Məhkəmə qərarları › İş №2-1(103)-1289/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1289/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1289/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı (xx.xx.1953-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, ünvan 1 m. 22 ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə ( hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi) qarşı işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx xxxx 1993-cü il tarixindən xx xxxxxxxx 2008ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 bənna vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmiş, bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, 1993-cü ildən 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 iş stajını qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bundan başqa iddiaçı tərəfindən Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 işlədiyi dövrə aid arxiv sənədlərinin götürülməsi xahiş olunmuşdur. Sözügedən müraciətin təmin edilməsindən imtina edilmiş, cavab olaraq bildirilmişdir ki, idarədən arxiv sənədləri mühafizə üçün təhvil verilməmişdir. İddiaçı qeyd edir ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X6 bənna vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixədək həmin idarədə işləmiş, daha sonra isə öz ərizəsi əsasında işdən azad edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun 1993-cü ilin 14 iyun tarixindən xx xxxxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 bənna vəzifəsində işlədiyi illər sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə təyin olunmuş pensiyası yenidən hesablanmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3464/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim R.Daşdəmirov) məhkəmənin tələb etdiyi sübutu məhkəməyə göndərməyən cavabdeh 150 (yüz əlli) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardadın icrası Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, X5 xx.xx.1993-cü il tarixdən xx.xx.2008ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi-İstehsalat İdarəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 2016-cı ildən yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarını ləğv edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilməsini texniki yazı xətası kimi qəbul edir. Apellyasiya şikayəti “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad olunaraq əsaslandırılmışdır. Cavabdeh işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X19 Hüquqi Şəxsi tərəfindən təmsil edilmişdir. İşin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X19 Hüquqi Şəxsinin nümayəndəsi apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1538/2020 saylı, xx xxxx 2020-ci il (mətnə uyğun) tarixli qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yekun məhkəmə qərarı qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, işin obyektiv, hərtərəfli və tam araşdırılması üçün lazım olan müvafiq sorğular verməmişdir. İddiaçının işlədiyi müəssisənin mövcud olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavəsində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etsə də , həmin əlavədə məhkəmə tərəfindən işin obyektiv, hərtərəfli və tam araşdırılması üçün lazım olan müvafiq sorğular verilmədiyini göstərmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən müvafiq sorğular göndərildiyindən məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.Əlavə olaraq, apellyasiya şikayətinə əlavədə qərarın tarixinin xx.xx.2020-ci il əvəzinə xx.xx.2020-ci il göstərilməsini texniki səhv olduğunu qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddia tələbində qeyd edilməsə də, pensiyanın yenidən hesablanmasını xahiş etdiyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamasına baxmayaraq birinci instansiya məhkəməsi işə baxaraq, bu halı nəzərə almamışdır. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya iddia ərizəsinin imzalanması təklif edilmişdir. İddiaçı iddia ərizəsinin bəyəndiyini, iddia tələbini müdafiə etdiyini bildirərək, ərizəni imzalamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan sənədlərdən məlum olur ki, X8 DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 78 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya məxsus xx xxxxxx 1973-cü il tarixdə açılmış əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 32 saylı xx.xx.1993cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən 1 nömrəli Bakı Elmi-İstehsalat İdarəsinə 5-ci dərəcəli bənnaçı qəbul edilmiş, 1 saylı xx.xx.2008-ci il tarixli əmrlə xx.xx.2008-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (kadrlar üzrə inspektorun imzası və möhür var); H.Ərəbova kimi oxunur. - Xətai RPİ tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Tərtər rayonunda doğulmuş X10 yaşayış yeri üzrə ünvan 2 mənzil 22 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 157-03- S-9 saylı arayışda aşağıdakılar göstərilmişdir: “1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 469 nömrəli xx.xx.2006-cı il tarixli əmri ilə 1 №-li Bakı X4 Bazasında “Bərpa-Tikinti, İnkişaf və X7 Olunması Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır;

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 115 №- li Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı X9 Müdiriyyəti yaradılmışdır;

3. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 №-lı Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı X9 Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır;

4. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə ‘Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 1№-li Bakı X6 aid sənəd olmadığından, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 №-li Qərarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olduğu üçün vətəndaş X2 təqdim etdiyi “Əmək kitabçasındakı 28-ci və 29-cu səhifələrdəki qeydə əsasən onun Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı X3 işlədiyi görünür. (Rəis müavini, rəisin v.i.e Zohrab Pirimov) ”; - DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, **********9 saylı məktubdan müəyyən olunur ki, DSMF-nin Xətai rayon şöbəsinə daxil olmuş iddiaçının ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, vətəndaşların əmək pensiyası hüququnun yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. X5 1993cü ildən 2008-ci ilədək olan iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illər sosial sığota stajına daxil edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi istehsalat idarəsində işləməsi işə əlavə edilmiş arayışla təsdiq olunur və bu halda da cavabdehin imtina məktubunda göstərilən hal iddiaçının işlədiyi müddətin sığorta stajı kimi ona əmək pensiyası hesablanarkən nəzərə alınmaması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı iddiaçıya hazırkı iş üzrə iddia tələbinin əsaslandıran sənəd-sübut təqdim edilməsi təklif edilmiş, iddiaçı hazırda hər hansı sənəd təqdim edə bilmədiyini, bütün sənədlərini birinci instansiya məhkəməsinə təqdim etdiyini, hazırda müəyyən müraciətləri olsa da, müraciətlərinin heç bir nəticəsinin olmadığını, bu səbəbdən birinci instansiya icraatı zamanı təqdim etdiyi sənədlərin sübut qismində qiymətləndirilməsini xahiş etdi. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının xx.xx.2008-ci il tarixdə işdən azad olunarkən ona məxsus əmək kitabçasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 möhürünün vurulmasını, eyni zamanda, xx.xx.1993cü il tarixli, 32 №-li və xx.xx.2008-ci il tarixli, 1 №-li əmrlərinin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması xahiş edilmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X6 5-ci dərəcəli bənna qəbul edilməsi barədə xx.xx.1993-cü il tarixli, 32 №-li və işdən azad edilməsi barədə xx.xx.2008-ci il tarixli, 1 №-li əmrlərinin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 27-09 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 2006-cı ildə ləğv edildiyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2014-cü ildə yarandığı, 1 №-li Bakı X6 aid hər hansı sənədin Dövlət Xidmətinə verilmədiyi bildirilmişdir. (Rəis müavini və rəis vəzifəsinin səlahiyyətlərini icra edən Könül Cəfərova tərəfindən imzalanmışdır) Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 617 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının xx xxxx 1993-cü il tarixindən xx xxxxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 bənna vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövr barədə arayışa (3 nömrəli əlavə) əsasən müəyyən olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddəti sığorta stajına daxil edilir. Həmçinin xx.xx.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda da əmək pensiyasının təyin edilməsi müəyyən edilmişdir və həmin tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sığorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı İddiaçı xx.xx.1993-cü il tarixli, 32 №-li əmrlə Tarix və X1 və Bərpası Komitəsinin Bakı şəhəri 1 №-li XEBİ Emalatxanasına 5-ci dərəcəli bənna qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 1 №-li əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Lakin, iddiaçı xx.xx.2008-ci il tarixdə işdən azad olunmasına baxmayaraq, onun əmək kitabçasına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 möhürü vurulmuşdur. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, **********9 saylı məktubda göstərilmişdir ki, İddiaçı 1993-cü ildən 2008-ci ilədək olan iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illər sosial sığota stajına daxil edilə bilməz. Göründüyü kimi, işin faktiki halları və iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 2006-cı ildən sonra mövcud olması barədə sənədlər arxivdə aşkarlanmadığından, iddiaçının xx xxxx 1993-cü il tarixindən xx xxxxxxxx 2008-ci il tarixədək həmin müəssisədə bənna işləməsi faktı sübut olunmur. Yuxarıda qeyd edilənlərə və iş materiallarında olan hazırkı sənədlərlə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı Elmi istehsalat idarəsində əmək fəaliyyətinin düzgünlüyünü müəyyən edilmir. İş materiallarında olan iddiaçı tərəfindən işin birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 157-03- S-9 saylı arayışda vətəndaş X2 təqdim etdiyi Əmək kitabçasındakı 28-ci və 29-cu səhifələrdəki qeydə əsasən onun Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 1 nömrəli Bakı X3 işlədiyinin göründüyü qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilmiş arayışın tərtibində iddiaçının işə qəbul edilməsi və azad edilməsi barədə əmrlərdən istifadə olunmamış, arayışda göstərildiyi kimi iddiaçının əmək kitabçasından istifadə edilmişdir. Belə ki, işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 27-09 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 №-li Bakı X4 2006-cı ildə ləğv edildiyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2014-cü ildə yarandığı, 1 №-li Bakı X6 aid hər hansı sənədin Dövlət Xidmətinə verilmədiyi bildirilmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2008 tarixli, № 1-li əmr ilə öz xahişi ilə işdən azad edilmiş və 1 №-li Bakı X4 möhürü vurulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X17, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 157-03- S-9 saylı arayışda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 469 nömrəli xx.xx.2006-cı il tarixli əmri ilə 1 №-li Bakı X4 Bazasında “Bərpa- Tikinti, İnkişaf və X7 Olunması Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığı qeyd edilsə də, əmək kitabçasından göründüyü kimi, əmək kitabçasına xx.xx.2008 tarixdə 1 №-li Bakı X4 möhürü vurulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2008 tarixdə yəni ilin 9-cu ayında əmrə 1 sıra nömrəsi verilməsi inandırıcı deyil. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına olan iddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçının 1983-1985-ci illərdə işləməsi ilə əlaqədar qeydlər əmək kitabçasının 11-ci və 21-ci səhifələrində qeyd edilərək, əmək kitabçasının doldurulması ardıcıllığı pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1538/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx xxxx 1993-cü il tarixindən xx xxxxxxxx 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı X3 bənna vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar