Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-181/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqa (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-də 0,01248 sahədə yerləşən 109 kv.m fərdi yaşayış evinə görə ona 180.000 manat məbləğində pulun ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 181/2019 saylı qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1560/2019 saylı qərarı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, işin müəyyən olunan hallarını aşağıda göstərilən hüquq normalarının tələbləri baxımından qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, dalan 3, ev 2-nin üzərində İddiaçı paylı (2/6 hissəsi) mülkiyyəti dövlət qeydiyyatına alınmışdır. - Cavabdeh Bakı şəhəri Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubuna əsasən Cavabdeh cəlb etdiyi müstəqil qiymətləndiricilər tərəfindən iddiaçının paylı mülkiyyətçisi olduğu yaşayış sahəsinin iddiaçıya məxsus hissəsi 61690 manat dəyərində qiymətləndirilmişdir. - “xxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçının fərdi yaşayış evinin yaşayış sahəsi 24,0 kv metr, yardımçı sahəsi 16,46 kv metr, ümumi sahəsi 40,46 kv metrdir. Mülkiyyətçi ona məxsus olan çıxarışda qeyd edilən evdə yaşamadığına və faktiki sahəsini göstərə bilmədiyinə görə çıxarışda qeyd edilən və İddiaçı məxsus olan fərdi yaşayış evi 4085/1A şərti kodu ilə qeydiyyata alınmış və sənədli sahəyə əsasən 40000 manat qiymətləndirilmişdir. - xx.xx.2018-ci il tarixli akta əsasən ünvan 2 ünvanda İddiaçı məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar İddiaçı Cavabdeh təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx.xx.2018-ci ildə həmin komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı iddiaçıya ona məxsus yaşayış sahəsinə görə iddiaçıya 40000 manat məbləğində kompensasiya təklif edilmişdir, lakin iddiaçı razılığını bildirməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının paylı mülkiyyətində olan mənzil sahəsi 40,46 kv metrdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018- ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinindövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən dövlət ehtiyacları üçün alınan torpaqların kv.metri 1500 manat hesablandığından, iddiaçının mənzilinin sahəsi 40.46 kv.metr olduğundan iddiaçıya ümumilikdə 60.690 manat (40.46X1500=60690) məbləğində kompensasiya ödənilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına 40.000 manat vəsait depozit qoyulmuşdur. Buna görə də hazırda cavabdeh tərəfindən iddiaçıya kompensasiyanın ödənilməyən 20.690 manat məbləği iddiçıya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 181/2019 saylı qərarı qismən ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehndən əlavə 20.230 manat məbləğində pul tutulub iddiaçının xeyrinə ödənilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1282/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver