Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-128/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4624/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4624/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya xx xxxxxx 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üçün ödənilməmiş pensiyanın hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur (hakim N.Abiyev). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X7 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Neftbazasında və BP Eksploreyşn (Kaspian Sİ) Limiteddə işlədiyi vəzifələrin güzəştli əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stalına daxil edilməsi, ona 57 yaşdan, yəni xx.xx.2016cı il tarixdən zərərli və ağır işlərdə 12 il 06 aydan çox iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən müddət üçün ödənilməmiş pensiyanın hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə doğulmuşdur, x xxxxxxx 1976-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda 41 ildən artıq əmək stajına malikdir. xx xxxxxxxx 2016-cı ildə 57 yaşı, xx xxxxxx 2016-cı ildə zərərli və ağır işlərdə 12 il 6 aydan çox iş stajı tamam olmuş və pensiya almaq hüququ yaranmışdır. xx xxxxx 1984-cü ildən xx xxxxx 1987-ci ilə kimi Yevlax Neftbazasında cəmi 2 il 11 ay 13 gün usta, mexanik və sex rəisi işləmişdir. xx xxxxx 2004-cü ildən xx xxxxx 2005-ci ilədək Texniki inkişaf şöbəsində əməliyyatlar üzrə texniki təcrübə keçən və xx xxxxx 2005-ci ildən xx xxx 2007- ci ilədək Şimal ixrac kəməri şöbəsində mexanika üzrə texnik (nəzərdə tutulmuş) və xx xxx 2007- ci ildən xx xxxx 2010- cu ilədək BTC əməliyyatları şöbəsində mexanika üzrə texnik və xx xxxx 2010-cu ildən xx xxxx 2012-ci ilədək həmin şöbədə yükqaldırma əməliyyatları üzrə koordinator vəzifəsinə təyin edilmiş və xx xxxx 2015-ci ildən xx xxxxx 2016-ci ilədək Nəqletmə əməliyyatları departamentində Sahə nəzarətçisi və xx xxxxx 2016-cı ildən xx xxxxxx 2016-cı ilədək departament və vəzifəsinin adı Dəniz əməliyyatları departamenti, Sahə üzrə səlahiyyətli şəxs kimi dəyişdikdən sonra xx xxxxxx 2016-cı ildən xx xxxx 2017-ci ilədək həmin departamentdə Əməliyyatlar qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və xx xxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək Dəniz əməliyyatları departamentində Obyektlər üzrə supervayzer cəmi 14 il 3 ay 19 gün işləmişdir. Pensiya almaq üçün x xxxxx 2020-ci ildə aiddiyyatı üzrə DSMF X7 İdarəsinə müraciət etmiş, sonuncu **********5 nömrəli xx xxxxx 2020-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2004xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır və buna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyil. BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin xx xxxx 2020-ci il tarixli arayışında qeyd edilib: “...bu illər ərzində onun tutduğu vəzifə Azərbaycan Respublikası “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndinə (rəhbərlər və mütəxəssislər) və 10.5.2 bölməsinin (b) bəndinə (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) uyğundur”. Cəmi 11 il 4 ay 2 gün. Əmək kitabçasında işlədiyi peşələr barədə qeydlərin olmasına, həmin peşənin-iş icraçısının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş a) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil edilməsinə, əmək kitabçasının işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olmasına baxmayaraq, əlavə olaraq arayış tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu sənədin təqdim edilməməsi pensiya hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas yarada bilməz. Bununla da, əmək pensiyasının məhkəmə qaydasında təyin edilməsi zərurəti əmələ gəlmişdir. Yevlax Neftbazasında və BP Eksploreyşn (Kaspian Si) Limiteddə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5.1-ci və 10.5.2 bölmələrinin “b” yarımbəndində neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiya sahəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi müəyyən edilib. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilənlərə əsasən iddiaçı xx.xx.2004-xx.xx.2018-ci il tarixlər arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi əməliyyatlar üzrə texnik, mexaniklər üzrə texnik, yükqaldırma əməliyyatlar üzrə texnik, mexanika üzrə koordinator, sahə nəzarətçisi, qrup rəhbəri və supervayzer vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. lakin məhkəmə buna baxmayaraq qeyd edilən peşələrin məhkəmə qərarında hal-hazırda qüvvədən düşən Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan və güzəştli şərtlərlə pensiya verilməsini nəzərdə tutan Siyahıda və hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” qeyd edilən peşələr əsassız olaraq uyğunlaşdırılmışdır. Həmçinin, güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 üzrə Mərkəzi Filialı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə Yevlax şəhərində doğulmuşdur. xx xxxx 1984-cü il tarixdə 3857 nömrə ilə qeydə alınmış diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1977-ci ildən 1984-cü ilədək X3 kimyəvi texnoloji proseslərin avtomatlaşdırılması və kompleks mexanizasiyası fakültəsində təhsil almış və Dövlət İmtahan Komissiyasının xx xxxxxx 1984-cü il tarixli qərarı ilə ona avtomatlaşdırma mühəndisi ixtisası verilmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1976-cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1976-cı ildə Yevlax pambıq zavoduna təmir briqadasına 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Yevlax pambıq zavodunda təmir briqadasında 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1984- cü ilədək X4 təhsil almışdır. xx.xx.1984-cü ildə Yexlax neft bazasına mexanika emalatxanasına usta vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1984-cü ildə mexaniki emalatxanada usta vəzifəsindən mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə mexanik vəzifəsindən sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə sex rəisi vəzifəsindən mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1987-ci il tarixdə ştat cədvəlinə əsasən mühəndis, xx.xx.1989-cu ildə böyük mühəndis, xx.xx.1989-cu ildə müdir müavini, xx.xx.1990-cı ildə müvəqqəti direktor müavini, xx.xx.1993-cü ildə mühəndis vəzifələrinə keçirilmişdir. xx.xx.1996-cı ildə Yevlax neft bazasında mühəndis vəzifəsindən azad edilmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Yevlax Neftbazasında mühəndis vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixdə BP Eksploreyşn (Kaspian Si) Limiteddə texniki inkişaf şöbəsində əməliyyatlar üzrə texnik (təcrübə keçən) vəzifəsinə qəbul edilib. xx xxxxx 2005-ci ildən xx xxx 2007- ci ilədək Şimal ixrac kəməri şöbəsində mexanika üzrə texnik (nəzərdə tutulmuş) vəzifəsində, xx xxx 2007-ci ildən xx xxxx 2010cu ilədək BTC əməliyyatları şöbəsində mexanika üzrə texnik vəzifəsində, xx xxxx 2010-cu ildən xx xxxx 2012- ci ilədək həmin şöbədə yükqaldırma əməliyyatları üzrə koordinator vəzifəsində işləmiş, xx xxxx 2012-ci ildə tullantıların idarə olunması şöbəsinə tullantıların idarə olunması üzrə koordinator vəzifəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdə həmin şöbədə əməliyyata dəstək üzrə mütəxəssis vəsifəsinə keçirilmişdir. xx xxxx 2015-ci ildə Nəqletmə əməliyyatları departamentində sahə nəzarətçisi vəzifəsinə, xx xxxxx 2016-cı ildə Departament və vəzifənin adı Dəniz əməliyyatları departamenti, sahə üzrə səlahiyyətli şəxs kimi dəyişdirilmişdir. xx xxxxxx 2016-cı ildən xx xxxx 2017-ci ilədək həmin departamentdə Əməliyyatlar qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək Dəniz əməliyyatları departamentində obyektlər üzrə supervayzer vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş 78/10 №li xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Dövlət Arxivində mühafizə olunan Yevlax Neftbazasının 1984-1987-ci illərə dair əmr kitablarında İddiaçı haqqında aşağıdakı əmrlər vardır: Yevlax Neftbazasının xx xxxxx 1984-cü il tarixli 68 saylı əmrinə əsasən Yevlax Neftbazasının emalatxanasına usta təyin olunmuşdur. Yevlax Neftbazasının xx xxxx 1984-cü il tarixli 101 saylı əmrinə əsasən emalatxana ustası mexanik vəzifəsinə keçirilmişdir. Yevlax Neftbazasının xx xxxxx 1985-ci il tarixli 45 saylı əmrinə əsasən mexanik vəzifəsindən sex rəisi vəzifəsinə keçirilmişdir. Yevlax Neftbazasının xx xxxxxxx 1985-ci il tarixli 123 saylı əmrinə əsasən sex rəisliyindən mexanik vəzifəsinə keçirilmişdir. Yevlax Neftbazasının xx xxxxx 1987-ci il tarixli 21 saylı əmrinə əsasən mühəndis vəzifəsinə keçirilmişdir. BP Eksploreyşn (Kaspian Si) LTD şirkətinin Azərbaycan Respublikası nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2018-ci ilədək BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətində müxtəlif vəzifələrdə işləyib. İşçinin şirkətdə sonuncu vəzifəsi Dəniz əməliyyatları departamentində Obyektlər üzrə supervayzer olub. İddiaçı xx xxxxx 2004-cü ildən xx xxxxx 2005-ci ilədək Texniki inkişaf şöbəsində əməliyyatlar üzrə texniki (təcrübə keçən) və xx xxxxx 2005-ci ildən xx xxx 2007-ci ilədək Şimal ixrac kəməri şöbəsində mexanika üzrə texnik (nəzərdə tutulmuş) və xx xxx 2007-ci ildən xx xxxx 2010-cu ilədək BTC əməliyyatları şöbəsində mexanika üzrə texnik və xx xxxx 2010-cu ildən xx xxxx 2012-ci ilədək həmin şöbədə yükqaldırma əməliyyatları üzrə koordinator vəzifəsinə təyin edilib və xx xxxx 2015-ci ildən xx xxxxx 2016-ci ilədək Nəqletmə əməliyyatları departamentində sahə nəzarətçisi və xx xxxxx 2016-cı ildən xx xxxxxx 2016-cı ilədək departament və vəzifəsinin adı Dəniz əməliyyatları departamenti, sahə üzrə səlahiyyətli şəxs kimi dəyişdikdən sonra xx xxxxxx 2016-cı ildən xx xxxx 2017-ci ilədək həmin departamentdə Əməliyyatlar qrupunun rəhbəri vəzifəsinə keçirilmiş və xx xxxx 2017-ci ildən xx xxxxxx 2018-ci ilədək Dəniz əməliyyatları departamentində Obyektlər üzrə supervavzer kimi çalışıb və bu illər ərzində onun tutduğu vəzifə Azərbaycan Respublikası "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarının 10.5.1 bölməsinin (a) bəndinə (fəhlələr) və (b) bəndinə (rəhbərlər və mütəxəssislər) və 10.5.2 bölməsinin (b) bəndinə (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) uyğundur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X8 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş 15 dekabr dekabr 1976-cı il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.2004xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi əməliyyatlar üzrə texnik, mexanika üzrə texnik, yükqaldırma əməliyyatları üzrə koordinator, sahə nəzarətçisi, qrup rəhbəri və supervayzer vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Birinci instansiya məhkəməsi “Ümumi iş stajı” anlayışı ilə bağlı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakıları qeyd etmişdir: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; ..g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və xx xxxxxxxx 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, xx xxxxxx 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı işin mübahisələndirilməyən hallarındadır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 il, 8 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasında iddiaçının işlədiyi vəzifələrin Siyahıda zərərli peşə kimi nəzərdə tutulması münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı və xx.xx.2007-ci il tarixli 12 №li qərarları ilə müvafiq olaraq “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №‐li və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahılarında müvafiq olaraq iddiaçının Yevlax Neftbazasında və BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətində işlədiyi vəzifləri (iddiaçının işlədiyi dövrlərə uyğun olaraq) Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı adlanan Xİİ fəslində (kod 21300000) mütəxəssislər və rəhbərlər (kod 2130301b b), ustalar, böyük ustalar (kod 2130301b— 23187); “10.5.1.İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitum, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri” bölməsinin (a) bəndində “fəhlələr” və (b) bəndində “rəhbərlər və mütəxəssislər” və “10.5.2. Bu bölmədə adları çəkilən istehsalatda şist, kömür, qaz kondensatı, qaz, neft emalında məşğul olan aşağıda göstərilən rəhbərlər, mütəxəssislər və fəhlələr” bölməsinin (b) bəndində göstərilən (rəhbərlər və mütəxəssislər: növbə rəisləri və sahə rəisləri) vəzifələrinə uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1984-xx.xx.2003-cü illərdə Yevlax Neftbazasının emalatxanasında işlədiyi usta, mexanik, sex rəisi, mühəndis vəzifələri, xx.xx.2004-xx.xx.2018-ci il tarixlər arasındakı dövr ərzində “BP Eksploreyşn LTD” şirkətində işlədiyi əməliyyatlar üzrə texnik, mexaniklər üzrə texnik, yükqaldırma əməliyyatlar üzrə texnik, mexanika üzrə koordinator, sahə nəzarətçisi, qrup rəhbəri və supervayzer vəzifələri yuxarıda adı çəkilən Siyahılarda nəzərdə tutulmamışdır və birinci instansiya məhkəməsi qeyd edilən vəzifələri uyğunlaşdıraraq haqlı olmamışdır. Belə olan halda iddiaçının iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranmadığından ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin müddəaları tətbiq oluna bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilsin. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4624/2020 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-128/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-128/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver