Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1282/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, 889cu məhəllə, X5 küçəsinin 82H, ünvanında yerləşən qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəsinə dair yeni texniki pasportun verilməsi ilə bağlı cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X5 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binasının "V-Asif' şirkətinin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlər Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"xxxx"V-Asif Şirkəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X5 küçəsinin 82 ünvanında şirkətə məxsus olan ərazinin bir hissəsində yeni hündur mərtəbəli bina inşa edilmişdir. Həmin inşa edilmiş yeni binaya Ak. Həsən Əliyev küçəsi 82F ünvanı verilmiş və həmin hündürmərtəbəli binaya yeni texniki pasport verilmişdir. Şirkətə məxsus olan yerdə qalan qeyri-yaşayış binalarına Ak.Həsən Əliyev küçəsi 82H verilmişdir. Lakin, həmin qeyriyaşayış binalarına yeni texniki pasport verilməmişdir. Bundan sonra 17 fevral 2021-ci il tarixdə şirkətin keçmiş direktoru olmuş X6 tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində "V-Asif' Şirkətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X5 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binasının söküntüsü baş verdiyi üçün qeydiyyatının ləğv edilməsinə etiraz etməməsi ilə 81-1623 №-li ərizə imzalanmışdır. Halbuki, həmin ərizədə qeyri-yaşayış binalarının ünvanı 82H deyil, 82F olaraq qeyd olunmalı idi. Həmin texniki səhv əsasında ərizə cavabdeh inzibati orqan tərəfindən olduğu kimi qəbul edilərək icra olunmuş və bu zaman inzibati orqanın əməkdaşları tərəfindən ünvan nəzərə alınmadan icra olunmuşdur. Nəticə etibarı ilə 82H ünvanı sökülmədiyi halda, onu sökülmüş kimi qeydə almışlar. Məsələ ilə bağlı şirkətin hazırki direktoru olan X4 oglıı təkrarən Bakı şəhəri 9 saylı Notariat Ofisində ərizə ilə müraciət edərək, 17 fevral 2021-ci il tarixində keçmiş direktoru X6 tərəfindən verilmiş ərizənin ləğv edilməsi xahiş olunmuşdur. Ərizəmiz əsaslı olduğu üçün Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən köhnə ərizə ləğv edilmişdir. Bununla yanaşı, "V-Asif' Şirkətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, 889- cu məhəllə, X5 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binası sökülməmiş, söküntüsü ilə əlaqədar bu günə qədər hər hansısa hərəkətlər həyata keçirilməmişdir. Eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, 889cu məhəllə, X5 küçəsinin 82H ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı2 tərəfindən satın alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin (həmçinin tikilinin) 279.2 kv.m hissəsi texniki pasport üzrə sahədən kənarda qalır. Həmçinin, göstərilən ərazidə “Azərsu”-un balansında olan yeraltı su anbarı mövcuddur. xx.xx.2024cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq torpaq sahəsinin ölçüsü 1108.2 kv.m, qeyri-yaşayış sahəsinin ölçüsü isə 1046.6 kv.m təşkil edir. Məlumat üçün bildiririk ki, **********74-06301 reyestr nömrəli qeyri-yaşayış binasının yerləşdiyi 829 kv.m torpaq sahəsi ümumi ərazinin (1108.2 kv.m) daxilində yerləşir. Əlavə torpaq sahəsinə və yeni tikilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, 889-cu məhəllə, X5 küçəsinin 82H, ünvanında yerləşən qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəsinə dair yeni texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhatənaməyə əsasən, ünvan 3 ünvanda yerləşən 66.6 kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli Şəhatənaməyə əsasən, ünvan 3 ünvanda yerləşən 373.6, kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Mülkiyyət hüququ haqqında” xx.xx.2002-ci il tarixli Şəhatənaməyə əsasən, ünvan 3 ünvanda yerləşən 781.3 kv.metr qeyri-yaşayış obyekti İddiaçı1nə məxsusdur. - ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nğmrəli “Müəssisə və X2” tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82F ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı1 adına çöxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli, **********18-05301 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsinin ölçüsü – faktiki sahə 0.12844 ha, tikintialtı sahə 0,08964 ha, digər sahələr 0,00268 ha göstərilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82H ünvanında yerləşən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərəfindən “VAsif” şirkətinin adına, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli, xx.xx.2017ci il tarixli Çıxarış verilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 440.2 kvadarat metr, torpaq sahəsinin ölçüsü 0,07813 ha göstərilmişdir. - İddiaçı1 ilə İddiaçı2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82H ünvanında yerləşən 0,0781 ha torpaq sahəsini alıcı İddiaçı2 MMC-yə satmışdır. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82 ünvanında yerləşən 0,0781 ha torpaq sahəsinə dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********62-06301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyriyaşayış sahəsinin ölçüsü 50 kv.m, tikinti altı torpaq sahəsi 0,0066 ha, faktiki istifadə olunan torpaq sahəsi 0,0847 ha göstərilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair İddiaçı2 MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********74-06301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyriyaşayış sahəsinin ölçüsü 50 kv.m, tikinti altı torpaq sahəsi 0,0066 ha, faktiki istifadə olunan torpaq sahəsi 0,0847 ha göstərilmişdir. - Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 82 ünvanında yerləşən qeyri-yaşayış binasına dair M-D” MMC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşənmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Qeyri-yaşayış binasının sahəsi 50 kv.m, torpaq sahəsi 0,0829 ha göstərilmişdir. - Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina barədə xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, “...İdarənin arxiv məlumatlarına əsasən, "V-Asif” şirkətinə məxsus olmuş qeyri-yaşayış binasının sökülməsi ilə bağlı üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmiş və tək torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmışdır. Daha sonra tərəfinizdən həmin torpaq sahəsi xx.xx.2021ci il tarixli, 4Ə-705 saylı notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, hazırkı işin hallarından göründüyü kimi ünvan 3 ünvanda yerləşən 66.6 kv.metr, 373.6 kv.m və 781.3 kv.m qeyri-yaşayış obyekti İddiaçı1nə məxsus olmuşdur. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nömrəli “Müəssisə və X2” tərtib edilmiş, texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. Həmin texniki pasportda göstərilən sahələrin bir hissəsi sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir. Həmin hissəyə 82F ünvanı verilmişdir. Texniki pasportda göstərilən digər hissə İddiaçı1 tərəfindən digər İddiaçı2 MMC-yə satılmışdır. İddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi maraqları, həmin ünvanında yerləşən qeyriyaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportda göstərilmiş sökülməmiş hissəyə dair yeni texniki pasportun verilməsinə yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək müraciətin təmin edilməsindən imtina etmişdir: 1) İdarənin arxiv məlumatlarına əsasən, "V-Asif” şirkətinə məxsus olmuş qeyriyaşayış binasının sökülməsi ilə bağlı üzərində hüquqların qeydiyyatının ləğv edilməsinə dair ərizə əsasında əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmiş və tək torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmışdır. Daha sonra tərəfinizdən həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 4Ə-705 saylı notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir; 2) vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin (həmçinin tikilinin) 279.2 kv.m hissəsi texniki pasport üzrə sahədən kənarda qalır. 3) göstərilən ərazidə “Azərsu”-un balansında olan yeraltı su anbarı mövcuddur. 4) xx.xx.2024-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq torpaq sahəsinin ölçüsü 1108.2 kv.m, qeyri-yaşayış sahəsinin ölçüsü isə 1046.6 kv.m təşkil edir. **********74-06301 reyestr nömrəli qeyri-yaşayış binasının yerləşdiyi 829 kv.m torpaq sahəsi ümumi ərazinin (1108.2 kv.m) daxilində yerləşir. 5) Əlavə torpaq sahəsinə və yeni tikilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. İlk dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin alqı-satqı əsasında özgəninkiləşdirilməsi iddiaçıların müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Belə ki, yeni texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana təkcə iddiaçı “VAsif” şirkəti müraciət etsə də, hazırda iddianı həmçinin “M-D“ MMC də qaldırmış və cavabdehin qeyd edilən imtina əsası aradan qalxmışdır. Bir sözlə texniki pasportun verilməsi, qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçisi “M-D“ MMC-nin də iradəsinə uyğundur. Eyni zamanda iddiaçılar hazırda üzərində mülkiyyət hüququ ləğv edilmiş və yerində çoxmərtəbəli bina tikilmiş hissəyə deyil, torpaq sahəsinin digər hissəsinə yeni texniki pasportun verilməsini xahiş edirlər. Cavabdehin ikinci dəlili ilə bağlı qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi cavabdehin iki mütəxəssisin və iddiaçı tərəfindən iştirakı ilə iddia predmetini təşkll edən ünvana yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh bu dəlillə istinad edərkən qeyriyaşayış sahəsinin Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasportunu deyil, hər iki ünvana dair sonradan cavabdeh tərəfindən tərtib edilmiş texniki pasportu nəzərdə tutur. Bu hal isə əsassızdır ona görə, iddiaçılar qeyri-yaşayış binalarının Əmlakın İntervalaşdırılması Bürosu tərəfindən 24 dekabr 2003-cü il tarixli 005966 nömrəli texniki pasporta uyğun, yeni texniki pasportun verilməsini tələb edirlər. Həmçinin göstərilən ərazidə “Azərsu”-un balansında olan yeraltı su anbarı mövcudluğu ilə bağlı cavabdehin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, müraciətinizdə qeyd olunan ünvanda (koordinat nöqtələri təqdim olunan) yerləşən qeyriyaşayış obyektinin “İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti” publik hüquqi şəxsinin istismarında olan kommunikasiya xətlərinin və qurğularının mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh bu dəlili əsassız olmaqla, natamam, qeyri-dəqiq və yenilənməyən arxiv məlumatlarına söykənir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən həmin ünvanda yerləşən qeyriyaşayış obyetlərinə dair 4-5 sayda mülkiyyət hüququna dair çıxarış və eyni sayda texniki pasport verilmişdir. Odur ki, cavabdehin belə bir imtina dəllinə istinadı ən azı bərabərlik və etimad prinsiplərinin tələbi baxımdan əsassızdır. Cavabdehin digər dəlilləri ilə bağlı kollegiya hesab edir ki, cavabdeh iddiaçıdan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tələb etməsi əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı1 hazırda texniki pasportun verilməsini tələb etdiyi sahəyə dair hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nğmrəli “Müəssisə və X2” tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış obyektinin tikintialtı sahəsi 2264,4 kv.metr, ümumi sahəsi 2136.8 kv.m, torpaq sahəsinin faktiki ölçüsü 2264.4 kv.metr göstərilmişdir. Texniki Pasportun tərtib edilməsi üçün təqdim edilmiş sənədlərin siyahısında a) 1645/a saylı xx.xx.2003-cü il tarixli sifariş məktubu, b) 731 saylı, xx.xx.2003-cü il tarixli Nərimanov rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı, c) 18/03-8/3804 saylı, 1811.2003-cü il tarixli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu və razılaşdırılmış eskiz layihəsi, d)000214 saylı, xx.xx.1999-cü il tarixli Dövlə Əmlak Komitəsinin və 000102 saylı, xx.xx.2002-ci il tarixli Dövlət Əmlak Nazirliyinin özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələri, e) 011988 və 011963 saylı, xx.xx.1999- cu il şəhadətnamələr, İ) Ədliyyə Nazirliyində qeydə alınmış İddiaçı1 Nizamnaməsi və qeydiyyat haqqında şəhadətnamsi, j) Bina və qurğuların texniki parametlərinin göstəricisi qeyd edilmişdir. İddiaçıların texniki pasport verilməsini tələb etdiyi sahə, hazırda ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış obyektinə dair, İddiaçı1 adına Əmlakın İnvertarlaşdırılması Bürosu tərəfindən xx.xx.2003-cü ildə 005966 nömrəli “Müəssisə və X2”nda qeyd edilən sahələri əhatə edir. Həmin texnki pasportda göstərilən sahənin bir hissəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün sənədləşdirilmiş və həmin sahəyə (82F) yeni çıxarış və texniki pasport verildiyi halda, qalan hissə (82H) ünvanına texniki pasport verilməmişdir ki, məhkəmə iddia tələbi həmin hissə ilə bağlı əsaslı hesab edir Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4393/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1282/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1282/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver