Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1296/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin iyun 2021 dövrü üzrə 23 fevral 2022-ci il tarixli **********009500 saylı və may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci l tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ƏDV iyun 2021 dövrü üzrə 23 fevral 2022 -ci il tarixli **********009500 saylı və ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış ƏDV vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarlarla razılaşmırlar və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərarlar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzluq məktublarına əsasən qeyd olunan iyun 2021-ci il ƏDV bəyannaməsinə baxılmış və heç bir kənarlaşma aşkar edilməmişdir. Göstərdikləri kənarlaşmanın mənbəyi barədə ilkin sənədlər mövcuddursa onlara təqdim edilməsi xahiş edilmişdir. Lakin, vergi orqanı məktublarına məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Sonradan iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbi dəqiqləşdirilmiş, sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdehin iyun 2021-ci il dövrü üzrə 28 fevral 2023-cü il tarixli **********860900 saylı, ƏDV may 2021-ci il dövrü üzrə 16 mart 2022-ci il tarixli **********462200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz və etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, **********009500 saylı qərarın mübahisələndirməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli, **********009500 nömrəli qərar xx.xx.2022-ci il tarixində vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixində qeydiyyatda olduğu vergi orqanına ərizə ilə müraciət etmiş, “Elektron sənəd mübadiləsi haqqında müqavilə” bağlayaraq vergi orqanı tərəfindən ona məktubların, aktların, qərarların və digər sənədlərin elektron üsulla göndərilməsinə dair razılığını ifadə etmişdir. İddianın mahiyyəti ilə bağlı bildirirlər ki, vergi ödəyicisi tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturalar (VHF-si) üzrə **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən ƏDV məbləğləri ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********714900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 16258,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci ildən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. xx.xx.2022-ci il tarixli **********222200 saylı qərara dair bildirirlər ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixində təqdim edilmiş bəyannamə üzrə aparılmış kameral yoxlama zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67- ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********222200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmiş və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz əlli manat) manat məbləğində pul iddiaçı X2 Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 935/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarının qismən iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddia tələbinin təmin edilmiş hissəsi ilə razı deyil. ƏDV 2021-ci ilin iyun ayı üzrə hesablanmış vergi məbləği ilə bağlı bildirirlər ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32184.57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32184.57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində 2021-ci ilin iyun ayı üzrə yeni ƏDV bəyannaməsi təqdim edilmiş, həmin bəyannamə üzrə aparılmış kameral yoxlama ilə xx.xx.2022-ci il tarixli **********222200 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli, **********860900 saylı qərar qəbul edilmişdir. Məhkəmə qərarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyinə istinad etsə də, cavabdeh tərəfindən həmin ekspert rəyi ilə bağlı və 2021-ci ilin iyun ayı üzrə vergi məbləğinə dair ekspertin bildirdiyi rəyə dair mülahizələri nəzərə almamışdır. Belə ki, 2021-ci ilin iyun ayı üzrə ƏDV hesablanması ilə bağlı ekspert bildirmişdir ki, belə qaydada vergilərin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamış, vergi orqanı tərəfindən vergi ödəyicisinə ƏDV hesablanarkən Vergi Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Ekspert səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin normalarını tətbiq edilməsinə dair mülahizələrini bildirmişdir ki, bu da öz növbəsində ekspertin fəaliyyət dairəsinə aid deyil. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin may ayı üçün təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən elektron qaimə-fakturalar (VHF-si) üzrə **********714900 nömrəli uyğunsuzluq məktubunda qeyd edilən ƏDV məbləğləri ödənilmədiyi üçün, bu elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılmamışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********714900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmadıqda dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən kənarlaşma aradan qaldırılmadığından dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il may ayı üçün ƏDV bəyannaməsi üzrə 16258,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin, cavabdeh vergi orqanı tərəfindən qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 109309.78 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə vergi ödəyicisinin təqdim etdiyi cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 77125.21 manat olması vergi ödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə ümumilikdə 32.184,57 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********634000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanın təqdim edilməsi tələb edilmişdir. İddiaçı bununla bağlı vergi orqanına bildirmişdir ki, tərəflərindən iyun 2021-ci il ƏDV bəyannaməsinə baxış keçirildiyini və heç bir kənarlaşma olmadığını bildirmiş, göstərilən kənarlaşmanın mənbəyi barədə ilkin sənədlərin onlara təqdim edilməsi xahiş edilmişdir. Vergi orqanı iddiaçı tərəfindən kənarlaşmanın aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 32.184,57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2022-ci il tarixli **********009500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Cavabdeh tərəfindən sonradan iddiaçı barəsində iyun 2021 ƏDV dövrü üzrə **********222200 nömrəli xx.xx.2022-ci il tarixli və 28 fevral 2023-cü il tarixli **********860900 nömrəli qərarları qəbul edilməklə həmin dövr üzrə hesablanmış vergi borcunun məbləği eynilik təşkil etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “iddiaçıya cavabdeh tərəfindən vergi məbləğinin hesablanması barədə qərarlardan yalnız may 2021-ci il ƏDV üzrə hesablanmış vergi məbləği ilə bağlı qəbul edilmiş 16 mart 2022-ci il tarixli **********462200 nömrəli qərarın düzgünlüyü müəyyən olunduğundan, iddiaçının tələbi qismən təmin edilməklə yalnız cavabdeh inzibati orqanın iddiaçıya iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə düzgünlüyü müəyyən olunmayan 28 fevral 2023-cü il tarixli **********860900 nömrəli qərarı ləğv edilməlidir” Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh məhkəmə qərarının iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Tələbin təmin edilməyən hissəsi ilə iddiaçı razılaşmış və şikayət verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilmiş - yəni “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməsi” hissəsində yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) əsasən 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən cavabdehin qərarlarının qanuniliyinin yoxlanılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş 9/3778 nömrəli 14 iyul 2023-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsindən göründüyü kimi ƏDV iyun 2021-ci il dövrü üzrə 14 iyul 2022-ci il tarixli **********22200 nömrəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyü müəyyən olunmur, 16 mart 2022-ci il tarixli **********462200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın düzgünlüyü müəyyən olunur. Göründüyü kimi vergi orqanının iddiaçıya münasibətdə qəbul etdiyi iyun 2021-ci il ƏDV dövrü üzrə vergi məbləğinin hesablanması barədə 28 fevral 2023-cü il tarixli **********860900 nömrəli qərarının düzgünlüyü müəyyən olunmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edilmiş və işdəki sənədlərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 28 fevral 2023-cü il tarixli **********860900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-935/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1296/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1296/2024
07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver