Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-129/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatına alınaraq buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1725/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1725/2019 saylı, xx xxx 2019- cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1725/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İK-nın 2-1(103)-65/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1725/2019 saylı, xx xxxx 2019- cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmiş, iddiaçıdan “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin hesabına (“xxxx” ASC-nin Xətai filialı, AZ23AİİB********************) 74,14 manat xidmət haqqı tutulması qərara alınmışdır (sədrlik edən və məruzəçi V.Baxışova, hakimlər C.Yusifov və İ.Əhmədov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(102)- 1583/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli, 2-1(103)-65/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi Z.Quliyev, hakimlər İ.Şəfiyev və R.Nəbizadə). İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin onun adına ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinə ilkin müqavilə əsasında satınalma haqqında alqı-satqı müqaviləsi bağlanmışdır. X5 bundan əvvəl də iddiaçıya pul borcu olmuş və borcunu qaytarmamışdır. İlkin müqaviləyə əsasən öhdəlikləri yerinə yetirməməyi ilə bağlı iddiaçı onu xx.xx.2014-cü il tarixdə 1 saylı ASAN Xidmət mərkəzi vasitəsi ilə xəbərdarlıq etmişdir. Ancaq, yenə də bir nəticə əldə etmədiyinə görə məcburiyyət qarşısında qalaraq xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan borcları tələb etməli olmuşdur. Abşeron Rayon Məhkəməsi İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair xx xxxx 2017-ci il tarixə mülki işə baxaraq iddianın təmin edilməsi barədə qətnamə çıxartmışdır. Qətnaməyə əsasən İddiaçı xeyrinə ilkin alqı-satqı müqaviləsinə əsasən ödənilmiş 35500 manat, kredit borcuna görə banka ödənilmiş 42212 manat olmaqla cəmi 77712 manat və 32000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuşdur. Abşeron rayon İcra Şöbəsinin apardığı araşdırma zamanı X5 başqa rəsmi mülkiyyətinin mövcud olması faktı aşkar edilməmişdir. Bunu nəzərə alaraq, MPM-nin 231- ci maddəsini rəhbər tutaraq, Binəqədi Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı X7 əsasən xx xxx 2006-cı il tarixli 401 saylı alqı-satqı müqaviləsi və xx xxx 2006-cı il, 160 nömrəli qərarı ilə X1, cavabdeh və iddiaçı arasında xx xxxxx 2013-cü il tarixdə 1 saylı ASAN Xİdmət mərkəzində bağlanmış ilkin alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanı ünvanında yerləşən 300 kv.m torpaq sahəsini ilkin alqı-satqı müqaviləsi əsasında olduğu kimi 78000 manat qiymətləndirilərək tərəflərin razılığı əsasında Abşeron Rayon Məhkəməsi cavabdehin borcunun ödənilməsi məqsədi ilə xx xxxxxxx 2017-ci il tarixli qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında qərardad çıxararaq Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 1999-cu il tarixli Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2000ci il tarixli, 809 saylı Sərəncamı ilə xx xxxxxxx 2000-ci il tarixdə Binəqədi Bələdiyyəsinə təhvil verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin xx xxxxxxx 2000-ci il tarixli Binəqədi rayon üzrə bələdiyyəyə ayrılmış torpaq sahəsinə dair ayrıc göstəricisinə Vİ sahəyə aid edilmiş və Binəqədi Bələdiyyəsinin xx xxx 2006-cı il tarixli 05 saylı X7 əsasən xx xxx 2006-cı il tarixli 401 saylı Alqı-satqı müqaviləsi və xx xxx 2006cı il, 160 nömrəli qərarı ilə X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bununla əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə poçt vasitəsilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2017-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən ünvanladığı ərizəyə xx.xx.2017-ci il tarixə çatdırılan **********26 saylı cavabda bildirilmişdir ki, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinə dair poçt vasitəsi ilə daxil olmuş sənədlər surətdir və müvafiq torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş, bundan başqa təqdim edilmiş sənədlər digər fiziki şəxsin adına qeyd olunmuş və əlavə eidlmiş məhkəmə qərardadında Bakı şəhər Ərazi İdarəsinə hər hansı öhdəlik qoyulmamışdır. Qanuni qüvvə almış məhkəmə qərarını qəbul etməmiş və iddiaçı bu hüquqlarının bərpa olunması üçün xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin ərizəyə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş №2-1(81)-1299/2018 saylı işə baxaraq xx.xx.2018-ci il tarixdə Qərar çıxarmışdır. Lakin, cavabdeh bu qərarla razılaşmamış və xx.xx.2018-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsas kimi, iarəyə təqdim olunan sənədlərin surət, təqdim olunmuş sənədlərin digər fiziki şəxs X5 adına olması, alqı-satqı aktının idarəyə təqdim olunmaması olmuşdur. İddiaçı bunları nəzərə alaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edərək məhkəmə Qətnaməsinin icrasını tələb etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi 8(012)- 782/2017 saylı xx.xx.2017-ci il tarixli Qərardadın icra olunması öhdəliyin №xx/xx-203517- 18/4 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə Bakı şəhəri Binəqədi rayon Bələdiyyəinin üzərinə qoydu. Bakı şəhəri Binəqədi Bələdiyyəsi xx.xx.2018-ci il tarixli 14 saylı iclasında müzakirə edərək yuxarıda adı çıkilən torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi haqqında 60 saylı Qərar qəbul etdi. Həmin Qərara əsasən sənədləşdirilmə aparılmış və iddiaçının adına həmin torpaq sahəsinə aid Qərar, Alqı-satqı Aktı, Müqavilə və Situasiya planı təqdim olundu. İddiaçı sənədləri xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmişdir. xx.xx.2019-cu il tarixdə **********06 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunu almışdır. Odur ki, cavabdeh onun hüquqlarını pozur, qanuni qüvvəyə almış məhkəmə qərarını qəbul etmir və o da bu hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyasının ilkin iclasında izahat verən cavabdehin nümayəndəsi X6 bildirmişdir ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçı müvafiq qeyri-yaşayış binasına dair çıxarış almaq məqsədilə İdarəyə xx.xx.2017-ci il və xx.xx.2019-ci il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli qərar qanunvericiliyin tələblərinə zidd olaraq verilmişdir və müvafiq torpaq sahəsi hərracdan kənar qaydada satılmışdır. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Binəqədi bələdiyyəsinin ərazisi olması barədə elektron bazada hər hansı bir məlumat aşkar olunmamışdır. Bundan başqa, müvafiq torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşir.Göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, ekspertiza keçirilməmiş və və ya mütəxəssis rəyi qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə ədalətsiz qərar qəbul edilmişdir. Bununla yanaşı işin araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi qəsəbə Bələdiyyəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəedilməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti müvafiq inzibati iş üzrə məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X10 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Abşeron Rayon Məhkəməsinin 8(012)-782/217 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-6868/2017 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək X5 77712 manat borcunun əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı verilməsi qərara alınmışdır. Həmin qərardad xx xxxxxxx 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2000-ci il tarixli 809 nömrəli Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının Sərəncamının, həmin Sərəmcamına əlavənin, xx xxxxxxx 2000-ci il tarixli “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında Protokol”un və həmin protokola əlavə edilən “Bələdiyyə torpaqlarının xəritə sənədi”nin surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmış ərazisində yerləşir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin Binəqədi rayon Binəqədi Bələdiyyəsinə ünvanladığı 17/75 (203517) 18/4 saylı, xx xxxx 2018-ci il tarixli məktubuna əsasən, Abşeron rayon Məhkəməsinin 8(012)-782/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardad icra olunması üçün göndərilir, icra edib nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında Müqavilə”nin surətinə əsasən, Binəqədi rayon Binəqədi Bələdiyyəsi (Satan) adından çıxış edən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri X9 və İddiaçı (Alan) arasında müqavilə bağlanmış, Binəqədi rayonu, 7-ci mkr, 244 saylı məktəbin yanında olan 300 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alıcı İddiaçı tərəfindən qəbul olunmuş, torpağın satış qiyməti tərəflər arasında sahənin hər kv.metri üçün 5 manat məbləğində razılaşdırılmışdır. “Torpaqların alqı-satqısına dair Akt”ın surətinə əsasən, İddiaçı tərəfindən əvvəlcədən 1500 manat haqq ödənilmişdir və bu akt Binəqədi rayonu Binəqədi bələdiyyəsinin rayon Bələdiyyə orqanın nümayəndəsinin sədri X9 və torpaq alanın İddiaçı iştirakı ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********06 nömrəli, xx.xx.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Bundan əlavə elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Binəqədi bələdiyyə ərazisi olması barədə elektron bazada heç bir məlumat aşkar olunmamışdır və yaşıllıq olan ərazidə yerləşir. Binəqədi bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli qərarı qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi əldə edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-1654/2018 saylı qərarı ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-1299/2018 saylı qərarı ləğv edilmiş və sözügedən torpaq sahəsinə dair iddiaçının iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi barədə məlumat idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 6868/2017 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək X5 77712 manat borcunun əvəzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmış, Abşeron rayon İcra və Probasiya Şöbəsi Binəqədi rayon X2 Rayon Məhkəməsinin qərardadının icra edilməsini tələb etmiş, Binəqədi rayon Binəqədi Bələdiyyəsi məhkəmə qərardadında adı çəkilən torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi haqqında 60 saylı qərar qəbul etmiş, həmin qərara əsasən sənədləşdirilmə aparılmış və hal -hazırda iddiaçının adına sözügedən torpaq sahəsinə aid qərar, alqı-satqı aktı, müqavilə və situasiya planı mövcuddur. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bələdiyyə tərəfindən onun sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinin ilkin dövlət qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir Birinci instansiya məhkəməsi iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasının isə əsassız hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırmadıqda. Hazırda cavabdeh qeyd edilən halların mövcud olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cu bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 7 mkr, 244 saylı məktəbin yanında yerləşən 300 kv.m torpaq sahəsinin ilkin dövlət qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın verilməsi və həmin torpaq sahəsinə plan və ölçünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bələdiyyə mülkiyyətinə torpaqların verilməsi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. İddiaçıya torpaq sahəsi ayrılan zaman “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 6.5-ci maddəsinin redaksiyasına görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəri orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında“ Əsasnamənin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2002 ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bədlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. Göründüyü kimi, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılığı alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, E.Əsədova torpaq ayrılan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaq sahəsinin ayrılması üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyin alınıb-alınmaması barədə Binəqədi rayon bələdiyyəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Binəqədi rayon bələdiyyəsi məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli, BAB/D-22 saylı məktubda bildirilmişir ki, inzibati ərazi üzrə torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il 809 saylı sərəncamı ilə Bakı şəhər Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2000-ci il tarixli təsdiq ilə Binəqədi rayon Bələdiyyəsinə ayrıc aktıyla təhvil verilmişdir. Binəqədi rayon X4 xx.xx.2006-cı il tarixli, 106 saylı qərarla Bakı şəhər 7-ci mkr. 244 saylı məktəbin yanında 300 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün onun mülkiyyətinə verilmişdir. Lakin 2000-ci ildən 2007-ci ilədək bələdiyyə tərəfindən ayrılmış torpaq sahələri bu qaydada ayrılmışdır və hər hansı rəyin alınıb-alınmaması barədə bələdiyyədə məlumat aşkarlamaq mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)- 1725/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-129/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-129/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver