Məhkəmə qərarları › İş №2-1(103)-1285/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1285/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1285/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(112)-7711/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin sentyabr ayından ləğv edilmiş İİ qrup əlilliyin tanınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini “xx.xx.2021-ci il tarixdən İİİ qrup əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildən bəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanlarında işləmişdir. xx.xx.2008-ci il tarixində Nəsimi rayon Polis İdarəsinin PPX-nin bölüyünün polis nəfəri, polis baş serjantı olaraq fəaliyyət göstərərkən iş qrafiki əsasında 29 saylı marşrutda Nəsimi rayon 20 yanvar ərazsinində xidməti vəzifəsini icra edərkən yıxılmış, sağ qol dirsəyindən qəlpəli sınıq olmaqla travma almışdır. Həmin ildə Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinədən keçməyi nəticəsində İİ əlillik qrupuna aid olduğu müəyyən olunmaqla ona bir illik arayış təqdim olunmuş və bunun nəticəsində də həmin ildən İİ qrup əlillik üzrə aylıq müavinət almışdır. DİN Tibb İdarəsi tərəfindən 303 saylı xəstəlik haqqında şəhadətnaməsində qeyd edilmişdir: “Diaqnoz və yaralanmaların (travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında XHK-nn qərarı - sağ bazu sümüyünün bayır kondilusunun oynaqdaxili yerdəyişmiş sınığına görə açıq repozisiyası əməliyyatından sonrakı vəziyyət. Sağ dirsək oynağının ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası. deformasiyaedici artrozu. Travma xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Qeyd edilmişdir ki, DİO-da xidmətə yararsızdır”. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 2008-2015-ci illəri əhatə edən (SER TSE-1№: 687989; 954794; 196037; 031206; 068172; 440312; 248503 saylı) arayışlarda göstərilmişdir ki, İddiaçı ikinci qrup əlildir, aldığı travma xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır. Daha sonra AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2016-cı tarixində keçirilmiş müayinə nəticəsində iddiaçının ikinci qrup əlilliyi bir daha müayinə nəticəsində təsdiq edilmiş, növbəti müayinə tarixi 23 sentyabr 2021-ci il təyin edilmişdir. Lakin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 2021.2022 və 2023-cü il tarixli məlumat sənədlərindən görünür ki, əlilliyin müəyyən edilməsindən imtina edilmiş, səbəb olaraq guya əlillik əlamətinin təyin edilməməsi göstərilmişdir, (forma 4400003AAG0). Halbuki, nazirlik tərəfindən verilmiş həm 2016, həm də 2021, 2022, 2023cü il tarixli müayinə sənədlərində diaqnoz eynidir (yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiya edici atrozu. Oynağın kontrakturası, ağrı sindromu və funksiyanın mülayim dərəcədə pozulması ilə). Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının xx.xx.2022- ci il tarixli göndərişi əsasında baxılmış Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(112)-7711/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati iş materiallarından görünür ki, iddiaçının sonuncu müayinə tarixi xx.xx.2023-cü ildə olmuş, barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hazirki iş üzrə cavabdeh tərəfindən belə bir aktın iddiaçıya təqdim edilməsi aydın görünmür. İnzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçt rabitə orqanına təqdim edilmiş, xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırki iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2008-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Nəsimi RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı İddiaçı aldığı zədəsi iş vaxtı baş vermişdir. xx.xx.2008-ci il tarixində sağ bazu sümüyünün kondilusunun oynaq daxili yərdəyişən sınığının açıq reposiyasından s/v, oynağın ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası.deformasiyaedici artrozu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün kondilusunun oynaq daxili yerdəyişən sınığı) təyin edilmişdir. xx.xx.2014-cü il tarixində sağ bazu sümüyünün bayır kondilusuna ayaq daxili yerdəyişən sınığına görə açıq repozisiyası əməliyyatdan sonraki vəziyyət, sağ dirsək oynağının artrozu, ağrı sindromu diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün bayır kondilusuna ayaq daxili yerdəyişən sınığı) təyin edilmişdir. xx.xx.2015-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası, ağrı sindromu və funksiyanin mülayim dərəcədə pozulması diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası) təyin edilmişdir. xx.xx.2016-cı il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası, ağrı sindromu və funksiyanın mülayim dərəcədə pozulması ilə diaqnozun mətni ilə ikinci dərəcə əlillik (sağ bazu sümüyünün distal başının oynaqdaxili sınığından sonrakı dirsək oynağının postravmatik deformasiyaedici artrozu, oynağın kontrakturası) təyin edilmişdir Ekspert rəyindən görünür ki, iddiaçı barəsində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin hazırkı vəziyyəti ilə uyğunluq təşkil etmir. Belə ki, diaqnozlar əyani müayinə zamanı obyektiv əlamətlərlə təsdiq edilmir, nevroloji statusda obyektiv patoloji əlamətlər aşkar edilmir, diaqnoz xəstənin hazırkı obyektiv vəziyyətin deyil, subyektiv şikayətlərinə əsasən müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə oynaqların kontrakturası, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sümük sınığının pis bitişməsi, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, müalicəyə tabe olmayan daimi ağrı, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu diaqnozun mətni ilə göndərişin natamam doldurulması (ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəyişdirilməyib) səbəbi ilə imtina edilmişdir. xx.xx.2022-ci il tarixində sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir. xx.xx.2022-ci il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyridüzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə (ET Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021ci il tarixdə verdiyi rəy) diaqnozun mətni ilə göndərişin natamam doldurulması (instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var) səbəbi ilə imtina edilmişdir. xx.xx.2023-cü il tarixində yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, sağ əlin tutma funksiyasının zəifləməsi diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 975/2023 nömrəli xx.xx.2023-cü il tarixində qəbul edilmiş qərarında bildirilmişdir ki, əlillik vəziyyəti TSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********7). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin 100060151KRL nömrəli göndərişi əsasında xx.xx.2022ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 303 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bazu sümüyünün bayır kondilusunun oynaqdaxili yerdəyişmiş sınığına görə açıq repozisiyası əməliyyatından sonrakı vəziyyət. Sağ dirsək oynağının ağrı sindromu ilə təzahür edən açıcı-bükücü kontrakturası, deformasiyaedici artrozu" diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, xidməti vəzifəsini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində TSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın qalıq əlaməti olaraq sağ dirsək oynağı nahiyyəsində çapıqlar izlənilmiş, bükmə tam, açma hərəkətlərində cüzi məhdudluq qeyd olunmuşdur. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir." kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ yuxarı ətrafın hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ dirsəkdə ~10-12 sm ölçüdə əməliyyat çapığı izlənilmiş, yuxarı ətrafda, atrofiya, iflic, parez aşkar edilməmiş, sağ dirsəkdə 160-80 dərəcə arası hərəkətlər qeyd olunmuşdur. X8 xx.xx.2021-xx.xx.2021ci il tarixli 4284/730 nömrəli Xəstəlik tarixindən Çıxarışda diaqnoz “Sağ bazunun buynuz kondilusunun qeyri-düzgün bitişmiş sınığı. Sağ disək oynağının kontrakturası. Sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Travmatologiya və Ortopediya İnstitutu PHŞ xx.xx.2023-ci il tarixli ********** nömrəli Arayışında qeyd edilmiş diaqnoz əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Forma 88 arayışlarına əsasən iddiaçıya qoyulan əsas diaqnoz S42- yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilosunun qeyridüzgün bitişmiş sınığı. Sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə. Sağ əlin tutma funksiyasının zəifləməsi. Sağ yuxarı ətrafın funksiya pozğunluğu, ağrı sindromu ilə. Ağırlaşması – M24.5. Oynaqların kontrakturası. Sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə. Ağırlaşması – M 84.0 Sümük sınığının pis bitişməsi. Sağ bazu sümüyünün bayır kondilosunun qeyri-düzgün bitişmiş sınığı. Qeyd edilən diaqnoz rentgenoqrafi tək anatomik müayinənin nəticələrinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ixtisaslaşmış müəssisədə əlavə müayinə olunaraq nəticəsinin təqdim edilməsi təklif edilmiş, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsində müayinədən keçmiş və müayinənin nəticələrinə dair xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli arayışlara əsasən iddiaçıda dirsək oynağının fibor ankilozu, kəskin konktraktura, bükmə 135 dərəcə, açma 140 dərəcə və s. diaqnoz qoyulmuşdur (S42.0, M84.0, M13, M24.5, M24.6, R52.0, R26.0). İşdə olan əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur) xəstə xx.xx.2008-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən sağ yuxarı ətraf travma almış, X10 müayinə edilərək "Sağ bazu sümüyünün bayır kondilusunun yerinidəyişən qəlpəli sınığı" diaqnozu qoyulmuşdur. xx.xx.2008-ci il tarixdə “Açıq repozisiya fraqmentlərinin lavsanla bərkidilməsi" əməliyyatı icra olunmuşdur. Xəstə periodik olaraq stasionar və ambulator müalicələr almışdır. Halhazırda sağ dirsək oynağında davamlı ağrıdan, şişkinlik, hərəkət məhdudluğu, sağ əlin tutma funksiyasının zəifləməsindən şiyakət edir. Beləliklə, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyin (2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0)) müəyyən edilməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində iddiaçı mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (X13, C.M.Abdullayev adına X1, A.Heydərov adına DİN-in Respublika Hospitalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs) ambulator müalicələrdə olmasına və xəstəlik dirsək oynağının funksional yararsız vəziyyətdə olmaqla hərəkətin məhdudluğu (bükmə 135 dərəcə, açma 140 dərəcə) diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. İddiaçının forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ixtisaslaşmış səhiyyə müəssisələri tərəfindən verilən arayışlarla və müvafiq müayinənin nəticələri ilə təsdiq olunmuşdur. Məhkəmə bu sahədə ixtisaslaşmış səhiyyə müəssiəsi (“Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs) tərəfindən hətta sonradan da (məhkəmənin təklifinə əsasən) aparılmış diaqnostik müayinənin nəticəsinə əsaslanan diaqnozu şübhə altına almağa hər hansı əsas görmür. Apellyasiya instansiya məhkəməsində icraat zamanı İddiaçı əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən inzibati icraat aparılması məqsədilə cavabdeh inzibati orqana 1 ay müddət təyin edilmişdir. Qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının 100060151KRL nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci İl tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olubolmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması,əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin T 524/2024 nömrəli Ekspert Rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əyani və rentgenoloji müayinələrdən sonra “Sağ bazu sümüyünün kondiluslardan keçən oynaqdaxili qeyri-düzgün bitişmiş sınığı, lateral kondiluslann bitişmiş sınığı, sağ dirsək oynağının İV mərhələ deformasiyaedici artrozu, fibroz ankilozu, kəskin açıcı-bükücü kontrakturası (bükmə-135 dərəcə, açma-140 dərəcə), sağ əl barmaqlarının yarım- bükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, tutma funksiyasının pozulması, əzələ atrofiyası, daimi ağrı sindromu, sağ yuxan ətrafm funksiyasının pozulması (S42.4, M84.0, M84.1, M19.2, M24.6, M24.5, Z73.6, M62.5, R52.1)” diaqnozu müəyyən edilmişdir. Onun adma Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adma Respublika Hospitalı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İ00060151KRL saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: S42-yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, sağ dirsək oynağının kontrakturası, bükmə 90dər., açma 140dər, sağ əlin tutma funksiyasının zəifləməsi, sağ yuxan ətrafm funksiya pozğunluğu, ağrı sindromu ilə (ET Travmotologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixdə verdiyi rəy). Ağırlaşmalar: M24.5- iynaqlann kontrakturası, sağ dirsək oynağının kontrakturası, bükmə 90 dərəcə, açma 140 dərəcə, M84-sümük sınığının pis bitişməsi, sağ bazu sümüyünün bayır kondilusunun qeyri-düzgün bitişmiş sınığı, R52.1-müalicəyə tabe olmayan daimi ağrı, müalicəyə tabe olmayan daimi ağrı, sağ yuxan ətrafın funksiya pozğunluğu, ağn” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator- instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliliyi qənaətbəxş olmuşdur.

3. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”mn 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

4. Vətəndaş İddiaçı tibbi sənədlərindən göründüyü kimi əsas xəstəlik onda xx.xx.2008-ci il tarixdə aldığı travma nəticəsində əmələ gəlmişdir. Xəstəliklər xroniki halda olduqlarında tam müalicəsi mümkün deyildir.

5. Vətəndaş İddiaçı “Sağ bazunun buynuz kondilusunun qeyri- düzgün bitişmiş sınığı, dirsək oynağının İV mərhələ deformasiyaedici artrozu, dirsək oynağının fibroz ankilozu, kəskin kontrakturası, sağ bazu oynağının deformasiyaedici artrozu, ağrılı oynaq, sağ əlin tutma funksiyasının pozulması, ətrafm funksiya pozğunluğu, ağrı sindromu ilə” hallarına onun xx.xx.2024-cü il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müəyyən edilmiş diaqnozunda rast gəlinir. Ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir. Göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə ikinci dərəcəli əlilliyin təyininə əsas verən xəstəliklər sırasında (XBT-10 kodu əsasında) müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (sağ dirsək oynağının kontrakturası, oynaqların posttravmatik artrozu) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2008-ci il tarixdə 1 il, xx.xx.2014-cü il tarixdə 1 il, xx.xx.2015-ci il tarixdə 1 il, xx.xx.2016-ci il tarixdə 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Beləliklə, göründüyü kimi iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2008-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçının ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçıda mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin hazırki qüvvədə olan Meyarlara əsasən əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının hazırda da adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2008-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Beləliklə, kollegiya hesab edir ki, eyni diaqnozla iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin edildiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, İddiaçı əlilliyin təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, əlilliyin təyinat tarixinin müəyyən edilməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əlillik dərəcəsinin təyin olunması ilə bağlı müraciət tarixi də nəzərə alınmalıdır. Yəni cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsinin müəyyən olunması ilə əlaqədar qəbul edilmiş yekun qərar son nəticədə iddiaçının həmin müraciəti ilə əlaqədardır və qərar həmin müraciət üzrə qəbul olunmuş sayılmalıdır. Bununla bağlı məhkəmə Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubunun aşağıda qeyd olunan bəndlərinə diqqəti çəkir:

50. Əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar yaranan məhkəmə mübahisələri üzrə xüsusi diqqət yetirilməli olan digər bir məsələ əlilliyin təyinat tarixinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bununla bağlı olaraq, ilk növbədə nəzərə alınmalıdır ki, qanunvericiliyin imperativ göstərişinə görə şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (“Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun 3.3-cü maddəsi).

51. Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmalına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudldğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir.

52. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı "İnzibati icraat haqqında" Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

53. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalı olması nəticəsinə gəlsə də, iddiaçı tərəfindən əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı təşkil etdiyindən, onun barəsində sonuncu göndəriş isə xx.xx.2022-ci il tarixdə imzalandığından, bu göndəriş əsasında verilmiş ilkin akt-göndərişin natamam doldurulması ilə bağlı olduğundan və həmin akt isə imtina qərarı hesab edilməməsi səbəbindən əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, sonuncu göndərişin rəsmiləşdirildiyi tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(112)-7711/2023 nömrəli qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməklə İddiaçı İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) sonuncu göndərişin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-1(112)-7711/2023 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. İddiaçı İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) sonuncu göndərişin rəsmiləşdirildiyi xx.xx.2022-ci il tarix nəzərə alınmaqla təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar