Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-129/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 57 yaşdan yəni, 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2- 1(112)-564/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-xx.xx.1898-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bugünə kimi təmir emalatxanasında çilingər vəzifələrində işlədiyi illərin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsaəsn 1 nömrəli Siyahı ilə 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən hesbalanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində doğulmuşdur. 24 noyabr 1976-ci il tarixdən 10 noyabr 1978ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. 1973-cu il tarixdən bugünə qədər hərbi xidmətdəki dövrü çıxmaqla bugünə qədər işləyir. "Azneft" H.Z.Tağıyev adına NQÇİ 08 oktyabr 2021-ci il tarixli "zərərli iş şəraiti haqqında" arayışdan göründüyü kimi, xx.xx.1973xx.xx.1978-ci il tarixədək, xx.xx.1975-xx.xx.1975-ci il tarixinədək və xx.xx.1983-xx.xx.1989cu il tarixədək bu dövr ərzində o, əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "SOCAR" Baş Ofis Mərkəzi arxiv İdarəsinin 06 oktyabr 2021 ciil tarixli güzəştli şərtlərə görə verdiyi cavab məktubuna əsasən xx.xx.1975-ci il tarixində "Əzizbəyovneft "NQÇİ-nin traktor nəliyyat kontorundan köçürülmə yolu ilə X1 idarəsinə işə qəbul olunmuşdur. xx.xx.1975xx.xx.1976-cı il tarixədək əllə döymədə dəmirçi, sonra həqiqi hərbi xidmətə çağırıldığına görə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən xx.xx.1978-xx.xx.1980-cı il tarixədək əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "Azneft” İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin verdiyi arayışa əsasən isə xx.xx.2014-cü il tarixdən - xx.xx.2020-ci il tarixədək avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışmışdır. xx.xx.2020-ci ildən bu günə kimi 5 saylı Texnoloji Nəqliyyat Departamentində 1 saylı AXTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışır. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, o, iş saatlarının nəzərə alınaraq işlədiyi qurumdan süd məhsulu alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 11 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və 22 oktyabr 2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişlər. Rəsmi surətdə cavabı poçtla 08 noyabr 2021-ci ildə almışdır. Cavabdeh onun güzəştli iş stajını hesablayarkən mübahisəli dövrü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən hesablamalı olduğu halda, o, vəzifələrin və göstəricilərin Siyahısı”na əsaslanmışdır. Həmçinin, cavabdeh sözügedən vəzifələrin müvafiq siyahıda olmadığını bildirsə də, həmin vəzifələr həm 21 iyun 1993-cü il tarixli 320 saylı, həm də 23 yanvar 2007-ci il tarixli qərarla təsdiq edilmiş siyahılarda vardır: 1071300a-18598 – turşunun tökülməsi ilə məşğul olan süzücülər-tökücülər – 1993 turşunun tökülməsi ilə məşğul olan süzücü-tökücülər – 2007. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək,ona 57 yaşdan yəni, 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi xx.xx.1974xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bu günə kimi təmir emalatxanasında çilingər vəzifələrində işlədiyi illəri güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilməsinini göstərir. İddiaçı ərizəsində qeyd etdiyi peşələrə və onun işlədiyi sahəyə baxdıqda müəyyən edilir ki, həmin peşələr güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi peşəsində işlədiyi sahə neft və qaz sahəsi olmuş, həmin sahə “Metal Emalı” sahəsi olmamışdır. Həm hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “ Qərarının Xİ “Metal Emal” bölməsinin 2-ci yarım bölməsində 11102000-ci kod altında Dəmirçipresləmə istehsalat sahəsinə aid olan 1110200a-13227 kodu altında, həmçinin hal-hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Metal Emalı (11) bölməsinin Dəmirçi-presləmə istehsalat bölməsində (11.2) fəhlələr yarımbəndində (b) göstərilən əllə döymədə dəmirçi vəzifələri qeyd edilmişdir. Həmin qərarlardan göründüyü kimi, qeyd edilən peşə Metal Emalı sahəsinin dəmirçi presləmə istehsalat sahəsinə aiddir. İddiaçının həmin peşədə işlədiyi sahə isə həm onun əmək kitabçasında, həm də SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş arayışdan da, bəlli olduğu kimi neft-qaz istehsalat sahəsidir və həmin sahədə əllə döymədə dəmirçi vəzifəsi güzəştli pensiya hüququ verən sahə kimi nəzərdə tutulmamışdır. İddiaçının təqdim etdiyi SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışda mötəbər subut kimi qəbul edilə bilməz, belə ki,həmin arayışda iddiaçının işlədiyi əllə döymədə dəmirçi peşəsi güzəştli peşə kimi qeyd edilsə, arayışı verən müəssisənin iş sahəsinin metal emalı sahəsi olması qeyd edilməmiş və əsaslandırılmamış, formal olaraq ancaq iddiaçının işlədiyi peşənin adına istinad edərək onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilmişdir. Məhz bu səbəbdən, qeyd edilən arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Əmək kitabçasında qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilməsi üçün həmin peşənin adı yuxarıda qeyd etdiyi Siyahılarda qeyd edilməsi ilə bərabər həmin peşə adlarının daxil olduğu istehaslat sahələrinin də şəxsin işlədiyi sahə ilə eynilik təşkil etməlidir. Məhz bu səbəbdən, iddiaçının işlədiyi qeyd edilən peşəsi güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi “Azneft” istehsalat Birliyinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tıərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında onun xx.xx.2014xx.xx.2020-ci il tarixlərində işlədiyi avtomobil təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj kimi qeyd edilmişdir. Lakin, arayışda qeyd edilən bəndə baxdıqda müəyyən etmək olar ki, həmin arayış ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilən peşələr fərqli peşələrdir və həmin arayışı tərtib edən şəxs qanunsuz olaraq həmin məzmunlu arayışı tərtib etmişdir. Belə ki, həmin 10.2-ci bölmənin a bəndində avtomobil təmiri üzrə çilingər peşəsi adlı peşə qeyd edilən bölmədə göstərilməmişdir. Məhz bu səbəbdən də, iddiaçının işlədiyi həmin peşədə qüzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində özünün xx.xx.1986-xx.xx.1997-ci illər ərzində süzücü- tökücü vəzifəsində, xx.xx.2003- xx.xx.2004-cü illər ərzində isə süzücü qablaşdırıcı vəzifələrində işlədiyini qeyd edərək həmin vəzifələrin ona güzəştli pensiya hüququ verdiyi bildirmiş və bunun üçün hal-hazırda qüvvədən düşmüş və adı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1071300a-18598 koduna və hal-hazırda qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısda 7.11 bəndinə istinad etmişdir. Lakin, elə iddiaçının istinad etdiyi həmin kod (qüvvədən düşmüş Qərarda) və bəndə (qüvvədə olan Qərarda) baxdıqda müəyyən edilir ki, həmin süzücü-tökücülər peşələr Metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aiddir. İddiaçının işlədiyi sahə isə işə götürənin adından da bəlli olduğu kimi, neft-emalı sahəsidir. Məhz bu şəbədən də, qeyd edilən peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən birinci instansiyası məhkəməsinin qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 11 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərsə, əmək şəraitinə göre güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metal emalı bölməsinin (11) dəmir-presləmə istehsalat bəndində (11.2) fəhlələr yarımbəndində (b) müvafiq olaraq əllə döymədə dəmirçilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının inzibati orqana təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin ona dair 8 oktyabr 2021-ci il tarixli SOCAR**********81200601B00067 nömrəli arayışında xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexi yuxarıda qeyd olunan Siyahı üzrə dəmirçipresləmə istehsalatı sahəsinə aid deyil. Bundan başqa adıçəkilən şəxsin sənədlərində xx.xx.2014-xx.xx.2020ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Nəqliyyat idarəsi”nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanası da işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçının güzəştli iş stajı yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-2639/2023 saylı qərarı ilə (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.P.Oruczadə və R.Ə.Səmədov) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 saylı qərarı ilə (hakimlər İ.K.Hüseynov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2639/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə kollegiyası nəzərə alır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)- 1399/2023 №-li işlər üzrə qərarlar). Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi “rəngsaz” peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas olan peşələrə aid olmasının cavabdeh tərəfindən mübahisələndirilməsinə münasibətdə isə bir daha vurğulayır ki, işdə olan “Azneft” İstehsalat Birliyinin 17 yanvar 2023-cü il tarixli məktubunda X4 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədlərinin SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədlərin təqdim edilə bilmədiyi göstərilsə də, həmin sorğuya cavab məktubunda bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğun olduğu göstərilməklə yanaşı, SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalının tətbiq edildiyi də göstərilmişdir.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda da qeyd olunur ki, iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyini təsdiq edən sənədlər mövcud deyil. İddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiyinin mötəbər və düzünə sübutlarla təsdiq olunduğuna dair məlumat işdə yoxdur. Arayışda qeyd edilən və apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı “SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalının tətbiq edildiyi”nə dair məlumata gəldikdə, həmin məlumat araşdırma və qiymətləndirmə predmeti olmadan hazırkı məzmunda qərarın əsasına qoyulmalı deyildi. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 159-cu maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) müəyyən edilməsi həmin iş yerlərində, peşələrdə və vəzifələr işləmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün özü-özlüyündə əsas vermir. Digər tərəfdən, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilmişdir: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,04, orta səviyyəsində - 1,08, yuxarı səviyyəsində - 1,12; əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində - 1,16, orta səviyyəsində - 1,20, yuxarı səviyyəsində - 1,24. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışda 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 artım əmsalının tətbiq edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndində həmin əmsalın əmək şəraiti ağır və zərərli işlərə tətbiq olunduğu göstərilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində isə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu təsbit olunmuşdur. Başqa sözlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002- ci il tarixli, 137 №-li Qərarının 1-ci bəndinin tələbi nəzərə alındıqda, iddiaçıya “əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin” ən azından aşağı səviyyəsindəki 1,16 əmsalı tətbiq olunduğu halda, bu, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə” müddəasının tətbiqi üçün sübut mənbəyi kimi qəbul oluna bilərdi. Bununla yanaşı, iddiaçının peşəsinə və ya vəzifəsinə münasibətdə hansı əmsalın tətbiq edilməsindən (yaxud, ümumiyyətlə tətbiq edilməsindən) asılı olmayaraq, həmin peşə və ya vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmalı, normanın dispozisiya şərtlərinə uyğun olmalıdır. Hazırkı halda, söhbət iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiyinin müəyyən olunmasından gedir. Qeyd olunduğu kimi, güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla (məsələn, eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərın icrası məqsədləri üçün müəssisəyə daxil olan (alınan, tədarük edilən) və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçünün məlumatları, şahidlərin ifadələri və s.) iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Hazırkı halda, qeyd olunanlar iddiaçının “əllə döymədə dəmirçi” peşəsi üzrə işlədiyi iş yerinə və iş stajına münasibətdə təmin edilsə də, onun “rəngsaz” peşəsi üzrə işlədiyi iş yerlərinə və iş stajına münasibətdə təmin edilməmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi üzrə işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışda iddiaçının peşəsi, gördüyü iş və həmin işin icra olunduğu əmək şəraiti ilə bağlı ətraflı izah verilmiş və iddiaçının gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi-presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğunluğunu əsaslandırmışdır. Bununla yanaşı, iddiaçının həmin peşə üzrə güzəştli iş stajının müddəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş müddətlə bağlı şərti ödəmədiyindən, bununla da həmin müddət iddiaçının ümumi iş (sığorta) stajı ilə birlikdə iddianın təmin edilməsinin müstəqil əsası kimi qəbul edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin qərarı tam ləğv edilməlidir”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, Ali Məhkəmə tərəfindən şikayətlərinin dəlillərinə artıq hüquqi qiymət verilmişdir. Hazırda araşdırılmalı olan məsələ iddiaçının təhlükəlilik dərəcəsi 3-cü sinifdən aşağı olmayan rəngsaz peşəsində işləməsi ilə bağlıdır. Digər məsələlərə isə Ali Məhkəmə tərəfindən münasibət bildirilmişdir. Həmin məsələyə gəldikdə - iddiaçının təhlükəlilik dərəcəsi 3-cü sinifdən aşağı olmayan rəngsaz peşəsində işləməsi iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçının işlədiyi rəngsaz peşəsi nəzərə alınmadığı təqdirdə hüququ yaranmış olmur. Belə ki, rəngsaz işlədiyi müddət 20 ilə yaxın müddəti əhatə edir, digər peşədə işlədiyi müddət azdır. Ona görə də həmin hissə əsas götürülmədiyi təqdirdə iddiaçının hüququ yaranmayacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini (*həmçinin əvvəlki məhkəmə iclasının iddiaçının vəkilinin vəsatətinə əsasən təxirə salındığını) nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 saylı qərarında ifadə edilmiş göstərişlər nəzərə alınaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azneft” İstehsalat Birliyinə sorğu ünvanlanmış və xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavabda aşağıdakılar göstərilmişdir: “ ... Sorğu məktubunda qeyd etdiyiniz digər məsələ “İddiaçı rəngsaz vəzifəsində işləyərkən təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməsinə dair məlumatları və bu məlumatları təsdiq edən sənədlərin (məsələn: eyni müəssisədə, eyni əmək şəraitində həmin vəzifəni icra etmiş və ya icra edən digər şəxslərin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlədiklərinə dair məlumatlar, həmin işlərin icrası məqsədləri üçün müəssisəyə daxil olan və tətbiq edilən boyaq materiallarının və onların qatqılarının kimyəvi tərkibi barədə tədarükçülərin məlumatları və s.) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi” ilə bağlı bildiririk ki, Qala fexnoloji Nəqliyyat İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədləri SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiq edici sənədləri təqdim edə bilmirik. Oxşar iş yeri olaraq 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində (əvvəlki 3 saylı Texnoloji Nəqliyyat Departamenti) rəngsaz peşəsində işləyən işçilərin iş yərlərinin attestasiyasının nəticələrinə əsasən iş yerində İstehsal muhiti amillərinin faktiki vəziyyətinin göstəriciləri toplanmanın buraxıla bilən həddindən (TBH)” artıq olan yalnız 2 amil (aseton buxarı və səs-küy) aşkarlanmışdır (“iş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəli” əlavə olunur). İş zonasının havasında fibrogen təsirli aerozolların siyahısına daxıl olan aseton Sənaye sahəsinin layihələndırilməsinın sanitar normalarına (CH 245-71) əsasən 4-cü təhlükəlilik sinfinə aiddir. Qeyd edilənlərdən göründüyü kimi oxşar iş yeri olaraq təqdim edilən təşkilatda rəngsaz peşəsində çalışan işçilər ış yerində təhlükəliliyi 3-cü sinifdən aşağı olan zərərli maddələrlə işləyir. Eyni zamanda bildiririk ki, SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalı tətbiq edilmişdir və halhazırda mövcud olan oxşar iş yerində rəngsaz peşədə çalışan işçilərin tarif maaşına 1,04 (4%) artım əmsalı tətbiq edilir”. İddiaçının adına açılmış 18 noyabr 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində işləmiş, xx.xx.1975-ci ildə “Əzizbəyovneft” NQÇİnin Traktor Nəqliyyat kontorundan köçürülmə yolu ilə X2 İdarəsinə (TNİ) işə qəbul edilmiş, xx.xx.1975-ci ildə Əzizbəyov sahəsinə 1-ci dərəcəli əllə döymə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə 2-ci dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağrıılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə Suraxanı TNİ-nin Əzizbəyov sahəsinə 3-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə 4-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş və “Azneft” Birliyinin Kalin TNİ-nə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdən, xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X4 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Texnoloji nəqliyyat sexində xx.xx.1995-ci il tarixdənxx.xx.1998-ci il tarixədək X4 İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində, xx.xx.2010-cu il tarixdə “Azneft” X3 Departamentinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 6 saylı Texnoloji nəqliyyat bölümünün təmiri emalatxanasına 5-ci dərəcəli rəngsaz peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad olunmuş, xx.xx.2014-cü il tarixdə AR DNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamentinə 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyyat Departamenti 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və hal-hazırda işləyir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş “Azneft” İstehsalat Birliyinin 17 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ... İddiaçı xx.xx.1989- cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. Lakin X4 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədləri SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədləri təqdim edə bilmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi qərarında qanunvericiliklə tələb olunan şərtlərin iddiaçının “əllə döymədə dəmirçi” peşəsi üzrə işlədiyi iş yerinə və iş stajına münasibətdə təmin edilməsini qəbul etsə də, onun “rəngsaz” peşəsi üzrə işlədiyi iş yerlərinə və iş stajına münasibətdə qəbul etməmiş, ikinci dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi qərarda ifadə edilmiş göstərişlərə uyğun olaraq müvafiq sorğu vermiş, lakin iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrlərdə işlədiyi peşənin “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğunluğunu müəyyən etmək üçün məhkəmənin sorğusuna verilən cavabdakı məlumatlar da vəziyyəti iddiaçının xeyrinə dəyişməmiş, belə bir uyğunluğu təsdiq edən və ya müəyyən etməyə imkan verən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı 25 il ümumi staja malik olsa da, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən 12 il 6 ay iş stajına malik olduğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab oluna bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-564/2023 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-129/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-129/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver