Məhkəmə qərarları › İş №2-1(103)-1297/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1297/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1297/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mərhumun adına məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X21 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X15 və X11 ibarət tərkibdə, X19-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mərhumun adına məxsusluq arayışının verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci ilin avqust ayında verilmiş “Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirilməsinə aid Pasport”a əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X10 məxsus olmuşdur. Həmin texniki pasportda yaşayış evinin 1958-ci ildə inşa edildiyi, yaşayış sahəsinin 158,1 kv.m., cəmi tikintinin sahəsi 162,1 kv.m., cəmi meydançanın sahəsi 628,5 kv.m. olaraq göstərilmişdir. Eyni zamanda Texniki inventarlaşdırma bürosu tərəfindən 1992-ci ilin fevral ayında X8 adına tərtib edilmiş fərdi yaşayış fondunun yaşayış evinin Texniki pasportundan (“технический паспорт на жилой дом индивидуального жилищного фонда”) görünür ki, həmin sənəddə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən yaşayış evinin 1958-ci ildə inşa edildiyi, onun ümumi sahəsinin 146,9 kv.metr, yaşayış sahəsinin 38,8 kv.m., köməkçi sahəsinin 108,1 kv.metr olduğu və 2 yaşayış otağından ibarət olduğu barədə məlumatlar qeyd edilmişdir. Texniki pasportda tikilinin və torpaq sahəsinin planı əks olunmuş, torpaq sahəsinin ölçüsünün faktiki 2081 kv.m. olduğu göstərilmişdir. X16 (iddiaçının əmisi) xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər Əzizbəyov Rayon Məhkəməsinin 20578/2007 saylı 07 sentyabr 2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı X5nun X16 ilə qardaş olması faktı müəyyən olunmuş və İddiaçı Əzəzbəyov rayonu Buzovna qəsəbəsi, ünvan 4 yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Bundan sonra İddiaçı əmisindən ona miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqların mərhum X3na məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2024-ci il tarixli məktubla imtina olunmuşdur. Belə ki, həmin imtina ilə iddiaçıya bildirmişdir ki, təqdim edilən 1992-ci il tarixli texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi sahiblik və istifadə etmək hüququ ilə iddiaçının X3na məxsus olmuşdur. O, xx.xx.2003-cü il tarixində ölmüşdür. X3 10 iyul 1969-cu ildə X2 ilə rəsmi nikaha daxil olmuş, lakin onların uşaqları olmamışdır. Əmisinin arvadı X2 xx.xx.2002-ci ildə ölmüşdür. X5 isə onlardan əvvəl, yəni xx.xx.1997-ci ildə ölmüşdür. Əmisi və onun arvadının birgə nikahdan uşaqları olmadığına görə onlar iddiaçını öz uşaqları kimi qəbul etmiş və o, onlarla birgə yaşayaraq onların hər ikisinə qulluq etməklə onlarla birgə təsərrüfat aparmışdır. Hazırda da həmin fərdi evdə yaşayır. Onun məhkəməyə müraciəti əsasında X8 onun əmisi olması müəyyən olunmuş və onun Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, ünvan 4 yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Yuxarıda istinad edilən faktlar Əzizbəyov Rayon Məhkəməsinin 2- 578/2007 saylı 07 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilir. X1 ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış yuxarıda göstərilən fərdi yaşayış evində yaşamışdır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Əmisi öldükdən sonra özünü onun uşağı kimi bildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməmişdir. Son günlər bunun lazım olduğunu bilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixində Xəzər rayonundakı 25 saylı Notariat ofisinə rəsmi müraciət etmişdir. Notarius onun müraciətinə x/o 187/23 saylı, 06 aprel 2023 tarixli məktubla cavab verərək qanunda nəzərdə tutulmuş müddətin buraxıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması, bunun üçün məhkəməyə müraciət edilməli olmasını bildirilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2- 578/2007 saylı iş üzrə araşdırma aparması zamanı şahid qismində dindirilmiş X30 oglu, X13, X17 və X24 təsdiq etmişlər ki, X1 uşağı olmadığına görə o, ərizəçini kiçik yaşlarından övladlığa götürmüş və o, onun ailəsi ilə birgə yaşamışdır. Bundan başqa həmin iş üzrə qəbul edilmiş 07 sentyabr 2007-ci il tarixli məhkəmə qətnaməsində bir daha təsdiq edilmişdir ki, iş materialındakı 2783 saylı 30 may 2007-ci il tarixli Əzizbəyov RİH başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin arayışına əsasən ərizəçi İddiaçı X3 ilə birgə Buzovna qəsəbəsi, Ordubadi küçəsi, ev 16-da yaşamış və hal-hazırda da orada yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkil sorğusuna verdiyi 3-13- 18/2-9823/23 saylı xx.xx.2023 tarixli cavabından məlum olur ki, X8 xx.xx.2003-cü il tarixdə ölməsindən bir il əvvəldən, yəni 18 mart 2002-ci ildən əmisinə məxsus olan Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı Əzəzbəyov rayonu Buzovna qəsəbəsi, ünvan 4 yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İddiaçı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Əmlak Xidmətləri Məkanına 21 fevral 2024-cü il tarixdə göndərmiş, lakin heç bir səbəb göstərilmədən müraciətə rədd cavabı verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Fərdi yaşayış evinə dair təqdim edilən 1992-ci il tarixli texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanının 2.4-cü bəndinə əsasən texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman texniki pasportda qeyd edilən ölçülər və ərazi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən texniki pasportun göstərilən fərdi yaşayış evinə aidiyyəti yoxdur. Torpaq sahəsinin faktiki ölçüsü 889,5 kv.m təşkil edir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla bir binada yaşayan qonşularının demək olar ki, hamısı öz evlərinə dair Çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də ona bunun imtina edilməsi təəccüb doğurur. Bu səbəbdən məcbur qalaraq müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8012/2024 saylı qərarına əsasən iddiası təmin edilməmişdir. Hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)- 8012/2024 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, onun məhkəməyə müraciəti əsasında X8 onun əmisi (atasının qardaşı) olması müəyyən olunmuş və onun Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, ünvan 4 yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Yuxarıda istinad edilən faktlar Əzizbəyov Rayon Məhkəməsinin 2-578/2007 saylı 07 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilir. X1 ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış yuxarıda göstərilən fərdi yaşayış evində yaşamışdır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Əmisi vəfat etdikdən sonra özünü onun övladı kimi bildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməmişdir. Son günlər bunun lazım olduğunu bilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixində Xəzər rayonundakı 25 saylı Notariat ofisinə rəsmi müraciət etmişdir. Notarius onun müraciətinə x/o 187/23 saylı 06 aprel 2023 tarixli məktubla cavab verərək qanunda nəzərdə tutulmuş müddətin buraxıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması, bunun üçün məhkəməyə müraciət edilməli olmasını bildirilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2-578/2007 saylı iş üzrə araşdırma aparması zamanı şahid qismində dindirilmiş X30 oglu, X14, X17 və X25 təsdiq etmişlər ki, X1 övladı olmadığına görə o ərizəçini kiçik yaşlarından övladlığa götürmüş və o, onun ailəsi ilə birgə yaşamışdır. Bundan başqa həmin iş üzrə qəbul edilmiş 07 sentyabr 2007-ci il tarixli məhkəmə qətnaməsində bir daha təsdiq edilmişdir ki, iş materialındakı 2783 saylı 30 may 2007-ci il tarixli Əzizbəyov RİH Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin arayışına əsasən ərizəçi İddiaçı oglu X3 ilə birgə Buzovna qəsəbəsi, Ordubadi küçəsi, ev 16-da yaşamış və hal- hazırda da orada yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkil sorğusuna verdiyi 3-13-18/2-9823/23 saylı xx.xx.2023 tarixli cavabından məlum olur ki, ərizəçi X1 08 oktyabr 2003-cü il tarixində vəfat etməsindən bir il əvvəldən, yəni 18 mart 2002-ci ildən əmisinə məxsus olan Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Bakı şəhər Əzizbəyov rayon Məhkəməsinin 07 sentyabr 2007 il tarixli qətnaməsi ilə İddiaçı Əzəzbəyov rayonu Buzovna qəs., Ordubadi küç., ev 16-a yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 saylı fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(112)-8012/2024 saylı qərarını xx.xx.2024cü il tarixdə elektron kabinet vasitəsilə almışdır. Bu iş üzrə məhkəmə sözügedən məsələni kifayət qədər araşdırmamış, bununla da ədalətli çəkişmə prinsipi pozulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardımla bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 889,5 kvadrat metr olan torpaq sahəsinin, üzərində tikilmiş ümumi sahəsi 160.5 kv.m olan fərdi yaşayış evinin İddiaçı X3na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-ci il tarixdir. Həmin məktunun nə vaxt iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının inzibati orqana adı çəkilən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin mərhum X3na məxsus olması barədə arayışın verilməsi və imtinanın da məhz bu tələblə bağlı verildiyini nəzərə almadan yuxarıda göstərilən tələbə mahiyyəti üzrə baxıb iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfə cavabdeh quruma etdiyi müraciətə uyğun və hüquqi marağını əhatə edən iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanının olduğunu izah etdiyi üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən tələb dəqiqləşdirilmiş və iddia tələbi “adı çəkilən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının mərhum əmisinə məxsus olması barədə arayışın verilmə öhdəliyinin cavabdeh quruma həvalə edilməsi” kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vərəsəsi olduğu mərhum X3 adına 1977-ci ildə və 1992-ci ildə tərtib edilmiş texniki pasportların işləndiyi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüququna dair çıxarış almadan 2003-cü ildə vəfat etmişdir. İddiaçı X1 vərəsəsidir (bu hal işdə olan mülki məhkəmə qənaməsi ilə təsdiq olunur və mübahisələndirilmir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə araşdırmaları zamanı verilmiş sorğulara əsasən cavabdeh qurum tərəfindən qeyd olunan fərdi yaşayış evinə dair iki texniki pasport təqdim olunmuşdur: 1977 və 1992-ci il tarixli. Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci ilin avqust ayında X8 adına tərtib edilmiş “Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirilməsinə aid Pasport”a əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yerləşən yaşayış evinin 1958-ci ildə inşa edildiyi, yaşayış sahəsinin 158,1 kv.m., cəmi tikintinin sahəsi 162,1 kv.m., cəmi meydançanın sahəsi 628,5 kv.m. olaraq göstərilmişdir. Eyni zamanda Texniki inventarlaşdırma bürosu tərəfindən 1992-ci ilin fevral ayında X8 adına tərtib edilmiş fərdi yaşayış fondunun yaşayış evinin Texniki pasportunda (“технический паспорт на жилой дом индивидуального жилищного фонда”) yaşayış evinin 1958-ci ildə inşa edildiyi, onun ümumi sahəsinin 146,9 kv.metr, yaşayış sahəsinin 38,8 kv.m., köməkçi sahəsinin 108,1 kv.metr olduğu və 2 yaşayış otağından ibarət olduğu barədə məlumatlar qeyd edilmişdir. Texniki pasportda tikilinin və torpaq sahəsinin planı əks olunmuş, torpaq sahəsinin ölçüsünün faktiki 2081 kv.m. olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, qeyd olunan fərdi yaşayış evinə dair iddiaçının mərhum X1 adına verilmiş “Fərdi mənzil fondunun yaşayış evinə dair” Texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1992-ci ildə tərtib edilmişdir. Həmin Texniki pasportda evin ümumi və yaşayış sahəsi, eləcə də torpaq sahəsinin ölçüsü barədə məlumatlar qeyd olunmuşdur. Həmin Texniki pasportun fərdi mənzil fonduna aid yaşayış evi ilə bağlı və mərhumun adına tərtib olunduğu, eləcə də həmin sənəddə evin və həyətyanı torpaq sahəsinin ölçülərinin göstərildiyi diqqətə alınmalı və bu baxımdan həmin sənəd yuxarıda istinad olunan Siyahının 1.11-ci bəndində nəzərdə tutulmuş anlamda yaşayış evi üzərində hüququn əldə edilməsini təsdiq edən pasport qismində qiymətləndirilməlidir. Bu zaman həmçinin Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci ilin avqust ayında X8 adına tərtib edilmiş “Şəxsi Mülkiyyət Hüququ ilə X6 və Qiymətləndirilməsinə aid Pasport”da yaşayış evinin yaşayış sahəsinin, cəmi tikintinin sahəsinin və cəmi torpaq sahəsinin ölçülərinin dəqiq göstərildiyi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də yuxarıdakı qaydada sərgilənmişdir (2-1(102)-75/2023 saylı xx.xx.2023-cü il tarixli qərar). Cavabdeh iddiaya dair etiraz məktubunda “İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman texniki pasportda qeyd edilən ölçülərin ərazi ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzuğun olduğunun məlum olmasını və iddiaçı tərəfindən təqdim edilən texniki pasportun göstərilən fərdi yaşayış evinə aidiyyəti olmamasını, torpaq sahəsinin faktiki ölçüsünün 889,5 kv.m təşkil etdiyini” göstərmişdir. Cavabdeh qurum tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən xx.xx.2025-ci il müayinə (baxış) aktından görünür ki, Binə qəsəbəsi, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın Hüquq müəyyənedici sənəd üzrə (Texniki pasport) otaqların sayı 3 olmasına baxmayaraq təqdim olunmuş sənədə uyğun gəlmir, ümumi sahə sənəd üzrə 160.5, yaşayış sahəsi 58.4 m, köməkçi sahəsi 102.1 kv.m-dir. Ərazinin ümumi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə (Texniki pasport) 3920.0 kv.m, lakin faktiki 889.5 kv.m-dir. Təqdim olunmuş texniki pasport ilə faktiki ərazi və evdə ciddi uyğunsuzluq var. Təqdim edilmiş texniki pasport göstərilən evə və əraziyə aid deyil. Ev köhnə evdir, ona aid olan texniki pasportun təqdim edilməsi məqsədə uyğundur. Məlumat üçün faktiki ərazinin koordinatları işə əlavə olunmuşdur. İşin apellyasiya baxışı zamanı cavabdeh quruun nümayəndəsi mübahisəyə aydınlıq gətirərək, iddiaçının tələbinin təmin olunmasından imtina edilməsinin əsasən təqdim olunan texniki pasportla bağlı olduğunu, yerində müayinə zamanı faktiki ölçülərin təqdim olunmuş texniki pasportda olan ölçülərə uyğun olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardımla bağlı iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbi dəqiqləşdirilərək, təqdim olunmuş texniki pasportlarda qeyd olunan ölçülər üzrə deyil, faktiki mövcud olan ölçülər üzrə, ümumi sahəsi 889,5 kvadrat metr olan torpaq sahəsinin və üzərində tikilmiş ümumi sahəsi 160.5 kv.m olan fərdi yaşayış evinin İddiaçı mərhum X3na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin ərizə də iddiaçının hüquqi marağını ifadə etdiyi üçün məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan məsələ ilə bağlı verdiyi imtinanın dəlilləri əsassızdır və bu dəlillər iddiaçının iddia etdiyi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum əmisinə məxsus olması barədə reyestrdən müvafiq arayışın verilməsini istisna edə bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə onun vərəsəsi olan (miras əmlak kimi həmin fərdi yaşayş evini qəbul edən) iddiaçıya arayış verməkdən imtina etməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlarla bağlı iddiaçının iddia etdiyi fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçının mərhum əmisinə məxsusluğuna dair arayışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi apellyasiya baxışı zamanı təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsinə dair” verdiyi ərizəyə uyğun şəkildə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8012/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi apellyasiya baxışı zamanı təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsinə dair” verdiyi ərizəyə uyğun şəkildə təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 889,5 kv.m. olan torpaq sahəsinin və üzərində tikilmiş ümumi sahəsi 160.5 kv.m olan fərdi yaşayış evinin İddiaçı mərhum X3na məxsus olması barədə reyestrdən müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X31 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar