Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiya” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli e-2- 1(112)-8493/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 260,43 kv.m yaşayış evinin sökülməsinə görə 651075 manat və 600 kv.m torpaq sahəsinin geri alınmasına görə ******* manat, cəmi 1 851 075 manat və həmin məbləğə 20% əlavə etməklə toplam – 2 313 844 manat kompensasiya məbləğinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən, 600 kv.m. torpaq sahəsi, hasara alınmaqla uzun müddət ərzində İddiaçı istifadəsində olmuş və həmin ərazidə birmərtəbəli yaşayış evi inşa olunmuşdur. Qeyd olunan torpaq sahəsi, qanunvericiliyin tələblərinə müvafiq olaraq, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı ilə sənədləşdirilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamında göstərilmişdir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsinə, İddiaçı ilə Bələdiyyə arasında alqı-satqı aktının tərtib edilməsinə və aktda göstərilən məbləğin Bələdiyyənin hesabına ödənilməsinə dair sərəncam verilmişdir. Sonradan torpaq sahəsinin alınması üçün 320 manat pul vəsaiti Bələdiyyənin bank hesabına köçürülmüş, alqı-satqı aktı əsasında həmin torpaq sahəsi əvəzi ödənilməklə satın alınmış və torpaq sahəsinin planı təqdim olunmuşdur. Torpaq sahəsi alındıqdan sonra həmin ərazidə 2 mərtəbəli, ümumi sahəsi 260,43 kv.m. olan yaşayış evi inşa edilmiş və müvafiq sənədləşdirilmə işləri aparılması üçün memarlıq planlaşdırma layihəsi “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən 2010-cu ildə təsdiq edilmişdir. Təqribən 2011-ci ilin ortalarında, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi üçün, qeyd olunan yaşayış evi xəbərdarlıq edilmədən sökülmüş və evin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınmışdır. Lakin mülkiyyətçiyə heç bir kompensasiya ödənilməmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə çoxsaylı həm şifahi, həm də rəsmi müraciətlər olunsa da, hal-hazıradək heç bir əməli tədbirlər görülməmişdir. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində 1kv.m. yaşayış sahəsinin təqribən 2500 manat və 1 kv.m. torpaq sahəsinin təqribən 2000 manat dəyərində olduğunu nəzərə alaraq 260,43 kv.m. yaşayış evi üçün-651075 və 600 kv.m. torpaq sahəsi üçün ******* manat, cəmi - ******* manat və həmin məbləğə də 20% əlavə etməklə toplam-2313 844 (1851075+1851075%20) manat kompensasiya məbləğinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ödənilməsinin təmin edilməsi barədə cavabdehə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət olunmuşdur. Cavabdeh isə kompensasiyanın ödənilməsi sahəsində hər hansı bir əməli tədbir görmür və müraciətə də cavab vemir. İşin mübahisəsiz halıdır ki, hazırki işdə iddiaçının mülkiyyətində olan evi sökülmüş və mülkiyyət hüququ ilə sahibliyində və istifadəsində olan torpaq sahəsi geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun mülkiyyətində olan əmlak üzərində sərəncam vermə və mülkiyyətin yerləşdiyi torpaqdan istifadə imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunana mülkiyyət və istifadə etmə hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daşımalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli e-2-1(112)-8493/2023 nömrəli qərarı (M.Hacıbəyova) ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sərəncamın surəti Bakı şəhəri 3 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə saat 15-17də təsdiq olunmuşdur. Eləcə də, notarus tərəfindən qeyd olunmuşdur ki, surəti onun əsli ilə tutuşdurarkən, sonuncuda pozulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və digər şərtləndirilməmiş düzəlişlər aşkar edilməyib, eləcə də reyestrdə 1S-4542 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. Xüsusi olaraq qeyd olunmalıdır ki, İddia Ərizəsi ilə birlikdə həmin Sərəncamın, yuxarıda göstərilən təsdiq olunmuş surəti məhkəmə iş materiallarına təqdim olunmuş və bu hal EMİS-ndəki e-kabinetdə 3-cü sırada yerləşən “İddia Ərizəsi və Əlavə sənədlər” qrafasında məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil götürülməsi təsdiq olunmuşdur. Odur ki, məhkəmə tərəfindən həmin Sərəncamın notariat qaydada təsdiq olunmuş surətinin kserosurət kimi qələmə verilməsi və sonradan həmin Sərəncamın mötəbər sübut qismində qiymətləndirilməməsi qəbul edilən deyil. Bundan başqa, məhkəmənin xx.xx.2023-cü il saat 16-00-da keçirilmiş hazırlıq iclasında həmin sərəncamın əsli məhkəməyə təqdim olunmuş və məhkəmə baxış keçirdikdən sonra Sərəncamın əslini qaytarmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Həmin Sərəncamın 1-ci abzasında qeyd olunmuş, “Səbail rayon sakini İddiaçı ərizə ilə Səbail rayon Bələdiyyəsinə müraciət edərək, üzun müddət bundan əvvəlcədən öz şəxsi vəsaiti hesabına abadlaşdırıb istifadə etdiyi Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m. torpaq sahəsini onun adına sənədləşdirilməsini xahiş etmişdir. Deməli, inzibati Akt hesab edilən həmin Sərəncamla da müəyyən edilir ki, iddiaçı üzun müddət bundan əvvəlcədən istifadə etdiyi Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m. torpaq sahəsini öz şəxsi vəsaiti hesabına abadlaşdırmış və həmin 600 kv.m. torpaq sahəsini sənədləşdirilməsi üçün Səbail Bələdiyəsinə müraciət etmişdir. Halbuki, Sərəncamın bu hissəsinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Qərarın 3-cü səhifəsinin 9-cu abzasında göstərilir ki,- “Torpaqların alqı-satqısına dair” aktın kserosurətinə əsasən Səbail rayonu ərazisində ünvan 1 ünvanda yaşayan İddiaçı bələdiyyə ərazisində 400 kv.m. torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli, 989 saylı qərar qəbul edilmişdir.” Həmin Akın surəti də- Bakı şəhəri 3 saylı Notariat Ofisindəxx.xx.2021-ci il tarixdə saat 15-13də təsdiq olunmuşdur. Eləcə də, notarus tərəfindən qeyd il tarixdə saat 15-13də təsdiq olunmuşdur. Eləcə də, notarus tərəfindən qeyd olunmuşdur ki, surəti onun əsli ilə tutuşdurarkən, sonuncuda pozulmuş, əlavə yazılmış, üstündən qələm çəkilmiş sözlər və digər şərtləndirilməmiş düzəlişlər aşkar edilməyib; Eləcə də,Reyestrdə 1S-4539 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İddia ərizəsi ilə birlikdə həmin Aktın, yuxarıda göstərilən təsdiq olunmuş surəti məhkəmə iş materiallarına təqdim olunmuş və bu hal EMİS-ndəki e-kabinetdə 3-cü sırada yerləşən “İddia Ərizəsi və Əlavə sənədlər” qrafasında məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil götürülməsi təsdiq olunmuşdur. Odur ki, məhkəmə tərəfindən həmin Aktın notariat qaydada təsdiq olunmuş surətinin kserosurət kimi qələmə verilməsi və sonradan həmin Aktın mötəbər sübut qismində qiymətləndirilməməsi qəbul edilən deyil. Bundan başqa, Həmin Aktın 2-ci bəndində açıq-aşkar göstərilmişdir ki, iddiaçı tərəfindən CD859665 nömrəli qəbz əsasında Bələdiyyənin bank hesabına əvvəlcədən 320 manat pul vəsaiti ödənilmişdir. Halbuki, Aktın bu hissəsinə məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Bundan başqa, Aktın 3-cü bəndində aktın tərtib edilmə tarixi göstərilməsə də, Aktın bələdiyyənin sədri X3 imzası və möhürü ilə təsdiq edilməsi qeyd olunmuşdur. Həmin Aktın orjinal nüsxəsində bələdiyyənin sədrinin imzası və möhürü aydın görünsə də, notariat qaydada təsdiq olunmuş surətində nədənsə möhürün görüntüsü adi göz baxımında görünməz kimi olmuşdur. Lakin həmin surəti 175 və 200 faiz böyütdukdə, möhürün görüntüsü hiss olunur. Qərarın 3-cü səhifəsinin 10-cu abzasında göstərilir ki,- “İddia ərizəsinə “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi tərəfindən 2010-cu ildə hazırlanmış “ Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində İddiaçı məxsus mövcud 2 mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma layihəsi” təqdim edilmişdir.” Həmin layihədən açıq-aydın görünür ki, iddiaçıya məxsus 2 mərtəbəli yaşayış evi 2010-cu ildə mövcud olmuş və həmin evin tikintialtı sahəsi- 162,06 kv.m., yaşayış sahəsi- 142,80 kv.m., ümumi sahəsi isə- 260,43 kv.m. təşkil etmişdir. Halbuki, həmin layihə sənədinin qəbul edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən dəyərləndirilməmiş və bununla bağlı qətnamədə hər hansı bir münasibət açıqlanmamışdır. Qərarın 3-cü səhifəsinin 11-ci abzasında göstərilir ki,- “İddia ərizəsinə əlavə edilmiş CD859665nömrəli, xx.xx.2006-ci il tarixli qəbzin kserosurətinə əsasən İddiaçı tərəfindən torpaq alınmasına görə 320 manat Səbail bələdiyyəsinin hesabına ödənilmişdir.” Deməli, həmin qəbzdən müəyyən olunur ki, iddiaçının əldə etdiyi 600 manat torpaq sahəsi əvəzsiz olmamış və bələdiyyənin bank hesabına 320 manat ödənilmişdir. Qərarın 3-cü səhifəsinin 12-ci abzasında göstərilir ki,- “Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak MəsələləriDövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18829/2023 **********29 nömrəli “Fiziki şəxsin adına daşınmaz əmlakınolub-olmaması barədə” cavab məktubuna əsasənbildirilmişdir ki, Bakı şəhəri, Səbailrayonu, Əhəd Yaqubov küçəsində İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.” Qərarın 4-cü səhifəsinin 1-ci abzasında göstərilir ki,- “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçının nümayəndəsinə ünvanladığı 07 fevral 2022-ci il tarixli, ********** nömrəli məktubuna əsasən bildirilmişdir ki, müraciətdə qeyd edilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən heç bir söküntü işləri aparılmamışdır.” Deməli, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi başlamamışdan öncə də, daha əvəllər, yəni 2022-ci ildə də yazışmalar mövcud olmuşdur. Digər tərəfdən, 2022-ci il tarixdə verilmiş cavab məktubunda,“cavabdeh tərəfindən heç bir söküntü işləri aparılmamışdır” göstərilməsi ifadəsi, açıq-aşkardır ki, formal mülahizəyə və fərziyəyə əsaslanmış, heç də həmin halın subut olunması üçün yetərli hesab edilməsi üçün qəbul edilən deyildir. Qərarın 4-cü səhifəsinin 2-4-cü abzaslarında,Məhkəmə Ekspertiza Mərkəzinin 10/5704 nömrəli , 06 oktyabr 2023-cü il tarixli ekspert rəyi göstərilir ki, bu barədə Apellyasiya Şikayətinin 5.2-ci bəndində qeyd olunmuşdur. Ekspert rəyinin digər sübutlarla əlaqəli şəkildə dəyərləndirilməsi, eləcə də həmin Rəyin qəbul edilib-edilməməsi də Qərarda öz əksini tapmamışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Bələdiyyənin Sərəncamı əsasında verilmiş və bələdiyyə tərəfindən təsdiqlənmiş 600 kv.m. torpaq sahəsinin planı (sxemi) ümumiyyətlə məhkəmə tərəfindən dəyərləndirilməmiş və Qərarda həmin plan (sxem) olmamış kimi göstərilməklə, gizlədilmişdir. Belə ki, torpaq sahəsinin planı da (sxemi də) Bakı şəhəri 3 saylı Notariat Ofisindəxx.xx.2021-ci il tarixdə saat 15-15də təsdiq olunmuşdur. Eləcə də, notarus tərəfindən qeyd olunmuşdur ki, Reyestrdə 1S-4541 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. İddia Ərizəsi ilə birlikdə həmin Planın (sxemin) yuxarıda göstərilən təsdiq olunmuş surəti məhkəmə iş materiallarına təqdim olunmuş və bu hal EMİS-ndəki e-kabinetdə 3-cü sırada yerləşən “İddia Ərizəsi vəƏlavə sənədlər” qrafasında məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil götürülməsi təsdiq olunmuşdur. Bundan başqa, məhkəmənin xx.xx.2023-cü il saat 16-00da keçirilmiş hazırlıq iclasında həmin Planın (sxemin) əsli məhkəməyə təqdim olunmuş və məhkəmə baxış keçirdikdən sonra həmin Planın (sxemin) əslini qaytarmışdır. Odur ki, həmin Planın (sxemin) hansı səbəbdən dəyərləndirilməməsi (gizlədilməsi) onlara aydın olmamışdır. Bundan başqa, iş materiallarında olan, Ali Məhkəmənin 2-1(102)- 2188/2021 nömrəli xx.xx.2021-ci il, -1(102)-2095/2021 nömrəli xx.xx.2021-ci il tarixli, 2-1(102)-3373/2019 nömrəli xx.xx.2019-cu il tarixli və 2-1(102)-3174/2019 nömrəli xx.xx.2019-cu il tarixli Qərarlarındakı formalaşmış hüquqi mövqeyin; Bakı şəhəri İcra Hakimiyyətinin Apellyasiya Şurasının xx.xx.2018-ci il tarixli 03 nömrəli Qərarının,Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 76 nömrəli və xx.xx.2012-ci il tarixli 182 nömrəli Qərarlarının; Mərkəzi Bankının 20-00275-2019 nömrəlixx.xx.2019- cu il tarixli və Dövlət Statistika Komitəsinin 04\1-86 nömrəlixx.xx.2019-cu il tarixli cavab məktublarının; “Arenda Az” saytındançıxarılmış elanların sürəti və tərtib olunmuş cədvəlin hansı səbəbdən dəyərləndirilməməsi və onların qəbul edilib-edilməməsi məsələləri də Qərarda göstərilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Qərarın- 14-cü bəndində, “İddiaçı tərəfindənkompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə sahiblik etməsi və ya torpaqdan fayda alması iş materiallarından müəyyən edilməmişdir.”; 16-cı bəndində, “Məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla (mülkiyyət, istifadə və ya icarə) hüquq əldə etməmişdir.”; 18-ci bəndində, “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 2011-ci ildən sonrakı 12 il ərzində ona məxsus torpaq sahəsinə və evə görə kompensasiyanın ödənilməsi üçün müvafiq dövlət orqanlarına və ya cavabdehə müraciət edilməsi iş materialları ilə müəyyən olunmur. ; 19-cu bəndində, “Məhkəmə iddiaçının ******* (iki milyon üç yüz on üç min səkkiz yüz qırx dörd) manat məbləğində kompensasiyanın alınması məqsədi ilə təqdim etdiyi sənədlərin kserosurətlərini mötəbər sübut qismində qiymətləndirmir. Belə ki, iddiaçı iddia ərizəsində ona bələdiyyə tərəfindən 600 kv.m torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 260,43 kv.m olan fərdi evin mövcud olmasını iddia etsə də, iş materiallarında bu dəlilləri sübut edən sənədlər mövcud deyildir.” və 20 -ci bəndində, “Belə ki, iş materiallarına əlavə edilmiş torpağın alqı-satqı aktında bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin ümumi sahəsinin 400 kv.m-dən ibarət olması göstərilmişdir.Lakin həmin aktın üzərində aktın tərtib edilmə tarixi, tərəflərin imzaları mövcud deyildir, akt bələdiyyə möhürü ilə təsdiq olunmamışdır.” qeyd olunan qənaətin əsassız olması və yalnız formal mülahizə olduğu müəyyən edilir. Bununla yanaşı, işin faktiki hallarından müəyyən edilir ki, inzibati akt hesab edilən Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı, eləcə də həmin Sərəncam əsasında təsdiq edilmiış Alqı-satqı Aktı və 600 kv.m. torpaq sahəsinin Planı (cizgisi), eləcə də 2 mərtəbəli yaşayış evinin mövcud vəziyyətdə 2010-cu ildə tərtib edilmiş layihə sənədi cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmir. Belə olan halda, AR İnzibati İcraathaqqında Qanunun 64.1-ci və 64.2-ci maddələrinin tələbinə görə- İnzibati akt, ünvanlandığışəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; İnzibati aktqanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Açıq-aşkardır ki, Qərar qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Deməli, hazırki işdə iddiaçının mülkiyyətində olan evi sökülmüş və mülkiyyət hüququ ilə sahibliyində və istifadəsində olan torpaq sahəsi geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, mülkiyyətin yerləşdiyi torpaqdan istifadə imkanı itirilmiş və kompensasiya ödənilməmiş, beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafə olunun mülkiyyət və istifadəetmə hüququna müdaxilə edilərək həmin hüquqlar pozulmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. -249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. 80-ci maddəsinə əsasən, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan: - Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” Sərəncamına əsasən, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 12-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqısatqı aktı tərtib edilmişdir. -“Torpaqların alqı-satqısına dair” aktına əsasən Səbail rayonu ərazisində ünvan 1 ünvanda yaşayan İddiaçı bələdiyyə ərazisində 400 kv.m ha torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli, 989 saylı qərar qəbul edilmişdir. -İddia ərizəsinə “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi tərəfindən 2010-cu ildə hazırlanmış “Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində İddiaçı məxsus mövcud 2 mərtəbəli yaşayış evinin memarlıq planlaşdırma layihəsi” təqdim edilmişdir. -İddia ərizəsinə əlavə edilmiş CD859665 nömrəli, xx.xx.2006-ci il tarixli qəbzin kserosurətinə əsasən İddiaçı tərəfindən torpaq alınmasına görə 320 manat Səbail bələdiyyəsinin hesabına ödənilmişdir. -Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-18829/2023 **********29 nömrəli “Fiziki şəxsin adına daşınmaz əmlakın olub-olmaması barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iddiaçının nümayəndəsinə ünvanladığı 07 fevral 2022-ci il tarixli, ********** nömrəli məktubuna əsasən bildirilmişdir ki, müraciətdə qeyd edilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən heç bir söküntü işləri aparılmamışdır. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi müəyyən edilmiş, “Torpaqların alqı-satqısına dair” aktı ilə Səbail rayonu ərazisində ünvan 1 ünvanda yaşayan İddiaçı bələdiyyə ərazisində 400 kv.m ha torpaq sahəsi satılması barədə 2004-cü il 30 dekabr tarixli, 989 saylı qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 20 iyun 2023-cü il tarixli Qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə tərtib olunmuş cizgi və alqı-satqı aktı əsasında, İddiaçı satılmış Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi hal-hazırda mövcuddurmu? - Mövcud deyilsə, sözügedən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçə ərazisindən keçən avtomobil yolunun və ya avtomobil yolunun mühafizə zolağının ərazisinə düşübmü? Düşübsə, torpaq sahəsinin yolun altında qalan hissəsi (ölçüsü) müəyyən edilsin. -Məhkəmə Ekspertiza Mərkəzinin 10/5704 nömrəli , 06 oktyabr 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir: 1-ci və 2-ci suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə o cümlədən, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə tərtib olunmuş cizgi və alqı-satqı aktı əsasında, İddiaçı satılmış Bakı şəhəri Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi hal-hazırda mövcud olmadığı müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi Səlyan şossesi abtomobil yolunun üzərində (əvvəllər) yerləşdiyi nəzərə alaraq yolun qorunma (mühafizə) zonasına düşdüyü müəyyən olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla (mülkiyyət, istifadə və ya icarə) hüquq əldə etməmişdir, məhkəmə iddiaçının ******* (iki milyon üç yüz on üç min səkkiz yüz qırx dörd) manat məbləğində kompensasiyanın alınması məqsədi ilə təqdim etdiyi sənədlərin kserosurətlərini mötəbər sübut qismində qiymətləndirmir, belə ki, iddiaçı iddia ərizəsində ona bələdiyyə tərəfindən 600 kv.m torpaq sahəsinin ayrıldığını, həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 260,43 kv.m olan fərdi evin mövcud olmasını iddia etsə də, iş materiallarında bu dəlilləri sübut edən sənədlər mövcud deyildir, belə ki, iş materiallarına əlavə edilmiş torpağın alqı-satqı aktında bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsinin ümumi sahəsinin 400 kv.m-dən ibarət olması göstərilmişdir, lakin həmin aktın üzərində aktın tərtib edilmə tarixi, tərəflərin imzaları mövcud deyildir, akt bələdiyyə möhürü ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Hazırki tələbində iddiaçı yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsaslanmaqla, 2011-ci ilin ortalarında, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisindən keçən avtomobil yolunun genişləndirilməsi üçün, həmin torpaq sahəsində inşa etdiyi yaşayış evinin xəbərdarlıq edilmədən sökülməsinə və evin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına istinad edərək cavabdeh inzibati orqan tərəfindən ona kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, alqı-satqı əsasında iddiaçıya satılmış torpaq sahəsinin yolun qorunma (mühafizə) zonasına düşməsi, dolayısıyla torpaq sahəsinin cavabdeh tərəfindən avtomobil yolunun genişləndirilməsi üçün dövlət ehtiyacları üçün alınması işin mübahisəsiz halıdır, belə ki, birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/5704 nömrəli, 06 oktyabr 2023cü il tarixli ekspert rəyinin nəticə hissəsində də qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsindəki 260,43 kv.m yaşayış evi Səlyan şossesi avtomobil yolunun üzərində (əvvəllər) yerləşdiyi nəzərə alaraq yolun qorunma (mühafizə) zonasına düşdüyü müəyyən olunur. İşin bu halı cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla (mülkiyyət, istifadə və ya icarə) hüquq əldə etməmişdir” formasında gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də, formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın “qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən, torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçi torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur.” Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçının bu qanuni gözləntiləri qorunmağa layiqdir və bunu istisna edən hər hansı hal iş üzrə materiallardan görünmür. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Məhkəmə kollegiyası həmçinin sənədlərin kserosurət olması əsası ilə onların mötəbər sübut qismində qiymətləndirilməməsi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmamışdır. Belə ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” Sərəncamın və “Torpaqların alqı-satqısına dair” aktın əsilləri mövcuddur, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” Sərəncamı həmin dövrdə bələdiyyə sədri olmuş Əhməd Hüseynov, “Torpaqların alqı-satqısına dair” akt isə həm bələdiyyə sədri, həm də İddiaçı tərəfindən imzalanaraq möhürlənmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin .sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Eyni zamanda həmin Qanununun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə sorğu verməklə yanaşı iddiaçıdan sənədlərin əslini tələb edə və həmin sənədlərə baxış keçirə bilərdi. Apellyasiya instansiya məhkəməsində icraat zamanı qeyd olunan sənədlərin əsilləri məhkəməyə təqdim edilmiş, həmin sənədlərə baxış keçirilərək iddiaçıya qaytarılmışdır, odur ki, həmin sənədlərin mötəbərliyini şübhə altına alan əsaslar mövcud deyildir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1282/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində iş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı və torpaqların alqısatqısına dair akta əsasən ünvan 2ndə İddiaçı satılmış 600 kv.m torpaq sahəsində iş materiallarındakı sənədlər və Google Earth proqramından istifadə etməklə fərdi yaşayış evinin mövcud olub-olmamasının və torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin 2010-2011-ci illər üzrə və hazırkı bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə kompleks məhkəmə-tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/3348 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Birinci və ikinci suallar üzrə: “GoogleEarth” internet xəritə proqramında mövcud olan görüntülərə əsasən, baxış zamanı təqdim olunan ərazidə xx.xx.2011-ci il tarixədək tikili mövcud olmuşdur. Həmin tikilinin kənar ölçüləri təxmini olaraq 17x10 metr ölçüdə müəyyən olunur. Lakin GoogleEarth internet xəritə proqramı vasitəsilə (görüntülərə əsasən) tikilinin mərtəbəliliyi və digər texniki parametrlərini müəyyən etmək mümkün olmadığından tikilinin sahəsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Üçüncü sual üzrə: ünvan 2 ünvanında yerləşən 0.06 ha (6.0 sot) torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 954000.0 manat (159000 x 6.0) məbləğində müəyyən olunur. Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2011-ci ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, eləcə də məlumat bazası olmadığından ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 2013- ci il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Dördüncü sual üzrə: Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı və torpaqların alqı-satqısına dair akta əsasən ünvan 2ndə İddiaçı satılmış 600 kv.m torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi faktiki olaraq mövcud olmadığından, söküldüyündən həmin evin tikintisinə çəkilmiş xərcin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı ş., Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 0.04 ha ümumi sahəsi olan torpaq sahəsinin İddiaçı məxsus olması (torpaqların alqı-satqısına dair akta əsasən), həmin torpaq sahəsinin üzərində tikilinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır, həmçinin həmin torpaq sahəsinin və onun üzərində olan tikilinin yolun qorunma (mühafizə) zonasına düşməsi və həmin əmlaka (torpaq sahəsi və onun üzərində olan tikiliyə) dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası 31 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3348 №-li ekspert rəyi ilə qismən (torpaq sahəsində 2011-ci ilədək mövcud olmuş tikilinin ölçüləri (17x10) və torpaq sahəsinin 1 sotunun hazırki orta bazar qiymətlərinə uyğun təqribi dəyəri (159000 manat) hissəsində) razılaşır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili tərəfindən tikilinin qiymətləndirilməsi ilə bağlı təqdim etdiyi hesabatdakı 2010-2011-ci illər üzrə 1 kv.m üzrə 1875,0 manat, 12 avqust 2024-cü il üzrə 1 kv.m üzrə 3000,0 manat məbləğində müəyyən olunmasını həddən artıq yüksək qiymət kimi qəbul edir və bu zaman nəzərə alır ki, iddiaçıya məxsus tikiliyə görə kompensasiya hesablanan zaman məhkəmə təcrübəsində təşəkkül tapan və geniş tətbiq edilən əsas və köməkçi sahələrin hər kv.m.- nin 1500 manatdan hesablanması üsulu tətbiq edilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarında da hüquqi mövqe belə əsaslandırılmışdı ( məsələn: 2-1(102)- 2348/2019 saylı xx.xx.2019-cu il tarixli və s. qərarlarda kompensasiya hesablanması məsələsinə münasibət bildirilmişdir). Odur ki, məhkəmə kollegiyası mövcud inzibati praktikaya əsasən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən torpaq sahəsində iddiaçıya məxsus olmuş və sökülmüş tikilinin (170 kv.m.) hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növlərinin ehtiva olunduğunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən 0,04 ha (4.0 sot) torpaq sahəsində yerləşən tikilinin hər kv.m. 1500 manatdan olmaqla 255.000 (iki yüz əlli beş min manat) manat (170 x 1500 = 255.000 manat) kompensasiyanın ödənilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli “Bələdiyyə ərazisində olan 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi barədə” Sərəncamı ilə Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m torpaq sahəsinin əlavə olunmuş çizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi müəyyən edilsə də, “Torpaqların alqı-satqısına dair” aktla 400 kv.m ha torpaq sahəsinin satılması barədə 2004-cü il 30 dekabr tarixli, 989 saylı qərar qəbul edilmişdir. Odur ki, kollegiya hesab edir ki, 400 kv.m torpaq sahəsinə münasibətdə hər sotu üçün ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə (159000 manat) kompensasiyanın (4.0x159000 manat= 636 000 manat (altı yüz otuz altı min) iddiaçıya ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı və həmin sərəncamın əsasında bağlanmış alqı-satqı aktına əsasən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində iddiaçıya verilmiş 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsinə görə 255000+636000=891.000 (səkkiz yüz doxsan bir min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 200 manatın 100 manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 100 manatı isə İddiaçı üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli e-2-1(112)-8493/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin 989 nömrəli, xx.xx.2004-cü il tarixli Sərəncamı və həmin sərəncamın əsasında bağlanmış alqı-satqı aktına əsasən Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində iddiaçının mülkiyyətinə ayrılmış 0.04 ha torpaq sahəsinə görə 636000 (altı yüz otuz altı min) manat və həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsinə görə 255000 (iki yüz əlli beş min) manat olmaqla, ümumilikdə 891.000 (səkkiz yüz doxsan bir min) manat maddi zərər kimi kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manatın 100 (bir yüz) manatı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, 100 (bir yüz) manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1282/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver