Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1298/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10377/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı Dərin Özüllər zavodunda xx.xx.1988-xx.xx.1989 və xx.xx.1993- xx.xx.1998-ci il tarixlərində işlədiyi mühəndis texnoloq vəzifəsi, həmçinin zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007xx.xx.2009-cu il müddətlərində mühəndis vəzifəsinin də sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 57 yaşdan (xx.xx.2009-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dərin Özüllər zavoduna 1983-cü ildə Texniki Nəzarət şöbəsi rəisi vəzifəsinə qəbul olunmuş, 2013-cü ildə işdən çıxmışdır. Zavodun qaynaq məktəbində işlədiyi müddətlər xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək və xx.xx.1993-cü ildən xx.xx.1998-ci il tarixinədək istehsalatla bağlı zərərli iş şəraitində olduğundan iddiaçıya 5 il vaxtından əvvəl təqaüdə (pensiyaya) çıxmaq üçün arayış verilməlidir. Zavod 1983-cü ildə işə düşərkən “Qaynaq məktəbi” layihə üzrə tikilməsinə baxmayaraq ştat cədvəlində “qaynaq laboratoriyası”, “usta” vəzifəsi isə “mühəndis texnoloq” kimi təhsis edilmişdir. Baxmayaraq ki, sahəsi 1080 kv.m (36mx30m) olan sexdə (məktəbdə) eyni vaxtda 30-40 nəfər işçi qaynaqçılar və quraşdırıcılar 24 kabinada birbirindən təcrid olunmuş (individual) şəraitdə işləyən təlimçilər, bunlardan 17 nəfər əl qaynaqçısı, 7 nəfər yarım-avtomat, 6 nəfər avtomat qaynaq aparatlarında, 2-4 nəfər quraşdırıcı qazla kəsici əl və mexaniki (formalı kəsmə) üsulla kəsmə avadanlıqlarında təlim keçərək test imtahanlarından keçirilmişlər. Zavodun qaynaq çubuqları istehsal edən sexindən gələn nümunələri partiyalar üzrə qaynaq edərək mərkəzi sınaq laboratoriyasına göndərilir. Həm də qaynaq çubuqlarının qaynaqlama xüsusiyyətləri yoxlanır və qiymət verilir, zavodun sexlərində işləyən qaynaqçı və quraşdırıcıların istehsalat bacarıqları və ixtisas dərəcələrini artırmaq üçün qaynaq məktəbinə göndərilən işçilərin təlimləri və test imtahanlardan keçməsini təmin edir. Həmin qaynaq laboratoriyasına 1998-ci ildə rəis təyin olunaraq, 2002-ci ildə Bos-Şelf firmasına köçürülmə yolu ilə təyin olunana qədər fəailiyyət göstərmiş, yanlış olaraq qaynaq laboratoriyası adlandırılan məktəb, ölçülərinə və iş prosesinə görə SOCAR-ın hal-hazırda Qaradağ rayonunda fəaliyyət göstərən qaynaq məktəbindən 2-3 dəfə böyükdür. Həmin yer qaynaq məktəbi kimi 2001-ci ilin oktyabr ayından Dərin Özüllər zavodunun nəzdində yaradılmış, Bos-Şelf müəssisəsinə razılaşma yolu ilə birgə istifadəyə icazə verilərək, iddiaçı da 2002- 2007-ci il müddətlərində həmin firmaya köçürmə yolu ilə baş usta vəzifəsinə qəbul edilmiş və eyni işləri yerinə yetirdiyindən həmin firma tərəfindən iddiaçıya zərərli işə görə təqaüdə çıxmaq üçün lazım olan arayış və sənədlər təqdim olunmuşdur. Bakı Dərin Özüllər Zavodunda xx.xx.2007-ci il tarixindən xx.xx.2012-ci ilədək təhlükəsizlik ekologia və keyfiyyət xidmətinə mühəndis vəzifəsində işlədiyi tarixdə əslində sexlərdə və sahələrdə zərərli iş şəraitində işləməyinə baxmayaraq əmək kitabçasında əmrlə mühəndis olaraq qeyd edilmişdir. Bu özlüyündə araşdırma predmetidir və orada çalışanların işlədiyi vaxt da zərərli iş hesab edilməlidir. İlk gündən zavodun işlədiyi bu şöbəsində 1983-cü ildən 1988-ci ilə qədər keyfiyyətə nəzarət şöbəsinə rəhbərlik etmiş və həmin vəzifəyə Moskvadakı baş idarə tərəfindən təsdiq olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10377/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən arxiv sənədlərini, zavod strukturu və faktiki aparılan işlərin zərərli sex şəraitində olmasını araşdırmamış, heç bir ekspertiza təyin olunmamışdır. Bu səbəbdən qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədənqüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Səbail RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1952-ci il tarixdə Salyan rayonunun Qubalı kəndində anadan olmuşdur. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-647/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı X5rşı əmək kitabçasında Bakı Dərin Özüllər Zavodunda işlədiyi müddətlər xx.xx.1988-xx.xx.1989-cu və xx.xx.1993-xx.xx.1998ci il tarixlərinin mühəndis texnoloq deyil, əslində qaynaq üzrə usta vəzifəsinin olduğunu, həmçinin zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007-31,12.2009-cu il müddətlərinin yanlış olması, həmin illərdə TEK şöbəsində işlədiyi vəzifə də mühəndis deyil, faktiki olaraq iş gününün 100%-i zavodun sexlərində zərərli iş şəraitində işləmiş qaynaq üzrə nəzarətçi usta vəzifəsi olduğunu əmək kitabçasına qeyd olunaraq ona verilməsinin cavabdeh üzərinə bir vəzifə kimi qoyulması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməmişdir. - "xxxx"ASC-nin 04/93 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən “Xəzərdənizneft” birləşmənin xususiləşdirilmiş “Xəzərdənizqazmatikinti” trestmeydançasında iş fəaliyyəti aşığıdaki kimi olmuşdur: 1. “Xəzərdənizneft” birliyinin xx.xx.1973-cü L01 3/900 saylı məktuba əsasən Azərbaycan Politexnik İnstitutundan (Azərbaycan Texniki Universitet) xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinə kimi istehsalat təcrübəsinə göndərilib və eyni vaxtda (xx.xx.1973-xx.xx.1973) dənizdə 2-ci dərəcəli yardımçı fəhlə kimi işə qəbul edilmişdir. (əmr 130/k xx.xx.1973) 2. xx.xx.1973-ci ildə işdən azad edilmişdir. (əmr 174/k xx.xx.1973) 3. 10/Yİ-74 03/110 saylı məktuba əsasən Azərbaycan Politexnik İnstitutundan (AzərbaycanTexniki Universitet) xx.xx.1974cü il tarixindən xx.xx.1974-cü il tarixinə kimi istehsalat təcrübəsinə göndərilib və eyni vaxtda (xx.xx.1974 - xx.xx.1974) 3- cü dərəcəli dəmir-beton konstruksiyalarının quraşdırıcısı kimi işə qəbul edilmişdir. (əmr 139/k xx.xx.1974 ) 4. xx.xx.1974-cü ildə işdən azad edilmişdir. (əmr 185/k xx.xx.1974) 5. xx.xx.1974-cü ildə 3-cü dərəcəli dəmir-beton konstruksiyalarının quraşdırıcısı kimi işə qəbul edilmişdir. (əmr 226/k xx.xx.1974) 6. xx.xx.1974-cu ildə işdən azad edilmişdir (əmr 236/k xx.xx.1974). Hal-hazırda “Xəzərdənizqazmatikinti” tresti və onun tabeliyində olan Maşınqayırma zavodu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Özəlləşdirmə Departamentinin 31 mart 2003-cü il tarixli 94 saylı sərəncamına əsasən "xxxx" ASC-nə çevrilmişdir. - Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən verilmiş 27 sentyabr 2019-cu il tarixli SOCAR**********30020123X00001 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin xx.xx.2019-cu il tarixli SOCAR**********10210033BƏ00010 nömrəli ərizənizə müvafiq qaydada baxılmışdır. Mövcud arxiv sənədləri və toplanmış materiallar əsasında müəyyən edilmişdir ki, Siz xx.xx.1983-cü il tarixindən (Əsas: xx.xx.1983-cü il tarixli 195/K saylı əmr) Qeyri Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın Keyfiyyətə nəzarət şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmisiniz. SSRİ Xüsusi Tikinti Quraşdırma Nazirliyinin xx.xx.1984-cü il tarixli 36 saylı əmrinə əsasən Qeyri Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın ləğv edilməsi və onun bazasında Bakı Stasionar Dərinlik Özülləri zavodunun yaradılması ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixində işdən azad edilərək (Əsas: xx.xx.1984-cü il tarixli 41/K saylı əmr) xx.xx.1984-cü il tarixindən Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə Nəzarət şöbəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul edilmisiniz (Əsas: xx.xx.1984-cü il tarixli 3/K saylı əmr). Daha sonra xx.xx.1988-ci il tarixindən zavodun Qaynaq laboratoriyasında mühəndis texnoloq vəzifəsində (Əsas: xx.xx.1988-ci il tarixli 225/K saylı əmr), xx.xx.1989-cu il tarixindən isə Xalq istehlakı malları şöbəsində rəis vəzifəsində (Əsas: xx.xx.1989-cu il tarixli 182/K saylı əmr) işləyərək xx.xx.1990-cı il tarixindən Bakı Stasionar Dərinlik Özülləri zavodunun bazasında “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin yaradılması ilə əlaqədar AR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişsiniz (Əsas: xx.xx.1990-cı il tarixli 28/K saylı əmr). xx.xx.1990-cı il tarixindən “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin Xalq istehlakı Malları şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.1990-cı il tarixli 99/K saylı əmr) və xx.xx.1993-cü il tarixindən birliyin Qaynaq şöbəsinə 1-ci kateqoriyalı mühəndis texnoloq vəzifəsinə keçirilərək (Əsas: xx.xx.1993-cü il tarixli 38/K saylı əmr), xx.xx.2002-ci il tarixinədək bu vəzifədə çalışmış və ARƏM-nin 69.3 maddəsinə əsasən işdən azad edilmisiniz (Əsas: 02 09.2002-ci il tarixli 92/K saylı əmr). Sonradan Siz xx.xx.2007-ci il tarixindən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.2007-ci il tarixli 162/K saylı əmr) və xx.xx.2008-ci il tarixindən zavodun Keyfiyyətə nəzarət sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmisiniz (Əsas: 01,03.2008-ci il tarixli 77/K saylı əmr). xx.xx.2012-ci il tarixinədək bu vəzifədə çalışaraq ARƏM-nin 69.3 bəndinə əsasən işdən azad edilmisiniz (Əsas: xx.xx.2012-ci il tarixli 1784/K saylı əmr). Sizin müxtəlif dövrlərdə Keyfiyyətə Nəzarət şöbəsində və Xalq istehlakı malları şöbəsində işlədiyiniz şöbə rəisi, Qaynaq laboratoriyasında və Qaynaq şöbəsində işlədiyiniz mühəndis texnoloq, Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində işlədiyiniz mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olmadığından, ərizənizdə iddia etdiyiniz kimi, Sizə güzəştli şərtlərə arxiv arayışının verilməsi üçün heç bir əsas yoxdur”. - Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00076 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun təşkilati strukturu və rəhbər işçilərinin, mütəxəssis və qulluqçularının ştat cədvəlləri hər il mövcud qanunvericiliyin tələbləri əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Baş ofisi tərəfindən təsdiqlənərək zavoda icra üçün göndərilir. Zavod təsdiq olunmuş ştat cədvəllərini rəhbər tutaraq mühəndis və texniki işçilərin həmin ştat üzrə yerləşdirilməsini təmin edir. Qeyd olunanlara əsasən bildiririk ki, araşdırma zamanı Sizin zavodda göstərdiyiniz fəaliyyət dövrünüz ərzində Keyfiyyətə Nəzarət şöbəsində və Xalq İstehlakı malları şöbəsində şöbə rəisi, Qaynaq laboratoriyasında və Qaynaq şöbəsində mühəndis texnoloq, Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində mühəndis vəzifələrində fəaliyyət göstərdiyiniz müəyyən olunmuşdur. Həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olmadığından, müraciətlərinizdə iddia etdiyiniz güzəştli şərtlərlə arxiv arayışının verilməsi üçün heç bir hüquqi əsas yoxdur”. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli HR-2015/BOS/GMU/R00/635 saylı arayışdan görünür ki, İddiaçı, həqiqətən, BOS Şelf MMC-də xx/xx/2002-ci il tarixindən qaynaq məktəbində qaynaqçı usta vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2007-ci il tarixində xitam verilmişdir (xx/xx/2007-ci il tarixli, 869/07 hr saylı Əmr). İddiaçı yenidən BOS Şelf MMC-də əmək müqaviləsinə əsasən xx/xx/2012-ci il tarixindən Keyfiyyətə Nəzarət şöbəsində Keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsinə xx/xx/2013-cü il tarixində xitam verilib (xx/xx/2013-cü il tarixli, 253/13 ir saylı Əmr). - İddiaçıya məxsus 2 iyun 1969-cu il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, xx.xx.1983-cü il tarixindən (Əsas: xx.xx.1983-cü il tarixli 195/K saylı əmr) Qeyri Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın Keyfiyyətə nəzarət şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş, SSRİ Xüsusi Tikinti Quraşdırma Nazirliyinin xx.xx.1984cü il tarixli 36 saylı əmrinə əsasən Qeyri Standart avadanlıqların hazırlanması üzrə Mexaniki emalatxananın ləğv edilməsi və onun bazasında Bakı Stasionar Dərinlik Özülləri zavodunun yaradılması ilə əlaqədar olaraq xx.xx.1984-cü il tarixində işdən azad edilərək (Əsas: xx.xx.1984-cü il tarixli 41/K saylı əmr) xx.xx.1984-cü il tarixindən Bakı Stasionar Dərinlik Özülləri zavodunun Keyfiyyətə Nəzarət şöbəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.1984-cü il tarixli 3/K saylı əmr), xx.xx.1988-ci il tarixindən zavodun Qaynaq laboratoriyasında mühəndis texnoloq vəzifəsində (Əsas: xx.xx.1988-ci il tarixli 225/K saylı əmr), xx.xx.1989-cu il tarixindən isə Xalq istehlakı malları şöbəsində rəis vəzifəsində (Əsas: xx.xx.1989-cu il tarixli 182/K saylı əmr) işləyərək xx.xx.1990-cı il tarixindən Bakı Stasionar Dərinlik Özülləri zavodunun bazasında “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin yaradılması ilə əlaqədar ARƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmiş (Əsas: xx.xx.1990- cı il tarixli 28/K saylı əmr), xx.xx.1990-cı il tarixindən “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin Xalq istehlakı Malları şöbəsinə rəis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.1990-cı il tarixli 99/K saylı əmr), xx.xx.1993cü il tarixindən birliyin Qaynaq şöbəsinə 1-ci kateqoriyalı mühəndis texnoloq vəzifəsinə keçirilərək (Əsas: xx.xx.1993-cü il tarixli 38/K saylı əmr), xx.xx.2002-ci il tarixinədək bu vəzifədə çalışmış, AR ƏM-nin 69.3 maddəsinə əsasən işdən azad edilmiş (Əsas: 02 09.2002-ci il tarixli 92/K saylı əmr), xx.xx.2007-ci il tarixindən H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətində 12-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş (Əsas: xx.xx.2007-ci il tarixli 162/K saylı əmr), xx.xx.2008-ci il tarixindən zavodun Keyfiyyətə nəzarət sahəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş (Əsas: 01,03.2008-ci il tarixli 77/K saylı əmr) xx.xx.2012-ci il tarixinədək bu vəzifədə çalışaraq AR ƏM-nin 69.3 bəndinə əsasən işdən azad edilmiş (Əsas: xx.xx.2012-ci il tarixli 1784/K saylı əmr), BOS Şelf MMC-də əmək müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixindən Keyfiyyətə Nəzarət şöbəsində Keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2013-cü il tarixində xitam verilmişdir (xx.xx.2013-cü il tarixli, 253/13 ir saylı Əmr). - Cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli **********20 ünvanlanmış imtina məktubu ilə bildirilmişdir ki, “Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə dair iddia tələbinizin rədd edilməsi barədə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3 mart 2020-ci il tarixli 2(009)-647/2020 nömrəli qüvvəyə minmiş qərarı vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda həmin müraciət baxılmadan saxlanılır. Xahiş edirik nəzərə alasınız”. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna cavab olaraq BOS Şelf MMC-nin xx.xx.2022-ci il tarixli Arayışda qeyd edilmişdir ki, “X3 həqiqətən BOS Şelf MMC-də xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il Qaynaqçı Usta, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək isə KN üzrə İnspektor vəzifəsində işləyib. Nəzərinizə çatdırırıq ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxan hissələrinin blok modullarının metalkonstruksiyalannın quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metaİ boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29cu hissədə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən Qurulması, texniki təchizatı, bərpası və təmiri), öz əksini tapmış “tikinti və quraşdırma işləri üzrə ustalar (mütəxəssislər)” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Onun BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 4 il 8 ay 6 gün təşkil edir.” Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Bakı Dərin Özüllər zavodunda xx.xx.1988 - xx.xx.1989 və xx.xx.1993 - xx.xx.1998-ci il tarixlərində işlədiyi mühəndis texnoloq vəzifəsi, həmçinin, zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007 - xx.xx.2009-cu il müddətlərində mühəndis vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmadığı üçün iddiaçının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olmadığından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır ; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət etməklə yaranır: 1)İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2)İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3)İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. İş materiallarından göründüyü kimi pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının xüsusi iş stajı ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı Dərin Özüllər zavodunda xx.xx.1988 - xx.xx.1989 və xx.xx.1993 - xx.xx.1998-ci il tarixlərində işlədiyi mühəndis texnoloq vəzifəsi, həmçinin, zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007 - xx.xx.2009-cu il müddətlərində mühəndis vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmadığı və iddiaçının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajına malik olmadığından 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndində göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Bakı Dərin Özüllər Zavodunda işlədiyi müddətlər xx.xx.1988-xx.xx.1989-cu və xx.xx.1993-xx.xx.1998-ci il tarixlərinin mühəndis texnoloq deyil, əslində qaynaq üzrə usta vəzifəsinin olması və zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007-xx.xx.2009-cu il müddətlərinin yanlış olması, həmin illərdə TEK şöbəsində işlədiyi vəzifənin də mühəndis deyil, faktiki olaraq iş gününün 100%-i zavodun sexlərində zərərli iş şəraitində işləməsi faktı güzəştli arayışın verilməsindən imtina edilməsi barədə işəgötürən müəssisə olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli SOCAR**********80020123X00076 saylı məktubla təkzib edilmiş, həmçinin də heç bir sübutla təsdiq edilməmişdir. Əksinə, iddiaçının həmin tələblə bağlı iddiası Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(009)-647/2020 saylı qətnaməsi ilə rədd edilmiş, qərar qanuni qüvvəsini almışdır. «İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddəsinə əsasən məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisnai şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Bakı Dərin Özüllər zavodunda xx.xx.1988 - xx.xx.1989 və xx.xx.1993 - xx.xx.1998-ci il tarixlərində işlədiyi mühəndis texnoloq vəzifəsi, həmçinin, zavodun təhlükəsizlik, ekologiya və keyfiyyət (TEK) xidmətində işlədiyi xx.xx.2007 - xx.xx.2009-cu il müddətlərində mühəndis vəzifəsinin də sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 57 yaşdan (xx.xx.2009-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi ilə bağlı iddianının təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10377/2021 saylı, 16 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1298/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1298/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver