Məhkəmə qərarları › İş №2-1(103)-1296/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1296/2020

11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1296/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2819/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2001-ci il tarixli, ******* №-li bakalavr diplomunun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin cavabadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2819/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2819/2019 saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinixahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddiası təmin edilmişdir. İş materiallarından görünür ki, - İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş xx xxxx 2001-ci il tarixli ******* saylı diplomun tanınmasını xahiş etmişdir. - cavabdeh inzibati orqan xx xxxxx 2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçı X1 Dövlət Universitetinin Bakı Filialında təhsil almışdır. X1 Dövlət Universitetinin Bakı Filialı qeyri-qanuni fəaliyyət göstərdiyinə görə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx xxxx 2007-ci il tarixli, 2398/4- ***-**** saylı qətnaməsi ilə fəaliyyəti dayandırılmışdır. Göstərilənləri nəzərə alaraq, 1997-ci ildə imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.7-ci bəndinə əsasən A74F60CDBE78605 nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (AR NK-nin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarda) diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, həmçinin Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət edilmədiyindən, cavabdeh inzibati orqanın iddiaçının diplomunun tanınmasından imtinası formal tələblərə əsaslanır. Odur ki, cavabdehin imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçının iş materiallarında olan diplomu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 sayı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” na uyğun olmaması ekspert qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Təhsil Nazirliyinin Ekspert Qrupunun xx.xx.2013-cü il tarixli rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun sayılmaması qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan “Təhsil Qanunu”nun 6-cı maddəsində qeyd edilir ki, “Cəmiyyətdə tələbinə, vətəndaşların və təhsil müəssisəsinin işçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində həmçinin xarici dillərdə də təhsil aparıla bilər.” Bu norma qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununn 7.2-ci maddəsində də öz əksini tapmışdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.” Həmçinin Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli 9 Nömrəli qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsində” Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin məcburi tədrisi öz əksini tapmışdır. Lakin iş materiallarında olan diplomun əlavəsindən görünür ki, bu fənlər iddiaçıya tədris edilməmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddia qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti isə təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2819/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 2819/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçının iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Murquzov İlqar Hüseyn Aida

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar