Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1285/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)-530/2019 saylı qərarından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Bayraməliyev Eldar Əli oğlu Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, yaşadıqları 87B nömrəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə mülkiyyətdə olan 0,02 ha (2 sot) torpaqla bağlı bir sotu 120000 manat olmaqla 240000 manat, mülkiyyətdə olan ümumi sahəsi 198,85 kv.mlik tikiliyə görə 1 kv.m üçün 1500 manat olmaqla 298275 manat, cəmi 538275 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 530/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)-530/2019 saylı qərarının ləğv edilməsi, iddia tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 183 kv metr, fərdi yaşayış evinin və mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı2 məxsus ½ hissəsi Bakı şəhəri Cavabdehnə satmışdır. - ******* nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 183 kv metr, fərdi yaşayış evinin və mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı1 Firdovsi oğluna məxsus ½ hissəsi Bakı şəhəri Cavabdehnə satmışdır. Hər iki müqavilə iddiaçıların adından onların ssəlahiyyətli nümayəndəsi olan X1 tərəfindən imzalanmışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 87D ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi 1/2 hissəsi mülkiyyət hüququ ilə iddiaçıların paylı mülkiyyətində olmuş və cavabdeh tərəfindən dövlət ehtiyacları ilə bağlı satın alınmışdır. Hazırda iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, yaşadıqları 87B nömrəli fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə mülkiyyətdə olan 0,02 ha (2 sot) torpaqla bağlı bir sotu 120000 manat olmaqla 240000 manat, mülkiyyətdə olan ümumi sahəsi 198,85 kv.mlik tikiliyə görə 1 kv.m üçün 1500 manat olmaqla 298275 manat, cəmi 538275 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinindövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 87B ünvanda yerləşən daşınmaz əmlak paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur və yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdehlə iddiaçılar arasında müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası İnzzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(81)- 530/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Azad İmanov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1285/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1285/2020
21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver