Məhkəmə qərarları › İş №2-1(103)-1295/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1295/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1295/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə,, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4178/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( 3-cü şəxs X3) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi üzərində Müstəqil İddiaçıəssisənin istifadə hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4178 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci -ci il tarixli, 2-1(112)-4178/2022 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi Müstəqil İddiaçıəssisənin istifadə və sərəncamındadır və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 751 saylı sərəncamına əsasən, 0,022 ha torpaq sahəsi tikinti işlərinin aparılması məqsədilə İddiaçınə ayrılmışdır. Bu Sərəncama əsasən, Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə ayrılmış torpaq sahəsinin planı təsdiq edilmişdir. Adı çəkilən sərəncama əsasən torpaq sahəsinin planı təsdiq edildikdən sonra, 92/234 saylı ayrıc-akta əsasən, torpağın ayrılması və bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanların qoyulması həyata keçirilmişdir. Bu akta, torpağın sxemi də əlavə edilmişdir. Əlavə olaraq, xx.xx.1992-ci il tarixdə Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində layihələndirmə və tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Qeyd edir ki, məhkəmənin cavabdeh inzibati orqanın imtina məktubunu haqqlı hesab etməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakınözgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda həmin Qanunun 8.0.5-ci maddəsində göstərilmişdir ki, 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Verilən suala cavabında bildirmişdir ki, doğrudur, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “İddiaçı 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Lakin hazırkı tələbi Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi üzərində Müstəqil İddiaçıəssisənin istifadə hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın barədə tələbdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətləinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “İddiaçı 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Lakin hazırkı tələbi Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi üzərində Müstəqil İddiaçıəssisənin istifadə hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın barədə tələbdir. 3-cü şəxs ( nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 4178/2022 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin iddia tələbinə etirazından, iş materiallarından müəyyən olunur ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti ilə iddia tələbi eynilik təşkil etmir. Belə ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, “İddiaçı 0,22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Lakin hazırkı tələbi Bakı şəhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, 2 ünvanında yerləşən ümumilikdə 0,022 ha torpaq sahəsi üzərində Müstəqil İddiaçıəssisənin istifadə hüquqlarının dövlət qeydiyyatına alınaraq, müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın barədə tələbdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.... 38.2.-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdehlərə müraciət etmədiyindən, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4178/2022 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4178/2022 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar