Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-128/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-783/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və 3 (üç) nəfər ailə üzvlərinin 1992-ci ildən etibarən daimi sahiblik etdikləri və istifadələrində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair “sosial kirayə müqaviləsinin bağlanması” öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamına əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) onun, İddiaçı, həyat yoldaşının və oğlunun istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən qeyd olunan ünvanda 3 nəfərdən ibarət ailəsilə birgə yaşayır. Sonradan həmin mənzildə kiçik oğlu dünyaya gəlmişdir və onlar 4 nəfər həmin mənzildə yaşayırlar. Hal-hazırda İddiaçı və 3 nəfər ailə üzvünün daimi istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 20, 8 saylı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına zərurət yaranmışdır. Bildirir ki, 1992-ci ildən istifadələrində və daim yaşadıqları mənzilə xeyli vəsait yatırmış, bir neçə dəfə təmir etdirmiş, kommunikasiya xətləri çəkdirmiş və yaşayış üçün yararlı hala öz hesablarına gətirmişlər. Mənzilə dair işıq, su, qaz, bələdiyyə, o cümlədən MKTB ilə bağlanmış bütün müqavilələr ilə onun adına rəsmiləşdirilmiş, bütün ödənişlərə dair qəbzlər mövcuddur. Həmçinin, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 08.05.1998-ci il tarixli, 153 saylı və Azerbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamenti Binəqədi MKTB-nin, 107 saylı MKİS-nin 19.08.2019-cu il tarixli, 1172 saylı arayışlarına əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, T. Yaqubov küçəsi, ev 20, 8 saylı mənzil mənim, İddiaçı və 3 (üç) nəfər ailə üzvlərinin, həyat yoldaşının və 2 (iki) oğlunun istifadəsində olması qeyd edilmişdir. Onun və ailəsinin uzun illərdir istifadəsində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına ehtiyac vardır. Müvafiq sənədlər hazır edilərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ünvan 1 ünvanında yerləşən mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Lakin, 05 fevral 2020-ci il tarixli, 02/09-11-1 l/F-2-059 saylı bildirişlə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsinin bağlanmasına dair ərizədən imtina edilmişdir. Qeyd olunan imtina məktubunda Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti imtinanın əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq olunması qeyd edilmişdir. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair sosial kirayə müqaviləsinin bağlanmasından imtina edilmişdir. Hesab edir ki, qeyd olunan imtina qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbərini nəzərə alaraq ailəsinə məxsus və uzun illərdir isftifadəsində olan mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması zəruridir. Hesab edir ki, artıq 30 ilə yaxındır fasiləsiz və etirazsız ona və ailə üzvlərinə məxsus və istifadələrində olan mənzilə sosial kirayə müqaviləsinin bağlanması hüququ vardır. 1992-ci ildən etibarən ona məxsus mənzilin tam qanuni əsaslarla və digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sahiblik və istifadə etmişdir. Bu səbəbdən də ona məxsus mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması hüququ vardır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı və üç nəfər ailə üzvlərinin 1991-ci ildən etibarən daimi sahiblik etdiyi və istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-783/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı və üç nəfər ailə üzvünün 1991-ci ildən etibarən daimi sahiblik etdiyi və istifadəsində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Fərəcov X2 rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 20, mənzil 21 ünvanındakı mənzilə qeydiyyatda olmaqla yaşayır. Vətəndaşın müraciətinə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin 15.05.1992ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 20, 8 sa ylı mənzildəki vətəndaşın mənzil uçotunda olması nəzərə alınaraq müvəqqəti yaşamasına icazə verilmişdir. Vətənda. İddiaçı hal-hazırda Binəqədi Rayon İcra Hakimiyyətində uçotda qalmaqda davam edir. İddiaçnın müraciətinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən cavab verilməklə bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq olunur. Hal-hazırda sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilməmişdir, təsdiq edildikdən sonra müraciətinə baxılacaqdır. Məhkəmə İcra Hakimiyyətinin izah məktubunu imtina kimi qiymətləndirməklə iddiaçının iddia tələbinə baxmışdır. Bundan əlavə, məhkəmənin qərarına əsasən “sosial kirayə müqaviləsi”nin bağlanması öhdəliyi Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Halbuki, bu qərar artıq icrası mümkün olmayan və qanun normasına zidd qərar hesab edilməlidir. Qanun norması kimi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması AR Nazirlər Kabineti tərəfindən təsdiq olunması nəzərdə tutulduğu halda Rayon İcra Hakimiyyəti hansı müqavilə formasını təsdiq edəcəkdir. Bundan əlavə, məhkəmə “sosial kirayə müqaviləsi”nin bağlanması öhdəliyini Binəqədi Rayon İcra Hakmiyyətinin üzərinə qoymuş, lakin iddiaçının mövcud mənzil uçotuna hüquqi qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair onunla kirayə müqavilənin bağlanması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşdən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanda pasport qeydiyyatındadır. Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mənzil Bakı şəhəri, Binəqədi rayon İcra Aparatının 15.05.1992-ci il tarixli, 415 saylı sərəncamına əsasən, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) onun, İddiaçı, həyat yoldaşının və oğlunun istifadəsinə verilmişdir. Çətin mənzil şəraitinin olması ilə əlaqədar, həmçinin Bakı şəhər İcra hakimiyyəti Başçısının müavini S.M.Salmanovun tapşırığını nəzərə alaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzili (əvəllər посолек Баладжары, улица Луначарского дом 20, квартира 8) İddiaçı, arvadı və qızının müvəqqəti istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Binəqədi Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ünvan 6 ünvanda yerləşən 8 saylı mənzilə dair plan cizgi tərtib edilərək təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Binəqədi Mənzil Kommunal Departamenti Binəqədi rayon MKTB-nin 107 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 16 noyabr 2019-cu il tarixli, 1433 saylı arayışdan görünür ki, İddiaçı, ailə tərkibi olan 1963-cü təvəllüdlü X5, 1990-cı il təvəllüdlü Fərəcova (Heydərova) Selcan Sərdar qızı, 1992-ci il təvəllüdlü Fərəcova (Cabbarova) Humay Sərdar qızı ilə birlikdə 415 saylı 15 may 1992-ci il tarixli Sərəncama əsasən ünvan 6 ünvanda yerləşən 8 saylı mənzildə qeydiyyatsız olaraq yaşayırlar. ünvan 6 ünvanda yerləşən 21 saylı mənzildə qeydiyyatdadırlar. X4 13.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o ünvan 7 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. X1 13.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o ünvan 7 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. X3 12.11.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o ünvan 7 ünvanda yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilib və sənədləşdirlməsinə etiraz etmədiyini bildirmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 02/09-11/F-2- 059 saylı, 05 fevral 2020-ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlandığı və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq oulnduğu, yaşayış sahəsinin birtipli formasının müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra həmin məsələyə baxıla biləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.1957-ci il təvəllüdlü İddiaçının adına hər hansı daşınmaz əmlakın qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə buna dair sənədlərin təsdiqlənmiş surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb edilmiş, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********23 saylı, 16 oktyabr 2020-ci il tarixli məktubda İddiaçının adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlakın aşkar edilmədiyi bildirilmişdir. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin Məcəllənin 50.1 və 50.1.4-cü maddələrinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiyası məhkəməsi qərarında iddianı təmin edərək Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqavilənin bağlanması öhdəliyini cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoymuşdur. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli 153 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Mənzil Məcəlləsinin 21.5-ci, 24.5-ci maddələrində, 28.4-5-ci maddəsində birinci halda, 49.2-ci, 49.5-ci, 51.7-ci, 62.2-ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2-ci, 138.3-cü, 141.5-ci, 141-1.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Mənzil Məcəlləsinin 56.3-cü maddəsinə görə yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Kollegiya qeyd edir ki, iddiaçı sözügedən mənzildə 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməli, həmin qanunvericiliyin tələblərinə uyğun olaraq kirayə müqavilənin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Odur ki, apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verdiyindən və həmin ərizə icraata qəbul edildiyindən kollegiya hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar dəyişdirilməldir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqavilənin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2-1(112)-783/2021 saylı qərarı dəyişdirilsin. Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 20 saylı evin, 8 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqavilənin bağlanması barədə sərəncamın verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-128/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-128/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver