Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1295/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 (fərdi fəaliyyət göstərən vəkil) iştirakları ilə, İddiaçı (xx.xx.1946-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, ünvan 1 m.3 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı əmək pensiyası məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı “iddiaçının əmək pensiyasını məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2008-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alır. O hesab edir ki, əmək pensiyası məbləği əmək pensiyası təyin edilərkən düz hesablanmamışdır. Belə ki, əmək pensiyası təyin edilərkən onun dövlət qulluğunda olduğu 9 il 7 aylıq stajı nəzərə alınmışdır və pensiya təyin edilərkən yalnız vəzifə maaşı əsas götürülmüşdür. Lakin dövlət qulluğunda çalışdığı müddətdə o vəzifə maaşına hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə edilən 15 faiz miqdarında pul təminatı, il ərzində vəzifə maaşının 3 qat mislində mükafat və bir qat vəzifə maaşı miqdarında maddi yardım məbləğləri əmək pensiyasının hesablanmasında nəzərə alınmamışdır. Nəticədə hər ay təxminən 300 manat məbləğində pul itirir. Əmək pensiyasının məbləğinin yenidən hesablanması üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə xx xxxxxx 2019-cu il tarixdə yazılı müraciət etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin müdiri Məzahir Vəliyev tərəfindən ərizəsinə verilmiş xx xxxxxx 2019-cu il tarixli **********1 saylı cavabla müraciəti təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin müdiri Məzahir Vəliyev tərəfindən ərizəsinə verilmiş xx xxxxxx 2019-cu il tarixli **********1 saylı cavabı qanunsuz və əsassız hesab edir. Dövlət qulluğunda çalışdığı müddət ərzində ona dövlət qulluqçusu kimi hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15%-i məbləğində əlavə haqq ödənilmişdir, il ərzində vəzifə maaşının 3 qatı mislində mükafat və bir vəzifə maaşı miqdarında maddi yardım almışdır. Vəzifə maaşına aldığı həmin əlavələr onun əmək pensiyasının sığorta hissəsinə daxil edilməlidir. Lakin ona məlum olmayan səbəblərdən əmək pensiyası təyin edilərkən vəzifə maaşına əlavələr nəzərə alınmamışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə, “İnzibati İcraat haqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-nın 33.1-ci, 33.2-ci, 35.1-ci, 73.1-ci maddələrinə əsasən o hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsi tərəfindən onun əmək pensiyasının məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsindən imtina barədə qərarı qanuna ziddir və hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olur, ona görə də onun əmək pensiyası məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 45-46-cı maddələrini rəhbər tutaraq, onun əmək pensiyası məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının məbləğinin dövlət qulluğunda çalışdığı müddətdə vəzifə maaşına hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə edilən 15 faiz miqdarında pul təminatı, il ərzində vəzifə maaşının 3 qat mislində mükafat və məzuniyyətə çıxdıqda dövlət qulluqçusuna vəzifə maaşının bir qatı mislində verilən müavinət məbləğlərinin nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilərək, iddiaçının əmək pensiyası məbləğinin vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququ yarandığı xx.xx.2008-ci il tarixdən yaşa görə (dövlət qulluqçusu) əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda stajı - 09 il 07 aydır. Dövlət orqanlarında Dövlət qulluqçularına ixtisas dərəcəsinin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 03 sentyabr tarixli 569 №-li Fərmanı ilə və həmçinin “Əmək pensiyaları haqqında Qanun”a əsasən Hakimiyyət səlahiyyəti verilən Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin qanunlar qüvvəyə mindiyi tarixdən aidiyyəti üzrə Dövlət qulluğunda çalışan vətəndaşlara şamil edilir. Dövlət qulluqçusu Dövlət qulluğunda işlədiyi dövrdə onun vəzifə maaşına yuxarıda qeyd edilən 15 faiz miqdarında pul təminatını (hakimiyyət səlahiyyətlərinin icrasına görə), il ərzində vəzifə maaşının 3 qat mislində mükafatı və 1 qat vəzifə maaşı miqdarında maddi yardımı aldığı halda qeyd edilənlər pensiyanın hesablanmasına şamil edilir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1970/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1970/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin olunmuş, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinətin nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması və xx xxxxxx 2008-ci il tarixdən ödənilməmiş fərqin ona ödənilməsi, eləcə də dövlət qulluqçusunun hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınaraq onun pensiyasının xx xxxx 2008-ci il tarixdən yenidən hesablanmaqla ona ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbləri qalan hissələrdə təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 456/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, İ.Hüseynov, S.Hüseynova) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1970/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı qismən - hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması hissəsində ləğv edilmiş və bu hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, onun nümayəndəsi və vəkili işin yeni apellyasiya icraatı zamanı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər.Əlavə olaraq, iddiaçı məhkəmə iclası zamanı hakim V.Məmmədovun onun işlədiyi hansı vəzifənin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısında olması sualına cavab verə bilməmişdir. Təkrar apellyasiya icraatı zamanı iddiaçı tərəfindən hər hansı sənəd sübut təqdim edilməmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh sonuncu məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçını, onun nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş materiallarında olan: - AZE seriyalı, № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1946-cı il tarixdə Kəlbəcər rayonu, Alçalı kəndində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. -İddiaçı məxsus ИТ-İ seriyalı, № ******* nömrəli, xx xxxx 1983-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Dövlət Təhlükəsizlik Komitəsində işləyənə qədər əmək stajı hərbi xidmətlə birlikdə 4 il 03 ay təşkil etmiş, xx.xx.1973-cü ildən xx.xx.1982-ci ilədək SSRİ Dövlət Təhlükəsizlik Komitəsində xidmət etmiş, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən 25.121990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək, xx.xx.2000-ci ildən xx.xx.2000-ci ilədək, xx.xx.2000-ci ildə müxtəlif vəzifələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan)onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İşin yeni apellyasiya baxışına göndərilməsi haqqında Ali Məhkəmənin qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının “dövlət qulluğunun müxtəlif vəzifələrində” işləmiş olduğunu qeyd etməklə kifayətlənərək, onun dövlət qulluğunda hansı vəzifədə işlədiyini müəyyən etməmiş, eləcə də iddiaçının vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nda olub-olmadığını yoxlamamış, beləliklə də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal araşdırılmamışdır. Qeyd olunan hal bütün dövlət qulluqçularına deyil, yalnız adı çəkilən Siyahıda göstərilən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. “Dövlət qulluğu haqqında” Qanunun 22.7-ci maddəsinə görə, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılır. Həmin Qanunun 22.8-ci maddəsinə görə, dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, bu Qanun dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydasını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsində qeyd edilir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı qanunvericiliklə müəyyən edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Fərmanın birinci bəndi ilə “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıya əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dövlət qulluğunda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Siyahıda olmaması ona dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin birinci instansiya icraatı zamanı məhkəmə xidməti vəzifəsinə uyğun olaraq tam araşdırma aparmamış, iddiaçının “dövlət qulluğunun müxtəlif vəzifələrində” işləmiş olduğunu qeyd etməklə həmin hissədə iddianı təmin etmiş və nəticədə əsassız olaraq iddia tələbini tam təmin etmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1414/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarı qismən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15%-i miqdarında əlavə haqq nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin. İddia həmin hissədə rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1295/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1295/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver