Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1281/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilən məbləğin geri qaytarıldığı günədək gecikdirilən hər gün üçün vergi ödəyicisinə 0.1 faiz məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilən 29500,0 manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 814 təqvim günü üzrə 24013,0 manat faizlərin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı tərəfindən artıq ödənilmiş 29500,0 (iyirmi doqquz min beş yüz) manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 814 təqvim günü üzrə 24013,0 manat məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblərlə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilən 29500,0 manat pul vəsaiti geri qaytarılanadək gecikdirilən 815 təqvim günü üzrə 24042,5 manat faizlərin ödənilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri X4 və Uçotunun Təşkili Baş İdarəsi xx.xx.2024-cü il tarixli elektron məhkəmə portalı vasitəsilə vəsatət təqdim edərək, onun əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10126/2024 nömrəli qərardadı ilə cavabdeh X4 və Uçotunun Təşkili Baş İdarəsi əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra, eyni tarixli Bildiriş və xx.xx.2024-cü il tarixli Sərəncamlar göndərilsə də, sənədlərin qoşmalarında iddia ərizəsi əlavə edilməmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixli qərardadla əsl cavabdeh kimi əvəz olunsa da, əsl cavabdehə bu barədə məlumat verilməmişdir. Belə ki, iş üzrə elektron məhkəməyə yüklənmiş materiallardan görülür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində əlbəəl daxil olmuşdur, yəni İPM 9-1 tətbiq oluna bilməz və xx.xx.2024-cü il tarixli qərardaddan sonra ilk proses xx.xx.2024-cü il tarixinə təyin olunmuş, həmin tarixdə iddiaçı tərəfindən verilmiş dəqiqləşmiş ərizə üzrə məhkəmə qərardad qəbul etmiş, eyni tarixli cavabdehin iş üzrə mülahizəsi bildirilmədən və ya buna imkan yaradılmadan xx.xx.2024-cü il tarixli mahiyyət üzrə qərar qəbul edilmişdir. Əlavə olaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı İnzibati Məhkəməsində mütəmadi olaraq digər proseslərdə iştirak etməsinə baxmayaraq, məhkəmə tərəfindən şifahi şəkildə də iddia ərizəsinin mövcudluğu barədə məlumat təqdim edilməmişdir. Həmin qərar İPM və MPM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə tərəfindən prosessual hüquq normalarının tətbiq edilməməsi və ya yetərincə tətbiq edilməməsi, nəticə etibarı ilə milli qanunvericiliyin nomralarının pozulması ilə müşayət olunmuşdur. Bu nöqteyi-nəzərdən də hesab edirlər ki, barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-10126/2024 saylı qərarından apellyasiya şikayətinin verilməsi üçün üzrlü səbəblərlə buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, ərizəni və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (32 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh buraxılmış prosesual müddətin bərpa olunması barədə ərizəni məhkəməyə təqdim etsə də, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Buna görə də buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10126/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1281/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1281/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver