Məhkəmə qərarları › İş №2-1(103)-1274/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1274/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1274/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 idarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 idarəsinə (bundan sonra mətndə DSMF X7 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF X7 idarəsinin xx xxxxxxxx 2019-cu il tarixli, **********8 №li imtinasının əsassız hesab edilməklə, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF X7 idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1962-ci ildə doğulmuşdur. Sığortaolunanın ümumi iş stajı barədə məlumat kitabçasından göründüyü kimi xx.xx.1981xx.xx.1984-cü illərdə Masis rayonunun süd-tərəvəz sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1984-xx.xx.1988-ci illərdə Masis rayonunun Kalinin sovxozunda fəhlə, xx.xx.1988-xx.xx.1992-ci illərdə Nizami rayonunda uşaq bağçasında, xx.xx.1992-xx.xx.1993-cü illərdə Nizami rayonu 113 saylı uşaq bağçasında, xx.xx.2008- ci ildən hal-hazırki dövrə kimi “xxxxxxxxxxxxxxxxxx” QSC-də işləmişdir. Əmək kitabçasında qeyd olunan bu müddət və ümumi əmək stajı və güzəştli şərtlərlə əmək pensiyası hüququ yaradan 11 ildən artıq stajı nəzərə alınmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə DSMF X7 idarəsinə müraciət etmiş, cavabdeh inzibati orqan xx xxxxxxxx 2019-cu il tarixli, **********8 №li məktubu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası pensiya və sosial sığorta qanunvericiliyinin tələblərinə zidd olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Tədim olunmuş sənədlərdən də göründüyü kimi sənayenin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahəsində çalışmışdır. Qanunun tələbinə uyğun olaraq ümumi əmək stajına və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajına malikdir. “xxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş A/341 nömrəli, xx xxxx 2019-cu il tarixli arayışdan göründüyü kimi xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi xxxxxxxxxxxxxxxxxxnin Yol xidmətinin 2 saylı Yol hissəsinin 8-ci bölməsində gecə növbəsində yol montyoru, xx.xx.2008-ci il tarixdən hazırki dövrədək 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi vəzifəsində işləyir. Gecə, yeraltı xüsusi zərərli iş şəraitində əmək stajı 10 il 07 ay 17 gündən çoxdur. Yol nəzarətçisi-yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, yeraltı zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 %, gecə işinə görə 40 % ödənc hesablanır. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 X7 İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, İddiaçı İdarəyə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası tələbi qanunamüvafiq deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün xx.xx.2019-cu il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdə iddiaçının “xxxxxxxxxxxxxxxxxx”nin Yol xidmətində yol nəzarətçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.4 və 21.5-ci maddələrində nəqliyyat sahəsində güzəşt müəyyən edilən peşələr nəzərdə tutulmuşdur. İddiaçının qeyd etdiyi vəzifə Siyahıda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar məhkəmə təcrübəsində vardır ki, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı peşələrin siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X13 X7 İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxx”nin Yol Xidmətində 2001ci ildən gecə növbəsində yol nəzarətçisi peşəsində işləmişdir. Onun əsas işi gecə növbəsində tunellərdə dəmir yolu relslərinin təmizlənməsindən ibarət olmuş və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əlavə ödənclər verilmişdir. İddiaçının nümayəndəsi izahatına əlavə olaraq apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur. İddiaçının notarial qaydada təsdiq və tərcümə edilmiş PT-İ seriyalı ******* nömrəli xx.xx.1984-cü il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1981-ci ildə Masis rayon Aparatının südtərəvəz sovxozunun 1 №li briqadasına fəhlə qismində qəbul edilmiş, xx.xx.1984-cü ildə şəxsi ərizəsinə müvafiq olaraq işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Masis rayonunun Kalinin adına sovxozunun 1 №li briqadasına fəhlə qismində qəbul edilmiş, xx.xx.1988-ci ildə şəxsi ərizəsinə müvafiq olaraq işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Nizami rayonu 59 №li körpələr evi-uşaq bağçasına dayə vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən ailə vəziyyətinə görə xx.xx.1992-ci ildən işdən azad edilmişdir. xx.xx.1992-ci ildə Bakı şəhəri Nizami rayonu 113 №li körpələr evi-uşaq bağçasına müvəqqəti olaraq yardımçı fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə ərizəsinə əsasən xahişi ilə vəzifədən azad edilmişdir. “xxxxxxxxxxxxxxxxxx” X8 tərəfindən verilmiş A/341 №li xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixinə kimi “xxxxxxxxxxxxxxxxxx”nin Yol xidmətinin 2 saylı Yol hissəsinin 8-ci bölməsində 2-ci, 3-cü dərəcəli gecə növbəsində yol montyoru, xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi peşəsində çalışmış, xx.xx.2014-cü il tarixindən hal-hazıradək “xxxxxxxxxxxxxxxxxx” X4 Yol xidmətinin 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi peşəsində işləyir. Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 10 il 07 ay 17 gündür. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. Yol nəzarətçisi-yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 %, gecə işinə görə 40 % ödənc hesablanır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və DSMF X10 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********8 imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş sənədlərdə xx.xx.2008-ci il tarixindən hazırki vaxtadək “xxxxxxxxxxxxxxxxxx”nin Yol xidmətində yol nəzarətçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin 21.5-ci bəndində yol montyoru və yol nəzarətçisi peşələri zərərli peşə kimi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının xx.xx.2018-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalı olması qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı işin mübahisələndirilməyən hallarındandır. Cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında, eyni zamanda apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda zərərli peşə kimi nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəməyə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş gecə növbəsində yol nəzarətçisi peşəsində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsində nəzərdə tutulmuş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” kateqoriyalı işçilərə aid edilməsi Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli A/341 saylı arayışda öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 10 il zərərli iş stajı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının 56 yaşı olmuş, lakin o, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan şərtləri həmin tarixdə tamamladığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq ona xx.xx.2018-ci il tarixdən pensiya təyin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmənin kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalı olması barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar