Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1294/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X3, iddiaçının iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1649/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə - 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin «Sərəncamdan çıxarılma haqqında» **********319600 saylı, xx xxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, iddiaçı məhkəməyəəlavəərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının işdən azad olunaraq 3 ay müddətinə sərəncama götürülməsi barədə cavabdehin xx xxxx 2018-ci il tarixli **********689300 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahilş etmiş və məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin X2 ibtidai sahədə mühüm işlər üzrə İdarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsində, 2017-ci ilin yanvar ayından isə dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxx 2018-ci il tarixli, **********689300 saylı əmri ilə 3 ay müddətinə sərəncama götürülmüş, xx xxxxxxx 2018-ci il tarixdə sərəncam müddəti 3 ay artırılmış, xx xxxxxx 2018-ci il tarixli, **********319600 saylı əmrlə xx xxxxxx 2018-ci il tarixdən sərəncamdan işdən azad olunmuşdur. Göstərilən əmrlər barədə onun məlumatı olmamış, qanunvericiliyin tələbinə uyğun olaraq işdən azad olunması barədə müvafiq qaydada xəbərdarlıq edilməmiş, işdənçıxarma zamanı müavinat almaq hüququ təmin edilməmişdir. Cavabdehin əmri qanunvericiliyin vergi orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar və pensiya təminatına dair tələblərinə uyğun olmamışdır. İş materiallaraıdan görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddia ərizəsinə qarşı yazılı «Etiraz» təqdim edərək bildirilmişdir ki, iddiaçı xx xxxxxx 2003-cü il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, xx xxxxxx 2017-ci il tarixdən isə müvafiq əmrlə X5 X1 sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx xxxx 2018-ci il tarixli, **********672200 saylı əmrlə həmin departamentdə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar struktur dəyişikliyi edilmiş, iddiaçının işlədiyi iqtisadi sahədə mühüm işlər üzrə idarə isə ləğv edilmişdir. İddiaçı və bir sıra digər əməkdaşların vergi orqanlarında başqa vəzifəyə keçirilməsi mümkün olmamış, iddiaçı xx xxxx 2018-ci il tarixli əmrlə işdən azad edilmiş və onunla son haqq-hesab edilməklə təhvil-təslim işləri aparılmış, xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktı rəsmiləşdirilmiş və iddiaçı həmin aktı imzalamışdır. Qanunvericiliyin tələblərinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunu tənzimləyən normativ hüquqi aktla təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanı vəzifəli şəxslərinin sərəncama götürülməsi, müəyyən edilmiş müddətdə sərəncamda saxlanılması və sərəncamdan çıxarılması məsələləri ilə bağlı Vergilər Nazirliyinə müstəsna səlahiyyətlər verildiyindən və əmək qanunvericiliyi vergi orqanı üçün bununla bağlı heç bir qadağa nəzərdə tutulmadığından, iddiaçının sərəncama çıxarılması və işdən azad olunmasına dair onların hərəkətləri qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Bundan başqa bildirilmişdir ki, iddiaçının mübahisələndirdiyi «İşdən azad edilmə haqqında» olduğundan və iddiaçı həmin əmr barədə xx xxxx 2018-ci il tarixindən məlumatlı olduğundan, əmrin ləğv edilməsi tələbinə dair hissədə iddia müddətini ötürmüşdür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1649/2019 saylı, xx xxxx 2019cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia iddiaçı tərəfindən «iddia müddəti» buraxılmaqla qaldırıldığından, mümkün sayılmamalıdır. İddiaçı hesab edir ki, məhkəmə onun iddiasının mümkünsüz sayılması haqda qəbul etdiyi qərardad qanunsuz və əsassızdır. O və digər 37 nəfərə yaxın əməkdaş, məhkəmənin öz qərardadında qeyd etdiyi kimi əmək haqqı saxlanılmaqla sərəncama götürülmüşdür. Sonradan 19 nəfər sərəncama götürülən əməkdaşlar başqa vəzifələrə geri qaytarılmış, rayonlarda yeni vəzifələr təklif edilirdi. Belə vəziyyətdə nazirliyi necə məhkəməyə verə bilərdi? Bundan başqa məhkəmənin qərardadda qeyd və istinad etdiyi İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin nəzərinə çatdırır ki, onun işdən çıxarılması və sərəncama götürülməsi haqda mübahisələndirdiyi əmr ona nə elan olunmamışdır, nə də ki təqdim olunmamışdır. O, aktı əlinə alandan sonra 5 gün müddətində məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciəl etmişdir. (xx.xx.2019-cu il tarixdə.) O, yalnız sərəncama götürüldüyünü başa düşmüşdür. O və qoca anası bütün instansiyalara, cümlədən ölkə başçısına teleqramlar vurandan sonra 5 aydan sonra bu əmrin surəti ona təqdim olunmuşdur. Əvvəlcə sərəncama götürülməsinin uzadılması haqda əmrin surəti verilmişdir ki,orda da onun işdən xaric olunması barədə heç nə qeyd olunmamışdır. O, heç bir müddəti ötürməmişdir. İşə baxan məhkəmə bunlara hüquqi qiymət verməmiş, qanunun normalarını düzgün tətbiq etməməklə yalnış nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2354/2019 saylı qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2519/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-268/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019- cu il tarixli, 2-1(103)-2354/2019 saylı qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası İPM-nin 2.2.1, 38.1 və 35.1-ci maddələrinin müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinin tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərindən göründüyü kimi, işçinin əmrinin, əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 30 təqvim günü ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçiyə əmrin, yaxud əmək kitabşasının, yaxud haqq-hesab sənədlərinin təqdim etdildiyi gün hesab olunmalıdır. Bununla yanaşı, yuxarıda əks olunmuş Azərbaycan Respublikası İPM-nin 38-ci maddəsində inzibati aktın mübahisələndirilməsi üzrə müddətin axımının başlanması onun təqdim və ya elan olunduğu vaxtla müəyyən edilmişdir. Habelə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. Göründüyü kimi, məsələ sahəvi qanunvericiliyə münasibətdə inzibati qanunvericlikdə daha məhdud dairə çərçivəsində həll edilmişdir». Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, «... «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 1.1, 3.1 və 3.3-cü maddələrinin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni vergi orqanlarında xidmət keçməyə dair qanunverilikdə nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Apellyasiya məhkəməsinin işin müəyyən edilmiş hallarında iddiaçının hüququnun pozulduğu gün kimi «İş materiallarına əlavə edilmiş sənədlər də təsdiq edir ki, iddiaçı həmin əmr barədə qəbul edildiyi tarixdən məlumatlı olmuşdur.» ifadəsi işlədilmişdir ki, məhkəmə tərəfindən hansı sənədə əsasən hansı halın müəyyən edildiyi bəlli deyildir. Halbuki, prosessual müddətlərə dair qanunvericliyin tələbləri tətbiq etdiyi təqdirdə, onların axımının əsasını təşkil edən hal və bunu təsdiq edən sübut işin hallarında dəqiq göstərilməli idi». Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə yeni apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsiX12 qızıtəmsil etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddia ərizəsinə qarşı verilmiş «Etiraz»auyğun izahat verərək, apellyasiya şikayətinnin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadının qənuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, cavabdehin nümayəndəsinin izahatını nəzərə alaraq, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1649/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləki, işmateriallarındanmüəyyən olunur ki, iddiaçı xx xxxxxx 2003-cü il tarixdən vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış, xx xxxxxx 2017-ci il tarixdən isə müvafiq əmrlə X5 X1 sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxx 2018-ci il tarixli, **********672200 saylı əmri ilə həmin departamentdə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar struktur dəyişikliyi edilmiş, iddiaçının işlədiyi iqtisadi sahədə mühüm işlər üzrə idarə isə ləğv edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirlyinin **********689300 nömrəli, xx xxxx 2018-ci il tarixli əmrindən çıxarışdan göründüyü kimi, Vergilər Nazirliyi yanında X5 X1 sahədə mühüm işlər üzrə idarəsinin əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilməsi və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülməsi əmr edilmişdir. İşmateriallarındaneyni zamanda müəyyən olunur ki, xx xxxx 2018-ci il tarixdə iddiaçının iştirakı ilə «Təhvil-təslim akt»ı və həmin «Akt»a Əlavə rəsmiləşdirilmiş və iddiaçı həmin aktları imzalamışdır. Sözügedən xx xxxx 2018-ci il tarixli «Təhvil-təslim akt»ında isə qeyd olunmuşdur ki, «Biz aşağıda imza edənlər Vergiiər Nazirliyi yanında Vergi Cinayətlərinin X2 (bundan sonra-Departament) baş direktorunun müavini, ədliyyə müşaviri X4, Təşkilati-təminat şöbəsinin rəhbəri - baş mühasibi ədliyyə müşaviri X8, Təşkilatitəminat şöbəsinin rəhbərinin müavini ədliyyə müşaviri X7, Təşkilati-təminat şöbəsinin baş mütəxəssisi ədliyyə müşaviri X11, Təşkilati-təminat şöbəsinin müvəkkili, 2-ci dərəcəli hüquqşünas X10, Əməliyyat idarəsinin Operativ nəzarət şöbəsinin rəisi, 1-ci dərəcəli hüquqşünas X6, digər tərəfdən sabiq əməkdaş İqtisadi sahədə mühüm işlər üzrə idarəsinin Əmək müqavilələrinin rəsmiləşdirilməsinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli hüquqşünas İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq edirik ki, Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********689300 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan inventar və avadanlıq bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. Akt və aktın əlavəsi iki nüsxədə tərtib olundu. Akt və aktın əlavəsinin bir nüsxəsi sabiq əməkdaşa təqdim edildi digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı strukturda saxlanıldı». Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı Vergilər Nazirlyinin **********689300 nömrəli, xx xxxx 2018-ci il tarixli əmrindən ən azı xx xxxx 2018-ci il tarixdə xəbərdar olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Göründüyü kimi, qeyd olunan noramanın tələbləri onu ehtiva edir ki, dövlət qulluqçularına münasibətdə əmək qanunvericiliyin tələbləri o halda tətbiq edilir ki, əgər onların hüquqi statusunu tənzimələyən normativ hüquqi aktlarda, o cümlədən əmək hüquqlarına dair münasibətlər tam əhatə edilməmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndin görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.3-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Həmin Qanunun 62.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi, inzibati qanunvericliklə müddətin axımının başlanğıc tarixi bilavasitə inzibati aktın təqdim və ya elan edilməsi tarixi ilə əlaqələndirlmişdir. İşin yuxarıda qeyd olunan hallarından isə müəyyən olunur ki, iddiaçı hazırda mübahisəndirdiyi xx xxxx 2017-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və onun sərəncama götürülməsindən ən azı xx xxxx 2017ci il tarixdə xəbərdar olsa da, məhkəmədə həmin əmrin mübahisələndirilməsi barədə iddianı xx xxxxxx 2019-cu il tarixdə, yəni xx xxxx 2017-ci il tarixli əmrdən xəbərdar olduğu gündən 6 ay sonra qaldırmaqla iddia müddətini buraxmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun xx.xx.2015-ciiltarixli 5 №-liqərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş idida müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İMP-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu baxımdan inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı - yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır. Onu da, həmçinin qeyd etmək lazımdır ki, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi, məhz iddiaçının üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. Həmin Qanunun 2.0.9-cu maddəsinə görə isə, aralıq inzibati akt – konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Qeyd olunmalıdır ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam, və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar iddianın mümkün sayılmaması barədə düzgün qərara gəlmişdir və şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1649/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1294/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1294/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver