Məhkəmə qərarları › İş №2-1(103)-1272/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1272/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1272/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X3 İdarəsinə (bundan sonra mətndə DSMF-nin XŞTİ) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh DSMF-nin XŞTİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiyasının təyin edilməsi zamanı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı vaxtdan (xx.xx.2003-cü ildən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, avqust 1977-ci ildən xx xxxxx 2003-cü il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən xx xxxxxx 1986-cı il tarixdən x xxxxxx 1994-cü il tarixədək Biləsuvar rayon prokuroru vəzifəsində işləmişdir. xx xxxxx 2003-cü il tarixdə Əli-Bayramlı şəhər prokurorunun köməkçisi vəzifəsində işləyərkən öz ərizəsi əsasında həmin vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Həmin tarixdən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 Əli-Bayramlı şəhər şöbəsi tərəfindən ona pensiya təyin edilmişdir. Pensiya təyini üçün xx.xx.1986-xx.xx.1991ci illərdə Biləsuvar rayon prokuroru işlədiyi 5 ilin vəzifə maaşı, xidmət illərinə və rütbəyə görə əlavə haqlar və həmin ödənişlərin bu vəzifə üzrə aylı əmək haqqındakı sonrakı artımları nəzərə alınmaqla orta aylıq əmək haqqı hesablanmış və ona 80% miqdarında pensiya təyin olunmuşdur. Lakin ona pensiya təyin edilməsi üçün orta aylıq əmək haqqını hesablanarkən adi hesablama səhvlərinə yol verilməklə xx xxxx 2001-ci il tarixdən qəbul edilmiş «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq işçilərinə ildə bir dəfə 2 aylıq əmək haqqın məbləğində bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın, hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsi nəzərə alınmamış və bu səbəbdən ona pensiya az verilmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də cavabdeh tərəfindən pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı cavabdehin bu imtinasınin qanunsuz hesab etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh iddia ərizəsinə yazılı «Etiraz» təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının pensiya təyin edilməsi haqqında xx.xx.2003-cü il tarixli ərizəsindən də göründüyü kimi ona xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Biləsuvar rayon prokuroru vəzifəsində işlədiyi dövrün vəzifə maaşına uyğun pensiya hesablanaraq təyin edilmişdir. Bu zaman iddiaçının pensiya işinə aid sənədlərdə iddiasında qeyd etdiyi müavinətlərin ona ödənildiyinə dair hər hansı məlumat olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından (itirilmiş gəlirlərin kompensasiyası prinsipi nəzərə alınmaqla) iddiaçıya münasibətdə tətbiq edilməsini mümkün hesab etmirlər. İddia tələbində qeyd olunan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2020 saylı, xx xxxx 2020-ci iltarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaaçıya «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Həmin qərardan narazı qalaniş üzrə cavabdeh DSMF-nin XŞTİapellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə qarşı verilmiş «Etiraz»a və apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə eyni zamanda mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarında öz əksini təpmış hüquqi mövqeyinin də nəzərə alınmasın məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçıiddiaərizəsinəuyğunizahatvermişvə apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin mərüzəsini dinləyərək, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikasının vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Dəvəçi rayonunda doğulmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh tərəfindən iddiaçının adına tərtib edilmiş pensiya işi məhkəməyə təqdim olunmuş və həmin qovluq məhkəmə tədqiqatı zamanı araşdırılmışdır. Həmin pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən prokurorluq işçisi kimi müddətsiz əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın nəzərə almaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-nin X3 İdarəsinə ərizə ilə müraciət etsə də, idarə tərəfindən həmin müraciət pensiya işinə aid sənədlərdə iddiaçıya istədiyi müavinətlərin ödənildiyinə dair hər hansı məlumat olmadığından həmin pul təminatının qanunvericiliyin tələbləri baxımından iddiaçıya münasibətdə tətbiq edilməsinin mümkün hesab edilməməsi əsas göstərilməklə imtina edilmişdir. İş materiallarından həmçinin görünür ki, birinci intansiya məhkəməsi iddianın qismən təmin olunması nəticəsinə gələrkən «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9, 21.4-cü maddələrinə və »Əmək pensiyaları haqqında» Azərbaycan Respubikasının Qanununun 37.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən nəzərdə tutulmuş mükafat və maddi yardımları almasa da, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə də tətbiq olunmalıdır. Bundan əlavə iddiaçının tələb etdiyi həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta iddiaçıya işləyərkən həmin ödənişlər veriməmişsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Çünki inzibati orqan tərəfindən qanunun göstərişinə əməl edilməyərək sözügedən ödənişlərin verilməməsi iddiaçının əlavə məhrumiyyətlərə düçar edilməklə pensiya hüququnun məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun: - 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. - 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin araşdırması zamanı iş materialları, o cümlədən iddiaçının pensia işindəki məlumatlarla müəyyən olunmuşdur ki, İddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında’’ Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almamamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən də, iş materiallarından və tərəflərin izahatlarından iddiaçının «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığı müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2020-ci il tarixli Qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından bu əlavələr ona pensiya təyin edilərkən və yaxud yenidən hesablanarkən nəzərə alına bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X5 X3 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar