Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1281/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5124/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 50 yaşı tamam olduğu tarixdən, yəni xx xxxx 1958-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyası haqqında” AR Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əməkj pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03.12.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 50 yaşının tamam olduğu tarixdən, yəni 20.03.2008-ci il tarixdən həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və 11.03.2017-ci ildən hesablanaraq (ödənilmiş sosial müavinətlərin məbləği çıxılmaqla) ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia digər hissədə rədd edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili Vəkil ərizə ilə müraciət edərərk, cavabdeh tələbi tam icra etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi faktı təsdiq edərək, ərizəyə etiraz etməmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. İPM-in 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 67, 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. HAKİMLƏR Vidadi Məmmədov İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1281/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1281/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver