Məhkəmə qərarları › İş №2-1(103)-1298/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1298/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1298/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı peşə yararlılığının müəyyən edilməsi məqsədilə keçirilən şifahi müsabiqənin video görüntüsünün verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8839/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 28 yanvar 2023-cü il tarixində peşə yararlılığının müəyyən edilməsi məqsədilə keçirtdiyi şifahi müsabiqəsinin ona dair hissəsində video görüntünün verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vəkillər Kollegiyasına üzv olmaq məqsədi ilə 28 yanvar 2918-ci il tarixindən başlayaraq İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 yanvar 2018-ci il tarixində 67 bal, 31 oktyabr 2019-cu il tarixində 74 bal və 05 mart 2022-ci il tarixlərində iştirak etdiyi yazılı test imtahanından 71 bal toplayaraq növbəti mərhələyə keçmişdir. Lakin, bundan sonra Vəkillər Kollegiyasında keçirilən 04 may 1918-ci il, 15 oktyabr 2020-ci il və 28 yanvar 2023-cü il tarixində keçirilmiş şifahi müsabiqədən qərəzli olaraq keçirilməmişdir. Hər dəfə ona qarşı Vəkillər Kollegiyası qərəzli mövqe sərgiliyərək, vəkilin şəffaf prosedur əsasında seçilməsinə şübhə altına salınaraq qərəzli olaraq şifahi müsabiqədən qeyri məqbul qiymətləndirilir. Vəkillər Kollegiyasında keçirilən iştirak etdiyi şifahi müsabiqələrdə keçid balı toplamasına baxmayaraq hər dəfə diskresion səlahiyyətlərini aşaraq ona qarşı qərəzli mövqe göstərilmişdir. Göründüyü kimi, Vəkillər Kollegiyası beş ildən artıq müddətdir ki, ona maddi və mənəvi ziyan vurur. Bunun ilə kifatətlənməyərək ələ salmağda davam edirlər. Onlar anlamaq istəmirlər ki, ona qarşı hər dəfə edilən ədalətsizliyə, qanunsuzluğa görə neçə-neçə insan istirab çəkir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Vəkillər Kollegiyasının İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə 28 yanvar 2023-cü il tarixində keçirilən şifahi müsabiqədən ona dair hissədə edilmiş video görüntülərin verilməsinə dair öhdəlik qoyulması haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il 06 mart tarixində keçirilən vəkilliyə ixtisas imtahanının yazılı test mərhələsindən 71 bal toplayaraq ikinci mərhələyə keçmişdir. Vəkillər Kollegiyasında 28 yanvar 2023-cü il tarixində keçirilən şifahi müsabiqədə ixtisas kommissiyasının sədri Turqay Hüseynov müsabiqə başlamamışdan bildirdi ki, müsabiqə video çəkiliş ilə aparılır. Əvvəlki keçirilən müsabiqələrdən fərqli olaraq namizədə ümumilikdə 3 əsas sual veriləcəkdir. Bu suallardan ikisi qanunvericilikdən və dünya görüşünün müəyyən edilməsi məqsədi ilə bir sual veriləcəkdir. Vəkillər X1 02 fevral 2023-cü il tarixində rəsmi ərizə ilə müraciət edərək 28 may 2023-cü il tarixində keçirilən ixtisas komissiyasının nəticəsindən tam narazıdır, bununla da, növbəti dəfə ona qarşı Vəkillər Kollegiyası qərəzli mövqe sərgiləməkdə davam edir. Komissiyanın protokolundan çıxarış, iştirak etdiyi imtahandan video çəkilişinə dair görüntüləri və komissiya üzvülərinin hər birinin qiymətləndirmə cədvəlinin verilməsini xahiş etmişdir. Vəkillər X1 10 fevral 2023-cü il tarixində ərizə ilə müraciət edərək 28 yanvar 2023-cü il tarixində iştirak etdiyi şifahi müsabiqədə ona verilmiş 24 sualın 23-nü cavablandırılmasını və hər sualı ona verilmiş cavabı qeyd etməklə video görüntüdə izləmələrini və ona qarşı olan qərəzliyi aradan qaldırılmaqla növbəti mərhələyə keçirilməsinin təmin edilməsini xahiş etmişdir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 396 saylı 14 mart 2023-cü il tarixli cavab məktubunu 27 mart 2023-cü il tarixində poçt vasitəsi ilə almışdır. Həmin məktub ilə protokoldan çıxarış və qiymətləndirilmə cədvəli verilmişdir. Bildirilmişdir ki, onun ərizəsinə rəyasət heyətində 06 mart 2023-cü il tarixli iclasda baxılmış və əsas olmadığından təmin edilməmişdir. İmtina məktubunun əsası kimi şifahi müsabiqədə cavablarının qeyri-məqbul qiymətləndrilməsi götürülmüşdür. Məktubda video görüntünün verilib-verilməməsi barədə cavab mövcud deyildir. 27 mart 2023-cü il tarixində yenidən Vəkillər Kollegiyasının inzibati binasına gedərək təkidlə 28 yanvar 2023-cü il tarixində onun iştirak etdiyi şifahi müsabiqədə çəkilmiş video görüntüləri tələb etmişdir və yenidən hüququnu məhdudlaşdıraraq video görüntünün verilməsindən imtina etmişlər. Halbuki, “İnzibati İcraat Haqqında”Azərbaycan Respublikasın Qanununun 46.1-ci maddəsinə əsasən İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda,o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir.İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8839/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası təyin edilmiş və məhkəmə qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində 71 bal toplayaraq şifahi müsahibədə iştirak etmək məqsədilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş sənədlərin qəbul edilməsini və ixtisas imtahanının şifahi müsahibə mərhələsində buraxılmasını xahiş etmişdir. İddiaçı 28 yanvar 2023-cü il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, onun imtahan nəticələri Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən vəkilliyə namizədlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəlində yazılı şəkildə qiymətləndirilmiş, 28 yanvar 2023-cü il tarixli 04 saylı şifahi imtahan iclas protokolu tərtib edilmişdir. Vəkillərin İxtisas Komissiyası tərəfindən 28.032023-cü il tarixdə baş tutmuş şifahi müsahibədə İddiaçı ünvanlanmış suallara verdiyi cavabdehar İxtisas Komissiyasının üzvləri tərəfindən “qeyri-məbul” qiymətləndirilərək iddiaçının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilməmiş və bu xx.xx.2023-cü il tarixli iclas protokolunda qeyd edilmişdir. Sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Vəkillər X1 ərizə ilə müraciət edərək Vəkillərin İxtisas Komissiyası tərəfində 28 yanvar 2023-cü il tarixdə keçirilən şifahi müsahibə mərhələsinin nəticələrinə dair qərarın və videogörüntülərin ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya müvafiq iclasın protokolu təqdim edilmişdir. İddiaçı həmin şifahi müsahibənin nəticəsi ilə razılaşmayaraq bununla bağlı məhkəməyə müraciət edərək həmin müsahibənin nəticələrini inzibati məhkəmə icraatında mübahisələndirmişdir. Cavabdeh tərəfindən şifahi müsahibə ilə bağlı bütün icraat materialları digər inzibati məhkəmə icraatına sübut qismində təqdim edilmişdir. İddiaçı həmin iclasın videogörüntüsünün olmasını bildirərək digər məhkəmə icraatında sübut qismində təqdim edilməsi məqsədilə hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən digər məhkəmə icraatında sübut qismində qiymətləndirilməsi məqsədilə əldə edilməsinə nail olmaq istədiyi video görüntüləri həmin görüntülərin cavabdeh tərəfindən digər məhkəmə icraatına sübut qismində təqdim edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmaqla nail ola bilər. Belə olan halda inzibati məhkəmə icraatında ayrıca iddia qaldırılmasına zərurət mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarında yazılı test imtahanından keçid balı toplamış namizədin peşə yararlığını müəyyən etmək məqsədi ilə onunla keçirilmiş şifaih müsahibənin video görüntü ilə qeydə alınması müəyyən edilməmiş, yalnız müsahibə və müsahibənin nəticəsi barədə müvafiq protokolda qeydlər aparılmalı olması təsbit edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ayrıca iddia şəklində sözügedən video görüntülərin cavabdeh tərəfindən təqdim edilməli olması ilə bağlı tələbi əsaslandırılmış hesab edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8839/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar