Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1272/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-354/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, X3 "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları, Hipertenziv ensefalopatiya, Hipertenzıv ensefalopatiya, Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı, Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi dioqnozu ilə 18.04.2017-ci il tarixdə ümümi xəstəlik səbəbindən 18.04.2022-ci il tarixə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. 2019-cu ildə DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubun məzmunundan görünür ki, iddiaçıya təyin edilmiş İİ qrup əlilliyə görə pensiyanın ödənilməsi dayandırılmışdır. X17 ASC X18 Hissəsinin 15 saylı 30 may 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Əhmədli tibbi-sanitar hissənin qulluq etdiyi ərazidə yaşamış və ona lazım olan tibbi müayinə və müalicə tədbirləri göstərilmişdir. “X18 Hissəsi” MMC-nin 25 saylı 14 noyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, X18 Hissə 12.06.2018-ci il tarixədək Azərbaycan X16nin tabeliyində olmuş, gəmiçilik işçilərinə və onların ailə üzvlərinə, habelə poliklinikanın ətrafında yerləşən 24200 nəfər əhalisi olan əraziyə tibbi xidmət göstərmişdir. 12.12.2018-ci ildən “X18 Hissəsisi” MMC təsis edildiyi üçün "xxxx" QSC-lə əlaqələr dayandırılmış, lakin ərazidə yaşayan sakinlər poliklinikada müayinə və müalicələrini fərdi qaydada davam etdirmişlər. 12.06.2018-ci il tarixdən 12.12.2018-ci il tarixədək poliklinika “X17 ASC”nin nəzdində fəaliyyət göstərmişdir. Ərazidə yaşayan xəstə İddiaçı 2016-2017-ci illərdə dəfələrlə stasionar və ambulator müalicədə olmuş, dispanser qeydiyyata götürülmüş və xəstəliyin uzun müddətli müalicəyə ehtiyacı olması, habelə proqnozun qeyri-kafi olması nəzərə alınaraq 2017-ci ildə ona əlilliyin təyin edilməsi məqsədilə o, HƏEK-na göndərilmiş və ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. Rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə “Azərbaycan X16” QSC-nin MC 02/02-45 saylı 29 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün sözügedən məktublara əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunur. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən əlillik altsistemində iddiaçıya aid müayinə etibarsız hesab edilmişdir. İddiaçı onun etibarsız hesab edilmiş əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu İddiaçı tələbinin təmin edilməsindən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 15.07.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı Azərbaycan X16 QSC Sosial İnkişaf İdarəsi MDX X18 Hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında 18.04.2017-ci il tarixdə qiymətləşdirilmiş, ümumi səbəbdən İİ dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir. Bakı Azərbaycan X16 QSC Sosial İnkişaf İdarəsi MDX X18 Hissəsinin 4405003AABMQ saylı göndərişinin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız hesab edilmişdir. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona “Azərbaycan X16” QSC Sosial İnkşaf İdarəsi MDX X18 hissəsinin göndərişi (Forma 88) əsasında 18.04.2017-ci il tarixdən 5 illik müddətinə ikinci dərəcə əlillik verilmişdir. Həmin tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmiş, lakin 01.03.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə əlilliyə görə əmək pensiyasının hansı əsaslarla dayandırılmasını müəyyənləşdirmək üçün müraciət etdikdə ona əlillik dərəcəsinin etibarsız hesab edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə hansı əsaslarla əlillik dərəcəsinin etibarsız hesab edilməsini müəyyənləşdirmək üçün ərizə ilə müraciət etmişdir. Həmin Xidməti cavab məktubu ilə “Azərbaycan X16” QSC Sosial İnkşaf İdarəsi MDX X18 hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız verilməsi barədə məktubu əsasında əlilliyin müayinə **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız hesab edilməsini bildirmişdir. “Azərbaycan X16” QSC Sosial İnkşaf İdarəsi MDX X18 hissəsinə müraciət etdikdə isə belə bir məktubun tərəflərindən göndərilmədiyi ona bildirilmişdir. Cavabdehin qeyd edilən əsaslarla müraciətindən imtina etməsini qanunsuz və əsassız hesab edir. Belə ki, “Azərbaycan X16” QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli Tibb sanitar hissəsinin qanuni əsaslarla tərəfindən göndərdiyi göndəriş (Forma 88) əsasında ona əlillik dərəcəsi verildiyindən və tərəflərindən heç bir əsassız göndərişin verilməsi barədə cavabdehə məktub göndərilmədiyindən əlillik dərəcəsi bərpa olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti X16 QSC-nin Sosial inkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında 18.04.2017-ci il tarixdə qiymətləndirilmiş və "Kəllə beyinin Vertebro-bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hıpertenzıv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Azərbaycan X16" QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndərişin əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemındə İddiaçı aid müayinə etibarsız edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-354/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilərək İddiaçı verilmiş əlillik dərəcəsinin bərpa edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsassız olmasına, qərarda “Azərbaycan X16” QSC- nin MC 02/02-45 saylı 29 yanvar 2019-cu il tarixli məktubuna istinad edilməsinə baxmayaraq, məhkəmə iddianı qanunsuz olaraq təmin etmişdir. Belə ki, İddiaçı əlillik vəziyyəti X16 QSC-nin Sosial inkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsinin 4405003AABMQ saylı göndərişi əsasında 18.04.2017-ci il tarixdə qiymətləndirilmiş və "Kəllə beyinin Vertebro- bazilyar arteriyası hövzəsində keçirilmiş işemik insultun davamlı qalıqları. Hipertenziv ensefalopatiya. Hipertenziv ensefalopatiya. Vertebrobazilyar arterial sistem sindromu, Vertebro-bazilyar arteriya hövzəsində xroniki beyin qan dövranı çatmamazlığı. Sağtərəflı diskogen radikulopatiya" xəstəliyi ilə "ümumi xəstəlik” səbəbindən beş il müddətinə İİ dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Azərbaycan X16" QSC-nin MC 02/02-45 saylı 29.01.2019-cu il tarixli məktubu ilə qiymətləndirilməyə əsas verən 44005003AABMQ saylı göndərişin əsassız hesab edildiyi bildirildiyindən, bununla əlaqədar “Əlillik altsistemi"ndə İddiaçı aid müayinə etibarsız hesab edilmişdir. 3-cü şəxs qismində cəlb edilmiş “Azərbaycan X16” QSC Sosial İnkşaf İdarəsi MDX “X18 hissəsi” MMC iddia tələbinə dair mövqeyində göstərmişdir ki, “X18 hissəsi 12 iyun 2018-ci ilə qədər Azərbaycan X16nin tabeliyində olmuş, gəmiçilik işçilərinə və onların ailə üzvlərinə, habelə poliklinikanın ətrafında yerləşən 24200 nəfər əhalisi olan əraziyə tibbi xidmət göstərmişdir. 12 dekabr 2018-ci ildən “X18 Hissə” MMC təsis edildiyi üçün (əmr № 272) "xxxx" QSC ilə əlaqələr dayandırılmış, lakin ərazidə yaşayan sakinlər polikinikada müayinə və müalicələrini fərdi qaydada davam etdirmişlər. 12 iyun 2018-ci ildən 12 dekabr 2018-ci ilədək poliklinika “X17” ASC-nin nəzdində fəaliyyət göstərmişdir. Ərazidə yaşayan xəstə 1982-ci il təvəllüdlü İddiaçı 2016-2017-ci illərdə dəfələrlə stasionar və ambulator müalicədə olmuş, dispanser qeydiyyata götürülmüş və xəstəliyin uzunmüddətli müalicəyə ehtiyacı olmasını, habelə proqnozun qeyri-kafi olmasını nəzərə alaraq, 2017-ci ildə o, əlilliyin təyini məqsədi ilə HƏEK-na göndərilmiş və ona 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. 2017-ci ildə Əhmədli TSH ərazisində yaşayan sakinlərə tibbi xidmət göstərirdi və xəstələrin HƏEK-na göndərilməsi işlərinin tərkib hissələrindən biri idi”. 3-cü şəxs qismində cəlb edilmiş “X18 hissəsi” MMC məhkəməyə ünvanladığı 14.11.2019-cu il tarixli 25 saylı məktubunda iddiaçının 2016-2017-ci illərdə dəfələrlə stasionar və ambulator müalicədə olduğunu, dispanser qeydiyyata götürüldüyünü, xəstəliyin uzunmüddətli müalicəyə ehtiyacı olmasını, habelə proqnozun qeyri-kafi olmasını nəzərə alaraq, 2017-ci ildə o, əlilliyin təyini məqsədi ilə HƏEK-na göndərildiyini, ona 5 il müddətinə İİ qrup əlillik təyin edildiyini qeyd etsə də, “X16” QSC-nin MC 02/02-45 saylı 29 yanvar 2019-cu il tarixli “rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” cavab məktubunda araşdırma aparılarkən iddiaçının göndərişinin ləğv edilməməsi üçün onunla bağlı eyni mövqeyi nümayiş etdirməmişdir. Əksinə, Azərbaycan Respublikasının X16 QSC-nin “rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı MC 02/02-45 saylı 29 yanvar 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Sizin 2019-cu il 4 yanvar tarixli **********1 nömrəli və 18 yanvar tarixli **********4 nömrəli məktublarınıza “Azərbaycan X16” QSC-nin (ASCO) aidiyyəti struktur bölmələri tərəfindən baxılmışdır. Bildiririk ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün sözügedən məktublarınıza əsasən risk grupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur. “X16" QSC-nin aidiyyəti struktur bölmələri tərəfindən araşdırma nəticəsində əlillik təyinatının ləğv edilməsinə dair verilmiş məktub əsasında Əlillik altsistemində iddiaçının əlillik müayinəsi etibarsız hesab edilmişdir. Beləliklə də, iddiaçının 18.04.2017-ci il tarixdə qiymətləndirilmiş əlilliyin etibarsız hesab edilməsi istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Apellyasiya şikayətinə əlavənin dəlilləri: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayətinə əlavə verərək ona istinad etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş və iddiaçıya əlilliyin təyin edildiyi vaxt qüvvədə olmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərilşləri (Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş) əsasında aparılır. Həmin Əsasnamənin 4.9-3-cü yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər. Nazirlik və Xidmət tərəfindən də Əsasnamənin adı çəkilən bəndinə əsasən “Azərbaycan Respublikasının X16” QSC-nin strukturuna daxil olan tibb müəssisələri tərəfindən 102 nəfər (iddiaçı X1 19-cu sırada) barəsində verilmiş göndərişdəki məlumatların yoxlanılmasına dair ASC-yə sorğu göndərilmişdir. “Azərbaycan Respublikasının X16” QSC-nin MC 02/02-45 saylı 29 yanvar 201-cu il tarixli məktubunda göndərişlərin əsaslı olmadığı bildirilməklə, həmin göndərişlər əsasında təyin edilmiş əlilliklərin ləğv edilməsi təklif olunmuşdur. Əlilliyin qiymətləndirilməsi üçün əsas olan dövlət səhiyyə müəssisələrinin göndərişləri həmin göndərişləri verən orqan (qurum) tərəfindən əsassız sayıldığından həmin göndərişlərin nəticəsi olaraq qəbul edilmiş əlilliyin müəyyən edilməsi barədə qərar onu qəbul edən qurum- Xidmət tərəfindən ləğv edilmişdir. Bununla əlaqədar olaraq əlilliyin ləğv edildiyi vaxtdan iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi də dayandırılmışdır. İddiaçıya pensiya ödənişinin dayandırılmasına baxmayaraq inzibati orqana müraciət etməmişdir. Belə ki, iddiaçı əlilliyinin 2019-cu ilin fevral ayından ləğv edilməsinə baxmayaraq 5 aydan sonra 24 iyun 2019-cu il tarixdə əlilliyin hansı səbəbdən ləğv edilməsi barədə əlilliyi müəyyən edən quruma deyil, DSMFnin Xətai rayon şöbəsinə müraciət etmişdir. Xidmət tərəfindən ona verilən cavabda “Azərbaycan Respublikasının X16” QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibb sanitar hissəsinin 4405003AABMQ saylı göndərişin əsassız olması barədə QSC-nin məktubu əsasında əlilliyinin ləğv edildiyi bildirilmişdir. Bununla belə, o, əlilliyə səbəb olmuş xəstəliyinə dair sənədləri Xidmətə təqdim etməmiş və əlilliyin təkrar qiymətləndirilməsi üçün müraciət etməmişdir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə dair yazılı etiraz verilərək qeyd edilmişdir ki, onun əlilliyinin dayandırılmasına səbəb əlilliyin etibarsızlığı deyil, əlilliyin etibarsızlığına səbəb olan rəsmiləşdirilmiş göndərişin etibarsızlığı olmuşdur. Yəni 5 il müddətə təyin olunmuş əlillik müddət bitənədək yoxlanıla bilmədiyi üçün inzibati orqan onun sağalmağını və ya müayinənin nəticələrini mübahisələndirmir. Göndərişi rəsmiləşdirən qurumun nümayəndəsi məhkəmə iclasında hər hansı belə səbəbin olmadığını bildirmişdir. Həmin göndərişin əsassızlığına şübhə yaradacaq hər hansı mötəbər sübut yoxdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 03.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs “Azərbaycan X16” QSC-nin nümayəndəsi X8 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. 24.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxslər “Azərbaycan X16” QSC Sosial İnkişaf İdarəsi MDX X18 hissəsi və “Azərbaycan X16” QSC nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslər “Azərbaycan X16” QSC Sosial İnkişaf İdarəsi MDX X18 hissəsinin və “Azərbaycan X16” QSC-nin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 15.07.2019-cu il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınmasını təsdiq edən sübut iş materallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə 03.10.2019-cu tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona 2017-ci il tarixdə 5 il müddətinə verilmiş İİ qrup əlillik dərəcəsinin bərpa edilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından “Bakı Azərbaycan X16 QSC Sosial İnkişaf İdarəsi MDX X18 Hissəsinin 4405003AABMQ saylı göndərişinin əsassız verilməsi barədə məktubu əsasında onun əlilliyi barədə müayinənin **********1 saylı xidməti məruzə ilə Əlillik altsistemində etibarsız hesab edilməsi” əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlillik dərəcəsinin etibarsız hesab edilməsi üçün mötəbər əsasların müəyyən edilmədiyinə, cavabdehin hərəkətlərinin qanunvericiliyin tələblərinə zidd olduğuna, 3-cü şəxs “Azərbaycan X16” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX X18 Hissəsinin iddiaçı barəsində göndərişin rəsmiləşdirilməsində səlahiyyətli olduğuna, X18 Hissəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişin etibarsız hesab olunması üçün heç bir əsasın olmadığına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əvvəda, apellyasiya baxışı zamanı İddiaçı etibarsız hesab edilmiş əlilliyinin bərpa olunmasının mümkünlüyünün müəyyən edilməsi məqsədilə aralıq qərardad qəbul edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 01.10.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı Agentlikdə nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına 07.07.2021-ci il tarixli çağırış məktubu göndərilmiş, vətəndş 2021-ci ilin sentyabr ayında əyani müayinəyə gəlmiş və dioqnozun dəqiqləşdirilməsi məqsədilə müayinə üçün dövlət səhiyyə müəssisəsinə göndərilmişdir, lakin cari tarixə kimi müayinələrin nəticələri ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0140003AACK8 saylı göndərişinə əsasən 12.10.2021-ci il tarixdə qiymətləndirilmiş və ona göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Ətraflı səbəb kimi: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşmələrin aparılması məqsədəmüvafiqdir. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0140003AACK8 saylı göndərişində qeyd edilmiş məlumatlar Göndərişin natamam doldurulması qərarı düzgün verilmişdir. Lakin xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı əlillik vəziyyəti ilə tibbi sənədlərdə qeyd edilmiş xəstəliyi diaqnoza uyğunluq təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.13-cü bəndinə uyğun olaraq İİ dərəcə 5 il müddətinə əlilliyin təyini qərarı verilmişdir. Müayinələr göstərdi ki, İddiaçı 18.04.2017-ci il tarixdə verilən İİ dərəcə əlillik təyinatına əsas verən dioqnozun ağırlaşmaları təsdiqini tapmır, bu səbəbdən də həmin tarixdən əlilliyin təyini mümkün deyil. Beləliklə, apellyasiya baxışı zamanı tərəflər arasında yaranmış mübahisə aralıq qərardad vasitəsilə həllini tapmadığı üçün işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. İşdə olan “Azərbaycan X16” QSC-nin MC 02/02-45 saylı 29 yanvar 2019-cu il tarixli Rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədə məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün sözügedən məktublara əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunur. İş materiallarından görünür ki, iddiaçının əlilliyi cavabdeh inzibati orqan tərəfindən Bakı Azərbaycan X16 QSC Sosial İnkişaf İdarəsi MDX X18 Hissəsinin 4405003AABMQ saylı göndərişinin əsassız hesab edilməsi səbəbi ilə etibarsız hesab edilmişdir. Halbuki həmin məktubda hər hansı maddi hüquq normasına istinad edilmədən sadəcə olaraq göstərilir ki, əlillik təyinatlarının ləğv edilməsinin uyğun hesab olunmasının yeganə səbəbi “rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün”dür. Qeyd olunmalıdır ki, 3-cü şəxsdə bu məsələ ilə bağlı konkret və mötəbər faktlar yoxdur, ancaq göndərişlərin əsaslılığına şübhələr var ki, həmin şübhələrin nədən ibarət olması və nə üçün yaranması isə ümumiyyətlə göstərilməmişdir. Göründüyü kimi, iddiaçının İİ dərəcə əlilliyinin əlillik altsistemində etibarsız hesab edilməsi ilə əlaqədar olan məsələ sadəcə yuxarıda göstərilmiş yazışmalarla (məktublarla, yazılı cavablarla) həll olunmuşdur, yəni bu məsələyə dair işdə hər hansı bir rəsmi qərar yoxdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 36 saylı 05.02.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.1-ci bəndinə görə Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X9 (bundan sonra- TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-ci bəndinə müvafiq olaraq TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020- ci il tarixli, 11 saylı qərarı ilə Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə müvafiq olaraq Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: - 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; - 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə müvafiq olaraq xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Beləliklə, iddiaçının əlilliyinin etibarsız hesab olunması ilə bağlı məsələyə cavabdeh inzibati orqan tərəfindən baxılarkən inzibati icraat aparılmamış, bu barədə materiallar yığılmamış, barəsində inzibati aktın etibarsız hesab edildiyi maraqlı şəxs (iddiaçı) həmin inzibati icraata dəvət olunmamış və dinlənilməmişdir ki, bununla da inzibati icraat haqqında qanunvericiliyin müvafiq tələbləri pozulmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə cavabdeh inzibati orqan tərəfindən yuxarıda göstərilmiş maddi hüquq normalarının müddəalarına, yəni müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edilməmiş, həmçinin iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati akt ləğv edilmədən, bu barədə ayrıca qərar qəbul edilmədən, əlillik altsistemində müayinə etibarsız hesab edilmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müəddalara riayət edilməmiş, nəticədə inzibati icraatın keçirilmədiyi müəyyən olunur ki, bu da iddiaçının qanunsuz olaraq etibarsız hesab edilmiş əlillik dərəcəsinin bərpa edilməsi üçün əsas verir. Kollegiya onu da qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe belə əsaslandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-354/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-354/2020 saylı 25 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1272/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1272/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver