Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1291/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9195/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 may 1972-ci il tarixli 93 №-li əmrlə Şüvəlan Gülçülük sovxozuna sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçıya Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında yaşayış sahəsi 30 kv.m təşkil edən və 1.500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin mülkə dair 1987-ci il tarixli texniki pasport tərtib edilmiş, torpaq sahəsinə dair isə hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən AN2466884, 16.08.2013cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Sonradan İddiaçı həmin ünvanda rekonstruksiya aparılmaqla, mülkdə aşağıdakı əlavə və dəyişikliklər etmək qərarına gəlmiş və bu məqsədlə "Məşəl Layihə-İnşaat İstehsalat” MMC-yə sifariş vermişdir. İddiaçının sifarişi əsasında X1 ərazisində Rəhmanova ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 №-li mülkə ediləcək əlavə və dəyişikliklərin eskiz layihəsi "xxxx" MMC tərəfindən hazırlanaraq təsdiq edilmişdir. İddiaçı "xxxx" MMC-nin təsdiq etdiyi eskiz layihəyə uyğun olaraq qeyd edilən ünvanda yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan -65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı - 175,5 kv.m ibarət əlavə və dəyişikliklər aparmışdır. Daha sonra iddiaçı Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkin texniki pasportunda dəyişikliklərin qeydə alınması ilə bağlı ərizə ilə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 N-li mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 18 sentyabr 2013-cü il tarixli 526 N-li sərəncamında aşağıdakılar göstərilmişdir: “Bakı şəhər XDS İK-nin 25.06.1976-cı il tarixli 30/413 saylı “Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında”kı qərara uyğun olaraq idarələrarası komissiyanın aktını və vət.İddiaçı ərizəsini nəzərə alaraq Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkin texniki pasportunda dəyişikliklərin qeydə alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün DT və XK-nin AN466884, 16.08.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və sentyabr ayı 1987-ci il tarixli texniki pasportu vardır. “A” tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı -tikilmişdir. Cəmi torpaq sahəsi 1.500 kv.m-dir. Yuxarıda qeyd olunanları və İdarələrarası komissiya üzvlərinin tərtib etdikləri aktı nəzərə alaraq: 1.Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət.İddiaçı məxsus 2 saylı mülkdə “A” tikilisi rekonstruksiya olunaraq hal-hazırda yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə - 113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qaraj-təsərrüfat otağı 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınsın. 2. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət.İddiaçı məxsus 2 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin”. Göstərilənlərə əsasən hazırda iddiaçının istifadə və sahibliyində olan həmin daşınmaz əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində 5 gün müddətində qeydiyyatının aparılmasını və bununla bağlı müvafiq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh tərəfindən cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9195/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Belə ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim edilməlidir. Bundan başqa, fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşir. fərdi yaşayış evinə dair təqdim etdiyiniz layihədə daşınmaz əmlak fərdi yaşayış evi kimi qeyd olunsa da yerində baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda, iddiaçının iddia ərizəsində adı çəkdiyi 1987-ci il texniki pasportu barədə arxivdə məlumat aşkar edilmədi. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı Şüvəlan Gülçülük sovxozu tərəfindən verilmiş 10 mart 1973-cü il tarixli order əsasında X1 ərazisində ona ayrılmış 1.500 kv.m torpaq sahəsi üzərindəki 2 saylı mülkdə “A" tikilisində rekonstruksiya olunaraq yaşayış otağı - 29,25 kv.m, köməkçi sahə -113,52 kv.m, açıq eyvan - 65,12 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağı - 35,16 kv.m, köməkçi sahə 77,69 kv.m, açıq eyvan - 113,45 kv.m, sanitar qovşaq - 24,79 kv.m, qarajtəsərrüfat otağı - 175,5 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklərin faktiki vəziyyətdə iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışının təqdim edilmədiyini, fərdi yaşayış evi qaz xəttinin mühafizə zonasında yerləşdiyini, texniki pasportu barədə arxivdə məlumat olmadığını əsas götürərək, **********74 nömrəli, 09.09.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 23.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. - 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. - 8.0.-cı maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10.1. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin ilk dəlili olan elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin X1 ərazisi olduğundan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin sovxozun direktorunun torpaq ayrılmasına dair müvafiq əmri və həmin əmrin arxiv arayışı təqdim təqdim edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan X1 direktorunun 10.03.1973-cü il tarixli Orderindən görünür ki, iddiaçıya 30 kv.m yaşayış sahəsi olan 2 nömrəli ev, həmçinin 1500 kv.m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Bundan başqa, iş materiallarında olan Xəzər Rayon İcra Hakimiyyətinin “Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı mülkün texniki pasportunda dəyişikliklər edilməsi haqqında” 526 nömrəli 18.09.2013-cü il tarixli sərəncamında göstərilmişdir: “Bakı şəhər XDS İK-nin 25.06.76-cı il tarixli, 30/413 saylı «Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqında»kı qərara uyğun olaraq İdarələrarası komissiyanın aktını və vət.İddiaçı ərizəsini nəzərə alaraq: Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən ona məxsus 2 saylı mülkün texniki pasportunda dəyişikliklərin qeydə alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün DT və XK-nin A№466884, 16.08.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü və sentyabr ayı 1987ci il tarixli texniki pasportu vardır. «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı-29,25 m2, köməkçi sahə-113,52 m2, açıq eyvan-65,12 m2-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində əlavə: 1 mərtəbəli, 2 yaşayış otağı-35,16 m2, köməkçi sahə77,69 m2, açıq eyvan-113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı- 175,5 m2 tikilmişdir. Cəmi torpaq sahəsi-1500,0 m2-dir. Yuxarıda qeyd olunanları və İdarələrarası komissiya üzvlərinin tərtib etdikləri aktı nəzərə alaraq:
1. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə «A» tikilisi rekonstruksiya olunaraq hal-hazırda 2 yaşayış otağı-29,25 m2, köməkçi sahə-113,52 m2, açıq eyvan-65,12 m2-dən ibarət 1 mərtəbəli yaşayış evi, torpaq sahəsində 1 mərtəbəli, 2 yaşayış otağı-35,16 m2, köməkçi səhə-77,69 m2, açıq eyvan- 113,45 m2, sanitar qovşaq-24,79 m2, qaraj-təsərrüfat otağı 175,5 m2 tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınsın.
2. Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən vət. İddiaçı məxsus 2 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilsin.” Apellyasiya şikayətinin digər dəlili olan fərdi yaşayış evinin qaz xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş 18.05.2022-ci il tarixli SOCAR**********30490075X00001 nömrəli məktubdan görünür ki, İddiaçı məxsus Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı ev (koordinatlar: 40484766, 7********) qaz xəttinin mühafizə zonasında yerləşmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin növbəti dəlili olan fərdi yaşayış evinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunması ilə bağlı qeyd edir ki, məhkəmənin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən keçirilən baxışa dair müayinə aktını təqdim edilməsi barədə sorğusuna cavab olaraq cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 13.08.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”nda aşağıdakılar əks olunmuşdur: - “A” və “B” yaşayış evləri hər biri 1 mərtəbəli 2 yaşayış otaqlarından ibarətdir. - Təqdim olunmuş sənədlərə əsasən, “A” yaşayış evi yaşayış tipli olmuş və rekonstruksiya olunaraq 2 yaşayış otağından ibarət olmuşdur. - Torpaq sahəsində əlavə 1 mərtəbəli 2 yaşayış otağından ibarət “B” yaşayış evi tikilmişdir. Göründüyü kimi, fərdi yaşayış evinin faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunması müəyyən edilməmişdir. Həmçinin, iş materiallarından da aydın olduğu kimi, Bakı İnzibati Məhkəməsinin iş üzrə 16.11.2021-ci il tarixli qərardadı ilə 26.11.2021-ci il tarixdə məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozunda yerləşən 2 saylı fərdi yaşayış evi daş hasara alınmış, ərazidə iki fərdi yaşayış evi və bir yardımçı tikili mövcuddur. Apellyasiya şikayətinin digər dəlili olan iddiaçının iddia ərizəsində adı çəkdiyi 1987-ci il texniki pasportu barədə arxivdə məlumat aşkar edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, texniki pasport barədə arxivdə məlumatın aşkar edilməməsi iddiaçının təqsiri deyil və bu hal daşınmaz əmlaka dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9195/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə