Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1287/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı «ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi» tələbinə dair Bakı İnzibati Мəhkəməsinin 2-1(112)- 855/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-855/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı xx xxxxxx 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən göndərilən “məlumat vərəqi”nə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının müvafiq təminat xərcliyinin 35 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddia tələbi 2007-ci il tarixdən ödənilməsi anlayışı qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının 2015-ci il tarixdə 60 yaşı tamam olduğundan ona, ərizəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2 - ci maddəsinə əsasən - “ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır”. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2015-ci il tarixdən ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddət üçün iddiaçı verilməmiş təminat xərcliyini birdəfəlik almaq üçün DSMF-in X7 İdarəsinə ərizə ilə müraciət etmişdir. DSMF-nin X7 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********3 saylı cavab məktubundan müəyyən edilir ki, x xxxx 2015-ci il tarixində İdarəyə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət edilmişdir. İdarənin sorğusuna əsasən Dövlət X8 Binəqədi rayon şöbəsinin x xxxx 2015-ci il tarixli 0971 nömrəli məktubunda İddiaçı yaşa görə əmək pensiyasının xx xxxx 2015-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, x xxxx 2015-ci il tarixindən İdarə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən İddiaçı ailə başçısını itirməyə görə onun mərhum həyat yoldaşı X1 təminat xərcliyinin (508,95 manat) 35 faizi-178,13 manat məbləğində əmək pensiyası təyin edilmişdir. x xxxxxxxx 2019-cu il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum həyat yoldaşını Ramiz Ağamalıyevin sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 358,00 manat, rütbə maaşı 115,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi-118,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi-35,80 manat və ərzaq payı əvəzinə kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 691,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada mərhum həyat yoldaşınının təminat xərcliyinin (691,05 manat) 35 faizi-241,87 manat məbləğində əmək pensiyası müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilmişdir ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından İdarənin ödənilməli olan hər hansı borc məbləği yoxdur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə qədər olan müddət arasındakı artım pulunun fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı hüququnun yarandığı xx xxxxxx 2007-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin öldüyü xx xxxxxx 2007-ci il tarixdə artıq 3 uşaqlı ana kimi 51 yaşının tamam olduğu (xx.xx.2006-cı ildə) ona məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq edilir ki, həmin tarixdə qüvvədə olmuş yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə əsasən iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ məhz mərhum ərinin öldüyü xx xxxxxx 2007-ci il tarixdən yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İşdə olan DSMF-nin Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən verilmiş **********8 saylı arayışdan aydın olur ki, İddiaçı həqiqətən DSMF-nin Binəqədi rayon şöbəsindən xx.xx.2006-cı il tarixdən yaşa görə (üçuşaqlı ana) pensiya alıb. Pensiya işinin nömrəsi: 113743. Həyat yoldaşının ölümü ilə əlaqədar olaraq pensiya işi 2015-ci ilin iyun ayında DSMF-nin HQ və XRŞTŞ-nin Departamentinə köçürülmüşdür. AZ-İ seriyalı, 267177 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X3 xx xxxxxx 2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2007-ci il 28 avqust tarixində 856 nömrəsi ilə qeyd aparılmışdır. İddiaçı DSMF-nin HQXRŞİD-nə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi xahiş etmişdir. DSMF-nin HQXRŞİD-nin əmək pensiyası təyin edən komissiyasının 15/1825 saylı, xx.xx.2015-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə xx.xx.2015-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir. xx.xx.2015-ci ildə şəxsi hesab açılmışdır. Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə DİN seriyalı, 274 saylı məlumat vərəqəsində aşağıdakılar göstərilmişdir: hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) soyadı, adı, atasının adı - X3, doğulduğu tarix - xx.xx.1955, hərbi (xüsusi) rütbəsi serjant, vəzifəsi (tarif dərəcəsi) - Nəsimi RDİŞ, polis nəfəri, təqvimi xidmət illəri - 18 il 1 ay 29 gün, güzəştli xidmət illəri - 4 il 7 ay 28 gün, cəmi iş stajı və xidmət illəri - 22 il 9 ay 27 gün, tərxis olunduğu vaxt - xx.xx.1995-ci il, tərxis olunduğu maddə - xəstəliklə əlaqədar. 15/1825-029918 saylı pensiyanın uçot vərəqindən müəyyən edilir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (AZE-0*******) xx.xx.2015-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası alır. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə (üçuşaqlı ana) pensiya təyin edilmişdir. İddiaçının həyat yoldaşı X3 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş, xx.xx.2015-ci il tarixdən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və iddiaçı yaşa görə pensiyadan ailə başçısını itirməyə görə pensiyaya keçmişdir. Hazırda iddiaçı ailə başçısını itirməyə görə pensiya hüququnun mərhum ərinin vəfat etdiyi tarixdən yarandığını iddia edir və həmin tarixdən başlayaraq ailə başçısını itirməyə görə pensiyanın təyin edildiyi xx.xx.2015-ci il tarixinədək ödənilməmiş pensiya məbləğinin ödənilməsini mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı aşağıdakı normalara istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının mərhum ərinin vəfat etdiyi tarixdə qüvvədə olmuş (xx xxxxxxx 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyasında) 14.1-ci və 14.1.2-ci maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ata, ana, ər (arvad) pensiya yaşına - kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Əvvəla, işdən müəyyən olunur ki, iddiaçının mərhum ərinin öldüyü xx xxxxxx 2007-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün 57 yaş tələb olunurdu ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının həmin vaxt 57 yaşı tamam olmamışdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx xxxxxxx 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edildikdən sonrakı redaksiyasında) 14.1-ci və 14.1.2-ci maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə. Həmin Qanunun 7-ci maddəsinə əsasən (xx xxxx 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 7-ci maddəsinin birinci hissəsində edilən dəyişikliyə qədər olan redaksiyasında) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı dövr qanunvericiliyi ilə iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ məhz 2015-ci il tarixdən yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilən 14.1.2-ci maddəsi ilə arvadın (yaxud ərin) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ üçün) Qanunun 7-ci maddəsində müəyyən edilmiş pensiya yaşına çatması tələb olunur. Qanunun xx.xx.2017-ci ildən qüvvəyə minmiş dəyişikliyinədək iddiaçı üçün pensiya yaşı (2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılmaqla) 60 yaş olmuş, iddiaçı isə tələb olunan 60 yaşını 2015-ci ildə tamamlamışdır. İddiaçının çoxuşaqlı ana kimi yaşa görə pensiya alması ona 2007-ci ildən ailə başçısını itirməyə görə pensiyaya keçməyə qanuni əsas verməmişdir. Çünki Qanunun 14.1.2-ci maddəsi bilavasitə Qanunun yaşa görə pensiya təyin edilməsini nəzərdə tutan 7ci maddəsində göstərilən yaş senzinə (həddinə) göndəriş verir. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 35.2-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranmadığı dövr üçün - xx.xx.2007-ci ildən xx.xx.2015-ci il tarixədək pensiya məbləğini tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı tarixli qərarı ləğv edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-855/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X8 Xüsusi X2rşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1287/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1287/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver