Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1295/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (3-cü şəxs X6 və X2) qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı inzibati Məhkəməsinin 2-1(112)-4756/2020 saylı, 06.10.2020-ci il tarixli qərardadı ilə X7 və X2 hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 11 iyun 2013-cü il tarixli 199 saylı Sərəncamının dövlət əmlakın özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair müqavilələrin bağlanması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısında təsdiq edilmiş qeyriyaşayış sahəsi kimi 77.3 və 36.6 kvm zirzəmi sahəsi icarə obyekti kimi, ünvan 1 ünvanı kimi, balassaxlayıcı təşkilatın adı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi kimi, icarəçi adı fiziki şəxs X1, istifadə təyinatı xidməti kimi göstərilən hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyun 2012-cü il tarixli 199 saylı sərəncama əsasən iddiaçıların paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan Mənzil Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidməti məqsədlə X3 müddətli istifadəsinə vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin 24 oktyabr 2013-cü il tarixli **********49-05101-083001 saylı Bakı şəhəri, Nəsimi rayonu, X13 küçəsi 66, qapı 1;2 ünvanına dair texniki pasportuna əsasən qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə zirzəmidir, sahəsi 77,3 kv.m-dir. Bundan sonra satıcı kimi ƏMDK ilə alıcı X7 arasında bağlanmış 21 iyun 2013-cü il tarixli 4968 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən 77,3 kv.m qeyri-yaşayış sahəsi satıcı tərəfindən alıcıya satılmış, daha sonra həmin əmlak X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halbuki Nəsimi rayonu MKTB-nin 13 saylı MKİS-in Bakı şəhəri İcra Hakimiyyətinin, Bakı şəhəri Mənzil Kommunal Departamentinin və s. orqanların sənədlərinə əsasən Bakı şəhəri, ünvan 7 ünvanının olmaması öz təsdiqini tapır, ünvan 8ərdi yaşayış evinin zirzəmisinin hansı əsaslarla M.Qaşqay küçəsi 66 ünvanı adlandırılması barədə hər hansı bir rəsmi məlumat yoxdur. Belə olan halda iddiaçılar mübahisələndirilən Sərəncam ilə onların paylı mülkiyyətində olan qeyriyaşayış sahəsinin dövlətə məxsus olduğunu göstərməsinin qanunsuz olduğu üçün həmin Sərəncamın ünvan 1 ünvanında yerləşən 77.3 və 36.6 kvm sahədən ibarət zirzəmiyə aid hissədə məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişlər. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılar iddia ərizəsində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi paylı mülkiyyət hüququ üzrə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu, bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsinin həmin əmlakın icarəyə verilməsi ilə bağlı sərəncam vermək hüququna malik olmadığını qeyd etmişdir. Bildirilir ki, iddiaçıların hazırki iddiasının əsassızlığı, həmçinin, onların mübahisə predmeti olan qeyriyaşayış sahəsi üzərində subyektiv hüquqa malik olmaması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)-2336/2018 saylı qərarı ilə iddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinə və X4 qarşı hazırda məhkəmə mübahisəsi predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, eyni zamanda qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli sahə üzərində hər hansı subyektiv hüquqa malik deyil, həmin sahə üzərində sərəncam vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. Bundan əlavə, iddiaçılar hazırda mübahisələndirdiyi inzibati aktın mövcudluğundan əvvəllər xəbərdar olduğu halda həmin aktı qanunvericiliklə nəzərdə tutulmuş 30 gün müddətində mübahisələndirməmişlər, bununla da İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsinə, iddianın mümkün sayılmasına və yenidən araşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi AR ƏMDK-nin 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamı keçmiş məhkəmələr tərəfindən qeyd olunsa da, lakin keçmiş mülki iş üzrə materiallarda həmin sərəncam aşkar olunmur. Həm də, keçmiş mülki iş üzrə paylı mülkiyyətçilər İddiaçı4, İddiaçı3, İddiaçı5 iddiaçı qismində iştirak etməmişlər. Bundan əlavə, İddiaçı3 həmin dövrdə cinayət törətdiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində cəzasını çəkirdi. İddiaçı4 etibarnamə üzrə anasının hüquqlarının təmsil etsə də, keçmiş məhkəmədə iddiaçı olmadığını nəzərə alaraq onların keçmiş mülki işlə bağlı heç bir əlaqəsi olmadığına görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlardan xəbərləri olmadığına görə onların yeni sübutları məhkəmədə araşdırılmalı idi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür.Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır.Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların iddia tələbinin əsası ondan ibarətdir ki, AR ƏMDK-nin 11 iyun 2013-cü il tarixli, 199 saylı sərəncamının əlavəsində qeyd edilmiş mübahisəli zirzəmiyə dair göstərilən ünvan yoxdur, lakin ünvan 9rzəmi paylı mülkiyyət kimi iddiaçılara məxsusdur. Belə olan halda ƏMDK əsassız olaraq iddiaçılara məxsus mülkiyyət üzərində sərəncam vermişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin “daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” 11 iyun 2013-cü il tarixli 199 saylı sərəncamından görünür ki, dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqdim edilmiş icarə obyektlərinin siyahısı təsdiq edilmiş, həmin siyahıda qeyd olunan ünvan 10 ünvanında yerləşən 77.3 və 36,6 kvm ibarət zirzəmi sahəsi xidməti məqsədlə fiziki şəxs X5 icarəyə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(102)- 2336/2018 saylı qərarından aydın görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçıların mübahisə predmeti olan zirzəmi qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqları müəyyən olunmamış və zirzəminin onların texniki pasportunda nəzərdə tutulmadığı aşkar olduğu müəyyən olunmuşdur. İddiaçılar mülki qaydada mübahisə zamanı sahəsi 77.3 kvm olan zirzəminin onların paylı mülkiyyətində olduğunu iddia etmişlər, 36.6 kvm sahədən ibarət olan zirzəmiyə dair mülki qaydada mübahisə olmasa da, mülki iş üzrə qəbul edilmiş qətnamələrdə və qərarlarda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya baxışı zamanı ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəminin) daşınmaz əmlakın dövlət registrində dövlət mülkiyyəti kimi qeydə alınıb-alınmaması barədə məlumatın, qeydə alındığı təqdirdə dövlət mülkiyyəti kimi qeydə alınmasına əsas olmuş sənədlərin və registrdən çıxarışın təqdim olunması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmış, sorğuya 21 sentyabr 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlak sərəncamında olan subyektlər tərəfindən təqdim olunan və həmin Əsasnamədə nəzərdə tutulmuş sənədlər əsasında aparılır. Eyni zamanda, ünvan 12 ünvanında yerləşən 77,3 kv.m. qeyriyaşayış sahəsi (zirzəmi), əmlakın balanssaxlayıcısı-Bakı Şəhər İcra Hakmiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Müraciətdə qeyd olunan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmişdir. ünvan 12 ünvanında yerləşən 77,3 kv.m. qeyri-yaşayış sahəsinin (zirzəmi) dövlət əmlakı olması ilə bağlı dövlət reyestrindən çıxarışı təqdim etmişdir. Beləliklə, hazırki iddia ərizəsi ilə iddiaçıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11.06.2013-cü il tarixli 199 saylı sərəncamının qismən ləğv edilməsini tələb etməkdə hər hansı bir subyektiv hüququ aşkar olunmamışdır. Bundan əlavə, iddiaçılarla X6 arasında “icarə müqaviləsinin, icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə araşdırma zamanı mübahisələndirilən icarə müqaviləsinin bağlanmasının əsasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11.06.2013-cü il tarixli 199 saylı sərəncamı ilə ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 77.3 kv.m olan qeyri-yaşayış sahəsinin xidməti istifadə məqsədilə icarəçinin müddətli istifadəsinə verilməsi halı iddiaçılara məlum olmuş, lakin iddiaçılar həmin sərəncamı qanunvericiliklə müəyyən olunmuş müddət ötdükdən sonra mübahisələndirmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işdən mübahisələndirilən sərəncamının iddiaçılara rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş qətnamələrdən görünür ki, iddiaçılar sözügedən zirzəmiyə dair icarə müqaviləsini mübahisələndirən zamanı həmin icarə müqaviləsinin bağlanmasına əsas olan Sərəncam barədə məlumatlı olmuşlar. Göründüyü kimi, iddiaçıların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 11.06.2013-cü il tarixli 199 saylı sərəncamının mövcudluğundan, mülki qaydada mübahisəyə baxılan zamanı xəbərdar olmuşdurlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1016/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1295/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1295/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver