, arayışməlumat, N noyabr 2020-ci il tarixli arayışlar, 1259 saylı qaimə, silah verilməsi kitabından çıxarış, şahid Rafael Yolçuyevin ərizəsi) var ki, onları da işə birtərəfli və qərəzli baxan məhkəmə tədqiq etdiyi sübutlar siyahısında göstərməmiş və hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və qərardan da göründüyü kimi, ümumiyyətlə cavabdeh qurum xx.xx.2024-cü il tarixli imtina məktubunda və iddiaya qarşı verdiyi etirazında göstərmişdir ki, guya əsl cavabdeh Müdafiə Nazirliyi olduğu üçün ona “Müharibə veteranı” adının verilməsi vəzifəsinin Baş Prokurorluğun üzərinə qoyulması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Buna görə də, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin tələblərini nəzərə alıb, ona “Müharibə veteranı adının verilməsinə dair rəy verilməməsini məqsədəmüvafiq hesab etmişlər. Halbuki, cavabdeh qurum bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2-1(103)- 2540/2024 saylı qərarının 49-cu bəndində qeyd olunanları (orqandan xaric olunmağımdan asılı olmayaraq, Respublika Prokurorluğunda yaradılmış komissiya tərəfindən müvafiq rəy verməsinin zəruriliyini) unutmuş, yaxud da qanunsuz təsirləri nəticəsində məhkəməyə istədikləri qərarı qəbul etdirəcəklərinə güvənərək, qanunvericiyin tələblərini pozub, bu kimi vacib halları əhəmiyyətsiz saymışlar. Həmçinin, Füzuli hərbi prokurorluğunun 1259 saylı qaimə əsasında N saylı hərbi hissədən müvəqqəti istifadəyə silah və sursatlar alması və silah təhkim olunmasına dair rəsmi sənədləri məhkəməyə təqdim etdiyi halda, cavabdeh qurum bunu təkzib edəcək hər hansı dəlil və ya sübut təqdim etməmiş, etirazında Azərbaycan Respublikası Prezidentinin çıxışlarını qeyd edib öz kirli məqsədlərinə alət edərək, eləcə də məhkəmə prosesindəki şifahi çıxışlarında Nazirlər Kabinetinin Prokurorluq orqanlarının işçilərinə veteranlıq verilməsinə icazə vermədiyini yalandan bildirərək, yuxarı vəzifələrdə işləyən şəxslərin adından məhkəməyə və hakimə qanunsuz təsirlər göstərmiş, işə baxan hakim isə proses zamanı buna heç bir münasibət bildirməmişdir. Bundan əlavə, cavabdeh qurum yazılı etirazında həmçinin göstərmişdir ki, guya Respublika Hərbi Prokurorluğunun 13 may 2022-ci il tarixli məktubunda “Müharibə veteranı” adının verilməsi üçün mənəvi-psixoloji təminatı yerinə yetirmiş hərbi prokurorluq işçilərinin siyahısı ixtisar edilmiş və həmin siyahıda 17 nəfər digər şəxsin adları göstərilsə də, onun adı qeyd olunmamışdır. Əvvəla cavabdehin özünün də yazılı etirazda etiraf etdiyi kimi hərbi prokurorluq işçiləri müharibə vaxtı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı üzrə vəzifələri yerinə yetirmiş və hərbi prokurorluq işçilərini həmin vəzifəyə göndərən, yəni ezam edən Respublikanın Hərbi prokuroru xx.xx.2022-ci il tarixli HP-01/102, xx.xx.2022-cü il tarixli HP-03/75 və xx.xx.2022-ci il tarixli HP-01/204 saylı məktublarında adlarını qeyd etdiyi hərbi prokurorluq işçilərinin müharibə zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirdiklərini açıqca göstərərək təsdiq etmişdir. Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynovun 26 iyul 2024-cü il tarixli 2-2-100/3-054325\2024 saylı müşayiət məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi Hərbi prokurorun xx.xx.2022-ci il tarixli HP01/102 saylı və xx.xx.2022-ci il tarixli HP01/204 saylı məktublarının təsdiq edilmiş surətlərində onun döyüş əməliyyatlarının aparıldığı ərazilərə mənəvi-psixoloji təminatı yerinə yetirmək məqsədilə ezam edilməyim açıqca (sözbəsöz) göstərilmişdir. Onlardan biri HP-01/102 saylı məktub xx.xx.2022-ci il tarixli məktubdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, digəri olan HP-01/204 saylı məktub isə daha sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və cavabdeh qurumun özünün məhkəməyə təqdim etdiyi hər iki məktubda onun adının qeyd olunması və mənəvi-psixoloji təminat üzrə vəzifələri yerinə yetirməyi dəqiq və tam şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarından da göründüyü kimi, məhkəmə göstərilənlərdən başqa hər hansı sübuta və dəlilə əsaslanmamış, əsaslandığı sənədlərdə isə onun döyüş əməliyyatlarının aparıldığı ərazilərdə yalnız istintaq hərəkətlərinə cəlb edildiyi və mənəvi-psixoloji təminat üzrə vəzifələr yerinə yetirmədiyini təsdiq edəcək hər hansı məlumat, fakt və xüsussat qeyd olunmamış, məhkəmə İPM-nin 68.2-ci maddəsinin və aşağıda göstərilən digər qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu hallar isə qəbul edilmiş qərarın iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına dəlalət edir. Məhkəmə 71 saylı arayışda göstərilmiş “Vətən müharibəsi dövründə bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatı aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılmasında fəal iştirak etməsi və s.” faktları tədqiq edərək, belə qənaətə gəlmişdir ki, guya həmin hallar ona “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün əsas hesab edilə bilməz. Burdan da göründüyü kimi, işə baxan hakim Ləman Musayeva 71 saylı arayışda göstərilən yuxarıda qeyd olunanları və 72 saylı arayışda qeyd olunan -“İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunda N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə profilaktik tədbirlər görməsi”nə dair fəaliyyətləri heç bir qanuna əsaslanmadan, yəni öz şəxsi mövqeyinə görə mənəvi-psixoloji təminat kimi qəbul etmir. Lakin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi haqqında” 27 noyabr 2014-cü il tarixli 91 saylı Sərəncamı ilə təsdiq edilmiş “Mənəvi-psixoloji təminatın tərkib hissələri”nə aid edilən siyasi məlumatlandırma işinin 5.1.2-ci bəndində “hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhvalruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması” kimi fəaliyyətlər mənəvi-psixoloji təminat növü olaraq göstərilmişdir. Həmçinin, Müdafiə nazirinin 07 aprel 2014-cü il tarixli 3 saylı qərarının 1-ci maddəsində göstərilmişdir ki, mənəvi-psixoloji təminat- döyüş əməliyyatlarının müvəffəqqiyyətlə hazırlanıb keçirilməsi, düşmənin informasiya psixoloji təsirindən qorunma məqsədi ilə şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılmasında komandirlər, şəxsi heyətlə iş üzrə strukturlar, qərargahlar, digər hərbi idarəetmə orqanları və vəzifəli şəxslər tərəfindən məqsəd və tapşırıqların ardıcıllığına, qüvvə və vasitələrin tətbiqinə görə razılaşdırılmış kompleks tədbirlərdir. Həmin qərarın 3.7-ci maddəsinə əsasən, müharibə dövründə mənəvi-psixoloji təminatın xeyrinə qarşılıqlı əlaqələr komandir və şəxsi heyətlə iş üzrə müavin tərəfindən, qərargahın qoşun növlərinin, xüsusi qoşun və xidməti vəzifəli şəxslərin cəlb olunması ilə birlik qərargahının və idarə heyətinin daxilində tabelikdə olan birləşmələrlə, tabeliyə verilmiş və qarşılıqlı əlaqədə olan hakimiyyət orqanları Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və başqa qurumlarla təşkil olunur. Buradan da belə aydın olur ki, hakimin bu mövqeyi əsassızdır və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə ziddir. Yəni, işə baxan birinci instansiya məhkəməsimüvafiq qərarı qəbul edərkən, digər qanun pozuntularına yol verməklə yanaşı bu normativ hüquqi aktları da nəzərə almamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin müvafiq qərarının 26cı bəndinə görə cavabdeh yazılı etirazında bildirmişdir ki, Baş Prokurorluğun Əmək Məsələləri komissiyasının 24 iyun 2023-cü il tarixli qərarı ilə ona “müharibə veteranı” adının verilməsinə dair müraciəti Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığından təmin edilməmişdir. Halbuki, yuxarıda adıçəkilən qanunvericilikdə və ya Əsasnamədə mənə “Müharibə veteranı” adının verilməməsinin məqsədəmüvafiq hesab edilməsi üçün heç bir qadağanedici norma, müddəa və ya tələb yoxdur. Buna görə də, cavabdeh qurumun yazılı etirazı və imtina məktubu istinad etdikləri qanunun və Əsasnamənin hər hansı müddəasına və ya maddəsinə əsaslandırılmamış, yalnız həmin qanunun adı və ümumi sözlər yazılaraq formal etiraz tərtib edilmiş, yəni heç bir hüquqi əsası yoxdur. İşə qərəzli baxan birinci instansiya məhkəməsi isə cavabdehin etirazda istinad etdiyi qanun və Əsasnamənin hansı müddəasına əsaslandığını araşdırmaq, eləcə də bununla bağlı qadağanedici norma və ya müddəa olmadığını müəyyən etmək əvəzinə bunu da ört-basdır etmiş, hətta cavabdeh qurumun istəyini təmin etməyə hər hansı sübut əldə edə bilmədiyinə görə, məcburən hüquqi əsası olmayan və hər hansı dəlilə əsaslanmayan bu formal etirazı iddianın təmin edilməməsinə dair müvafiq qərarın qəbul edilməsi üçün əsas götürmüşdür. Həmçinin, məhkəmə müvafiq qərarın 29-cu bəndində göstərir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının qaydaları və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”nin 10 və 11-ci bəndlərində nəzərdə tutulan (döyüş əməliyyatlarının bütün təminat növləri) meyarına uyğun olmadığına görə İddiaçı "Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəy verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir. Bundan da belə aydın olur ki, məhkəmə onun bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməməyini əsas gətirərək iddia tələbini təmin etməmişdir. Lakin, bu barədə qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, qanunvericilikdə, eləcə də məhkəmənin istinad etdiyi həmin Əsasnamədə ona müharibə veteranı adının verilməsi üçün uyğun olmayan hər hansı meyar yoxdur. Veteranlıq haqqında Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmçinin, məhkəmənin istinad etdiyi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin 27 sentyabr tarixinədək işğalaltında olmuş ərazilərində aşağıdakı fəaliyyəti həyata keçirmiş şəxslərə “Müharibə veteranı” adı verilir: 1) Hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş (döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş) şəxslərə; 2) Həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara; 3) Həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə); 4) Həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə; Hüquq normasının dispozisiyasından aydın olur ki, mövcud qanunvericilik dörd (4) növ kateqoriya şəxslərə “Müharibə veteranı” adı almaq hüququ vermişdir. Yuxarıda qeyd edilən 3-cü kateqoriyalı şəxslərin sırasına aid olmaq üçün həmin ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçuları və hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərini nəzərdə tutur. Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki-təminat və tibbi təminat nəzərdə tutulur. Göründüyü kimi, işə qərəzli baxan hakim müvafiq qərarı qəbul edərkən, Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan mənəvi-psixoloji təminatı yerinə yetirdiyini və 11-ci bəndində qeyd olunan 3-cü kateqoriyalı şəxslərin sırasına aid olduğunu görməzdən gəlmişdir. Döyüş əməliyyatları üzrə mənəvi-psixoloji təminata aid fəaliyyətlər isə Müdafiə nazirinin 07 aprel 2014-cü il tarixli 3 saylı qərarının 1ci maddəsində və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Mənəvi-psixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi haqqında” 27 noyabr 2014-cü il tarixli 91 saylı Sərəncamı ilə təsdiq edilmiş “Mənəvi-psixoloji təminatın tərkib hissələri”nə aid edilən siyasi məlumatlandırma işinin 5.1.2-ci bəndində açıqlanmış və aşağıda göstərilən sübutlarda onun “Vətən müharibəsi” zamanı aktiv döyüş əməliyyatları aparılan ərazilərdə fəal iştirak etdiyim fəaliyyət növünə uyğundur, yəni onun müharibədəki fəaliyyətim mənəvi-psixoloji təminatın tərkib hissələri ilə tam olaraq əhatə olunur. Beləliklə, təqdim etdiyi sübutlarda qeyd olunan hallar, yəni onun müharibə dövründə birbaşa aktiv döyüş əməliyyatları aparılan ərazilərdə göstərdiyi fəaliyyət (-hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması və yuxarıda qeyd olunan sair hallar) Müdafiə nazirinin 07 aprel 2014-cü il tarixli 3 saylı qərarının 1-ci maddəsində və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Mənəvipsixoloji hazırlıq işinin təşkili, hərbi intizamın möhkəmləndirilməsi haqqında” 27 noyabr 2014-cü il tarixli 91 saylı Sərəncamı ilə təsdiq edilmiş “Mənəvi-psixoloji təminatın tərkib hissələri”nə aid edilən siyasi məlumatlandırma işinin 5.1.2-ci bəndində mənəvi-psixoloji təminatın tərkib hissəsi olaraq qeyd edilmiş, habelə Azərbaycan Respublikasının “Veteranlar haqqında 28 iyun 1994-cü il tarixli 841 nömrəli Qanununa və AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əməl veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçulara “Müharibə veteranı” adı almaq hüququ verilmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğu üçün və belə iddialar üzrə məhkəməyə müraciət etmə müddəti qanunla müəyyən edilmədiyindən, hazırki işdə də iddiaçının inzibati orqana müraciəti olduğundan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı tələbi “ona “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR Hərbi Prokurorluğunun Əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan və Füzuli rayonlarına (Füzuli hərbi prokurorluğuna) ezam ediməsi, əmrin elan və icra olunması üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun aidiyyəti struktur qurumlarına göndərilməsi əmr olunmuşdur. AR Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 7 nömrəli arayışından görünür ki, iddiaçı 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində xidmət etmiş, ədliyyə polkovnik-leytenantı İddiaçı mənəvipsixoloji təminatın yerinə yetirilməsində, yəni bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi nizamın möhkəmlənməsi və döyüş ruhunun yüksəldilməsi, döyüş əməliyyatlarında iradə zəifliyi və qorxaqlıq göstərən şəxslərin qanunazidd əməllərinin qarşısını alınmasında, habelə hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmiş, bu fədakar əməyinə və dəstəyinə görə 22 fevral 2021-ci il tarixdə “Fəxri Fərman”la təltif olunmuşdur. AR Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli 72 nömrəli arayışından görünür ki, iddiaçı 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Hərbi prokrorunun müavini, ədliyyə general-mayoru X14, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun Hərbi Təsisatlarda Təhqiqata Nəzarət və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, ədliyyə polkovniki X6, Respublika Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə polkovnik-leytenantı İddiaçı, Respublika Hərbi Prokrorluğunun mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru X16 və Füzuli hərbi prokrorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X12 bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonu Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksədilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə proflaktik tədbirlər görmüşlər. N saylı hərbi hissənin komandiri X13 Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi” dövründə bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi fədakar əməyinə və dəstəyinə görə Təltif Olunur ədliyyə polkovnik-leytenantı İddiaçı. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğularına cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli 2-2-100/2-096918/2025 saylı məktubunda göstərilmişdi ki, İddiaçı “Azərbaycan Respublikası Prokurorluğu X8 Kodeksi”nin tələblərini pozduğuna görə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Qanununun 33-cü maddəsinin 7-ci abzasına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.1.7ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric etmə növündə intizam tənbehi tətbiq olunmasına dair Baş Prokurorluğun Etik Davranış Komissiyasının xx.xx.2023cü il tarixli təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2023-cü il tarixli 10/236-k nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb edilərək prokurorluq orqanlarından xaric edilmişdir. Həmçinin bildirilir ki, sabiq prokurorluq işçisi İddiaçı 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə al atması nəticəsində hərbi qulluqçuların yaralanması və həlak olması ilə əlaqədar yaranmış zərurətlə bağlı xx.xx.2020-ci il tarixdən Füzuli rayonuna ezam olunmuşdur. Bundan əlavə məlumat verilir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/102 saylı və xx.xx.2022-ci il tarixli HP-03/75 saylı məktublarına Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş hərbi prokurorluğun və silahlı qüvvələrin rəhbərliklərinin birgə təsdiq etdikləri 13 may 2022-ci il tarixli aktda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq mənəvi-psixoloji təminat ilə məşğul olmuş 17 nəfər hərbi prokurorluq işçilərindən ibarət siyahıda İddiaçı adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Hərbi prokurorunun 02 dekabr 2023-cü il tarixli HP01/204 nömrəli məktubunda xx.xx.2022-ci il tarixli HP01/102 nömrəli məktub ilə Baş Prokurorluğa göndərilmiş aktda sadalanan hərbi prokurorluq əməkdaşlarına İddiaçıla yanaşı iki nəfər digər hərbi prokurorluq işçisinə məxsus sənədlərin də əlavə olunması və baxılması üçün göndərilməsi göstərilsə də, qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli HP01/102 nömrəli məktub ilə hərbi prokurorluğun və silahlı qüvvələrin rəhbərliklərinin birgə təsdiq etdikləri 17 nəfər hərbi qulluqçulara dair akt göndərilməmişdir. Həmçinin 02 dekabr 2023-cü il tarixli HP01/204 nömrəli məktubun məzmununa uyğun olaraq Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mənəvi-psixoloji təminatla məşğul olmuş hərbi prokurorluq işçilərinə dair hərbi prokurorluğun və silahlı qüvvələrin rəhbərliklərinin birgə təsdiq etdikləri aktda hər hansı dəyişiklik aparılmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP- 01/204 saylı məktubuna Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan başqa İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Füzuli hərbi prokurorluğunun məhkəmə kollegiyasının sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdi ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam etmiş “Vətən müharibəsi" zamanı Respublika hərbi prokurorluğu tərəfindən xidməti zərurətlə əlaqədar olaraq Füzuli hərbi prokurorluğuna ezam edilmiş, lakin ezamiyyətdə olduğu müddət ərzində İddiaçı Füzuli hərbi prokurorluğu tərəfindən hər hansı silah təhkim edilməmişdir. Əlavə olaraq bildirilmişdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Səlimovanın icraatında araşdırılmış 2-1(103)- 2540/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixdə anoloji sorğu ilə Füzuli hərbi prokurorluğuna müraciət edilmiş və prokurorluğun xx.xx.2024-cü il tarixli məktubu ilə həmin sorğu yuxarıda göstərilən məzmunda cavablandırılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Hazırki işdə iddiaçı xx.xx.2023-cü ildə prokurorluq orqanlarından xaric edilmişdir. O, xidməti dövründə döyüş bölgəsinə ezam olunub, hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi və s. xidmətlərinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehdən müvafiq rəy verilməsini tələb edir. Cavabdeh qurumun imtinasının əsas dəlili isə ondan ibarətdi ki, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmamışdır. Mövcud qanunvericiliyə əsasən müharibə veteranı statusunun verilməsi üçün 2 şərt tələb olunur:
1. Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii)
2. həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olubolmaması. Məhkəmə araşdırmaları zamanı məyyən olunmuşdu ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Respublika hərbi prokurorluğu tərəfindən xidməti zərurətlə əlaqədar olaraq Füzuli rayonuna (Füzuli hərbi prokurorluğuna) ezam edilsə də, o, birbaşa döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün də ezam olunmamışdır. Bununla yanaşı, verilmiş sorğulara cavab məktublarından aydın olmuşdu ki, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində Füzuli hərbi prokurorluğu tərəfindən hər hansı silah da təhkim edilməmişdir. Odur ki, cavabdeh qurum iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müvafiq rəy verilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istər iddia ərizəsində, istərsə də apellyasiya şikayətində göstərdiyi dəlillər ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh qurum tərəfindən müvafiq rəy verilməsinə əsas vermir. Bu nəticəyə gələn Kollegiya onu da nəzərə alır ki, iddiaçının adı çəkilən bölgəyə ezamı vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olmuşdur, hansı ki, bu fakt iş materialları ilə də tam təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından imtina üçün zəruri şərtlərin mövcudluğunu sübuta yetirir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmini üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12940/2024 saylı 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12940/2024 saylı 05 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov