Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1286/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “piket keçirilməsinə icazə verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-14913/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların piket keçirməsinə şərait yaradılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin vətəndaşların sağlamlığı ilə bağlı siyasətinə narazılıqlarını ifadə etmək üçün həmin qurumun qarşısında 21 sentyabr 2023-cü il tarixdə piket keçirmək üçün 12 sentyabr 2023-cü ildə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Cavabdeh məktubunda planlaşdırılan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Onlar cavabdehin bu imtinası ilə razılaşmırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14913/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, aktiv ictimai fəaliyyətlə məşğul olan şəxslər kimi onlar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin binası qarşısında piket keşirmək üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişlər. Müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-49-cu maddələri ilə nəzərdə tutulmuş və "X3 haqqında" Azərbaycan Respublikası qanununun 1-5 - ci və digər müvafiq maddələri ilə verilmiş hüquqlardan istifadə etməklə, 21 sentyabr 2023cü il tarixdə saat 116:00-dan 17:00-dək ünvan 3 ünvanda yerləşən TƏBİB-in qarşısında, 50 metr məsafədə etiraz piketi keçirməyi planlaşdırırlar. Etiraz piketində 50 (əlli) nəfərin iştirak edəcəyi nəzərdə tutulur. "X3 haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə müvafiq olaraq, aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış, təşkilatçıların müraciəti ilə bağlı cavab verilməsini və piket iştirakçılarının təhlükəsizliyinin təmin edilməsini xahiş edirlər. Lakin, müraciətdən imtina edilərək, onlara cavabdeh tərəfindən belə bir cavab verilmişdir: "Piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətə baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətiə cavab olaraq bildiririk ki, müraciətiniz “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsininl hissəsinin tələblərinə cavab vermir. Eyni zamanda nəzərinizə çatdırırıq ki,Sizin piket keçirilməsi üçün qeyd etdiyiniz ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piket keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyinin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. Yuxarıda qeyd olunanı nəzərə alaraq, 21 sentyabr 2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən TƏBİB-in inzibati binası qarşısında planlaşdırdığınız aksiyanın keçirilməsini məqsədəuyğun hesab etmirik.” Bakı Şəhər İcra hakimiyyətinin bu cavabı ilə razılaşmayaraq hüquqların məhkəmə təminatı üçün xx.xx.2023-cü il tarixdə Bakı İnzibati məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsi 2-1 (112)-14913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbini mümkün saymamışdır. Bakı İnzibati Məhkəməsi çıxarmış olduğu tam əsassız qərarını bununla əsaslandırmışdır ki, “ İddiaçıların mübahisələndirdiyi sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı(qərarı) kimi şərh edilə bilməz, bu cür şərh əsassız və qanunsuzdur. Həmçinin piket keçirilməsinə şərait yaradılması kimi inzibati aktın qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır”. Birincisi, bu qərar, əslində, söz oyunundan və maddələrin sadalanmasından başqa bir şey deyildir. İddianın mahiyyəti ondan ibarətdir ki, həkimlərin öz vəzifələrini vicdanla yerinə yetirilməməsi, məsuliyyətsizliyi nəticəsində bir vətəndaş şikəst edilmişdir və bu cinayətə qarşı öz etirazını qanunda nəzərdə tutulmuş qaydada bildirmək, belə cinayətlərin təkrarlanmaması üçün haqq səsini qaldırmaq istəyir. İkincisi, iddiaçılar özlərinin “İddia Ərizəsin”də inzibati aktin qəbul edilməsini xahiş etmir, “İddiaçıların piket keçirilməsinə şərait yaradılmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz” yazırlar. Qərarda qeyd edilir ki, “piket keçirilməsinə şərait yaradılması kimi inzibati aktın qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır”. "X3 haqqında" Azərbaycan Respublikası qanununda birbaşa göstərilmişdir ki, icra orqanı mitinq, piket keçirilməsi üçün hər çür şərait yaratmağa borcludur. Tərəflərin izahatları İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında digər İddiaçı1 və cavabdeh Bakı Şəhər icra Hakimiyyəti nümayəndəsinin iştiraklarını təmin etməmişlər. İşdə iştirak edən İddiaçı2 digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı1 və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçılar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, TƏBİB-in inzibati binası qarşısında piket keçirməsinə şərait yaradılmasını xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, müraciət “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermir. Eyni zamanda, piket keçirilməsi üçün qeyd edilmiş ərazi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yol yaxınlığında olduğundan, həmin yerdə piketin keçirilməsi toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətində, təhlükəsizliyin təmin edilməsində ciddi çətinliklərin yaranmasına səbəb olacaqdır. 21 sentyabr 2023-cü il tarixində ünvan 4 ünvanında yerləşən TƏBİB-in inzibati binası qarşısında planlaşdırılan aksiyanın keçirilməsini məqsədəuyğun hesab edilmir. Hazırda iddiaçılar cavabdehin cavab məktubu ilə razılaşmayaraq iddia ilə məhkəməyə müraciət etmişlər, lakin onların iddiası birinci instansiya məhkəməsi tərəfindən qeyrimümkün sayılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən X3nın həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X3 vardır. (İ) Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. (İİ) “X3 haqqında” Qanunun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə X3 Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət X3nın həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 7-ci maddəsinə əsasən X3 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X3nın məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş X3nın məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. X3 yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Hazırki işdə iddiaçılar onların planlaşdırdığı tədbirlə bağlı müraciət etdikləri cavabdeh qurumun cavab məktubunda sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati akt kimi qiymətləndirmişlər və piket keçirilməsinə şərait yaradılmasına dair qərar qəbul edilməsini tələb edirlər. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qurumun xx.xx.2023-cü il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığı üçün, yəni İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan “inzibati akt” əlamətlərinə cavab vermədiyindən “inzibati akt” hesab olunmur. Habelə, həmin məktubun məzmununa görə iddiaçıların tələbinin təmin olunmasından birdəfəlik qaydada imtina da olunmamışdır. Belə olan halda iddiaçılar hüquqlarının məhz cavabdeh inzibati orqanın qanunsuz hərəkəti və ya qəbul etdiyi qərar əsasında pozulduğunu əsaslandıra bilmirlər. Bununla bağlı məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14913/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14913/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1286/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1286/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver