Məhkəmə qərarları › İş №2-1(103)-1291/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1291/2020

13.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1291/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, XN3 və XNN ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2N2N-ci il tarixli, 2-N(NN2)-2N7/2N2N saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmrinin ləğv edilməsi və onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmağı barədə xx xxxx 2NN9-cu il tarixli raportu nəzərə alınaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx xxxx N97N-ci il tarixdə anadan olmuş, N984-N987-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almış, N989-cu ildə Kostroma Ali Hərbi X7 məktəbinə daxil olmuş, N992-ci ildə həmin məktəbin 3-cü kursunu bitirib Azərbaycana qayıdaraq təhsilini davam etdirmək üçün Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olmuş və həmin ildə məktəbi motoatıcı ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra “leytenant” kimi Müdafiə Nazirliyinin Kimya Xidmətinin Analitik-Hesablama stansiyasında xidmətə başlamış, xx xxxxxxxx N992-ci il tarixindən xx xxxxxxxx N994-cü il tarixinədək Müdafiə Nazirliyinin Analitik-Hesablama stansiyasının baş operatoru, xx xxxxxxxx N994-cü il tarixdən xx xxx N995-ci il tarixədək N saylı hərbi hissənin tüstüləndirici maşınlar bölüyünün komandiri, xx xxx N995-ci il tarixdən xx xxxxxx N997-ci il tarixədək N saylı hərbi hissənin qərargah rəisinin köməkçisi, xx xxxxxx N997-ci il tarixdən xx xxx N999cu il tarixədək N saylı hərbi hissənin komandir müavini - qeydiyyat əməliyyat bölməsinin rəisi, xx xxx N999-cu il tarixdən xx xxx 2NNN-ci il tarixədək N saylı hərbi hissənin kimya xidməti rəisi, xx xxx 2NNN-ci il tarixdən xx xxxxxx 2NNN-ci il tarixədək Silahlı Qüvvələrin kimya xidmətinin zabiti, xx xxxxxx 2NNN-ci il tarixdən xx xxxxxx 2NN4-ci il tarixədək N saylı hərbi hissənin komandiri, xx xxxxxx 2NN4-cü il tarixindən xx xxxxxx 2NN5-ci il tarixədək N saylı hərbi hissənin kimya xidməti rəisi vəzifəsində xidmət etmişdir. Bundan başqa, xx xxxxxx 2NN5-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş, akademiyada komanda-qərargah əməliyyat-taktika ixtisası üzrə təhsil alıb xx xxxx 2NN7-ci il tarixdə təhsilini başa vurmuş, xx xxxx 2NN7-ci il tarixdən xx xxx 2NNN-cu il tarixədək N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi-KQSM üzrə cavabdeh zabit vəzifəsində, xx xxx 2NNN-cu il tarixdən xx xxx 2NNN-ci il tarixədək N saylı hərbi hissənin Əməliyyat İdarəsinin əməliyyat planlaşdırma baş zabit vəzifəsində, xx xxx 2NNN-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “d” bəndinə əsasən N saylı hərbi hissənin zabiti vəzifəsində, xx xxxxxx 2NN4-cü il tarixindən isə Silahlı Qüvvələrin Hərbi X9 kafedrasının dosenti vəzifəsində çalışmışdır. Bundan başqa, N992-N993-cü illərdə N24 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün Ağdam rayonu uğrunda gedən döyüşlərdə, N994-cü ildə isə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının NN illik yubileyi münasibəti ilə 2NN3-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2NN7-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 2NN8-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 9N illiyi yubleyi”, 2NN3-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi yubleyi”, 2NN3-cü ildə “Qüsursuz xidmətə görə” N-ci dərəcəli, 2NN4-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı”, 2NN8-ci ildə “Azərbaycan Ordusunun NNN illiyi yubleyi” medalları ilə təltif edilmişdir. İddiaçı milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur və xx xxxxxx 2NN4-cü il tarixindən “polkovnik” hərbi rütbəsində xidmət edir. xx xxxx 2NN9-cu il tarixdə ailə vəziyyəti ilə bağlı ehtiyata buraxılmağı üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisinə raport verərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə N9N-cı motoatıcı briqadanın (N9N nömrəli hərbi hissə) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı münasibət təqdim etmişdir. Münasibətdə bildirilmişdir ki, xx.xx.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçı müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir. Aşkarlanan fakt ciddi əhəmiyyət kəsb etdiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli, N3N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6-cı və 544.7-ci maddələrinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud surətdə pozulduğundan dərhal Müdafiə Nazirliyinin rəhbər heyətinə məruzə edilmiş və Müdafiə naziri tərəfindən polkovnik İddiaçı “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və cəzanın icra olunmasının təmin edilməsi haqqında Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinə göstəriş verilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinin 54 nömrəli, xx.xx.2NN9-cu il tarixli əmri ilə təqsirkar şəxslər cəzalandırılmış, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilərək, bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatın aidiyyəti üzrə göndərilməsinin təmin olunması Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə tapşırılmışdır. xx.xx.2NN9-cu il tarixdə müvafiq təqdimat aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı Müdafiə Nazirliyinin rəhbər heyətinin əmrlərinin tələblərini kobud surətdə pozduğunu və əmri pozduğuna görə intizam məsuliyyətinə cəlb olunacağının rəsmiləşdiriləcəyini bildiyindən və buna görə də intizam məsuliyyətinə cəlb olunmaqdan yayınmaq üçün xx xxxx 2NN9-cu ildə, yol verdiyi intizam pozuntusu aşkarlanandan bir gün sonra Döyüş Təminatı və MTT kafedrasının rəisinə raport təqdim edərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. Halbuki, Müdafiə naziri tərəfindən verilmiş intizam cəzasının icrasını təmin etmək məqsədilə xx.xx.2NN9-cu il tarixdə polkovnik İddiaçı məlumat verilmiş və təqdimatı aidiyyəti üzrə Şəxsi Heyət Baş XNN göndərilmişdir. İddiaçının bir gün sonra öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması üçün raport verməsi onun intizam məsuliyyətinə cəlb olunmasını aradan qaldıra bilməzdi. Müdafiə naziri onun bilavasitə özünün və birinci müavininin əmrlərini pozmuş zabiti intizam qaydasında cəzalandırıb aşağı vəzifəyə təyin etməklə hərbi qanunvericilik aktları ilə ona verilmiş səlahiyyətlərindən istifadə etmiş, qanunu pozmamışdır. Azərbaycan Respublikasının Silahlı XN 6-cı maddəsinə əsasən komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir. Sonda iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2N2N-ci il tarixli, 2-N(NN2)-2N7/2N2N saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2NN9-cu il tarixdə öz arzusu ilə ehtiyata tərxis olunması üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə raport verərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Cavabdeh raportunu təmin etmək əvəzinə, Müdafiə nazirinin xx.xx.2NN9-cu il tarixli N576 nömrəli əmri ilə N9N-cı motoatıcı briqadanın (N9N nömrəli hərbi hissə) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə guya əmrin əsassız və qanunsuz olması ilə bağlı halı təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi iş üçün mühüm əhəmiyyəti olan sübutları görməzdən gələrək, yalnız cavabdehin mövqeyinə uyğun halları sadalamaqla qanunsuz və ədalətsiz qərarı əsaslandırmağa çalışmışdır. Belə ki, yoxlama keçirilməsi barədə hər hansı hüquqi əsas olmamış, yoxlamanı aparan şəxslərin isə yoxlama aparmaq səlahiyyətinin olmaması nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, yoxlamanın aparılmasında yalnız şəxsi maraqlar əsas rol oynamışdır. Məqsəd dövlət sirrinin mühafizə yox, bilik və bacarığını hərbi kadrların hazırlığına, vətənin, xalqın, dövlətin əmin amanlığı, torpaqların ərazi bütövlüyü və işğal olunmuş torpaqların azadlığı uğrunda fəda edən və cənab Prezidentin dəfələrlə təltif və medalları ilə şərəfləndirilmiş ləyaqətli bir zabitin nüfuzuna xələl gətirmək olmuşdur. İddiaçının xidməti yerində internet informasiya resurslarından və “Facebook” sosial şəbəkəsindən istifadə etməsi ilə əlaqədar cavabdehin dəlilləri tamamilə əsassızdır. Ona görə ki, hərbi təyinatlı tədris müəssisələrində internet informasiya ehtiyatından istifadə edilməsi qadağan deyildir. İddiaçının xidməti otağında yoxlama aparmış şəxslərin xidməti yoxlama aparma ilə əlaqədar səlahiyyətlərinin olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Müvafiq xidməti yoxlamanın aparılmasını zəruri edən hallar da əsaslandırılmamışdır. İş materialları arasında iddiaçının xx xxxx 2NN9cu il tarixdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə yazdığı raportu var. İddiaçı, xx xxxx 2NN9-cu il tarixli raportunda rəisdən xahiş edir ki, hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırsın. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi iddiaçının raportu əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır, lakin yuxarı komandanlıq iddiaçını ehtiyata buraxmaq əvəzinə cəzalandırmaq üçün 3 gün sonra xx xxxx 2NN9-cu il tarixdə əmr verərək iddiaçını aşağı vəzifəyə təyin etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, axşamüstü nazirlikdə əmr hazırlanır, 2-3 gün sonra əmr akademiyaya daxil olur. Raportunu təmin etmək əvəzinə onu aşağı vəzifəyə keçirirlər. O, öz adına materiallar gətirmişdi. Gəlib yoxladılar, kompüter, telefon tutdular, akt tərtib etdilər ki, guya o, məxfiçilik rejimini pozmuşdur. Səlahiyyəti olmayan şəxslər gəlib yoxlama aparıblar, heç bir sənəd də təqdim etməyiblər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təlimatda qeyd olunmuş predmetlər tapılıb. Aktlaşdırılıb. Aşkar olunmuş materiallar Müdafiə Nazirliyinə məruzə olunub. Aşağı vəzifəyə keçirilməsi barədə təqdim olunub. İyulun N2-də iddiaçı öz arzusu ilə buraxılmasını istəyib. NN iyulda aktlaşdırılıb, daha sonra məruzə olunub, artıq şifahi qərar verilib ki, inztizam pozuntusuna görə sənədləri hazırlansın, aşağı vəzifəyə keçirilsin. N5 iyulda da əmr verilib. Sənədlərin hazırlanması və yuxarı orqana təqdim edilməsinə görə N5 iyulda əmr verilib. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2NN9-cu il tarixli, N/574 saylı məktubun qoşmasında İddiaçı Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidməti barədə aşağıdakı məlumatlar qeyd edilmişdir: Ehtiyatda olan polkovnik İddiaçı Şəxsi Heyət Baş XN2 qeydiyyatdan keçən şəxsi işinin ikinci nüsxəsi qeydiyyata alınması və saxlanılması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə göndərilmişdir. Əlavə olaraq ehtiyatda olan polkovnik İddiaçı Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidməti barədə aşağıdakı məlumatlar göndərilmişdir: xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Müdafiə nazirinin sərəncamında; xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında; xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Analitik hesablama stansiyasında bölmənin baş operatoru; xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə qərargah rəisinin köməkçisi; xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək Hərbi Dəniz Qüvvələrində bölük komandiri; xx.xx.N995-ci il tarixdən xx.xx.N997-ci il tarixədək N nömrəli hərbi hissədə qərargah rəisinin köməkçisi; xx.xx.N997-ci il tarixdən xx.xx.N999-cu il tarixədək 3N4 nömrəli hərbi hissədə bölmə rəisi; xx.xx.N999-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət rəisi; xx.xx.2NNN-ci il tarixdən xx.xx.2NNN-ci il tarixədək Silahlı Qüvvələrin kimya xidmətinin zabiti; xx.xx.2NNN-ci il tarixdən xx.xx.2NN4cü il tarixədək 3N4 nömrəli hərbi hissədə xidmət rəisi; xx.xx.2NN4-cü il tarixdən xx.xx.2NN5-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət rəisi; xx.xx.2NN5-ci il tarixdən xx.xx.2NN7-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyici; xx.xx.2NN7-ci il tarixdən xx.xx.2NNN-cu il tarixədək 2N2 nömrəli hərbi hissədə bölmə rəisinin baş köməkçisi, xx.xx.2NNN-cu il tarixdən xx.xx.2NNN-ci il tarixədək N nömrəli hərbi hissədə bölmənin baş zabiti; xx.xx.2NNN-ci il tarixdən xx.xx.2NN3-cü il tarixədək N57 nömrəli hərbi hissədə bölmənin zabiti; xx.xx.2NN3-cü il tarixdən xx.xx.2NN4-cü il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində baş müəllim; xx.xx.2NN4-cü il tarixdən xx.xx.2NN5ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında kafedranın dosenti; xx.xx.2NN5-ci il tarixdən xx.xx.2NN7-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında silsilənin dosenti; xx.xx.2NN7-ci il tarixdən xx.xx.2NN9-cu il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında silsilə rəisi-dosent; xx.xx.2NN9-cu il tarixdən xx.xx.2NN9-cu il tarixədək N9N nömrəli hərbi hissədə bölmə rəisi vəzifələrində xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2NN9-cu il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx xxxx 2NN9-cu il tarixdə tərtib edilmiş akta qeyd olunur ki, xx.xx.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı xidməti otağından N (bir) ədəd qeydiyyatdan keçirilməyən şəxsi kompüter, N (bir) ədəd smartfon tipli mobil telefon və N (bir) ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (fleşkart) aşkar edilmişdir. Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin nümayəndələri tərəfindən polkovnik İddiaçı xidməti otağında aşkar edilmiş qeydiyyatdan keçirilməyən şəxsi kompüterə baxış keçirilən zaman kompüterin yaddaşında qeyri-məxfi, təlim üzrə məxfi, formalaşdırılmış sənədlər və tədris vəsaitləri aşkar edilmiş, həmin kompüterin mütəmadi olaraq internet şəbəkəsinə qoşulması məlum olmuşdur. Həmçinin, xidməti otaqda aşkar olunmuş smartfon tipli mobil telefonla polkovnik İddiaçı müntəzəm olaraq internet vasitəsilə sosial şəbəkələrə qoşulması və “Facebook” sosial şəbəkəsindən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə ünvanlanmış 26/32N4 nömrəli, xx.xx.2NN9-cu il tarixli məktubda qeyd edilir ki, polkovnik İddiaçı aktla tanış olaraq imza etmiş, heç bir etirazını bildirməmiş, bu vasitələrin xidməti əraziyə gətirilməsinin qadağan olduğunu bildiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyərək ona köməklik edilməsini xahiş etmişdir. Bununla da polkovnik İddiaçı tərəfindən məlumat daşıyıcılarının uçota alınması və saxlanılması qaydalarını özündə əks etdirən Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli, N3N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6-cı və 544.7-ci maddələrinin və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilən vasitələrin xidməti ərazilərə gətirilməsi və istifadəsinin qəti qadağan olması barədə bütün hərbi qulluqçular, o cümlədən, polkovnik İddiaçı dəfələrlə xəbərdar edilmişdir. Qeyd edilən fakt ciddi əhəmiyyət kəsb etdiyindən Müdafiə Nazirliyinin rəhbər heyətinə məruzə edilmiş və Müdafiə naziri tərəfindən polkovnik İddiaçı “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş, cəzanın icra olunmasının təmin edilməsi haqqında Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsinin rəisinə göstəriş verilmişdir. Əmrin icrasını təmin etmək məqsədilə və qeyd edilən yoxlama zamanı aşkar edilmiş nöqsanlarla bağlı digər şəxslərin də intizam məsuliyyətinə cəlb edilməsi haqda Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsində əmr hazırlanaraq, aidiyyəti üzrə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə müvafiq göstərişlər verilmişdir. Müdafiə naziri tərəfindən verilmiş intizam cəzasının icrasının təmin etmək məqsədilə xx.xx.2NN9-cu il tarixdə polkovnik İddiaçı məlumat verilmiş və təqdimatı aidiyyəti üzrə Şəxsi Heyət Baş XNN göndərilmişdir. Bundan polkovnik İddiaçı raportla müraciət edərək, ehtiyata buraxılmaq istəməsini bildirmiş, bu raport isə Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinə xx.xx.2NN9-cu il tarixdə təqdim edilmişdir. xx.xx.2NN9-cu il tarixdə isə polkovnik İddiaçı digər hərbi hissədə aşağı vəzifəyə təyin edilməsi haqqında Müdafiə nazirinin N576 nömrəli əmri var idi. Göstərilən faktlar və Müdafiə naziri tərəfindən verilmiş intizam cəzası barədə xx.xx.2NN9-cu il tarixdə polkovnik İddiaçı Döyüş hazırlığı və Hərbi təhsil baş idarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən ətraflı məlumatlar verilmişdir”. Döyüş Təminatı və MTT kafedrasının rəisinə ünvanlanmış xx xxxx 2NN9-cu il tarixli raportun təsdiq edilmiş surətindən müəyyən edilir ki, Kimya təminatı silsiləsinin rəisi – dosent, polkovnik İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə müvafiq olaraq (öz arzusu ilə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarıda komandanlıq qarşısında vəsatət qaldırmağı xahiş etmişdir. Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisinin 54 saylı, xx.xx.2NN9-cu il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında keçirilən yoxlamaların nəticələrinə əsasən təqsirkar şəxslərin cəzalandırılması haqqında” əmrinin təsdiq edilmiş surətindən görünür ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın və Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 2NN4-cü il N6 fevral tarixli, NN9 nömrəli və 2NN4-cü il N4 oktyabr tarixli, NN66 nömrəli əmrlərinin tələbləri kobud şəkildə pozduğuna görə xx.xx.2NN9-cu il tarixdə Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi - dosent, polkovnik İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək, bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatının aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi əmr edilmişdir. xx xxxx 2NN9-cu il tarixdə tərtib edilmiş söhbət vərəqəsinin 4-cü qrafasından məlum olur ki, Silahlı Qüvvələrin Hərbi X4 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi - dosent, polkovnik İddiaçı həmin söhbət vərəqəsində göstərilmiş və onun barəsində tutulmuş irad və nöqsanlarla qismən razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisinin adından tərtib edilmiş təqdimatın təsdiq edilmiş surətindən bəlli olur ki, polkovnik İddiaçı (Əməliyyattaktiki fakültənin Döyüş təminatı və maddi - texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi – dosent) tutduğu vəzifəyə uyğun olmadığından onun başqa hərbi hissədə aşağı vəzifəyə təyin edilməsi üçün yuxarı rəislər qarşısında vəsatət qaldırılmış, təqdimatın nəticəsi olaraq, həmin təqdimat əsasında İddiaçı aşağı vəzifəyə təyin olunmasına yuxarı komandanlıq tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmrinin təsdiq edilmiş surətindən bəlli olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi X3 fakültəsinin Döyüş Təminatı və maddi texniki təminat kafedrasının Kimya təminatı silsiləsinin rəisi, dosent, polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmrinin ləğv edilməsini və xx.xx.2NN9-cu il tarixli raportunun nəzərə alınaraq ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 34.4cü maddəsinə əsasən hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 8N-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. Həmin Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilər. Həmin Əsasnamənin 8N-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X5 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X5”nin 67-ci maddəsinə əsasən zabitlərə aşağıdakı intizam cəzaları verilə bilər: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri NN sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma. Həmin Nizamnamənin 74-cü maddəsinin N-ci bəndinə əsasən Silahlı Qüvvələr növü komandanının zabitlərə aşağıdakı intizam cəzaları vermə hüquqları vardır: a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri NN, baş zabitləri 5 sutkayadək həbs etmək; v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; q) bölük, 4-cü dərəcəli gəmi komandirləri, onlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək. Həmin Nizamnamənin 96-cı maddəsinə əsasən intizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır. Həmin Nizamnamənin 98-ci maddəsinə əsasən verilmiş intizam cəzaları zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. Birinci instansiya məhkəməsi qeyd edir ki, əlavə olaraq işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: N) formal-hüquqi baxımdan; 2) maddihüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: N. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci və 6N-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Azərbaycan Respublikası Silahlı X5”nin müddəalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. “Azərbaycan Respublikasının Silahlı X5”nin 6-cı maddəsinə əsasən komandirin (rəisin) əmri tabelikdə olanlar üçün qanundur. Əmr sözsüz, dəqiq və vaxtında yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd edir ki, işin şərh edilən hallarından məlum olur ki, xüsusi (hərbi) təyinatlı təhsil müəssəsində hərbi xidmət zamanı xx.xx.2NN9cu il tarixdə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 2NN4-cü il N7 dekabr tarixli N3N nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın, Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumatların sızmasının qarşısının alınması haqqında” 2NN4-cü il N6 fevral tarixli NN9 nömrəli və “İnformasiya təhlükəsizliyinin təmin olunması haqqında” 2NN4-cü il N4 oktyabr tarixli NN66 nömrəli əmrlərinin tələblərini kobud surətdə pozmaqla xidməti intizam pozuntularına yol vermişdir. Nəticədə iddiaçının barəsində intizam icraatı başlanılmış, iddiaçıya “aşağı vəzifəyə keçirmə” intizam cəzası elan edilmiş və bu barədə ona xx.xx.2NN9-cu il tarixdə məlumat verilməklə, intizam icraatı çərçivəsində müvafiq prosedur hərəkətlər edildikdən sonra o, aşağı vəzifəyə təyin edilməsi üçün yuxarı komandanlığa təqdim edilmiş, sonda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxx 2NN9-cu il tarixli N576 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 8N-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikasının Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilmə) müvafiq olaraq tutduğu vəzifədən azad edilmiş və N9N-cı motoatıcı briqadanın (N9N saylı hərbi hissənin) Döyüş Hazırlığı bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2NN9-cu il tarixdə akt tərtib edildikdən, Baş Qərargah rəisinin müavini – Döyüş hazırlığı və hərbi təhsil baş idarəsinin rəisinin xx.xx.2NN9-cu il tarixli əmri qəbul edildikdən bir gün sonra, xx.xx.2NN9-cu il tarixdə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün raport yazmışdır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının araşdırılması zamanı da məlum olmuşdur ki, iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə raport yazması nə onun intizam qaydasında cəzalandırılmasına mane olan bir hal kimi, nə də ki, həmin anda onun ehtiyata buraxılması halı kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi cavabdehin əmrinin ləğv edilməsinin rədd edilməsi hissəsində əsaslı nəticəyə gəlmişdir. İddia tələbinin birinci hissəsi təmin edilmədiyindən iddiaçının xx.xx.2NN9-cu il tarixli raportunun nəzərə alınaraq onun ehtiyata buraxılması hissəsində də təmin edilməməlidir. Bu hissədə də iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2N2N-ci il tarixli, 2- N(NN2)-2N7/2N2N saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 9N, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2N2N-ci il tarixli, 2-N(NN2)-2N7/2N2N saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar