Məhkəmə qərarları › İş №2-1(103)-1292/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1292/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1292/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1974-cü il tarixində Rusiya Federasiyasının İrkutsk şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “iddiaçının mənzil növbəsinə götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-6495/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 15.09.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Xətai RİH-ə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onu 2-ci qrup gözdən əlil olmuş şəxs kimi və eyni zamanda mənzilə ehtiyacı olduğunu nəzərə alaraq ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai RİH-ə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iş üzrə cavabdeh Bakı şəhəri Xətai RİH-ə müraciət etmişdir. Lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina edərək, mənzil növbəsinə alınmağına süni maneələr yaratmışdır. Belə ki, cavabdeh AR Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə istinad edərək məsələyə mənzil-uçot normalarının AR Nazirlər Kabinetinin qərarı əsasında təsdiq ediləcəyi təqdirdə baxıla biləcəyini bildirir. Hesab olunur ki, cavabdeh Bakı şəhəri Xətai RİHin hərəkətsizliyi onun konstitusion hüquqlarını pozur. İddiaçı 2-ci qrup gözdən əlillik dərəcəsi almış və mənzili olmayan bir vətəndaşdır. O, 8 nəfər ailə üzvləri ilə birlikdə ümumi evdə yaşayır. Onun 2-ci qrup gözdən əlil olmuş şəxs kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində güzəştli şərtlərlə uçota alınmaq hüququ yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-6495/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddia qismən təmin edilmiş, İddiaçı 2-ci qrup əlil kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 01.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-6495/2020 nömrəli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tətbiq edilməli olan qanun normasını tətbiq etməyən məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyi üçün qərar apellyasiya qaydasında ləğv olunmalıdır. Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan məqamlar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qanaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarında göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edibetmədiklərinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi, eləcə də onların qiymətləndirilməməsi və məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət məhkəməsinin qanununa uyğun akt kimi qəbul oluna bilməz. İddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İddiaçı iddia ərizəsində onu 2-ci qrup gözdən əlil olmuş şəxs kimi və eyni zamanda mənzilə ehtiyacı olduğunu nəzərə alaraq ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai RİH-ə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “İddiaçı 2-ci qrup əlil kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 08.01.2020-ci il tarixli arayışına (arayış Ü.Məmmədova tərəfindən imzalanmışdır, arayışı verən orqanın adı-ASAN 2) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı, doğulduğu yer və tarix-Rusiya Federasiyası, İrkutsk, xx.xx.1974, qeydiyyatdadır-27 mart 2003-cü il tarixdən ünvan 1, qeydiyyatda olan digər şəxslər-X1, 23.06.2012; X6, 01.08.1949; X7, 19.12.1985; X5, 20.12.1952; X10, 28.07.1974; X2, 13.09.1996; X8, 03.05.1998; şəxsiyyət vəsiqəsinin nömrəsi, verildiyi tarix və orqan-AZE ********, 05.05.2018, ASAN2-1 İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 242054 nömrəli, 27.08.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə (rəis A.X.Qaraşov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir X4, ondan ötrü ki, o, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 35 saylı evin 46.05 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı 56 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1405 saylı reyestr kitabında 210956 səhifə, qeydə alma 30/210956 qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən 22.11.2019-cu il tarixli, **********09 nömrəli arayışa (arayış rəis müavini E.Mirzəyev və icraçı Q.Məmmədov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, onun adına Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 35, mənzil 56 (1/2 hissə) saylı daşınmaz əmlak qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 29 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0001 saylı, 17.10.2016-cı il tarixli arayışına əsasən qeyd edilmişdir ki, İddiaçı qeydiyyatda olduğu ünvan ünvan 3n 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən “İddiaçı 2-ci qrup əlil kimi mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai RİH-in üzərinə qoyulması” barədə anlaşılmaz və natamam qərar qəbul etmişdir. Baxmayaraq ki, məhkəmə qərarının icra oluna bilməsi onun nəticə hissəsinin anlaşılan və konkret fikir ifadə etməsindən irəli gəlir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qərar qəbul edərkən hüquqi mövqeyini əsaslandırmamışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2- 1(112)-6495/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-6495/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “onu 2-ci qrup gözdən əlil olmuş şəxs kimi və eyni zamanda mənzilə ehtiyacı olduğunu nəzərə alaraq ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması barədə sərəncam vermək vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai RİH-ə həvalə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar