Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1298/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1638/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 (bundan sonra – DSMF) Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı «iddiaçıya əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ona pensiya təyin olunması ilə bağlı müvafiq sənədləri toplayıb hazırkı cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinə təqdim etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1- ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim olunmuş sənədlər əsasında ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sığorta stajı olmadığından, əmək pensiyası hüququ yaranmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək kitabçasının təsdiqi qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin imtinası qanunsuz hesab olunur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci, 11.1-ci, 15.1-ci, 24-cü maddələrinə, İPM-in 34.1-ci, 45-ci, 46-cı, 58-ci, 68-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) əmək pensiyasının təyin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaşın şöbəyə təqdim etdiyi sənədlər əsasında ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olmadığına görə ərizəni icra etmək mümkün olmamışdır. 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1638/2019 saylı, xx xxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2414/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1638/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilərək İddiaçı İİ qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 652/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2414/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəniddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 1958-ci ildə doğulmuş, x xxxxxx 1997-ci il tarixdən xx xxxx 1999-cu il tarixədək “Astoriya” restoranında baş mühasib, xx xxxx 1999cu il tarixdən xx xxxxxx 2006-cı il tarixədək Sabunçu rayonunda yerləşən 64 nömrəli mağazanın müdiri vəzifələrində işləmiş, 1975-2006-cı illərdə müvafiq müəssisələrdə işləməsi və xidmətdə olması barədə əmək kitabçasında qeydlər aparılmışdır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan onun qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta stajı olmadığı əsası ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə cavabdeh DSMF Bakı şəhəri Sabunçu rayon şöbəsi tərəfindən İddiaçı onun əmək kitabçasında göstərilən işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilməsini qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu qənaətinə gəlib iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci şərtlə bağlı olaraq iddiaçının “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində müəyyən edilmiş qaydada hesablandıqda 15 il 4 ay (61-15=46x4=184:12=15 il 4 ay) sığorta stajı mövcud olmalıdır. Cavabdeh iddiaçının bu stajının mövcud olmadığını iddia edir. Məhkəmə kollegiyası qeyd edir ki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüquq olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ilk şərtin ödənilməsi, yəni zəruri sığorta stajını (15 il 4 ay) toplaması barədə qənaəti düzgündür. Lakin bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını sonadək işə düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İİ qrup əlil olan iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan digər şərtin, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-vermədiyi məsələsi üzrə araşdırma aparmamışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Birinci instansiya məhkəməsi isə iddiaçıya əlilliyə görə pensiya təyin edilməli olduğu nəticəsinə gəlsə də, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi məsələsini ümumiyyətlə müzakirə etməmiş, bununla bağlı hər hansı qiymətləndirmə aparmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci bəndinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu bəndinə əsasən pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 X5 və X7 xx xxxx 2020ci il tarixli **********5 saylı məktubundan görünür ki, iddiaçının işlədiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 2006-cı il üzrə məcburi dövlət sosial sığorta haqları 33924,46 manat hesablanmış, ondan cəmi 7450 manat ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx xxxxxx 2006-cı ildə həmin müəssisədə işdən çıxaraq əmək fəaliyyətinə xitam verilmiş və həmin vaxtdan sonra işləməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıya xx xxxxxx 2019-cu il tarixdə İİ qrup əlillik üzrə pensiya təyin edilməsi üçün zəruri olan ikinci şərt ödənməmiş, əmək pensiyasının minimum kapitalı toplanmamışdır. Odur ki, iddiaçının pensiya kapitalı və sığorta stajı nəzərə alınmaqla hesablanmış pensiyanın məbləği qanunla müəyyən edilmiş minimum məbləğdən az olduğu üçün birinci instansiya məhkəməsi belə bir öhdəliyi cavabdehin üzərinə qoymaqda əsaslı nəticəyə gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmaqla təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1638/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarıləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiaçıya əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1298/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1298/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver