Məhkəmə qərarları › İş №2-1(103)-1299/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1299/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1299/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1019/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 1019/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx xxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2 və 27-ci maddələrinin xx xxxxx 2008-ci il tarixdə qüvvədə olan tələbləri əsasında əmək haqqından hesablanıb iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilən güzəştli peşə və vəzifələr siyahısında nəzərdə tutulmamışdır. İddiaçıya pensiyanın 2008-ci ildən pensiyanın hesablanılması və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1874/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-101/20 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1874/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Naxçıvan rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx xxx 2014cü il tarixli 17041 saylı qərarı ilə İddiaçı xx.xx.2014-cü il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Nizami rayon şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan ərizəyə cavab olaraq xx xxxxx 2018-ci il tarixli **********7 saylı məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarında sadalanan vəzifələrdə nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 57 yaşının tamam olduğu xx xxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx xxxxx 2008-ci il tarixdən əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2 və 27-ci maddələrinin xx xxxxx 2008-ci ildə qüvvədə olan tələbləri əsasında əmək haqqından hesablanıb iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 57 yaşının tamam olduğu tarixə 25 ildən artıq sığorta stajına sahib olmuş və həmin müddətin 12 il 6 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5 və 29-cu bölmələrində öz əksini tapmışdır. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, apelyasiya məhkəməsi iddiaçının xx xxxxx 1972-ci il tarixindən xx xxxxx 2008-ci il tarixinə qədər müxtəlif sahələrdə və müxtəlif peşələrdə işlədiyi müddətlərin onun xüsusi iş stajına aid olduğu nəticəsinə gəldiyini bildirsə də, lakin bilavasitə hansı müddətin xüsusi iş stajını müəyyən edən normativ akta əsasən aid olduğunu və cəm şəklində onların bilavasitə 12 il 6 ay təşkil etdiyini göstərməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki məhkəmə kollegiyası işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan) 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Sadalanan hüquq normalarına görə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququ olan şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən peşə üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə stajı 12 il 06 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2008-ci il tarixdə tamamlamışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır, o cümlədən xx.xx.1972-xx.xx.1973cü ilərdə Bakı Metropoliteni Elektromexanika Xidmətində çilingər-elektrik, xx.xx.1976xx.xx.1979-cu illərdə maşinist köməkçisi, xx.xx.1997-xx.xx.1997-ci illərdə X3 Dövlət Şirkətində fəhlə, xx.xx.1998-ci il-xx.xx.2001-ci illərdə Naxçıvan 6 nömrəli Tikinti İdarəsində betonçu, xx.xx.2002-xx.xx.2002-ci illərdə V dərəcə ilə çilingər, xx.xx.2002-xx.xx.2003-cü illərdə İV dərəcə ilə motovoz maşinisti köməkçisi, xx.xx.2003-xx.xx.2003-cü illərdə Vİİİ dərəcəli usta, xx.xx.2003-xx.xx.2004-cü illərdə 5-ci dərəcəli elektrik çilingəri-briqadir, xx.xx.2004-xx.xx.2006-cı illərdə 1 saylı Elektromexanika stansiyasında 9-cu dərəcəli elektrik mexaniki vəzifələrində çalışmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli 13/832 saylı arxiv arayışından görünür ki, İddiaçı X3 Dövlət Şirkətinə /30 nömrəli PMK/ xx.xx.1997-ci il tarixli 2 nömrəli əmrlə fəhlə qəbul olunması, xx.xx.1997-ci il tarixli 31 nömrəli əmrlə işdən azad edilməsi, Naxçıvan 6 nömrəli Tikinti İdarəsinə /SUM-6/ xx.xx.1998-ci il tarixli 44 k nömrəli əmrlə İV dərəcəli betonçu qəbul edilməsi, xx.xx.2001-ci əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. İddiaçının ümumilikdə 25 ildən çox ümumi iş stajına malik olması öz təsdiqini tapan və işin mübahisə olunmayan halıdır. İşin mübahisələndirilən halı iddiaçının xüsusi iş stajı ilə bağlıdır. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmadığından, onun güzəştli şərtlərlə pensiya hüququ da yaranmamışdır. İş materiallarında olan Bakı Metropoliteni Elektromexanika xidməti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı Metropoliteninin Elektromexanika xidmətinə xx xxxxx 1972-ci il tarixdə çilingər-elektrik peşəsi üzrə işə qəbul edilmiş (xx.xx.1972-ci il Əmr № 59 ok 1), xx.xx.1973-cü il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş (xx.xx.1973, Əmr № 191 ok 2), xx.xx.1976-cı il tarixdə hərbi xidməti başa vurub yenidən Bakı Metropoliteninə öz işinə qəbul edilmişdir (xx.xx.1976, Əmr № 03 ok 1). xx.xx.1976-cı il tarixdə Bakı Metropoliteninin Tunel və yol təchizatı xidmətinə təsərrüfat qatarının maşinist köməkçisi işinə keçirilmiş (Əmr № 40 ok, xx.xx.1976), xx.xx.1979-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 14 ok, xx.xx.1979). xx.xx.2003-cü il tarixdən (Əmr № 111 /KŞ xx.xx.2003) Elektromexanika xidmətinin 1 saylı Elektromexanika distansiyasının suxaric borularının əsaslı təmir briqadasına xüsusi ağır iş şəraiti ilə 5-ci dərəcəli elektrik çilingəri-briqadir peşəsinə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixdən (Əmr № 08/KŞ xx.xx.2004) - xx.xx.2007-ci il tarixə qədər (Əmr № 03/KŞ xx.xx.2007) Bakı Metropoliteninin Elektromexanika xidmətinin 1 saylı Elektromexanika distansiyasında xüsusi ağır iş şəraiti ilə suxaric borularının əsaslı təmiri briqadasının 9-cu dərəcəli elektrik mexaniki vəzifəsində çalışmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər üzrə növbətçi elektrik çilingəri, maşinist köməkçisi, elektromexanik vəzifələri üzrə 12 il 7 ay 28 gün zərərli peşələrdə çalışdığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. İddiaçının iddia etdiyi və birinci instansiya məhkəməsinin nəzərə aldığı zərərli iş kimi nəzərə aldığı vəzifələrlə bağlı kollegiya müəyyən etmişdir ki, iddiaçının xx.xx.1976xx.xx.1979-cu illərdə Bakı Metropolitenində işlədiyi “maşinist köməkçisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, həmin Siyahıda “Nəqliyyat” bölməsində “Metropolitenlər” adlı 21.5-ci adlı bəndində göstərilmiş hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri və daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri, eləcə də “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölmənin Metropoliten “a” bəndində göstərilmiş yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər astarlama materialını buza qoymaq üçün soyuducu qurğularının maşinistləri nəzərdə tutulmuşdur ki, iddiaçının metropoliten sahəsində işlədiyi maşinist köməkçisi vəzifəsi qeyd edilən vəzifələrə uyğun deyildir. Həmçinin iddiaçının xx.xx.1998-ci il-xx.xx.2001-ci illərdə Naxçıvan 6 nömrəli Tikinti İdarəsində işlədiyi betonçu vəzifəsi də, zərərli iş kimi nəzərə alınmamalıdır. Belə ki, “betonçu” vəzifəsi Siyahının yalnız Dağ-mədən işləri adlı 1-ci bölməsində, Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər adlı 1.1.2-ci bəndində (a) yarımbəndində və “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” adlı 29-cu bölmənin Metropoliten adlı bəndinin “a” yarımbəndində göstərilmişdir ki, iddiaçının işlədiyi vəzifə iş şəraitinə və aidiyyatına görə qeyd olunan bəndlərdəki “betonçu” vəzifəsinə uyğun gəlmir. Kollegiya qeyd edir ki, yuxarıda göstərilmiş həmin iki vəzifə üzrə iş illəri çıxıldıqda və iddiaçının işlədiyi yerdə qalan digər dövrlər nəzərə alındıqda belə ümumilikdə qanunla tələb olunan 12 il 06 aylıq güzəştli iş stajı tamamlanmır. Həmçinin kollegiya qeyd etməyi zəruri hesab edir ki, Bakı Metropoliteni Elektromexanika xidməti tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi xx xxxxx 1972-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, eləcə də xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixə qədər olan dövr zərərli iş stajı kimi hesablandıqda həmin dövr arayışda qeyd edildiyi kimi 12 il 07 ay 28 gün deyil, 09 il 11 ay 23 gün edir. Beləliklə, göründüyü kimi iddiaçı 25 il ümumi iş stajı toplasa da, güzəştli iş stajı üçün tələb olunan stajı olmamışdır. Belə olan halda hazırki iş üzrə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuşvə barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 1019/2019 saylı qərarı iddia ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X1rşı “57 yaşının tamam olduğu xx xxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xx xxxxx 2008-ci il tarixdən əmək pensiyasının məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2 və 27-ci maddələrinin xx xxxxx 2008-ci ildə qüvvədə olan tələbləri əsasında əmək haqqından hesablanıb iddiaçıya birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xumar Mərdanova Hakim: Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar