Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1276/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X12nə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2794/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin onun barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər RHK-lığı tərəfindən xx.xx.2000-ci il tarixdə hərbi xidmətə çağırılmış və həmin vaxtdan Silahlı Qüvvələrində xidmətdə olmuşdur. İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdə yaxınlığında mərmi partlaması nəticəsində “Barotravma. Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası. L5-S1 fəqərəarası diskin yırtığı. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Hər iki gözün sadə miopik astiqmatizmi” kimi xəsarət almışdır. Aldığı travmalardan MN Mərkəzi Hərbi Poliklinikasında Silahlı Qüvvələrinin Baş X3 Bölməsində və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası digər çoxsaylı müalicə müəssisələrində müayinə və müalicədə olmuşdur. Aparılmış müayinələr zamanı bir daha yuxanda qeyd olunan - “Barotravma. Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası. L5-S1 fəqərəarası diskin yırtığı. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnoz öz təsdiqini tapmışdır. Sonradan psixi vəziyyəti pisləşdiyi üçün AR SN RPXna qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzimdə professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Müayinə zamanı ona “Üzvi affektiv pozuntu, depressiv epizod F06.3” diaqnozu qoyulmuş və F06.7 diaqnoza qədər ağırlaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12n Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il 1237 nömrəli rəydən göründüyü kimi, Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə zamanı bir daha “Üzvi affektiv pozuntu, depressiv epizod, suiqəsd cəhdləri ilə F06.3” diaqnozu öz təsdiqini tapmışdır. Respublika Psixiatriya Xəstəxanasının nəznində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə zamanı ona “Üzvi affektiv pozuntu, depressiv epizod, suiqəsd cəhdləri ilə F06.3” diaqnozu qoyulmuşdur. Bundan əlavə Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı və Səhiyyə Nazirliyinin müvafiq müalicə müəssisələri tərəfindən verilmiş Epikrizlərdən göründüyü kimi, müayinə zamanı ona “Postravmatik, Vertevrogen Bel-oma (sağ tərəf) radikulopatiya, Davamlı ağrı sindromu ilə, L5-S1 Fəqərə arası diskinin 11 mm yırtığı. (M51.1), həmçinin osteoxondroz (M42) kimi yanaşı diaqnozlar qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə müayinə zamanı əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 14669/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2794/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı xx.xx.1982- ci il təvəllüdlü İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X12n üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal İddiaçı əyani müayinələri zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hərhansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2794/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, № N saylı hərbi hissə tərəfindən verilmiş “Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında” arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir İddiaçı xx.xx.2020-ci il tarixində “Barotravma. Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan diskogen mənşəli sağtərəfli S1 radikulopatiyası. L5-S1 fəqərəarası diskin yırtığı. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə. Hər iki gözün sadə miopik astiqmatizmi” xəsarətini almışdır. Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur. Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınmışdır: döyüş tapşırığını yerinə yetirərkən. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № 10909 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Diaqnoz: Barotravma.Davamlı kökcük ağrı sindromu ilə müşayət olunan diskoqen mənşəli sağtərəıü radikulopatiyasi.L5-S1 fəqərəarası diskin yırtıqı. İkitərəfii xroniki koxlear nevrit, ikitərəfli eyrosensor agıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5.5 metr məsafədən eşitməsi ilə.Hər iki gözün adə miopik astiqmatizmi. HHK-nın xəsarətin ağırlıq dərəcəsi haqqında qərarı: xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək SQ BKH-da stasionar müalicə almışdır. xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin N №-li travma haqqında arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 №-li qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısına” uyğun olaraq “az ağır” xəsarətdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12nin “Həkim Psixiatr Komissiyasının” xx.xx.2023-cü il tarixli, № 1237 saylı rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi affoktiv pozuntu, depressiv epizod, suiqəsd cəhdləri ilə F 06.3. - İddiaçı aid xx.xx.2023-cü il tarixli T0011957YHA akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnoz: Baş-beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv (depressiv tip) pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla. Anamnezində intihar cəhdləri ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Astiqmatizm. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli № 680 saylı “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli 680 nömrəli İddiaçı aid xəstəlik haqqında şəhadətnaməyə dair xəstəliklərin səbəb-əlaqəsi haqqında Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: DİAQNOZ:“Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, suiqəsd cəhdlərlə. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İikitərəfii neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə”. “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” DİAQNOZ:” Davamlı ağrı sindromu ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki bel-oma radikuliti, sağ pəncənin distal parezi ilə nəticələnmiş qalıq əlamətləri, funksiyanın mühüm dərəcəəd pozulması ilə. L5-S1 fəqərəarası diskin sağ Sı sinir kökünü kompressiya edən yırtığı. Xroniki paraproktikə görə aparılmış düz bağırsağın fistula yolunun ləğvi, anal çatın ekssiziyası cərrahı əməliyyatından sonrakı residiv paraproktit, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,25D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. - X6 aid xx.xx.2024-cü il tarixli xxxxxxx0005 akt №- li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Baş-beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma mənzəli) nəticəsində akkektiv (depressiv tip) pozuntu, yaddaşın enməsi, funksional tutmalarla. Anamnezində intihar cəhdləri ilə; Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması – Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.20203-cü il tarixli qərardadının icrası ilə əlaqədar olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış “Vətəndaşın əyani müayinə olunması haqqında” 3-17-4/2-7022/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2 nömrəli X1 T00119567YHA nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3- 1480/2024 saylı qərarında göstərilmişdir ki; Bakı şəhər sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (112)-14669/2023 nömrəli qərardadına əsasən İddiaçı 3-17-4/1-48232/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması apanlaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 680 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, suiqəsd cəhdlərlə. Barotravma (xx.xx.2020). ikitərəfli xroniki koxiear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sağ qulaqda 3 (üç) mətr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Davamlı ağrı sindromu ilə müşayiət olunan tez-tez kəskinləşən residiv qedişli xroniki beloma radikuliti, sağ pəncənin distal parezi ilə nəticələnmiş qalıq əlamətləri, funksiyanın mühüm dərəcədə pozulması ilə. L5-S1 fəqərəarası diskin sağ Sı sinir kökünü kompressiya edən yırtığı. Xroniki paraproktikə görə aparılmış düz bağırsağın fistula yolunun ləğvi, anal çatın ekssiziyası cərrahi əməliyyatından sonrakı residiv paraproktit, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,25D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10925/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv depressiv tip pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla, anamnezində intihar cəhdiəri ilə” kimi müəyyənləşdirilmişdir. Fonus klinikası xx.xx.2022-ci il tarixli BERA test nəticəsi: “Sağ tərəfli orta (2-ci), sol tərəfli yüngül (1-ci) dərəcəli sensonevral tip eşitmə azlığı” qeyd edilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, belində olan ağrıdan, ağrıların aşağı ətraflara yayılmasından, sağ ayağında arıqlamadan, hərəkət məhdudluğundan, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir, intihar cəhdi kimi yalnız əlillik müraciətlərinə imtina cavabları gəldikdə 2 dəfə özünü asmaq istədiyini bildirmişdir. Müayinə zamanı aşağı ətraf əzələlərində hipotrofiya, atrofiya, parez əlamətləri izlənilməmiş, hərəkətlər tam həcmdə və sərbəst olmuşdur. X11 Bərpa İnstitutu xx.xx.2023-cü il tarixli EMQ nəticəsi: “Alınan nəticələr periferik neyromotor aparatda nevral tipli zədələnməyə uyğundur - saq incik sinirin aksonal tipli neyropatiyası” qeyd edilmişdir. Xarici görünüşü səliqəli, baxımlı olmuş, verilən sualları tam dərk edərək mahiyyətinə uyğun cavablandırmış, istəklərində məqsədəyönlü olmuşdur. Koqnitiv və intellektual-mnestik fəaliyyətdə geriləmə qeyd olunmamış, yaşına və təhsilinə uyğun olmuşdur. Xəstəliyinə dair spesifik suallara “sənədlərdə hamısı yazılıb” cavabı verməklə və aqressivlik nümayiş etdirməklə ətraflı cavablandırmaqdan yayınmışdır. Hal-hazırda spesifik dərman müalicəsi qəbul etmədiyini bildirmişdir. Loğman klinikası xx.xx.2023-cü il tarixli Baş-beyin MRT nəticəsi: “Beyin parenximasına aid patoloji siqnal dəyişikliyi aşkar olunmur” qeyd edilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (instrumental müayinələrlə öz təsdiqini tapmır) əhval-ruhiyyə pozuntusu. Anamnezində depressiv epizod. Somatoqen (vertebroqen ağrı) mənşəli mülayim dərəcədə ifadə olunmuş nevrozabənzər sindrom” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların pätofunksional pozuntuları qeyd olunmamış, təqdim olunan instrumental müayinə nəticələri əlillik meyarlarına uyğun olmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 2801 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, inzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir:
1. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 X12 tərəfindən doldurulmuş xx.xx.2023-xx.xx.2023cü il tarixli 10925/23 nömrəli xəstəlik tarixindən Çıxarışında göstərilmiş diaqnoz - “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv depressiv tip pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla, anamnezində intihar cəhdləri ilə” müəyyən olunurmu? Cavab: İddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 X12 tərəfindən doldurulmuş xx.xx.2023- xx.xx.2023cü il tarixli 10925/23 nömrəli xəstəlik tarixindən çıxarışında göstərilmiş diaqnoz - “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv depressiv tip pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla, anamnezində intihar cəhdləri ilə” müəyyən edilir. 2-ci sual: 1-ci sualda qeyd olunan diaqnoz İddiaçı müəyyən olunduğu təqdirdə həmin xəstəliklər onda davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntularına səbəb olurmu? Cavab: Göstərilən diaqnozlu psixi pozuntu İddiaçı onun psixi vəziyyətinə təsir etməsi nəticəsində onda davranış və affektiv pozuntuların təzahür etməsinə səbəb olur. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli psixi pozuntu ilə yanaşı digər orqanlarının patofunksional pozuntularının təzahür etməsinə səbəb olması tibbi sənədlərdə öz əksini tapmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya icraatı zamanı məhkəmə tibbi ekspertizası təyin edilmiş, təqdim edilmiş ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 X12 tərəfindən doldurulmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10925/23 nömrəli xəstəlik tarixindən çıxarışında göstərilmiş diaqnoz - “Baş-beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv depressiv tip pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla, anamnezində intihar cəhdləri ilə” müəyyən edildiyini və qərardadda qeyd olunmuş diaqnozlu psixi pozuntu İddiaçı onun psixi vəziyyətinə təsir etməsi nəticəsində onda davranış və affektiv pozuntuların təzahür etməsinə səbəb olur. Qeyd edilməlidir ki, yoxlanılan şəxsdə İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli psixi pozuntu ilə yanaşı digər orqanlarının patofunksional pozuntularının təzahür etməsinə səbəb olması tibbi sənədlərdə öz əksini tapması qənatinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2) “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: (-) 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəməpsixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə; Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən bu hal əlavə ekspertizanın təyini üçün əsas deyil və ya ekspert rəyinin sübut kimi qiymətləndirilməsinə maneə yaratmır. Digər tərəfdən qeyd edilməlidir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. “Birinci instansiya məhkəməsi tərəfindən sırf ekspert rəyinə əsaslanaraq vətəndaşa əlillik təyin edilməsi” ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi F07.0 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “Başbeyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma mənşəli) nəticəsində affektiv depressiv tip pozuntu, davranış pozuntuları, yaddaşın enməsi, funksional tutmalarla, anamnezində intihar cəhdləri ilə” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Lakin məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir ki, təqdim edilmiş ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil iş materiallarında mövcud olmamışdır. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Məhkəmə iclasına dəvət olunan zaman ekspertə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə məsuliyyət daşıdığı izah olunur. Hazırki iş üzrə də ekspertə CM ilə məsuliyyə daşığı izah olunmuş, ekspert rəydə göstərilənləri təsdiqləyərək, xəstəlik ilə bağlı bəzi məqamlara (bu növ xəstəliklərin hansı əsas xəstəliklərdən meydan gəldiyi, müalicə və müayinə, reabilitasiya ilə bağlı) aydınlıq gətirmişdir ki, məhkəmə hesab edir ki, ekspert rəyi və ekspertin ifadəsi sübut kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki illərdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi, ümumiyyətlə hazırda olan xəstəliyin əvvəlki xəstəliyin ağırlaşması nəticəsində meydana gəldiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Göründüyü kimi iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2794/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2794/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.