Məhkəmə qərarları › İş №2-1(103)-1284/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1284/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1284/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10796/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 06/30-15 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı ərizəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bu öz əksini ********** nömrəli çıxarışla da tapır. Belə ki, cavabdeh Bakı şəhər Cavabdeh sözügedən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə görə əsassız olaraq 390 manat 30 qəpik məbləğində vergi borcu hesablamışdır. Lakin qeyd olunmalıdır ki, bələdiyyə tərəfindən hesablanmış vergi borcu tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyekti hesab olunur. Lakin sözügedən fərdi yaşayış sahəsi yanlız xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Buna görə də M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 2019-cu il tarixdən vergi hesablaması Vergi Məcəlləsinin tələblərinə ziddir. Bununla yanaşı qeyd olunmalıdır ki, sözügedən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına 2022-ci il tarixdən rəsmiləşdirildiyi üçün 2023-cü il tarixdə olan bütün vergilər tam şəkildə büdcəyə ödənilmişdir (qəbz iddia ərizəsinə qoşma kimi əlavə edilir). Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı vergi borcunun 2019-cu ildən yığılıb qalması və ödənilməsi barədə heç bir bildiriş əldə etməmişdir. Yanlız xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə məcburi gətirilmə ilə bağlı məhkəməyə təqdimatla müraciət olunması ilə bağlı məlumatı əldə etdikdən sonra, elə həmin gün M.Ə.Rəsulzadə Bələdiyyəsinə getmiş və müvafiq sənədlərlə tanış olmuş və xx.xx.2023-cü il tarixli hesablanılmış vergi borcunun büdcəyə ödənilməsi barədə Qərarı əldə etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitulma obyektləridir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. İşin hallarından da göründüyü kimi, sözügedən fərdi yaşayış evi yalnız 2022-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır və bələdiyyə tərəfindən 2019-cu ildən bəri hesablanan vergi tamamilə qanunsuzdur. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Mübahisələndirilən 19 aprel 2023cü il tarixli 06/30-15 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbuluna əsas olmuş hər hansı bir bildiriş, akt və ya digər sübutu (sənədi) bugünə qədər məhkəməyə təqdim etməmişdir. Odur ki, inzibati icraatda inzibati orqan tərəfindən Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi “İnzibati icraat haqqında” AR Qanununun 25, 51.1-ci maddələrinin, eləcə də “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 5.4-5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 19 aprel 2023-cü il tarixli 06/30- 15 nömrəli qərar onu qəbul edən inzibati orqan Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Bundan əlavə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi 2018, 2019, 2020-ci illər üzrə əmlak vergisi hesablanmasını bildirmişdir. Lakin həmin illər üzrə cavabdeh tərəfindən vergi hesablansa da, məhkəmə icraatında ayrı-ayrı illər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdəntədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. Qərarda əsas borc kimi hər il312,24 (üc yüz on iki manat iyirmi dörd qəpik) manat əmlak verşisinin hansı qaydada (düsturla) hesablandığı aydın olmur. Qərarla vergi məbləğinin hansı dövrü əhatə etməsi göstərilməmişdir. Bununla da, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” AR Qanununun 61.1-ci maddəsinin və AR Vergi Məcəlləsinin 198.1.1, 200.4-cü maddələrinin tələbləri pozulmuşdur; Mübahisələndirilən 19 aprel 2023-cü i! tarixli 06/30-15 nömrəli qərar versi ödəyicisi kimi iddiaçıya münasibətdə verei borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin verşi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 19 aprel 2023-cü il tarixli 06/30-15 nömrəli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan 19 aprel 2023-cü il tarixli 06/30-15 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10796/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, P-01 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbindən yayınmaqla yerli bələdiyyə vergilərini ödəməmək məqsədilə uçotdan gizlənən vergi ödəyicilərınə məxsus daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının əldə edilməsi ilə bağlı M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən zaman-zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı və ya elektron sorğular verilməklə ödəyicilərə məxsus əmlaklar barəsində məlumatlar əldə edilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli, 417 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi və bununla bağlı ödənişin miqdarının təsdiq edilməsi barədə qayda”nın 2.1.2-ci və 2.2-ci bəndlərinə uyğun olaraq torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi Osman Mustafayev küçəsi 13 a ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlak barədə məlumatların verilməsi məqsədilə M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində RB/249 saylı məktubla müraciət olunmuşdur. M.Ə.Rəsulzadə bələdiyyəsinin həmin müraciətinə cavab olaraq göndərilmiş 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -cı ıl tarixli, **********49 nömrəli məktubunda qeyd edilir ki, Osman Mustafayev küçəsində yerləşən 13 a saylı fərdi yaşayış evi (ü/s 230, 3kv.m, y/s 94.4 kv.m) tam mülkiyyət hüquqi üzrə sizə məxsusdur. İddiaçının nəzərinə çatdırılmışdır ki, mülkiyyət hüququ əsasında fiziki şəxsə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sahibinin adına mülkiyyət hüququ uzrə rəsmiləşdirilnədək torpaq sahəsi həmin evin mülkiyyətçisinə istifadə hüququ əsasında məxsus olur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi M.Ə.Rəsulzadə bələdıyyəs tərəfindən mülkiyyət hüququ üzrə sizə məxsus 13 a saylı fərdi yaşayış evinə, eləcə də həmin evin yerləşdiyi qanuni istifadənizdə olan torpaq sahəsinə görə adınıza hesablanmış torpaq əmlak vergisi tamamilə qanunamüvafiqdir. Bununla belə M Ə.Rəsulzadə bələdiyyəsi olaraq Sizdən tələb edirik ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 468 36(dord yüz altımış səkkiz manat, 36 qəpik) manat borcunuzu 5 gün ərzində banklar poet rabitəsinin milli operatoru, habelə müvcud nağdsız ödəmə vasitəsi ilə M.Ə Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin edəsiniz Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlakınızın uzərınr həbs qoyulması, həmçinin ölkədən getmə hüququnuzun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə Sizə qarşı iddia qaldırılacaqdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanlanan “qeyd olunan fiziki şəxslər və ünvanlar haqqında müvafiq məlumatların verilməsi barədə” məktuba əsasən sadalanan şəxlsərin adına qeyd olunan ünvanlarda, habelə M.Ə.Rəsulzadə qəsəbəsi ərazi hüdudlarında qeydiyyata alınmış daşınmaz əmlaklara dair dövlət reyestrində olan məlumatlar təqdim edilmişdir: ...İddiaçı adına xx.xx.1996-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 6, mənzil 25 (ü/s 49.65, y/s 32 kv.m); xx.xx.1988-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi, 13a saylı fərdi yaşayış evi (ü/s 230.3 kv.m, y/s 92.4 kv.m)... - TV-10xx-xx-2805 nömrəli Tədiyyə Bildirişində qeyd olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2023-cü il üçün 78,06 manat (yetmiş səkkiz manat, 6 qəpik) məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti 2023-cü il 15 avqust tarixədək 39 manat 3 qəpik; 2023cü il 15 noyabr tarixədək 39 manat 3 qəpik. Ötən dövlər üzrə vergi borcu: 312 manat 24 qəpik; Tələb olunan 390,3 (üç yüz doxsan manat, 30 qəpik) məbləğ. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli, 03/93 saylı Xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixdə imzaladığı “Bələdiyyələrin əraziləri və torpaq haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin sivahısı”-nın yeni redaksiya verilməsi barədə Qanuna əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin əhatə etdiyi ərazi vahidi M.Ə.Rəsulzadə qəsəbəsinin inzibati ərazisidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8, 196, 203.2, 208.1 və 208.6-ci maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən rezident və qeyrirezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan tikililərə və ya onlann hisssələrinə (bundan sonra bina adlandırılacaq), həmçinin fiziki şəxslərin mülkiyyətində və istifadəsində olun torpaq sahələrinə görə bələdiyyələr tərəfindən hesablanmış vergilər, yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə müvafiq olaraq torpaq vergisi mülkiyyətçilərin və istifadəçilərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci və 200.1-ci maddələrinin tələblərinə uyğun olaraq binalar(mənzillər) üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyriyaşayış sahələrinə görə əmlak vergisi Vergi Məcəlləsinin tələbinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən - Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0.1 faizi məbləğində faiz hesablanır. Azərbaycan Respublikası Konstilusiyasuıın 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Lakin yuxanda qeyd olunanlara baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsinə və əmlaka görə ötən illər üzrə hesablanmış vergini ödəməkdən yayınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq iddiaçıdan tələb edilmişdir ki, qanunvericiliklə üzərinizə qoyulmuş öhdəliyi yerinə yetirməklə torpaq və əmlak vergisi üzrə yaranmış 390,3 (üç yüz doxsan manat, 30 qəpik) manat borcunuzu 10 gün müddətində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nagdsız ödəmə vasitəsi ilə M.O.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etsin. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlak üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə iddia qaldırılacağı bildirilmişdir - Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2023-cü il 06-30-15 qərarına əsasən Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada vətəndaş İddiaçı tədiyyə bildirişi və xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, vətəndaş Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə yaranmış 312,24 (üç yüz on iki manat, 24 qəpik) manat torpaq və əmlak vergi borcunu ödəməkdən yayınır. Bununla da vətəndaş İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11, 16, 77 və 200.5, 200.6, 208.5, 208.6 maddələrinin, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 maddəsinin və 5-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Vətəndaş İddiaçı (xx.xx.1959, şəxsiyyət vəsiqəsinin seriyası, AZE 14259988, FİN xxxxxxx) oğlu ünvan 5 ünvanında yerləşən, ona məxsus torpaq sahəsinə və əmlaka görə yaranmış 312,24 (üç yüz on iki manat, 24 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinəə ödənilməsinə məcbur edilməsi qərara alınmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 03/966 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyrirezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələri vergitutma obyekti sayılır. Bu Məcəllənin 200.1-ci və 200.6-cı maddəsinə görə binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Məcəllənin 198.1.1-ci maddəsində göstərilir ki, fiziki şəxslər əmlak vergisini Bakı şəhərində onların xüsusi mülkiyyətində olan yaşayış evlərinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə müəyyənləşdirilmiş 40 qəpik vergi dərəcəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli, 101 nömrəli qərarı ilə təsdiq edilmiş 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə ödəyirlər. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləri sayılır. Məcəllənin 208.1 və 208.6-cı maddələrinin tələbinə görə torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddəsində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq vergisi Bakı şəhərində, habelə onun qəsəbə və kəndlərində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların ölçüsü 10.000 kv.m.-dək olduqda torpağın hər 100 kvadratmetrinə görə 0,6 manat, 10.000 kv.m.-dən yuxarı olan hissəsi üçün isə torpağın hər 100 kvadratmetrinə görə 1,2 manat vergi dərəcəsi tətbiq olunmaqla hesablanır. Göründüyü kimi, bələdiyyə büdcəsinin qanunvericiliklə müəyyənləşdirilmiş mədaxil mənbəyini yerli vergilərdən yerli büdcəyə daxil olan vəsaitlər təşkil edir. Odur ki, bələdiyyə büdcəsinin qanunvericiliklə müəyyənləşdirilmiş mədaxil mənbələrindən olan əmlak və torpaq vergisinin bələdiyyə büdcəsinə ödənilməsi məqsədilə yerli vergi obyektlərinin uçotu, onların qeydiyyata alınması, vergilərin düzgün hesablanması, tədiyyə bildirişlərinin göndərilməsi, vergi borclarının yığılması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsi bələdiyyə fəaliyyətinin əsas istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, ünvan 6 ünvanında yerləşən və vətəndaş İddiaçı məxsus fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən məlumat əldə edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə, RB/249 nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə tərəfimizdən edilmiş müraciətə xx.xx.2021-ci il tarixli, **********49 nömrəli məktubla cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən təqdim olunmuş məlumata görə M.Ə.Rəsulzadə qəsəbəsi, Osman Mustafayev küçəsi 13 a ünvanda vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin ümumi sahəsi 230,30 kv.m, torpağın sahəsi 0,0332 ha təşkil edir. Bələdiyyələr yerli vergilərlə bağlı qanunla üzərlərinə düşən səlahiyyətlərini Azərbaycan Respublikasının 17 iyun 2023-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməsinə əsasən bələdiyyələrin vergi xidməti orqanları vasitəsi ilə həyata keçirirlər. Qeyd olunan Əsasnamənin tələbinə əsasən O.Mustafayev küçəsi 13a ünvanında ona məxsus daşınmaz əmlaka görə vətəndaş İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsinin “Yerli vergi və ödənişlər şöbəsi” ndə yerli vergi ödəyicisi kimi uçota götürülmüş və adına 10051xxxxxxx YVÖK (yerli vergi ödəyici kodu) verilmişdir. X1 Sisteminə daxil edilmiş uçot məlumatlarına (binanın sahəsi 230,3 kv.m; torpağın sahəsi 332 kv.m) uyğun olaraq hesablama aparılmış (əmlak vergisi 230, 3 m2 -30 m2 x40 qəpik x 0,95 əmsal=76,11 manat; torpaq vergisi 332 m2 x 0,06 manat/100 m2=1,99 manat) və bunun nəticəsidir ki, bələdiyyə tərəfindən İddiaçı torpaq və əmlak vergisinin ödənilməsi məqsədilə TV10xx-xx-2805 saylı Tədiyyə bildirişi göndərilmişdir. Cavabdeh eyni zamanda qeyd etmişdir ki, təqdim edilmiş Tədiyyə bildirişi üzrə illik hesablanmış vergi məbləği 78,06 (yetmiş səkkiz manat, 06 qəpik) manat kimi göstəriləsə də, faktiki olaraq illik vergi məbləği cəmi 04 qəpik çox olmaqla 78,10 (yetmiş səkkiz manat, 10 qəpik) manat kimi hesablanmalı idi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mübahisələndirilən qərar iclasın sədri və katibi tərəfindən deyil, bələdiyyənin sədri və müavini tərəfindən imzalanmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 56.2-ci maddəsinə əsasən kollegial inzibati orqanın iclasının protokolu məhz iclasın sədri və katibi tərəfindən imzalanır. Qeyd edilən hal özlüyündə qərarın ləğvi üçün əsas olmasa da, sözügedən iclas protokolunun bələdiyyənin sədri və iclasın katibi tərəfindən imzalanmış olması qanunvericiliyin tələblərindən irəli gəlir və həmin hal müvafiq bələdiyyə qərarının bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilmiş olması və bunun əsasında bələdiyyə qərarının qanunsuz olması qənaətinə gəlməyə əsas vermir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). ... 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. ... 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; 8.1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. ...

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. «Bələdiyyələtin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələblərinə əsasən yerli ödənişlər – «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, «Bələdiyyələrin statusu haqqında» və «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 3.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: (3.1.1) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; (3.1.2) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; (3.1.3) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; Həmin Əsasnamənin 5.1-ci maddəsinə əsasən bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. İlk növbədə qeyd edilməlidir ki, əmlak vergisi – siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar Vergi Məcəlləsinin Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 06/30-15 nömrəli qərarı yuxarıda sadalanan normaların tələbləri pozulmaqla qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. «İnzibati icraat haqqında» Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: - fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçıya əmlak vergisi hesablamazdan öncə, cavabdeh tərəfindən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Qeyd edilməlidir ki, «Bələdiyyələrin statusu haqqında» Qanunun 16-cı maddəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən isə iddiaçının bələdiyyə iclasının vaxtı və yeri barədə məlumatlandırılması, bələdiyyə iclasına dəvət olunması barədə məlumat müəyyən olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli, 709-İQ saylı Qanunu ilə təsdiq edilmiş «X2»nə əsasən bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırki iş üzrə mübahisələndirilən inzibati aktın bələdiyyə üzvlərinin səs çoxluğu ilə qəbul edilməsi müəyyən olunmur. Beləliklə cavabdeh inzibati orqan iddiaçının mülkiyyətində olan əmlaka görə əmlak vergisinin tutulması haqqında qərarlar qəbul etsə də, həmin qərarlar «İnzibati icraat haqqında» Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmışdır ki, bu hal inzibati orqan tərəfindən inzibati icraatın düzgün aparılmadığına dəlalət edir. Həmçinin qəbul edilmiş qərarın mətnində iddiaçıya tədiyyə bildirişlərinin göndərilməsinə baxmayaraq onun vergi borcunun bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayındığı qeyd olunsa da, tədiyyə bildirişlərinin iddiaçıya təqdim edilməsi ilə bağlı heç bir əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10796/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10796/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli, 06/30-15 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar