Məhkəmə qərarları › İş №2-1(103)-1295/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1295/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1295/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. H3 seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1978-ci ildə 10 saylı sexə elektrik avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə hərbi xidmətlə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə M.Ə.Əzizbəyov adına “Ximprom” Sumqayıt İstehsalat Birliyinin 2-ci növbəli Sulfonol istehsalına elektrik xidmətin elektrik avadanlıqlarına xidmət üzrə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş, xx.xx.1982-ci ildə işdən azad edilmiş, xx.xx.1982-ci ildə Vano Sturua adına SİB “Kaspmorsudoremont” istehsalat vahidi mexanika sexinə 1-ci dərəcəli gəmi çilingər montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmiş, xx.xx.1982-ci ildə “Saratovqesstroy” inşaat materialları zavodunda 3-cü dərəcəli kərpic çəkilicisi, xx.xx.1982ci ildə polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı, xx.xx.1982-ci ildə polad və dəmir-beton konstruksiyaların montajı üzrə 3-cü dərəcəli montajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1984-cü ildə AZərbaycan SSR İnşaat Sənaye Nazirliyi 8 Trestin SMD-251 İnşaat tərkibinə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 2 Trestinin Mİİ-23-ə 3-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli elektrikqaynaqçısı verilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə 2 Trestinin Mİİ-24-ə xx.xx.1986-cı il tarixli 57 saylı əmrə əsasən 2 Restinin Mİİ-23 keçirilmə ilə əlaqədar 4-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə AZərbacan SSR Sumqayıt şəhəri 2 Trestin SMD-20 2 Trestin İİ-24 keçirilmə ilə əlaqədar 4-cü dərəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmiş, xx.xx.1992-ci ildə “Kasneftfot” İdarəsinin Gəmir Təmiri Zavoduna enerji-mexanika təmiri sahəsində 4-cü dəəcəli elektrik-qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmiş, xx.xx.1999-cu ildə 1 saylı yataqxanaya çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı ildə işdən azad edilmişdir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı xx.xx.2020-ci tarixli güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim edilməsi haqqında məktubda bildirilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 60 yaşının tamam olması, 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajının olmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciətində güzəştli iş stajını təsdiq edən iş yerindən arayışını əlavə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialarından müəyyən edilmir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana qarşı iddia ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 ildən artıq ümumi sığorta stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasına, bununla da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlərin ödənilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 8 ay, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək 10 ay, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 3 ay, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək 8 gün, xx.xx.1982ci ildən xx.xx.1983-cü ilədək 1 il 1 ay 9 gün, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək 1 il 1 ay, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək 1 il, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək 2 il 7 ay, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək 3 il 5 ay, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək 2 il 4 ay, xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilədək 4 il 10 ay 3 gün, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilədək (xx.xx.2006-cı ilədək) 6 il 3 ay, həmçinin xx.xx.1979-xx.xx.1981ci ilədək hərbi xidmət dövrü 2 il 3 gün də nəzərə alınmaqla, ümumilikdə ümumi iş stajı 27 il təşkil edir. Beləliklə, iddiaçının əmək kitabçasından müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən artıq təşkil edir ki, bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırda cavabdeh inzibati orqan iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət edilərkən onun tərəfindən iş yerindən güzəştli iş stajını təsdiq edən arayışların təqdim edilməməsinə istinad etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “Etilen Polietilen” Zavodunun 137 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979cu ilədək tam iş günü olmaqla “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X7” zavodunun İİ növbə sulfanol istehsalı sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik mantyoru peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrəsinə əsasən 1 saylı siyahıda sadalanan karbohidrogenlər, onların birləşməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Etilen Polietilen” Zavodunun 138 saylı xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək tam iş günü olmaqla “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X7” zavodunun İİ növbə sulfanol istehsalı sexində elektrik avadanlıqlarının xidmət üzrə elektrik mantyoru peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrəsinə əsasən 1 saylı siyahıda sadalanan karbohidrogenlər, onların birləşməsi istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmir Zavodunun 96 saylı xx.xx.2020-ci il tarxli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Vano Sturuna adına Gəmi təmiri və gəmiqayırma zavodua zavodda mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə işdən azad edilmişdir. X3 389 saylı xx.xx.1996cı il tarixli əmrinə əsasən Vano Strua adına Gəmitəmiri və gəmiqayırma zavodu “İ.Allahverdiyev” adına Gəmitəmiri və gəmiqayırma zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 saylı 2013-cü il 213 saylı xx.xx.2014-cü il tarixli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X3 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmış və “İ.Allahverdiyev” adına Gəmitəmiri və gəmiqayırma zavodu “Bibiheybət” Gəmitəmiri zavodu adlandırılmışdır. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmir Zavodunun 97 saylı xx.xx.2020-ci il tarxli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə ”Xəzərdənizneftqaz” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavoduna enerji mexaniki təmir sahəsinə dördüncü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1993-cü ildə beşinci dərəcəli elektrik qaynaqçısı ixtisası verilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. “Xəzərdənizneftqaz” Ümumittifaq İstehsalat Birliyinin 148 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən “Xəzərdənizneftdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. Gəmi təmiri zavodu “Xəzərneftdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” Ümumittifaq Sənaye istehsalat Birliyinin 299 saylı xx.xx.1991-ci il tarixli əmrinə əsasən “Xəzərneftdonanma” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” İdarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” İdarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən zavod X9 Donanması Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 saylı xx.xx.2013-cü il və 213 saylı xx.xx.2014-cü il tarixli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmış X9 Donanması idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında X1 13/1084 saylı xx.xx.2020-ci il arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək Akademiyanın balansında olan 1 saylı yataqxananın qazanxanasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, göstəricilərinin siyahısının 35-ci bölməsində nəzərdə tutulmuş “ocaqçı” vəzifəsində işləmişdir. Apellyasiya baxışı zamanı "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodundan məhkəməyə daxil olmuş sorğuya cavab məktubuna əlavə edilmiş “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış”dan görünür ki, İddiaçı xx.xx.1982-ci dən xx.xx.1982-ci ilədək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəmi təmiri çilingəri və elektrik qaynaqçısı vəzifəsində işləmiş, onun işlədiyi vəzifənin xüsusiyyətlərinə əl ilə işləyən elektrik qaynaqçıları və boruların qaynaq edilməsi, çənlərin və gəmi bölmələrinin daxilində avadanlıqların təmiri üzrə gəmi təmiri çilingəri işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində 11.6a bəndinin xüsusiyyətləri ilə eynidir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunla tələb olunan 12 il 6 ay stajının olmasının təsdiqi kimi istinad etdiyi iş yerləri və peşələrlə bağlı qeyd olunur ki, onun xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (8 ay), xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək (10 ay) kimya istehsalı sahəsində işlədiyi elektrik mantyoru, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (3 ay) gəmi təmirçi çilingər, xx.xx.1984cü ildən xx.xx.1985-ci ilədək (1 il 1 ay), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il), xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək (2 il 7 ay), xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək (3 il 5 ay), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək (2 il 4 ay) işlədiyi elektrik qaynaqçısı peşələrinin zərərli peşələr olub, bu peşələrdə işləyənlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olması iş yerlərindən verilmiş müvafiq arayışlarla da təsdiq olunur. Həmin müddət ümumilikdə 12 il 2 ay təşkil edir. İddiaçının xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (1 il 1 ay 9 gün) “Qidromontaj” Ümumittifaq trestinin Voljskiy montaj sahəsində işlədiyi “polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı” peşəsinə gəldikdə isə qeyd olunur ki, həmin peşənin də zərərli olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilir. Bu barədə həmin müəssisə tərəfindən güzəştli arayışın verilməsi təmin oluna bilmədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd olunanları nəzərə alaraq güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisədən alınmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, sözügedən icmal məktubda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Bu məqsədlə məhkəmə kollegiyasının oxşar müəssisə kimi sorğu göndərdiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, hal-hazırda zavodda “polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsi üzrə ştat vahidi mövcud deyildir. Əvvəllər zavodda movcud olmuş “metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin vəzifə funksiyaları “polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsinin vəzifə funksiyaları ilə eynilik təşkil edir və bu peşədə işləyən işçilər qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüuqu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısında XXVİİ- Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 229000a-14612 kodu ilə qeyd olunmuş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. “Polad və dəmir beton konstruksiyaların montajı üzrə montajçı” peşəsində işləyənlərin yuxarıda adıçəkilən Qərarın tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının güzəştli iş stajı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (8 ay), xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək (10 ay) kimya istehsalı sahəsində işlədiyi elektrik mantyoru, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (3 ay) gəmi təmirçi çilingər, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək (1 il 1 ay), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək (1 il), xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək (2 il 7 ay), xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək (3 il 5 ay), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək (2 il 4 ay) işlədiyi elektrik qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək (1 il 1 ay 9 gün) işlədiyi “polad və dəmir-beton konstruksiyaların montajı üzrə montajçı” peşəsi ümumilikdə 13 il 3 ay 9 gün təşkil edir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının ******* şifrəsi X. Kimya istehsalatı sahəsində tam iş günü məşğul olan kimya müəssisəsinin fəhlələri (elektrik mantyoru), 21503000 şifrəsi 3. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bölməsinin 2150300a—18451 şifrəsi altında “çənlərin və gəmi bölmələrin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər, 23200000 XXXİİİ. Ümumi peşələr adlanan bölmədə 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları, XXVİİ-Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 229000a-14612 şifrəsi ilə qeyd olunmuş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşələrinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu fakt müəssisələr tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı müəssisələr (işəgötürən və oxşar müəssisə) tərəfindən təsdiq olunur. O ki qaldı iddiaçıya hansı yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məsələsinə, bu barədə məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı iddia ərizəsində ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etməklə yanaşı, həm də ödənilməmiş 3 illik pensiya məbləğinin hesablanaraq yeni alacağı pensiya məbləğinə əlavə edilməklə ona ödənilməsi barədə vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qənaətinə gəlmiş, iddiaçının ikinci tələbinə isə münasibət bildirməmişdir. Buna baxmayaraq iddiaçı məhkəmə qərarını mübahisələndirməmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçıya məhkəmə kollegiyası tərəfindən hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirmək təklif olunmuş, bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verərək bildirmişdir ki, iddia tələbi “ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” kimi nəzərə alınsın. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajı nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün onun bu barədə tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunaraq, ona 60 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən istədiyi növdə pensiya təyin olunmuş, iddiaçı həmin qərarla razılaşaraq ondan apellyasiya şikayəti verməmiş və apellyasiya instansiyasında iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəsində iradə ifadəsini dəqiqləşdirərək bir daha ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etdiyi üçün həmin hissədə birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı məhkəmə kollegiyası tərəfindən yoxlanılmır. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsindəki ikinci tələbə isə məhkəmə qərarında münasibət bildirilməsə də, həmin tələbi iddiaçı apellyasiya baxışında müdafiə etməmiş, belə ki, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərkən bu tələbini ərizəsində göstərməmişdir. Odur ki, iddiaçının ikinci tələbinə də apellyasiya qaydasında predmet olaraq baxılmır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin “iddiaçının iddia tələbinin təmin olunaraq, ona 60 yaşdan, yəni xx.xx.2020ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədə gəldiyi nəticə qanuni və əsaslı olduğu üçün məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2015/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2015/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar