Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1294/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 nömrəli 06 noyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən 4583 manat məbləğində “vergilərin hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Hesablanmış vergilərin xülasəsi barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarın və 22 avqust 2017-ci il tarixli **********394900 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadı ilə (hakim X.İmanov) iddianın “xx.xx.2017-ci il tarixli, **********394900 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergilərin hesablanması barədə» 25 dekabr 2018-ci il tarixli, **********524700 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1220/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseyn, V.Ağayev, A.Nuriyeva) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1220/2020 saylı, 11 iyun 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-520/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(82)-1633/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Hesablanmış vergilərin xülasəsi barədə” 22 avqust 2017-ci il tarixli **********-394900 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1546/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 520/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-6137/2022 (2-1(82)- 1633/2019) №-li iş üzrə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №-li və 25 dekabr 2018-ci il tarixli **********524700 №-li qərarların ləğv olunması tələbinə dair iddiası üzrə ayrı-ayrı icraatlara ayrılmaqla, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 saylı xx.xx.2019cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №-li qərarın ləğv olunması tələbinə dair iddiası üzrə inzibati iş isə məhkəmənin icraatında saxlanılmaqla, baxılması davam etdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərarından cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərarının ləğv edilməsini, iddianın xx.xx.2018-ci il tarixli **********524700 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərarla xx.xx.2018-ci il tarixli **********524700 saylı qərar ləğv edilmiş, həm də xx.xx.2019-cu il tarixli qərardadla iddia mümkün sayılmamışdır. İş üzrə iddianın tam olaraq mümkün hesab edilməməsi barədə qərardadın olması ilə eyni anda həm də iddianın xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı təmin edilməsi barədə qərarın olması anlaşılmazlığa səbəb olmuşdur. xx.xx.2019-cu il tarixli qərardadın “qərara aldı" hissəsində "iddia mümkün sayılmasın” qeyd edilərək bütün iddiaya münasibətdə yekun akt qəbul edilmişdir. Belə ki, tərəflərin qərardadı mübahisələndirməsi üçün əsas olan hissə hakimin gəldiyi yekun nəticədir. xx.xx.2019-cu il tarixli qərardad qüvvəyə mindiyi təqdirdə iddia tamamilə mümkünsüz sayılmış hesab edilməli və növbəti instansiyalarda işə baxılması davam etdirilməməlidir. Həmçinin xx.xx.2019-cu il tarixli qərarla bağlı bildirilir ki, qərar tam əsassız və qanunsuzdur. Belə ki, qərar məhkəmə tərəfindən ziddiyyətli şəkildə əsaslandırılmış və iddianın məhz hansı əsasla təmin edilməsi öz əksini tapmamışdır. 2016-cı il mənfəət vergisi üzrə iddiaçı tərəfindən cavabdeh vergi orqanına xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə cari və dəqiqləşmiş bəyannamələr təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sonuncu dəqiqləşmiş bəyannamə üzrə keçirilmiş kameral vergi yoxlaması nəticəsində xx.xx.2018-ci il tarixli **********524700 saylı qərar qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli dəqiqləşmiş bəyannamənin 200.2-ci sətrində “İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən” gəlir 8400 manat göstərilmişdir. Qeyd olunan bəyannamədə ümumi gəlirlər 8400 manat, ümumi gəlirdən çıxılan xərclər 5364,54 manat göstərilmişdir. İddiaçıda aparılmış kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinin 203-cü, yəni “Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir” sətrində heç bir məlumat qeyd edilməmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********451900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən cavabdehə göndərilmiş xx.xx.2017-ci il tarixli **********375000 nömrəli məktubda icarəyə verdiyi obyektlərin söküldüyü bildirilmişdir. Məhkəmədə olan iş materiallarının 160-cı səhifənin 2-ci abzasından İddiaçı MMC-nin mülkiyyətində olmuş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə Xətai RİH tərəfindən söküldüyü müəyyən edilir. Qeyd olunan halda cavabdeh tərəfindən 2016-cı il üzrə mənfəət vergisinin hesablanmasının Xətai RİH tərəfindən aparılmış söküntü ilə əlaqələndirilməsi əsassızdır. Nəzərə almaq lazımdır ki, qeyri-yaşayış binası xx.xx.2017-ci il tarixdə sökülmüş, lakin 2016-cı il üzrə mənfəət vergisi xx.xx.2016-xx.xx.2016-cı illəri əhatə etmişdir. Belə olan halda 2016-cı il mənfəət vergisi üzrə aparılmış hesablama tam əsaslıdır. Məhkəmədə olan iş materiallarından və vergi orqanında olan uçot baza məlumatlarından iddiaçının Tukanov Tural, X10, "xxxx" MMC ilə icarə müqavilələri bağladığı və həmin müqavilələrin 2016-cı il ərzində qüvvədə olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə Tukanov Tural arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X10 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Tukanov Tural ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 100 manat, X10 ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 300 manat, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsində isə aylıq icarə məbləği 500 manat olaraq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd edir ki, “iddiaçı qeyd olunan icarə müqavilələrinin ləğv edilməsi barədə məlumatı vergi orqanına rəsmi qaydada təqdim etmədiyi təqdirdə belə, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsi olmasını nəzərə almamışdır”. Məhkəmənin qeyd olunan əsaslandırması tamamilə absurddur. Belə ki, məhkəmədə olan iş materiallarının 160-cı səhifənin 2-ci abzasından İddiaçı MMC-nin mülkiyyətində olmuş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 32B ünvanında yerləşən qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə Xətai RİH tərəfindən söküldüyü müəyyən edilir. Hazırda mübahisələndirilən mənfəət vergisi isə 2016-cı il üzrə olan dövrü əhatə etmişdir. Yəni məhkəmə tərəfindən vergi orqanının 2016-cı il mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanması zamanı 2017-ci ildə aparılmış söküntünün nəzərə almalı olmasının əsas gətirilməsi və xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi tamamilə qanunsuz və əsassızdır. İddia tələbi xx.xx.2018-ci il tarixli qərar hissəsində də mümkünsüz hesab edilməli idi. Belə ki, iddiaçı tərəfindən **********524700 saylı xx.xx.2018-ci il tarixli qərar xx.xx.2019-cu il tarixdə alınmışdır İddiaçı xx.xx.2019-cu il tarixdə almış olduğu qərarı xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisələndirərək qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə olan halda xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və xx.xx.2018-ci il tarixli **********524700 saylı qərarın mübahisələndirilməsi də mümkünsüz hesab edilməlir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinin tələbləri baxımından xx.xx.2018-ci il tarixli **********524700 saylı qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlər ötürülmüşdür. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın xx.xx.2018-ci il tarixli **********524700 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışların surətindən görünür ki, İddiaçı MMC xx.xx.1993-cü il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ********** saylı VÖEN verilmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1993-cü il tarixdə 3049 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Zümrüd-Q” kiçik müəssisəsinin hüquqi varisidir, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 32B. Təsisçi və qanuni təmsilçi X3r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti “Vergilərin hesablanılması barədə” xx.xx.2018-ci il tarixli **********524700 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı MMC, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş mənfəət vergisi 2352,23 manat təşkil edir, əlavə hesablanmış vergi məbləği 1746,14 manat hesablanmış, iddiaçının təqdim etdiyi bəyannamə üzrə 606,09 manat vergi müəyyən edilmişdir. Bəyannamə və hesabat növü - mənfəət vergisi, bəyannamə və hesabat dövrü - 2016-cı il. İş materiallarında olan DƏDRX tərəfindən xx.xx.2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32b ünvanında yerləşən qeyri yaşayış binası (avtomobillərə texniki xidmət məntəqəsi) (ümumi sahəsi 222,2 kv.m) üzərində İddiaçı MMC-nin xüsusi mülkiyyəti hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 90 kv.m olan obyekt aylıq 500 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2017-ci ilədək olan müddətdə "xxxx" MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan iddiaçı ilə X11 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə X6 icarəsinə verilmişdir. İş materiallarında olan iddiaçı ilə X10 arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin məzmunundan müəyyən olunur ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 300 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə X7 icarəsinə verilmişdir. İş materiallarında olan iddiaçı ilə Tural Tukanov arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən, sahəsi 222,2 kv.m olan obyekt aylıq 100 manat icarə haqqı ödənilməsi şərtilə xx.xx.2019-cu ilədək olan müddətdə Tural Tukanovun icarəsinə verilmişdir. İş materiallarında olan Vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış məktubun elektron çıxarışından müəyyən olunur ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona məxsus **********-20001 kodlu təsərrüfat subyekti (obyekt) qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 37.4-cü maddəyə “vergi bəyannaməsində” sözlərindən sonra “və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda” sözləri əlavə edilmişdir). 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 67.1.9-cu maddəyə “məlumatlar” sözündən sonra “, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” sözləri əlavə edilmişdir). Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, «iş üzrə iddianın tam olaraq mümkün hesab edilməməsi barədə qərardadın olması ilə eyni anda həm də iddianın xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı təmin edilməsi barədə qərarın olması anlaşılmazlığa səbəb olmuşdur. xx.xx.2019-cu il tarixli qərardadın “qərara aldı" hissəsində "iddia mümkün sayılmasın” qeyd edilərək bütün iddiaya münasibətdə yekun akt qəbul edilmişdir. Tərəflərin qərardadı mübahisələndirməsi üçün əsas olan hissə hakimin gəldiyi yekun nəticədir. xx.xx.2019-cu il tarixli qərardad qüvvəyə mindiyi təqdirdə iddia tamamilə mümkünsüz sayılmış hesab edilməli və növbəti instansiyalarda işə baxılması davam etdirilməməlidir». Qeyd olunmalıdır ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən “Hesablanmış vergilərin xülasəsi barədə” 25 dekabr 2018-ci il tarixli **********524700 saylı qərarın və 22 avqust 2017-ci il tarixli **********394900 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1633/2019 saylı qərardadı ilə iddia “xx.xx.2017-ci il tarixli, **********394900 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamış, eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1633/2019 saylı qərarı ilə iddia «25 dekabr 2018-ci il tarixli, **********524700 saylı qərarın ləğv edilməsi» hissəsində təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6137/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-6137/2022 (2-1(82)-1633/2019) №-li iş üzrə İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №-li və 25 dekabr 2018-ci il tarixli **********524700 №-li qərarların ləğv olunması tələbinə dair iddiası üzrə ayrı-ayrı icraatlara ayrılmaqla, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 №-li qərarın ləğv olunması tələbinə dair iddiası üzrə inzibati iş isə məhkəmənin icraatında saxlanılmaqla, baxılması davam etdirilmişdir. Göründüyü kimi, iddia tələbi bir hissədə mümkün sayılmamış, bir hissədə isə təmin edilmişdir. Hazırda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-1633/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən daşınmaz əmlak (avtomobillərə texniki xidmət məntəqəsi) xx.xx.2012-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2017-ci ilədək olan müddətə "xxxx" MMC-nin, həmin daşınmaz əmlak xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında xx.xx.2019-cu il tarixədək olan müddətə Vüsal Məmmədovun, xx.xx.2016-cı il tarixli icarə müqaviləsi əsasında xx.xx.2019-cu il tarixədək olan müddətə Əli Abdullayevin, xx.xx.2016-cı il tarixli icarə müqavilə əsasında xx.xx.2019-cu il tarixədək olan müddətə Tural Tükanovun icarəsinə verilmişdir. Göründüyü kimi, eyni əmlakla bağlı eyni dövrdə (vergi məbləğinin hesablandığı 2016-cı il) müxtəlif şəxslərlə icarə müqaviləsi mövcuddur. Qeyd olunan daşınmaz əmlak eyni olmasına baxmayaraq, vergi orqanı həmin icarə müqavilələrini əsas götürməklə 2016-cı il üzrə iddiaçının təqdim etdiyi 606,09 manat vergidən əlavə, iddiaçıya 1746,14 manat əlavə vergi hesablamışdır. İddiaçı tərəfindən qeyd olunan icarə müqavilələrinin ləğv edilməsi barədə məlumatın vergi orqanına rəsmi qaydada təqdim edilməməsinə baxmayaraq, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti, 32B ünvanda yerləşən avtomobillərə texniki xidmət məntəqəsi olmasını nəzərə almamışdır. Halbuki cavabdeh vergi orqanı eyni əmlakla bağlı eyni dövrdə müxtəlif şəxslərlə icarə müqaviləsinin olmasının səbəblərini müəyyən etməli, onların qüvvədə olması və ya ləğv edilməsi barədə məlumat əldə etməli, dəqiqləşdirilmiş məlumatlar əsasında vergi məbləğini hesablamalı idi. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1633/2019 nömrəli 06 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1294/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1294/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver