Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1273/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin ( VÖEN – **********; hüquqi ünvanı – AZ4500, Mingəçevir şəh., ünvan 1 mən. 33; qanuni təmsilçisi – Adıgözəlov Azər Adışirin oğlu; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2009) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmuru İlqar Allahverdiyevin hərəkətlərinin qanunsuz hesab edilməsi və icra vərəqəsinin aidiyyəti üzrə göndərilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 3440/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə (apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, müəssisənin möhürünün olmaması) əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin direktoru Azər Adıgözəlov göstərilməklə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru İlqar Allahverdiyevin cəmiyyətin “xxxxxxxxx” ASC-də olan AZ87PAHA40090AZNHC********** saylı hesabına inkasso sərəncamı qoymasının qanunsuz hesab edilməsi və Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019- cu il tarixli, 2(107)-120/2019 saylı icra vərəqəsinin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh icra məmuru İlqar Allahverdiyevin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X7 cavabdeh İddiaçı MMC və direktoru X4 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh İddiaçı MMC-nin direktoru kimi X8 iddiaçıdan xx xxxxxx 2017-ci il tarixdə 22500 manat məbləğində pul alaraq mühasibi X9 iştirakı ilə akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdehlər borcu ona xx.xx.2017-ci il tarixdə qaytaracağını bildirmişlər. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq İddiaçı MMC və direktoru X8 borcu iddiaçı Q.Mikayılova qaytarmamışlar. Dəfələrlə pulun qaytarılması üçün N.Mirzəyevaya müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Ona görə də cavabdeh İddiaçı MMC və direktoru X1 22500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdeh İddiaçı MMC və direktoru X4 qarşı pul tələbi barədə iddiası təmin edilmişdir. Həmin qətnaməyə əsasən, İddiaçı MMC və direktoru X1 müştərək qaydada 22500 manat məbləğdə borcun tutulub X5 verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) xx xxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(107)-120/2019 saylı qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Ələkbərov) xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh X4 qarşı 22500 manat pul tələbi əsassız olduğundan təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı MMC tərəfindən apellyasiya məhkəməsinin qətnaməsindən şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. İş icra olunması üçün Yasamal İcra və probasiya şöbəsinə göndərilmişdir. Yasamal İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədinin aidiyyəti üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilməsi xahiş edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Yasamal rayonuna heç bir aidiyyəti yoxdur, hazırda da hüquqi ünvanı Mingəçevir şəhəri olsa da, Bakı şəhəri, H.Əliyev prospekti 115 (X15) ünvanında fəaliyyət göstərir. Qeyd olunan ərizəyə, ümumiyyətlə, qiymət verilməmiş, Cavabdeh icra məmuru İlqar Allahverdiyev İddiaçı MMC-nin “xxxxxxxxx” ASC-də olan AZ87PAHA40090AZNHC********** saylı hesabına inkasso sərəncamı qoymuşdur. Hesab edilir ki, Cavabdeh, ümumiyyətlə, qeyd olunan icra sənədini icra etmək səlahiyyətinə malik deyildir. Cavabdeh qeyd olunan icra sənədi üzrə hər hansı bir hərəkəti də qanunsuzdur. Bu səbəbdən də mövcud iddia tələbi irəli sürülür. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3440/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3440/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir (apellyasiya şikayəti direktor Azər Adıgözəlov göstərilməklə imzalanmışdır). İddiaçı, cavabdeh apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin və apellyasiya şikayətinin direktor Azər Adıgözəlov tərəfindən imzalanmasına baxmayaraq, vizual olaraq imzalar arasında fərqin olması, eyni zamanda apellyasiya şikayətində müəssisənin möhürünün olmaması səbəbindən Azərbaycan Respublikası İPM-nin 13 maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, yol verilmiş xətaların aradan qaldırılması təklif edilsə də, iddiaçı tərəfindən hər hansı yazılı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya iddia ərizəsindəki və apellyasiya şikayətindəki imzaların fərqli olmasını görməsi məqsədilə iddia ərizəsinin və apellyasiya şikayətinin surətləri göndərilmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan apellyasiya şikayəti A.Adıgözəlov göstərilməklə imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini imzalamış şəxsin səlahiyyətli olması barəsində hər hansı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya şikayəti müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.1-ci maddəsinə əsasən Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını 86.1.2. apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; 86.1.3. barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; 86.1.4. dövlət rüsumunun ödənilməsini; 86.1.5. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; 86.1.6. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən bu Məcəllənin 86.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə apellyasiya şikayəti verən şəxsə yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində formal xətaların aradan qaldırılmasında apellyasiya şikayəti verən şəxsə yardım etməmişdir. İşin apellyasiya icraatı zamanı isə apellyasiya şikayətinin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası təyin edilmiş və bu barədə məhkəmə bildirişi iddiaçının hüquqi ünvanına (AZ4500, Mingəçevir şəh., ünvan 1 mən. 33) eyni zamanda iş materiallarında olan ünvanına (Bakı şəh., H.Əliyev pr. 115) göndərilmişdir. Hüquqi ünvanına göndərilmiş bildiriş (ştrix kod – SS649732705AZ) “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Digər ünvana göndərilmiş bildiriş isə “ (ştrix kod – SS649770080AZ) xx.xx.2020-ci il tarixdə Uğur Məhərrəmov tərəfindən imzalanaraq qəbul edilmişdir. İddiaçı lazımı qaydada məlumatlandırılmasına baxmayaraq apellyasiya mümkünlüyü məsələsi ilə bağlı məhkəmə iclasında təmsil edilməmiş və apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən hər hansı sənəd-sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3440/2020 nömrəli qərardadından İddiaçı MMC-nin apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1273/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1273/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver