Məhkəmə qərarları › İş №2-1(103)-1288/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1288/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1288/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X3 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı5 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 11224/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pay ortaqları arasında təsdiqlənmiş bölgü sxeminə və naturada aparılmış mövcud fiziki bölgüyə uyğun olaraq evin iddiaçıya məxsus tikili hissəsinin - evin Texniki Pasportunda “A” tikilisinin planında 1-ci mərtəbənin 1,2,3,4,5 nömrəli əsas və yardımçı otaqlarının, 2-ci mərtəbənin 1,2,3,4,5,6 nömrəli əsas və yardımçı otaqlarının və ona məxsus tikili hissəsinin mərtəbələrarası pilləkan qəfəsinin digər payçılar olan İddiaçı3, İddiaçı4 və İddiaçı2 məxsus tikili hissəsindən - 1) evin Texniki Pasportunda “A”tikilisinin planında yarım zirzəmi kimi göstərilən hissəsindən, 2) 1- ci mərtəbənin 6,7,8,9,10,11,12 nömrəli əsas və yardımçı otaqlarından, 3) 2-ci mərtəbənin 7, 8, 9, 10, 11, 12, 13, 14 nömrəli əsas və yardımçı otaqlarından və mərtəbələrarası pilləkan qəfəsindən naturada ayrılmasının və ona məxsus həmin tikili hissələrinin daşınmaz əmlakın dövlət reyestrində adına tam mülkiyyət hüququ ilə ayrıca qeydiyyata alınması, həmçinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin aralarında təsdiqlənmiş bölgü sxeminə uyğun qaydada bölünməsi, ona məxsus tikilinin və tikili altındakı 64,6 kv.m. torpaq sahəsinin vahid əmlak şəklində adına qeydiyyata alınaraq (ev və ya mənzil şəklində) ona yeni Çıxarış və Texniki pasport verilməsi, evin adına rəsmiləşdiriləcək tikili hissəsi ilə bağlı ayrıca bir ünvan verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək “Naxodka aktiv dəniz balıqçılıq bazası”nda, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək “Məişət” Koperativində, xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilədək “Qönçə” kiçik müəssisəsində, xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək “Bakı Dəniz Limanı” İdarəsində və xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC-də işləmişdir. Odur ki, X4 ümumi iş stajı 25 ildən artıq, o cümlədən xx.xx.2017ci il tarixinə kimi 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması əmək kitabçası və iş yerlərindən alınmış arayışlarla təsdiq olunur. xx.xx.2001-ci il tarixdən hal-hazıradək "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləyir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi 4 avqust 1980-ci il tarixli ИT ******* nömrəli əmək kitabçasında iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 11 ay 16 gün) təşkil edir. Bu səbəbdən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmədiyi qeyd edilmişdir. Belə ki, iddiaçı xx.xx.1980-ci il tarixdə “Naxodka aktiv dəniz balıqçılıq” bazasına emal ustası vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək həmin müəssisədə 10 il, 18 gün, xx.xx.1990-cı il tarixdə “Bakı Emal qabları istehsalı” zavodunda təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ildədək həmin müəssisədə 8 ay, 30 gün, xx.xx.1992-ci il tarixdə “Qönçə” kiçik müəssisəsinə hisləmə sexinə balıq emalı ustası vəzifsinə işə qəbul olunmuşdur. xx.xx.1992- ci ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə 8 il 11 ay 15 gün və xx.xx.2006-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə qaz (əl ilə), və elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək həmin müəssisədə 7 ay 27 gün işləmişdir. İddiaçının ümumi əmək stajı 25 ildən artıq, güzəştli şərtlərlə yaşa görə pensiya stajı isə 12 il 6 aydan artıqdır. İddiaçının işlədiyi müəssisələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarındakı peşələr ilə üst-üstə düşür. Cavabdeh orqana hazırkı tələblə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiaçının 01 iyul 2017-ci il tarixdən - 57 yaşdan güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hesablanmalı və ödənilməmiş geriyə üç il pensiyayının ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İddia tələbini onunla əsaslandırılmışdırlar ki, iddiaçılar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Həmin evin onlara məxsus olan paylarına (hər birinə % hissədə olmaqla) mülkiyyət hüququ dünyadan köçmüş atası X1 qalmış miras əmlakın vərəsəlik yolu ilə keçməsi və aralarında razılıqla bölünməsi nəticəsində yaranmışdır. Həmin ev mərhum atasının sağlığında onun tərəfindən tikilmişdi, öncədən bir mərtəbəli idi, sonradan sərəncam əsasında 2-ci mərtəbə də artırlıdı. Hələ atasının sağlığında o, yeganə qız övladı kimi ona pay ayırmış, evin ayrıca giriş-çıxışı və əsas/yardımçı otaqları olan bir hissəsini ona vermişdi. 2011-ci ildə aldığı çıxarışda bu öz əksini tapmışdır. Həmin zaman o və atası paylı mülkiyyətçi hesab olunurdu. Sonradan, atasının vəfatından sonra mülk hər birinə % pay olmaqla 4 varisi arasında bölünməli oldu. Hal-hazırda ev 2 mərtəbədən ibarətdir. Ümumi paylı mülkiyyət hüququ qeydiyyata alınıb və onlara çıxarış, texniki pasport verilib. Evin hər birinin ayrı giriş-çıxışı olan iki tərkib hissəsi vardır. O, evin bir hissəsində öz ailəsilə birlikdə yaşayır. Evin digər hissəsində isə digər payçılar birgə yaşayırlar. Onların da ayrıca giriş-çıxışları vardır. Onların aralarındakı divar hörülmüşdür və bağlıdır, evin daxilindən bir- birinin hissəsinə giriş-çıxış yoxdur. Gələcəkdə övlad-uşaqları arasında mübahisə yaranmasın deyə öz paylarını naturada fiziki cəhətdən bölmək və ayırmaq, həm də bunu rəsmiləşdirmək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istəyirlər. Əslində, evin faktiki vəziyyəti elədir ki, naturada artıq bölünmüşdür. Ona aid hissə ilə digər payçılara aid hissə arasında giriş-çıxış yoxdur. Onun tikili hissəsinin öz əsas və yardımçı otaqları, giriş-çıxışı, sanitar qovşaq sistemi vardır. Onların da həmçinin. Doğrudur, evin Ona məxsus tikili hissəsinin digər mülkiyyətçilərlə yalnız arakəsmə orta divar və vahid dam örtüyü, ümumi dayaq konstruksiyaları ortaqlığı vardır, lakin özünə məxsus əsas və yardımçı otaqlarının isə ortaqlığı yoxdur. Ona məxsus hissə onlara məxsus hissədən həm torpaqda, həm də tikilidə ayrılmışdır. Həm torpağın, həm də evin ona aid olan hissəsi arakəsmə hörgü divarı ilə onlara məxsus hissədən fiziki olaraq naturada ayrıdır, təcrid olunmuş vəziyyətdədir. Onların öz sahə və tikililərinə ayrıca nəqliyyat vasitəsi və şəxsi giriş-çıxışı vardır, həmçinin də onların. Göründüyü kimi, ümumi paylı mülkiyyət hüququ fiziki bölgü ilə faktiki olaraq və naturada artıq aradan qaldırılmışdır. Daşınmaz əmlakımızın dövlət reyestrində olan hazırki şəkildəki qeydiyyatı isə daşınmaz əmlakın mövcud faktiki vəziyytinə uyğun deyildir. Bu üzdən bu faktın tanınmasına və sözügedən daşınmaz əmlakın dövlət reyestrində mövcud vəziyyətə uyğun şəkildə qeydiyyatının aparılmasına zərurət yaranmışdır. Bu, həm də qanunvericiliyin tələbidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 13.12-ci maddəsinə əsasən, “13.12. Daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. xx.xx.2022-ci il tarixdə İddiaçı3, İddiaçı2, İddiaçı4 Mirzəğa oğlu hazırkı iş üzrə birgə iddiaçılar kimi məhkəmə icraatına cəlb edilmişdirlər. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iddiaçıların “ünvan 1 ünvana dair **********63- 10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı1 müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2 otaq (y\s-34.2kv.m, k\s- 17.1kv.m), 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s- 75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə İddiaçı1, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s-75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə İddiaçı2, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s-75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissəsi İddiaçı3, 0.0197ha torpaq sahəsi və 4 otaq (y\s- 75.9kv.m, k\s-32.5kv.m, zirzəmi)-dən 1/4 hissə və 7 otaq (y/s125.6, k/s-36.7) İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina ayrı əsas tikililərə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamış, bu barədə iddiaçıya **********72 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması və pul kompensasiyasının (dəyərinin) ödənilməsi qaydasında həyata keçirilə bilər. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Tikinti obyektinin layihələndirilməsi zamanı mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması və layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 71-ci maddəsinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"nın 9-cu bəndinə əsasən ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi qəbul olunur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, müvafiq fərdi yaşayış evinin naturada ayrılması mümkün deyil. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11224/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvana dair **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunan paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11224/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. - xx.xx.2011-ci il tarixli X7 əsasən X5 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, 29 aprel 2011-ci il tarixli, 11/12722 nömrəli arayışa və həmin idarənin verdiyi 129-cu dövlət reyestr kitabının 11749-cu vərəqində qeyd edilmiş, **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli, MA-0034860 seriyalı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, ünvan 5 ünvanda özünə məxsus, yaşayış sahəsi 110,1 kv.metr, köməkçi sahəsi 49,6 kv.metr, ümumi sahəsi 159,7 kv.metr olan, mülkiyyətində olan 0.02 hektar torpaq sahəsində yerləşən 6 (altı) otaqlı fərdi yaşayış evinin 34,2 kv.metr yaşayış, 17,1 kv.metr köməksi sahəsi olan 2 (iki) otağını-qzı- İddiaçı1 bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 (0.0197 ha torpaq sahəsi və 4 otaq (y\s-75.9 kv.m, k\s-32.5 kv.m) payı) və İddiaçı1 (2 otaq (y\s-34.2kv.m, k\s-17.1kv.m) payı) paylı mülkiyyətində olmuşdur. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013- cü il tarixli Şəhadətnaməyə əsasən 17 iyun 2012 -ci ildə vəfat etmiş X2 vərəsələri arvadı-İddiaçı3, oğlu-İddiaçı4 Mirzağa oğlu, oğlu- İddiaçı2, qızı-İddiaçı1dır. Şəhadətnamə verilən miras əmlak verilmiş xx.xx.2011-ci il tarixli, ******* saylı Çıxarışa əsasən məxsus olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, keçid 6, ev 22də yerləşən, 6 otaqlı yaşayış sahəsi 110.1 kv.m, ümumi sahəsi 159.7 kv.m, yardımçı sahə 49,6 kv.m olan 0.0197 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarətdir. - **********63-10301 reyestr nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışın surətinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 Mirzə- Ağa qızı, İddiaçı3, İddiaçı2, İddiaçı4 paylı mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: - (maddə 8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 04 iyun 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olması təşkil etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 01/22-438 nömrəli xx.xx.2022-i il tarixli Mütəxəssis rəyinə əsasən aparılan araşdırma nəticəsində fərdi yaşayış evinin **********63-10301 reyestr nömrəli çıxarışda göstərilən paylara uyğun olaraq ayrıayrılıqda istifadəsinin mümkün olması və həmin payların hər birinə gediş-gəlişin digər yaşayış sahəsinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkünlüyü müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərin hər birinə məxsus sahələrin digər yaşayış sahəsinə gedişgəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olması işin məhkəmə araşdırılması ilə öz təsiqini tapdığından, həmçinin qanunvericilikdə nəzərdə tutulan imtina üçün əsaslar mövcud olmadığından, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylara uyğun olaraq ayrılıqda çıxarış və texniki pasport verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11224/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2-1(112)-11224/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar