Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1286/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 12209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsini özgəninkiləşdirmək istəyərkən, notariat orqanında əmlak üzərində Bakı İnzibati Məhkəməsi tərəfindən məhdudiyyət qoyulduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 253/2024 saylı işində iddiaçı mövqeyində çıxış edən X10 xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Səbail rayon, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bağırova Hicran Firudin qızı və X2 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və Səbail rayon, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə İddiaçı üçüncü şəxs kimi prosesə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-253/2024 saylı qərardadı ilə iddia qeyri-mümkün hesab edilmişdir. İddianın mümkünsüzlüyü ilə yanaşı iddiaçının sənədlərinin saxta olduğu da iş materialları ilə sübut edilir. Belə ki, X7 təqdim etdiyi Səbail rayon Bələdiyyənin 27 dekabr 2005-ci il tarixli, 532 nömrəli qərarı məhkəmənin sorğusu əsasında Səbail rayon Bələdiyyəsində və Dövlət Arxiv İdarəsində mövcud olmadığı bildirilmişdir. Məhkəmə mübahisəsinin davam etdiyi müddət ərzində həmin iş üzrə iddiaçı X10 tərəfindən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin MXMT(112)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. X10 bu qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin MXMT(112)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardaddan kassasiya şikayəti vermədiyindən həmin qərardad qanuni qüvvəsini almışdır. Yəni məhkəmə qeyd edilən əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə zərurət görməmişdir. Mübahisə predmeti olan əmlaka dair özgəninkiləşdirilmə əməliyyatı həyata keçirilərkən həmin torpaq sahəsi üzərində məhdudiyyət olduğu müəyyən edilmişdir. Cavabdeh qeydiyyat orqanı tərəfindən həmin əmlak üzərində məhkəmənin qoyduğu məhdudiyyət olduğu bildirilmişdir. İddiaçı bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1090/2023 nömrəli məktubundan aydın olur ki, əmlak üzərinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Sonradan əldə edilən məlumata əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr və Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qanunsuz və əsassız olaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8385/2022 saylı sərəncamına istinad edərək İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən torpaq sahəsi üzərinə məhdudiyyət qoymuşdur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehə ünvanlanmış ərizə ilə həmin məhdudiyyətin aradan qaldırılması xahiş edilsə də, cavabdeh tərəfindən ərizə bugünədək münasibət bildirilməmişdir. Göründüyü kimi hal-hazırda İddiaçı mülkiyyətin toxunulmazlığına dair konstitusion hüququ pozulmaqdadır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair verilmiş yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan: - -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,1720 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)-248/2022 saylı qərardadının məzmunundan görünür ki, iddiaçı X10 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bağırova Hicran Firudin qızı, X4) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X9 məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə reyestr xidməti tərəfiindən Bağırova Hicran Firudin qızının və X3 aparıllmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunaraq həmin qeydiyyat əsasında verilən çıxarışların və texniki pasportların ləğv edilməsi, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir Bununla yanaşı X10 məhkəməyə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Səbail rayon bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli, 532 saylı qərarı əsasında ona məxsus Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə aid koordinatlar üzrə əmlakın (RX seriyalı, ******* nömrəli, xx.xx.2014- cü il tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli DƏDRX-dən çıxarışların aid olduğu torpaq sahələrinin) özgəninkiləşdirilməsi barədə qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Qeyd olunan müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə dair ərizə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)- 101/2022 saylı qərardadından görünür ki, X7 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(112)- 248/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-253/2024 saylı qərardadından görünür ki, iddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bağırova Hicran Firudin qızı, X4, İddiaçı) “Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə aid koordinatlar üzrə cavabdeh tərəfindən Bağırova Hicran Firudin qızının və X2 adına aparılmış mülkiyyətə dair qeydiyyatın ləğv edilməsi, həmin qeydiyyat əsasında verilən xx.xx.2014-cü il tarixli,RX seriyalı, ******* nömrəli və xx.xx.2014cü il tarixli,RX seriyalı, ******* nömrəli çıxarışların və xx.xx.2014-cü il tarixli, AA 064877 nömrəli və xx.xx.2014-cü il tarixli, AA 064924 nömrəli texniki pasportların etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanında yerləşən torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2920/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 253/2024 saylı qərardadı ləğv edilmiş, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq, özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6- cı bənd).” Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçınınhəmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmadığını, cavabdehin həmin iddiaya cavab verməli olubolmadığını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini,prosessual həmiştirakçılığın yolverilənliyini,tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.3cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə)- qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndinə görə bu Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixli çıxarış əsasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3-cü mərtəbədə yerləşən 20 nömrəli mənzilin mülkiyyətçisi olduğunu bildirmiş, lakin həmin əmlak üzərində daşınmaz əmlakın reyestr məlumatlarında “mübahisə barədə qeyd” olduğu üçün notariat orqanı bu mənzilə dair alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. İddiaçı qeydiyyat orqanına xx.xx.2024-cü il tarixində müraciət etsə də, cavab verilmədiyi üçün əmlaka dair məhdudiyyətin aradan qaldırılması barədə inzibati iddia qaldırmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyət hüququ təsdiq edilmiş daşınmaz əmlakı özgəninkiləşdirmək və ya digər sərəncam əməliyyatları həyata keçirməkdir. Lakin daşınmaz əmlakın reyestr məlumatlarında “mübahisə barədə qeyd” mövcud olduğuna görə, notariat orqanı alqı-satqı aktını həyata keçirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikası İPM üzrə inzibati mübahisə predmeti təşkil etmir və bu səbəblə iddia mümkün sayıla bilməz. Belə ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağının əsası – alqı-satqı əməliyyatının rəsmiləşdirilə bilməməsi – konkret inzibati pozuntu ilə bağlı deyil, sadəcə olaraq mübahisə qeydi səbəbilə notariatın proseduru həyata keçirməməsi ilə əlaqəlidir. Lakin bu halda iddiaçı əvvəlcə reyestrə edilmiş qeydin (mübahisə qeydinin) hüquqi əsassızlığını sübuta yetirməli, həmin qeydin əsaslandığı hüquqi əsasın (məsələn, əvvəlki məhkəmə işi və ya inzibati akt) ləğvini tələb etməli idi. Bu edilmədən, sadəcə “məhdudiyyətin götürülməsi” tələbi hüquqi əsasdan məhrum olur. Beləliklə, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ilə onun irəli sürdüyü iddia tələbi üst-üstə düşmür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın predmetinə və hüquqi əsaslarına baxıldıqda, onun inzibati məhkəmədə baxılması mümkün deyil və buna görə də iddianın mümkün sayılmaması qanunvericiliyə və prosessual normalara tam uyğun hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12209/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1286/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1286/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver