Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1275/2025 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və qeyrilərinin Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (Üçüncü şəxs məhdud məsuliyyətli cəmiyyəti zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “obyektin tikintisinə icazə sənədinin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və X15 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçılar iddiaçı6 və iddiaçı4 , Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Üçüncü şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Üçüncü şəxs MMC ##.##.2017-ci il tarixli, H-*** saylı məktubla Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün müvafiq qaydada sərəncamı verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Üçüncü şəxs MMC-yə yaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında” ##.##.2017-ci il tarixli, *** №-li Sərəncamın surətindən müəyyən olunur ki, Üçüncü şəxs MMC-nin ##.##.2017ci il tarixli, H*** saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmiş və yaşayış binalarının tikintisi üçün ayrılmış 0,4450 hektar torpaq sahəsinə dair qeyd olunan sərəncam əsasında Üçüncü şəxs MMC-nin adına ##.##.2017-ci il tarixdə 17/83 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “İstifadəyə (İcarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı” tərtib olunmuşdur.
3. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə Üçüncü şəxs MMC-nin istifadəsində olan torpaq sahəsində tikintisi nəzərdə tutulan yaşayış binasına dair təqdim olunmuş tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 02-2069 nömrə ilə ##.##.2019-cu il tarixdə razılaşdırılmışdır.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Üçüncü şəxs MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942 Q saylı məhəllədə hündürmərtəbəli yaşayış binalarının tikintisinə dair ##.##.2020-ci il tarixli ER-**/*** nömrəli ekoloji ekspertiza rəyi təqdim olunmuşdur.
5. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli “Obyektin tikintintisinə icazə” sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllədə Üçüncü şəxs MMC-yə 1,35 ha torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1359,1 kv. metr, binanın ümumi sahəsi 21462,9 kv. metr, binanın tikinti həcmi 88846,1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və -1), 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir.
6. İddiaçılar iddiaçı8, X4, X3, X7, Hacıyeva Minarə İsa qızı, Allaxverdiyev İlyas Əlisa oğlu, iddiaçı1, iddiaçı6, X14 və iddiaçı3 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakmiyyətinin ##.##.2017-ci il tarixli, *** saylı sərəncamının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
7. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərardadı ilə Üçüncü şəxs MMC və Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində inzibati məkəmə icraatına cəlb olunmaqla, məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1150/2023 №li ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçılar iddiaçı8, X4, X3, X7, Hacıyeva Minarə İsa qızı, Allaxverdiyev İlyas Əlisa oğlu, iddiaçı1, iddiaçı6, X14 və iddiaçı3 tərəfindən verilmiş şikayət təmin olunmayaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı ##.##.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3- 16-16/2-10/693 №li ## ## 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert DƏDKR * saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin İmanovun tərtib etdiyi ##.##.2023-cü il tarixli, *-****-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir:
9. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 4833.0 kv.m sahənin bir hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə sahə çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahə olmaqla daxilindən məhəllə daxili yollar keçir və sahə bina sakinlərinin avto dayanacaq kimi istifadə olunur (sahə daxilində ağaclar mövcüddur). Sahəyə dair sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 2935 A-1 məhəllə ilə 2942 Q saylı məhəllə bir-birindən ayrı ərazilərdə yerləşir.
10. Bina sakinlərinin göstərdiyi digər sahə isə faktiki olaraq 10376.0 kv.m təşkil edir. Faktiki göstərilən 10376.0 kv.m torpaq ahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur).
11. İddiaçınını göstərdiyi faktiki torpaq sahəsi 4833,0 kv. Metr təşkil edir. Faktiki göstərilən 4833,0 kv. metr torpaq sahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur).
12. Vahid elektron kadastr baza məlumatlarına əsasən sakinlər tərəfindən göstərilən sahə yaşayış binalarının həyətində yerləşməklə daxilində ümumi istifadədə olan piyada yolu yaşıllıqlar və qaz xətti mövcuddur. Sahəyə digər fiziki və hüquqi şəxslər tərəfindən müraciətlər olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçılar iddiaçı2, iddiaçı10, İbadov Polad Qurbanəli oğlu, iddiaçı9, iddiaçı4, iddiaçı7 Sərhəd oğlu, iddiaçı8, iddiaçı1, iddiaçı6 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (bundan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Memarlıq və Şəhərsalma Baş İdarəsinin “obyektin tikintisinə icazə” adlı ##.##.2020-
13. ci il tarixli ** saylı sənədin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
14. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların yaşadıqları binanın sakinlərinin istirahətlərini həyata keçirdikləri və avtomaşınlarını saxladıqları, övladlarının oynadıqları futbol meydançası, azı 500 dən artıq ağac əkilməklə yaşıllığa çevrilmiş ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının ## #### 2017-ci il tarixli *** saylı sərəncamı ilə 2014-cü ildə yaradılması ehtimal olunan Üçüncü şəxs məhdud məsuliyyətli cəmiyyətinə (bundan sonra mətndə Üçüncü şəxs MMC) yaşayış binalarının tikintisi üçün icarə əsasında verilmişdir. Qeyd olunan sərəncamın mövcudluğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 2022-ci ilin yanvar ayında açıq məhkəmə iclasında iştirak edərkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə edib, qeyd olunan sərəncamın ləğvi barədə məhkəmədə iddia qaldırmışlar. Digər dövlət qurumu olan cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ##.##.2020-ci il tarixli ** saylı obyektin tikintisinə icazə sənədi ilə 5 ədəd hündürmərtəbəli, çoxmənzilli kooperativ mənzillərdə yaşayan sakinlərin istirahətlərini həyata keçirdikləri ərazidə Üçüncü şəxs MMC-yə zirzəmili 2 girişli 16 mərtəbəli yaşayış binası tikməyə icazə vermişdir. Hesab edirlər ki, qeyd olunan obyektin tikintisinə icazə əsassız və qanunsuz olmaqla ləğv edilməlidir.
15. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, Üçüncü şəxs MMC 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.
16. ##.##.2023-cü il tarixdə məhkəməyə cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaya dair ##.##.2023-cü il tarixli, 3-35-1/2-63/2023 №li iddia ərizəsinə dair yazılı etirazı daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Həmin mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 2017-ci il tarixli **/** nömrəli “Ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün Üçüncü şəxs MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1.torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi, 75.3.3.sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Habelə sözügedən tikintiyə icazə icraatı prosesində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X16 Agentliyinin, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin, Mühəndisi - Geoloji Mərkəzinin və X5 Xidmətinin, Respublika Giqiyena və Epidemiologiya Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin müsbət rəyləri verilmişdir. Göstərilənləri nəzərə alınaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində Üçüncü şəxs MTK-ya ##.##.2020-ci il tarixli ** nömrəli “Obyektin tikintisinə icazə” sənədi təqdim etmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ** nömrəli “Obyektin tikintisinə icazə”nin ləğv edilməsi barədə iddiaçılar iddiaçı2 və digərlərinin iddia ərizəsinin təmin edilməməsi xahiş olunmuşdur.
17. Üçüncü şəxs Üçüncü şəxs MMC-nin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir.
18. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların mübahisələndirdiyi cavabdeh inzibati orqanın “obyektin tikintisinə icazə” adlı ##.##.2020-ci il tarixli ** saylı sənədinin ləğvi üçün iddia etdikləri hallar Qanunun 67-ci maddəsinin tələbləri baxımından inzibati orqanın mübahisələndirilən inzibati aktının ləğvi üçün əsas deyil. Cavabdeh tikintiyə icazənin verilməsi səlahiyyətləri ilə təchiz edilmişdir və bunun üzərindən iddiaçıların ləğv olunmasını tələb etdiyi tikintiyə icazə barədə qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir mübahisələndirilən “tikintiyə icazə” cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamə ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
21. İş üzrə verilmiş ekspert rəyinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 103.1).
22. Hazırki halda məhkəmə iş üzrə verilmiş ekspert rəyini işdə ola digər sübutlarla müqayisəli şəkildə araşdıraraq (qiymət verərək) hesab edir ki, həmin rəy də hazırda mübahisələndirilən qanunvericiliyin tələblərinə riayət olunmaqla verilmiş “icazə sənədi”nin ləğv olunması üçün əsas ola bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
23. Qərardan iddiaçılar iddiaçı2, iddiaçı10, İbadov Polad Qurbanəli oğlu, iddiaçı4, iddiaçı7 Sərhəd oğlu, iddiaçı8, iddiaçı6 və iddiaçı3 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, bu işin mahiyyəti ondan ibarətdir ki, Üçüncü şəxs MMC ##.##.2017-ci il tarixli *** nömrəli sərəncama əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942Q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisini aparmaq əvəzinə, həmin MMC iddiaçıların yaşadıqları Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 2935 A-l məhəllədə onlara ayrılmayan və heç bir aydiyyatı olamayan ərazidə qanunsuz olaraq tikinti işlərini aparmasıdır. Bir sözlə məhkəmə üçüncü şəxs Üçüncü şəxs MMC-yə iddiaçıların yaşadıqları ərazidə qanunsuz tikinti işlərini aparmasına şərait yaradıb. Cavabdehin yazılı etirazına gəldikdə isə onun qeyd etmək istəyirlər ki, etirazda sadalanan və müvafiq Dövlət qrumları tərəfindən verilmiş sənədlər əsas vermirdi ki, cavabdeh üçüncü şəxs Üçüncü şəxs MMC-yə iddiaçıların yaşadıqları ərazidə, yəni Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935 A-l məhəllədə yerləşən torpaq sahəsində tikinti işləri aparılması üçün obyektin tikintisinə icazə sənədi verilsin. Bu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli, 3-16-16/2-**/*** №-li ekspert rəyi ilə sübut olunur. Məhkəmənin qərarında gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi öz qərarının 5-ci səhifəsinin "Faktiki hallar və sübutlar" bölməsinin 1-ci və 2-ci abzasında qeyd edir ki, Üçüncü şəxs MMC ##.##.2017-ci il tarixli, H-*** saylı məktubla Bakı şəhəri icra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942Q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün müvafiq qaydada sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Üçüncü şəxs MMC-yə yaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında" ##.##.2017-ci il tarixli, *** №-li Sərəncamın surətindən müəyyən olunur ki, Üçüncü şəxs MMC-nin ##.##.2017ci il tarixli, H-*** saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmiş və yaşayış binalarının tikintisi üçün ayrılmış 0,4450 hektar torpaq sahəsinə dair qeyd olunan sərəncam əsasında Üçüncü şəxs MMC-nin adına ##.##.2017- ci il tarixdə 17/83 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "İstifadəyə" (İcarəyə) verilən torpaq sahəsinin "Ayrıc Aktı" tərtib olunmuşdur. Daha sonra məhkəmə həmin bölmənin 5-ci abzasında qeyd edir ki, Memarlıq və Şəhərsalma Baş idarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli "Obyektin tikintisinə icazə" sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllədə "xxxx" MMC-yə 1,35 ha torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1359,1 kv.metr, binanın ümumi sahəsi 21462,9 kv. metr, binanın tikinti həcmi 8884.1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və -1, 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli, 3-16-16/2-**/*** №-li ekspert rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 4833.0 kv.m sahənin bir hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə sahə çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahə olmaqla daxilindən məhəllə daxili yollar keçir və sahədən bina sakinləri avto dayanacaq kimi istifadə edir (sahə daxilində ağaclar mövcuddur). Sahəyə dair sənədlər təqdim edilməmişdir. Torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 2935 A-l məhəllə ilə ****Q saylı məhəllə bir-birindən ayrı ərazilərdə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sakinlər tərəfindən göstərilən sahə yaşayış binalarının həyətində yerləşməklə daxilində ümumi istifadədə olan piyada yolu yaşıllıqlar və qaz xətti mövcuddur. Sahəyə digər fiziki və hüquqi şəxslər tərəfindən müraciətlər olmuşdur. Əvvəla onu qeyd edək ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən mübahisəli ərazilərə baxış keçrilərkən iddiaçılar tərəfindən həm 2935 A-l məhəllə, həm də ****Q saylı məhəllə onlara göstərilib. Məhkəmə nəzərə almayıb ki, hazırda 1000 ailənin (təxminən 4000-5000 nəfər insanın) yaşadığı yaşayış kompleksinin ortasında Üçüncü şəxs MMC tərəfindən qanunsuz tikinti işləri aparılmaqdadır və əsas kimi də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli "Obyektin tikintintisinə icazə" sənədini təqdim edirlər. Məhkəmə nəzərə almayıb ki, sərəncam üzrə ayrılan torpaq sahəsi ilə "Obyektin tikintisinə icazə" sənədində göstərilən torpaq sahəsinin kordinatlar biri-birindın fərqlənir. Bu həmçinin DƏDKR-nin * saylı Bakı Ərazi İdarəsinin Yerqurluşu təşkili şöbəsinin tərtib etdiyi ##.##.2023-cü il tarixli *-****-**/*-*****/**** saylı mütəxəssiz rəyi ilə də sübut olunur. Məhkəmə nəzərə almayıb ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 2935 A-l sayı məhəllədə, yəni 103, 105, 109, 111, 113 və *** saylı binaların yerləşdiyi ərazidə yaşayan binalardakı sakinlərin hər birinə verilmiş Orderlərdə ərazi ünvanı olaraq 2935 A-l məhəllə göstərilib. Həmin Orderlərin bəziləri məhkəməyə təqdim olunub. Lakin məhkəmə həmin sənədlərin heç birinə hüquqi qiymət verməyib. Lakin görünən odur ki, sonradan verilən "Obyektin tikintisinə icazə" sənədində ****Q saylı məhəllə qeyd olunsa da və həmin məhəlləyə aid koordinatların verilməsi nəzərdə tutulsa da tikintiyə icazə verilən sənəddə koordinatlar 2935 A-l məhəlləyə aid edilib.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə üçüncü şəxs Üçüncü şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə yazılı etirazı daxil olmuşdur.Etiraz onunla əsalandırılmışdır ki, 1. İddiaçıların ümumiyyətlə belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsinin Plenumu) 2012-ci il ## ###### tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar, o cümlədən bütövlükdə hüquq münasibətləri aid edilir. Təsbit olunmuş hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi; 2) hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər və ya 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər. Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. 2. İddiada Mənzil Məcəlləsinin müxtəlif maddələrinə istinad edilir. Tikinti üçün ayrılmış sahənin həmin maddələrdə göstərilən sahələrə heç bir aidiyyəti yoxdur. 3. İddiada yanğın təhlükəsizliyi qanunvericiliyinə ümumi istina edilir. Halbuki, tikintiyə icazə verilməsi prosesində bu sahədə də müvafiq icra hakimiyyəti orqanı (FHN) yoxlama aparır və razılıq verir. Bütün bunlar olmasa, cari cavabdeh inzibati orqan tikintiyə icazə verməz. 4. Şikayətçilər iş üzrə verilmiş ekspert rəyinə istinad edir, həmin rəylə bağlı aşağıdakıları bildirirlər ki: - Naməlum səbəbdən ekspert dəyişdirilmişdir. Əvvəlki ekspert (Xəyyam İsgəndərov) sənədlərində qeyd edirdi ki, obyektiv rəy verilə bilinməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin və FHN Tikintidə X16 Agentlikliyinin mütəxəssislərinin yerli baxışda iştirakı lazımdır (ekspertin ## ###### 2023 – cü il tarixli məlumatı). Həmçinin ekspert onların gəlmədiyinə görə yerli baxışın baş tutmadığını bildirsə də, aktda həm də 3 – cü şəxsin gəlməməsini qeyd etmişdir. - Sonrakı ekspert (Teymur Məmmədov) Əmlak Məsələləri Dövlət Xidmətinin və FHN Tikintidə X16 Agentlikliyinin mütəxəssislərinin iştirakı olmadan baxış keçirdib rəy verib. Bu neçə olur? Ekspertin şəxsiyyəti eskpertizanın necə keçirilməsi qaydalarının dəyişməsində rol oynaya bilməz axı. - Rəydə və rəydə istinad olunan materiallarda sahənin fərdiləşdirilməsi zamanı zəruri sənədlərə və elmi məlumatlara yox, “iddiaçının göstərdiyi faktiki torpaq sahəsi”nə, “iddia edilən torpaq sahəsi”nə istinad edilmişdir. Bu mötəbər deyildir. Ekspert özü rəydə yazmışdır ki, sahəyə dair sənəd təqdim edilməyib. - Ekspertin müqavifiq qurumların nümayəndələri olmadan onlara dair məsələlərə rəy bildirməyə səlahiyyəti yoxdur (məsələn qaz xəttinə dair Azəriqaz İstehsalat Birliyinin səlahiyyətli nümayəndələri və ya texniki sənədi olmadan). - Ekspert suallara cavab verərkən, əsassız olaraq sualın mahiyyətindən kənara çıxıb. Özü də onun səlahiyyətlərinə aid olmayan məsələlərə və mötəbər istinad olmadan cavab verib. - İkinci suala ümumiyyətlə mahiyyəti üzrə cavab verməyib. 5. İddiaçılar iddia edir ki, güya tikintiyə icazə başqa ünvana verilib, amma tikinti faktiki başqa ünvanda aparılır. Əvvəla çoxmərtəbəli bina tikintisi ciddi dövlət nəzarəti olan işdir. Tikinti düzgün ünvanda aparılır. Səhv ünvanda aparılsa idi, səlahiyyətli dövlət orqanları müdaxilə edərdi. İkincisi isə, iddia tələbi tikintiyə icazənin ləğv edilməsilə bağlıdır. Faktiki tikintinin güya səhv ünvanda aparılması tikintiyə icazənin ləğvi üçün əsas deyil. 6. Həmçinin birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı dəlilləri ilə də razıdırlar və prossesual qənaət prinsipinə görə onları etirazda təkrarlamırlar. Qeyd edilənlərin də nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş edirilər.
d) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddiaçı6 və iddiaçı4 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.
27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının sonuncu iclasında 3-cü şəxsin vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə Kollegiyasının iclasında digər iddiaçılar iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
31. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri. 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. .... Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları. 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. ... 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. ... 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. ... 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir .
32. Azərbaycan Respublikası Prezidentinin ## #### 2019-cu il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən, habelə bu Əsasnamədə nəzərdə tutulmuş digər sahələrdə (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Baş İdarənin vəzifələri aşağıdakılardır: ... 3.1.16. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektinin tikintisinə və istismarına icazə vermək, habelə bununla bağı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq hüquqi hərəkətləri yerinə yetirmək;
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Qərardan iddiaçılar iddiaçı2, iddiaçı10, İbadov Polad Qurbanəli oğlu, iddiaçı4, iddiaçı7 Sərhəd oğlu, iddiaçı8, iddiaçı6 və iddiaçı3 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərindən Qərar həmin iddiaçılara münasibətdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçılar cavabdeh orqanın qəbul etdiyi inzibati aktın ləğv edilməsi barədə tələb irəli sürmüşdür.
37. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır.
38. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
40. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.
41. İddiaçılar qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişlər. İddia mümkündür.
42. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir.
43. İşin hallarından görünür ki, Üçüncü şəxs MMC ##.##.2017-ci il tarixli *** nömrəli sərəncama əsasən Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2942Q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisini aparmaq əvəzinə, iddiaçıların yaşadıqları Bakı şəhəri Xətai rayonu Gəncə prospektində yerləşən 2935 A-l məhəllədə MMC-yə ayrılmayan və heç bir aydiyyatı olamayan ərazidə qanunsuz olaraq tikinti işlərini aparmasıdır.
44. Bu mübahisənin əsasında isə Üçüncü şəxs MMC-yə verilmiş "Obyektin tikintisinə icazə" sənədində ****Q saylı məhəllə qeyd olunsa da, tikintiyə icazə verilən sənəddə koordinatlar 2935 A-l məhəllə üzrədir.
45. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, Üçüncü şəxs MMC ##.##.2017-ci il tarixli, H-*** saylı məktubla Bakı şəhəri icra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2942Q məhəllədə yerləşən torpaq sahəsində yüksək mərtəbəli yaşayış binalarının tikintisi üçün müvafiq qaydada sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Üçüncü şəxs MMC-yə yaşayış binalarının tikintisinin lahiyələndirilməsinə icazə verilməsi haqqında" ##.##.2017-ci il tarixli, *** №-li Sərəncamın surətindən müəyyən olunur ki, Üçüncü şəxs MMC-nin ##.##.2017-ci il tarixli, H-*** saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllədə yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmiş və yaşayış binalarının tikintisi üçün ayrılmış 0,4450 hektar torpaq sahəsinə dair qeyd olunan sərəncam əsasında Üçüncü şəxs MMC-nin adına ##.##.2017- ci il tarixdə 17/83 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış "İstifadəyə" (İcarəyə) verilən torpaq sahəsinin "Ayrıc Aktı" tərtib olunmuşdur.
46. Daha sonra məhkəmə qeyd etmişdir ki, Memarlıq və Şəhərsalma Baş idarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli "Obyektin tikintisinə icazə" sənədinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllədə Üçüncü şəxs MMC-yə 1,35 ha torpaq sahəsində yaşayış binasının tikintisi ilə bağlı (binanın tikinti sahəsi 1359,1 kv.metr, binanın ümumi sahəsi 21462,9 kv. metr, binanın tikinti həcmi 8884.1 kub metr, binanın mərtəbəliliyi zirzəmi (-2 və -1, 16 mərtəbə, binanın girişlərinin sayı 2 giriş olmaqla) icazə verilmişdir.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2024-cü il tarixli, 3-16-16/2-**/*** №-li ekspert rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 4833.0 kv.m sahənin bir hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir.
48. İddiaçılar iddia edirlər ki, "Obyektin tikintisinə icazə" sənədində ****Q saylı məhəllə qeyd olunsa da tikintiyə icazə verilən sənəddə koordinatlar 2935 A-l məhəllə üzrədir.Yəni tikinti inşa olunan ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllə ünvanı yox, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 Al məhəllə ünvanıdır.
49. Hazırki mübahisənin həlli ilə bağlı məhkəmənin qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, sonuncu tərəfindən verilmiş 3- 16-16/2-10/693 №li ## ## 2024-cü il tarixli ekspert rəyindən görünür ki: - ekspert DƏDKR * saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi İlkin İmanovun tərtib etdiyi ##.##.2023-cü il tarixli, *-****-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən aşağıda qeyd olunan nəticəyə gəlmişdir: Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia edilən 4833.0 kv.m sahənin bir hissəsi qaz kəmərinin mühafizə zolağında yerləşir. Bundan əlavə sahə çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahə olmaqla daxilindən məhəllə daxili yollar keçir və sahə bina sakinlərinin avto dayanacaq kimi istifadə olunur (sahə daxilində ağaclar mövcüddur). Sahəyə dair sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 2935 A-1 məhəllə ilə 2942 Q saylı məhəllə bir-birindən ayrı ərazilərdə yerləşir. -Bina sakinlərinin göstərdiyi digər sahə isə faktiki olaraq 10376.0 kv.m təşkil edir. Faktiki göstərilən 10376.0 kv.m torpaq ahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur). -İddiaçınını göstərdiyi faktiki torpaq sahəsi 4833,0 kv. Metr təşkil edir. Faktiki göstərilən 4833,0 kv. metr torpaq sahəsinin koordinatları əlavə olundu (rəydə koordinatlar qeyd olunmuşdur). -Vahid elektron kadastr baza məlumatlarına əsasən sakinlər tərəfindən göstərilən sahə yaşayış binalarının həyətində yerləşməklə daxilində ümumi istifadədə olan piyada yolu yaşıllıqlar və qaz xətti mövcuddur. Sahəyə digər fiziki və hüquqi şəxslər tərəfindən müraciətlər olunmuşdur.
50. MMC-nin ikinti inşa etdiyi ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****Q saylı məhəllə ünvanı yox, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A-l məhəllə ünvanı olması həmçinin DƏDKR-nin * saylı Bakı Ərazi İdarəsinin Yerqurluşu təşkili şöbəsinin tərtib etdiyi ##.##.2023-cü il tarixli *-****-**/*-*****/**** saylı mütəxəssiz rəyi ilə də sübut olunur.
51. Üçüncü şəxs MMC isə "Obyektin tikintisinə icazə" sənədində nəzərdə tutulan ünvan üzrə inşaat apardıqlarını bildirir.
52. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə qərardadı əsasında təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart, 2026-cı il tarixli, **/**** №-li ekspert rəyindən görünür ki: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli "Obyektin tikintintisinə icazə" sənədində nəzərdə tutulan torpaq sahəsinin ("Obyektin tikintintisinə icazə" sənədində göstərilən koordinatlara əsasən) bütövlüklə naturada Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****-A-* saylı məhəllə ünvanı kimi təqdim olunan sahənin daxilində yerləşdiyi müəyyən edilmişdir. - Qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinin baza məlumatları, ünvan məlumatları (yeni ünvan, köhnə ünvan) mövcud olmadığından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli ** nömrəli "Obyektin tikintintisinə icazə" sənədində göstərilmiş koordinatlarda yerləşən ərazinin baza məlumatlarında hansı ünvan kimi qeyd olunması məsələsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu göndərilməklə müəyyən edilə bilər.
53. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə *-*(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli sorğu göndərərək Üçüncü şəxs məhdud məsuliyyətli cəmiyyətinin inşaat apardığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllə ünvanının Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****-A-* saylı məhəllə ünvanı kimi təqdim olunan sahənin daxilində yerləşib-yerləşməməsi, yerləşirsə hansı ölçüdə və hansı koorrdinatlarda olması barədə; Həm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 Q saylı məhəllə ünvanın, həm də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****-A-* saylı məhəllə ünvanın əvvəllər və hazırda başqa ünvan kimi adlanıb-adlanmaması barədə məlumatların məhkəməyə təqdim olunması xahiş olunmuşdur.
54. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna 23 iyun 2026-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, Üçüncü şəxs məhdud məsuliyyətli cəmiyyətinin inşa etdiyi yaşayış binası Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ****-A-* saylı məhəllə ünvanında yerləşir. Elektron baza məlumatlarında məhəllə sərhədləri mövcud olmadığından sorğuda qeyd olunan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942Q ünvanı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A-1 ünvanının bir-birinin daxilində yerləşməsi, hansı ölçüdə və hansı koordinatlarda olması ilə bağlı məlumat vermək mümkün olmamışdır. Qeyd olunan ümumi ərazinin və inşa edilən yaşayış binasının yerləşdiyi ərazinin koordinatları təqdim olunur.
55. Beləliklə, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli, ** saylı “obyektin tikintisinə icazə” sənədində Üçüncü şəxs məhdud məsuliyyətli cəmiyyətinin inşa etdiyi yaşayış binasının ərazisi olaraq ****Q saylı məhəllə qeyd olunsa da “obyektin tikintisinə icazə” sənədində koordinatlar 2935 A-l məhəllə ünvanı üzrədir.
56. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2935A-1 ünvanını isə mütəxəssis rəyi, ekspert rəyləri və iş materiallarındakı sübutlarla təsdiq olunduğu kimi iddiaçıların yaşayış binalarının həyətində yerləşməklə daxilində ümumi istifadədə olan piyada yolu, yaşıllıqlar və qaz xətti mövcuddur.Sahə çoxmənzilli yaşayış binalarının ümumi istifadəsində olan sahə olmaqla bina sakinləri tərəfindən avto dayanacaq kimi istifadə olunur, sahə daxilində iddiaçılar tərəfindən abadlaşdırmaq məqsədilə əkilmiş ağaclar mövcüddur.
57. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati akt Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt olmaqla qanunsuz sayılır.Odur ki, ləğv olunmalıdır.
58. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
59. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin olunmalıdır.
60. Yekunda məhkəmə Kollegiyası həmçinin, hesab edir ki, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən (Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.) ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərc (birinci və apellyasiya instansiyası üzrə) cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2020-ci il tarixli, ** saylı “obyektin tikintisinə icazə” sənədi ləğv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərc (birinci və apellyasiya instansiyası üzrə) cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE00000000000002088501 hesabına ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.