Məhkəmə qərarları › İş №2-1(103)-1288/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1288/2022

27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1288/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı1, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə2 Nurkişi oğlu, 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinın nümyəndəsi Nümayəndə1 Qulaməli oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, X4, İddiaçı2, X3, X1 cavabdeh Bakı şəhəri İcra hakimiyyətinə qarşı (3-cü şəxslər "xxxx" MTK və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxs "xxxx" MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 161 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (3-cü şəxslər "xxxx" MTK və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə X4, İddiaçı2, X3 və X2 birgə iddiaçılar qismində işə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1822/2021 saylı, 25 fevral 2021-ci i il tarixli qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı2 15 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək 3-cü şəxs "xxxx" MTK ulə aralarında razılıq əldə olunduğundan apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88, 67.3, 80, 82, 83 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı2 apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi qəbul edilsin və İddiaçı2 Bakı şəhəri İcra hakimiyyətinə qarşı (3-cü şəxslər "xxxx" MTK və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi olmaqla) sərəncamın ləğv edilməsi tələbinə dair apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar