Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1289/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndələri X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və onun altındakı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3394/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (X3 Sovxozu) tərəfindən 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 0,10 ha ölçüdə torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 36 kv.m, köməkçi sahəsi 36,8 kv.m olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasına dair müvafiq dövrdə səlahiyyətli qeydiyyat orqanı olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət TİMH Qeydiyyatı İdarəsinin Abşeron rayon Dövlət TİMH Qeydiyyatı İdarəsi tərəfindən 24 sentyabr 2001-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə və orada inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ilə bağlı təqdim edilən Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli sərəncamının arxiv arayışı təqdim edilməmiş və müvafiq sorğuya cavab olaraq Abşeron Rayon Dövlət Arxivindən alınmış cavabda Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli saylı qərarında iddiaçının adının aşkar edilmədiyi bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ev sökülmüş və yeni ev inşa edilmişdir, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ərizə və yeni inşa edilmiş evə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Sovxoz torpaqlarından iddiaçının adına digər torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəsisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 963,8 kv.m-dir. Təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmamış, texniki pasportda perimetrik ölçü fərqi mövcuddur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin iddiaçının adına qeydiyyata alınması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 2, 6 saylı sahədə yerləşən fərdi yaşayış evi və həmin ünvanda yerləşən torpaq sahəsi İddiaçı məxsusdur. İddiaçı sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllini təmin etməmişdir. Cavabdeh mövqeyini belə əsaslandırmışdır ki, Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli sərəncamının arxivdə olub-olmaması barədə Arxiv İdarəsinə sorğu göndərilsə də, sorğuya cavab gəlməmişdir. İddiaçı cavabdehin qənaəti ilə razı deyil və hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 4 mart 2022-ci il tarixli arayışında da qeyd olunur ki, Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi iddiaçı (İddiaçı) üçün ayrılmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci (8.0.5) maddəsinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 2, 6 saylı sahədə yerləşən fərdi yaşayış evi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 13 aprel 2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı təqdim edilən Abşeron RİHin 22 noyabr 1993-cü il tarixli 770 nömrəli sərəncamının arxiv arayışı təqdim edilməmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq, sözügedən sərəncamın arxivdə mövcud olub-olmaması ilə bağlı məlumat verilməsi və mövcud olduğu təqdirdə surətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi haqqında aidiyyəti quruma sorğu verilmişdir. Sorğuya cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin 28 iyul 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ev sökülmüş və yeni ev inşa edilmişdir. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ərizə və yeni inşa edilmiş evə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə, sovxoz torpaqlarından iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən 3-39 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 5 avqust 2023-cü il tarixli məktub ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəsisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 963,8 kv.m-dir. Təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələr qeyd olunmamış, texniki pasportda perimetrik ölçü fərqi mövcuddur. Göstərilənlərə və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10, 14-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8, 11.1, 18, 23-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə münənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3394/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, 2-ci döngə, 6 saylı evə və onun həyətyanı torpaq sahəsinə (vahid əmlak kimi) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Sovxoz torpaqlarından iddiaçının adına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən 3-39 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ev sökülmüş, lakin məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ərizə təqdim edilməmişdir. Yeni inşa edilmiş evə dair qeyd olunan maddədə göstərilən hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisənin xx.xx.2017-ci il tarixli, 758 nömrəli arayışında istinad olunan həmin müəssisənin xx.xx.1988-ci il tarixli, 36/S saylı əmri təqdim olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.5- ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış daşınmaz əmlak üzərində hüququn əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin iddiaçının adına ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri X6 və X10 ünvan 3 ünvanına dair arxiv qovluğunu məhkəmə kolegiyasına təqdim etmiş, apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçının məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, 2-ci döngə, 6 saylı evə və onun həyətyanı torpaq sahəsinə (vahid əmlak kimi) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən “torpaq sahəsi ilə bağlı təqdim edilən Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli sərəncamının arxiv arayışının təqdim edilməməsinə, müvafiq sorğuya cavab olaraq Abşeron Rayon Dövlət Arxivindən alınmış cavabda Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli saylı qərarında iddiaçının adının aşkar ediməməsinə, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş evin sökülməsinə və yeni evin inşa edilməməsinə, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi barədə ərizə və yeni inşa edilmiş evə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlərdən hər hansı birinin təqdim edilməməsinə, sovxoz torpaqlarından iddiaçının adına digər torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmamasına və texniki pasportda perimetrik ölçü fərqinin mövcudluğu”na istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “arxiv qurumundan alınan məlumata əsasən Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 770 nömrəli sərəncamında hazırkı İddiaçı Məhəmməd qızının adının əks olunmaması torpaq sahəsinə hüququnun qeydiyyat alınmasından imtina üçün əsas ola bilməz. Çünki, həmin sərəncamda hər hansı şəxsin adı göstərilməmişdir. X1-Südçülük Sovxozunda işləyən şəxslərə (ailə başına) 0,10 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Abşeron RİH-in 22 noyabr 1993-cü il tarixli 78/k nömrəli sərəncamı və Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun müvafiq əmri iddiaçıya aid hissəsi ləğv olunmamışdır və hazırda qüvvədədir. Sovxoz torpaqlarından iddiaçının adına digər torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh hər hansı sübut təqdim etməmişdir. Təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil və belə uyğunsuzluqların aradan qaldırılması cavabdeh inzinbati orqanın səlahiyyətindədir.” Ona görə də məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırki işdə iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh inzibati orqan imtina məktubunda əsas dəlil kimi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş sənədləri ona təqdim etmədiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (X3 Sovxozu) tərəfindən 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 0,10 ha ölçüdə torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsində inşa edilmiş yaşayış sahəsi 36 kv.m, köməkçi sahəsi 36,8 kv.m olan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olmasına dair müvafiq dövrdə səlahiyyətli qeydiyyat orqanı olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət TİMH Qeydiyyatı İdarəsinin Abşeron rayon Dövlət TİMH Qeydiyyatı İdarəsi tərəfindən 24 sentyabr 2001-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş: - Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 nömrəli, xx.xx.1999-cü il tarixli sərəncamından çıxarışın surətində Vətəndaş İddiaçı 0,10 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilk-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cü il tarixli qərarı və sovxozun 16 avqust 1999-cü il tarixli 27/k nömrəli əmrinin nəzərə alınması və vətəndaşa həyətyanı torpaq sahəsində 0,10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qeyd olunmuşdur; - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cü il tarixli 096 saylı sərəncamı, həmin Müəssisənin direktoru tərəfindən tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı 0,10 hektar hesabı ilə nömrəsi qeyd olunmayan həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır; - xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Sahə 3-39 ünvanında yerləşən torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır; - xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 112.02 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Torpaq sahəsinin ölçüsü 0,10 hadır. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarış verilməsini tələb etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, 2-ci döngə, 6 saylı ev və onun həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi (X3 Sovxozu) tərəfindən 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmri çıxış edir. Həmin sənədlər də məhkəməyə təqdim olunmuşdur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Həmçinin cavabdehin imtinasında istinad etdiyi “təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması və texniki pasportda perimetrik ölçü fərqinin mövcudluğu” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri kimi müəyyən olunmuşdur. Oki qaldı iddiaçının adına başqa torpaq sahəsinin verilməsi səbəbindən bu iddia tələbinin təmin edilməsinin qeyri-mümkün olması ilə bağlı cavabdeh qurumun dəlilinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, iddiaçının adına bir neçə hüquqmüəyyənedici sənəd əsasında müxtəlif yerlərdən torpaq sahələrinin ayrılması barədə faktın mövcudluğu hazırki iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının adına müxtəlif yerlərdən torpaq sahələrinin ayrılması barədə hüquqmüəyyənedici sənədlər inzibati akt olaraq qüvvədədir, onların ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması və ya məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı hər hansı sübut olmadığı halda həmin inzibati aktların hazırda mövcudluğu iddiaçının digər hüquq müəyyənedici sənəd əsasında hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına mane ola bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə və onun üzərində yerləşən evə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçının tələbi “müvafiq ünvanda yerləşən evə və onun həyətyanı torpaq sahəsinə vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” barədə olsa da, həmin tələb əslində həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparıldıqdan sonra bu barədə reyestrdən müvafiq çıxarış sənədinin iddiaçıya verilməsi tələbini də özündə ehtiva edir. Qeyd olunmalıdır ki, iddiaçının iddiasından göründüyü kimi, onun hüquqi marağı əslində iddia etdiyi hər iki daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və bunun nəticəsi olaraq ona daşınmaz əmlakın dövlət reyestridlən müvafiq çıxarışın verilməsindən ibarətdir. Odur ki, iddia tələbinin iddiaçının hüquqi marağına uyğun gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bunun davamı olaraq “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədə tələbin iddia ərizəsində qoyulmaması və məhkəmə qərarının sonunda qeyd edilməməsi prosessual pozuntu kimi qiymətləndirilmir və yalnız bu hal birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3394/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı “hər iki daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3394/2023 saylı 11 oktyabr 2023-cü il tarixli qərarı “hər iki daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1289/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1289/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver