Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1277/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyyat hissələri İdarəsində böyük mühəndis vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş ehtiyyat hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində işlədiyi dövr dövlət qulluqçusu hesablamaqla təqaüdünün yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətini xx.xx.1972-ci ildən xx.xx.2007-ci ilədək davam etdirmişdir. xx.xx.1972-ci ildən-01.1 1.1973-cü ilədək Bakı Avtomobil Ehtiyat hissələri zavodunda fəhlə, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ildə Sovet Odusu siralarında hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1980-cı ilədək Bakı Təcrübə Sınaq zavodunda akkumulyatorçu-vulkanlaşdırıcı briqadir, xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək “Elektroştamp” zavodunda nəqliyyatın rəisi vəzifəsində, xx.xx.1983cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyat hissələri İdarəsində böyük mühəndis vəzifəsində, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş Ehtiyat Hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində 2 saylı ixtisaslaşdırılmış bazasında baş əmtəəşünas vəzifəsində, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək müxtəlif kooperativlərdə, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi “Respublika İstehsalat Birliyi” ehtiyyat hissələrini təchizatı şöbəsində baş mühəndis vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin M.Əzizbəyov adına X4 baş energütik vəzifəsində, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək “MNM’' İstehsalat Kommersiya Şirkətinin və "xxxx" İstehsalat Kommersiya Şirkətinin Prezidenti vəzifələrində işləmişdir. DSMF tərəfindən təqaüd hesablanarkən ona dövlət qulluğu kimi hesablanmamışdır. xx.xx.2020-ci ildə DSMF-ya etmiş olduğu müraciətinə 03 dekabr 2020-ci il tarixində cavab məktubu göndərilmiş, həmin cavab məktubunda “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərkəndtextəminat nəzərdə tutulmadığını əsas gətirərək təqaüdümün dövlət qulluğu ilə hesablanmasından imtina edilmişdir. “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 saylı fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nun 5-ci bəndinin “Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan— Respublikası Nazirlər Kabinetinin yanında olan icra—hakimiyyəti orqanlarının, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında şöbə müdirləri və onların müavinləri” tələbinə əsasən Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsi və Azərbaycan Respublikası X8 Komitəsi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar hesab olunduğundan, onun xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyat hissələri İdarəsində böyük mühəndis vəzifəsində və xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş Ehtiyat Hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində işlədiyi dövr dövlət qulluğu kimi götürülməklə təqaüdün hesablanması təmin olunmalı idi. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında Azərkəndtextəminat nəzərdə tutulmamışdır. Həmçinin, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 6 iyul 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə dair sənədlərin köçürülməsilə əlaqədar xx.xx.2020-ci il tarixindən əmək pensiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, AR Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 saylı Sərəncamına əsasən iddiaçının 01 sentyabr 2019-cu il tarixdən etibarən tutduğu vəzifə maaşı 917,33 manat təşkil etmişdir. 2019-cu il 01 sentyabrda qanunvericiliyin tələbinə əsasən həmin məbləğin 45 faizi, 5 ildən yuxarı əmək stajına görə 2 faiz olmaqla ödənilməli idi. Qeyd olunan məbləğin 47 faizi ümumillikdə 431,84 manat təşkil etdiyindən birinci instansiya məhkəməsnin qərarının ləgv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə iddiaçının Azərbaycan Respublikasının “Kəndtextəminat” Komitəsinin Aparatında Baş ehtiyat hissələri idarəsinin, habelə Azərbaycan Respublikasının X8 Komitəsinin aparatında Baş ehtiyat hissələri idarəsinin mövcud olub-olmaması, böyük mühəndis və mühəndis vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıbalınmaması barədə məlumatların, mövcud olduğu halda, müvafiq əsasnamələrin təqdim edilməsinə dair sorğuya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində baxılmış və bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndinə əsasən aparılmışdır. Qeyd edilən Siyahıya əsasən müvafiq uyğunlaşdırmanın 18 oktyabr 1991-ci il tarixədək və 18 oktyabr 1991-ci il tarixdən 31 avqust 2003-cü il tarixədək aparıldığını nəzərə alaraq, işin düzgün həlli üçün iddiaçının qeyd edilən qurumlarda hansı dövr ərzində işlədiyi barədə məlumatın təqdim edilməsi zəruri olduğu halda, məhkəmə tərəfindən bu barədə hər hansı məlumat təqdim edilməmişdir. Həmin Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş böyük mütəxəssis və mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İş materiallarında olan AR Kənd Təsərrüfatı nazirliyinin məktubundan görünür ki, Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlər Mərkəzdə olmadığı üçün iddiaçının həmin orqanda işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi mümkün olmamışdır. “Azərbaycan SSR X8 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda Baş ehtiyat hissələri idarəsi nəzərdə tutulmamışdır (Əlavə olunur). Baş ehtiyat hissələri idarəsi Azərbaycan SSR X8 Komitəsinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün İddiaçı 1991-ci il 18 oktyabr tarixədək həmin idarədə işlədiyi halda, onun həmin idarədə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş “Azərbaycan SSR X8 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə, Azərbaycan SSR X8 Komitəsinin mərkəzi aparatının strukturunda maddi-texniki təchizat baş idarəsi nəzərdə tutulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bildirilmişdir ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, X1 - X5 Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmiistehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında X8 Komitəsi yaradılmışdır. 1992-ci ildə X8 Komitəsi ləğv edilərkən aidiyyəti sənədlər mühafizə olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin arxivinə təhvil verilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsinin və Komitənin Baş ehtiyat hissələri idarəsi, eləcə də Azərbaycan Respublikası X8 Komitəsinin Baş ehtiyat hissələri idarəsi ilə bağlı məlumat Nazirlikdə mövcud deyildir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının surəti təqdim ediməklə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1.15-ci bəndinə əsasən İddiaçı vaxtilə Azərbaycan SSR X8 Komitəsinin Aparatında tutduğu aparıcı mühəndis vəzifəsi Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparıcı məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçının əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1983-xx.xx.1986cı illərdə Azərbaycan SSR “Komselxoztexnika”da baş mühəndis vəzifəsində işləmiş, Azərbaycan SSRİ Nazirlər Sovetinin xx.xx.1985-ci il tarixli 392 nömrəli qərarı ilə Azərbaycan SSR “Komselxoztexnika”nın ləğv edilməsi ilə əlaqədar xx.xx.1986xx.xx.1989-cu illərdə Azərbaycan SSR X8 Komitəsinin maddi-texniki təchizat idarəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim olunmuş pensiya işindən müəyyən olunur ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə İİ qrup əlilliyə görə pensiya təyin olunmuş və hazırki pensiya məbləği 321,84 manatdır. İddiaçı ərizə ilə cavabdeh quruma müraciət edərək bildirmişdir ki, əmək fəaliyyətinə 1972-ci ildə başlamışdır. 2007-ci ilədək fasiləsiz müxtəlif dövlət qurumlarında və kommersiya təşkilatlarında iş stajı olmuşdur. 2007-ci ildən bu günədək xəstəliyilə əlaqədar təqaüddədir. 6 ilə yaxın Dövlət Qulluğunda çalışmışdır. Ünvanladığı müraciətlə aldığı cavab məktubunda hazırda əmək pensiyasının 321,97 manat müəyyən edildiyi bildirmişdir. Hesab etmişdir ki, əmək pensiyası düzgün hesablanmamışdır. Bildirmişdir ki, dövlət qulluqçuları üçün təqaüdlərin baza hissəsinin artırılması hissəsində o nəzərə alınmamış və dövlət qulluqçuları üçün nəzərdə tutulan baza hissəsinin artırılması hesablanaraq təmin olunmasını xahiş etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfindən 6 iyul 2007-ci tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmiş və xx.xx.2020-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamın əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşını 520,00 manat və qulluq stajına görə əlavəniz 37,91 manat olmaqla orta aylıq əmək haqqın 1557,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 11 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (557,91 manat) 45 faizi, yəni 251,06 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2007-ci ildən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə (İİ qrup) pensiya təyin edilmiş və Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində və Azərbaycan Respublikası X8 Komitəsində işlədiyi 5 il 11 ay 14 gün müvafiq uyğunlaşma aparılaraq dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı və qulluq stajına görə əlavəsi nəzərə alınaraq iddiaçıya əlilliyə görə əmək pensiyası hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaq yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiya orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslər qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildə iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilm orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 11 ay 14 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqınının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 19,73 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublika Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat və qulluq stajına görə əlavəsi 41,55 manat olmaq orta aylıq əmək haqqı 611,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (557,91 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (611,55 manat) arasındakı fərq məbləğinin (53,64 manat) 19,73 faizi-10,58 manat 1 mart 2011 ci il tarixinədək hesablanmış pensiyası (251,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 261,64 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat və qulluq stajına görə əlavə 62,5 manat olmaqla orta aylıq əmək haqqınız 917,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (611,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (917,33 manat) arasındakı fərq məbləğinin (305,78 manat) 19,73 faizi-60,33 manat 1 sentyal 2019-cu il tarixinədək hesablanmış pensiyasının (261,64 manat) üzərinə əlavə olunmaq əmək pensiyasının məbləği 321,97 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 321,97 manat olmaqla müvafiq kart hesabına köçürülür. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən olunmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat və qulluq stajına görə əlavəsi 37,91 manat olmaqla orta aylıq əmək haqqı 557,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 11 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (557,91 manat) 45 faizi-251,06 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 11 ay 14 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 19,73 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat və qulluq stajına görə əlavəsi 41,55 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 611,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (557,91 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (611,55 manat) arasındakı fərq məbləğinin (53,64 manat) 19,73 faizi-10,58 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (251,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 261,64 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat və qulluq stajına görə əlavəsi 62,33 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 917,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (611,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (917,33 manat) arasındakı fərq məbləğinin (305,78 manat) 19,73 faizi-60,33 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (261,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 321,97 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2007-ci ildən sabiq dövlət qulluqçusu kimi əlilliyə görə (İİ qrup) pensiya təyin edilmiş və Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində və Azərbaycan Respublikası X8 Komitəsində işlədiyi 5 il 11 ay 14 gün müvafiq uyğunlaşma aparılaraq dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmışdır. İddiaçı pensiyasının qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq yenidən hesablanmasını xahiş etmiş, inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 26.3-cü maddəsinə istinad edərək pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il № 462-İİİQD Qanununun XVİİ hissəsinə əsasən, “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilmişdir. Qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maddəsinə görə pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaq yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiya orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslər qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildə iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilm orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Məhkəmə kollegiyası hesab edir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı və qulluq stajına görə əlavəsi nəzərə alınaraq iddiaçıya əlilliyə görə əmək pensiyası qeyd edilən qaydada hesablanmışdır. Odur ki, iddiaçının qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanmaqla əlil olan dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasına dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4455/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1277/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1277/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver