Məhkəmə qərarları › İş №2-1(103)-13/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-13/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-13/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8, Üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi X4, nümayəndə və vəkili Vəkil2, Üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, X9) “daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9048/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və aparılan qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, uzun müddət əvvəl mövcud olan qeyri-yaşayış sahəsi uzun müddətdir iddiaçının istifadəsində olmuşdur. İddiaçı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı tarixli, 33 nömrəli Sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində, 644-cü məhəllədə yerləşən, 1 mərtəbəli ümumi sahəsi 146.0 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Təxminən 2016-cı ilin may ayının 20-dən sonra vətəndaş X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binasının X5 tam mülkiyyətində olmasına dair DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışı və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı təqdim edərkən qeyri-yaşayış sahəsini 3 günə boşaldılmasını tələb etmiş, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edilməsi ilə iddiaçını təhdid etmişdir. İddiaçı ona təqdim olunmuş sənədlərin surətlərini götürərək qeyriyaşayış sahəsini boşaltmış və şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəsimi rayon İcra Hakimiyətindən iddiaçıya bildirilmişdir ki, DƏDRX tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarış qanunsuzdur və çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına rəsmiləşdirilərkən bir inzibati orqan kimi cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hərəkəti qanunsuz hesab edilməli və aparılan qeydiyyat ləğv edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu normanı rəhbər tutaraq X5 adına qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə cavabdeh tərəfindən rəsmiləşdirilmişdir. X5 müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının birinci bəndində dəyişiklik edilərək həmin qeyri-yaşayış sahəsini başqa bir vətəndaş - X11 adına rəsmiləşdirilməsi nəzərə alınmamışdır. Beləliklə, cavabdeh qeydiyyat orqanı olaraq, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının ilkin redaktədə olub-olmamasını yoxlamayaraq bu qeyri-yaşayış sahəsinə ixtiyarı olmayan şəxsin adına rəsmiləşdirmişdir. Cavabdeh qeydiyyat orqanı kimi qanunvericiliyin tələblərinə uyğun olmadan A.Nəsirovun adına daşınmaz əmlak üzərində hüquqları qeydiyyata almışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 328 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli 7 nömrəli tikinti obyektinin istismarına icazə sənədi və yerli icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında müvafiq qeyri-yaşayış binasına dair X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə əsaslanaraq qanuni həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin birinci instansiya icraatı zamanı üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti iddiaya dair yazılı münasibət bildirirək qeyd etmişdir ki, X3 rayon İcra Hakimiyyətinə 13 sentyabr 2007-ci tarixli, 01-04/261 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03- 8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyon onun adına rəsmiləşdirilmışdır. X3 rayon İcra Hakimiyyətinə 15 sentyabr 2012-ci tarixli, N-232 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində onun adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X11 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu müraciət əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı verilmiş və həmin sərəncamın birinci bəndinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamın 2-ci bəndində dəyişiklik edilərək: - “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X11 adına rəsmiləşdirilsin” qeyd olunmuşdur. Beləliklə, 24 sentyabr 2012-ci tarixdən X5 bu qeyri-yaşayış sahəsi ilə bağlı hüquqları X2. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamı ilə Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci il tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Vətəndaşlar A.Nəsirov və A.Əsgərov tərəfindən qanunsuzluğun güman ediləcəyi nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-ci il tarixdə göndərilmişdir, lakın sənədlər xx.xx.2016-cı il tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı X9 13 iyun 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavadehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamış, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 22 avqust 2017-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Daha sonra X9 xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 21 oktyabr 2020-ci il tarixli qərar ilə dəyişdirmədən saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin hər iki qərarı qanuni qüvvəyə minmişdir və Nəsimi RİH başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamının qüvvədən düşmüş hesab olunması məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunmuşdur. X5 adına qeyd olunan ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi X5 adına verilmiş Nəsimi rayon İcra Hakimiyyətinin 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamı ləğv edildikdən sonra həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9048/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına X5 tam xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına X5 tam xüsusi mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X9 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən, prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, xüsusi mülkiyyət hüququəna müdaxilə ilə nəticələnən işdə onun iştirakım təmin olunmamış (məhkəmə mübahisəsi barədə mənə hər hansı formada məlumat verilməmiş), eləcə də işin taktiki halları tam araşdırılmamış, işin mövcud faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və iş üzrə tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, bununla da əsassız, qanunsuz və qərəzli qərar qəbul edilmişdir. Əvvəla, nəzərə alınmalıdır kı, birinci instansiya məhkəməsi xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatının ləğvinə (faktiki olaraq mülkiyyət hüququna xitam verilməsinə) dair mübahisə üzrə hazırki işə baxarkən, onun iştirakına şərait yaratmamış, məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmanı təmin etməmişdir. O, belə bir məhkəmə işi olduğuna dair yalnız 2022ci ilin yanvar ayında, qeyri- yaşayış sahəsinə dair müqavilə rəsmiləşdirilməsi üçün notariat kontoruna müraciət etdikdə məlumat almış, notariat kontorundan bildirilmişdir ki, əmlakın üzərində Bakı İnzibati Məhkəməsinin bildirişi əsasında məhdudiyyət vardır. Bundan sonra Bakı İnzibatı Məhkəməsinin dəftərxanasına müraciət etdikdə, hakim P.Hüseynovun icraatında belə bır işin olduğu və xx.xx.2021 -ci il tarixli qərar çıxarıldığına dair məlumat verilmişdir. Yalnız bundan sonra tərəfindən məhkəməyə (hakim P Hüseynova) ərizə verilərək, qəbul olunmuş məhkəmə qərarını və işlə bağlı sənədlərin surətinin təqdim olunmasını xahiş etmiş, nəhayət, xx.xx.2022-ci il tarixdə məhkəmədən iş üzrə qərar, iddia ərizəsi və digər sənədlərin surətləri ona təqdim olunmuşdur. Bununla xüsusi olaraq qeyd edir ki, məhkəmə cəlb edilməli bu iş üzrə onun iştirakını qərəzli olaraq təmin etməmiş, məhkəmə müdafiəsi hüququndan məhrum olunmuşdur. Nəzərə alınmalıdır ki, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin "təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə "nəzarətin” həyata keçirilməsim ehtiva edir. Bu baxımdan inzibatı məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publık marağı mövcud olur. Belə ki, inzibatı münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İnzibatı Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (X. Mustafayevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı). Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). Bununla qeyd edir ki, hazırki işdə məhkəmə inzibati prosesin aparılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında şərh olunan prinsiplərə və prosessual normalara əməl etməmişdir. Bundan başqa, məhkəmə iş materialında sadalasa da, nəzərə almamışdır ki: Bakı şəhəri Nəsimi rayon icra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamı ilə A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki mənim tərəfimdən yeni layihə əsasında bərpa edilmiş pavilyonun (qeyri-yaşayış sahəsi) adıma rəsmiləşdirilməsi qərara alınmışdır.; 30.09 2014cü ıl tarixdə Nəsimi Rayon icra Hakimiyyəti başçısının imzası ilə obyektin (qeyri-yaşayış sahəsinin) istismarına dair 09 saylı icazə sənədi verilmişdir. Qeyri-yaşayış sahəsinə dair adıma rəsmiləşdirmə aparıldıqdan sonra 05 10.2007-cı il tarixli 328 saylı sərəncamın ləğv edilməsinə dair Nəsimi RİH başçısının 01 nömrəli 11.01 2016-cı il tarixli sərəncamı verilmişdir. Sonuncu sərəncamın ləğvi ilə bağlı tərəfimdən qaldırılmış iddia üzrə məhkəmə araşdırması zamanı Nəsimi rayon İcra Hakimiyyəti 01 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamın verilməsinə əsas kimi göstərmişdir ki, 2007-ci ildə A.Nəsirov tərəfindən qeyriyaşayış sahəsi tikilərkən müvaiıq torpaqayırma sənədi olmamış, bununla da tikintiyə dair qanunvericiliyin tələbləri pozulmuşdur. İş materialında olan, hazırki iş üzrə məhkəmənin də istinad etdiyi qərarlardan görünür ki, Nəsimi RİH-ə qarşı iddiamın rədd edilməsini o vaxt məhkəmələr onunla əsaslandırmışdır ki, mübahisəli əmlak 2007-ci ilədək mövcud olmamış A. Nəsirov tərəfindən faktiki olaraq yeni daşınmaz əmlak inşa edilmiş, bu zaman həmin daşınmaz əmlakın inşa edilməsi uçun qanunamüvafiq qaydada torpaqayırma sənədləri tərtib edilməmişdir. Məhkəmə iddianın rəddinə ikinci əsas kimi - “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli 586№ lı Fərmanına istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən inzibati aktla ləğv edilmiş xx.xx.2007-ci il tarixli Sərəncam həmin Fərmanın qəbul edildiyi tarixdən sonra imzalanmasına baxmayaraq, dövlət mülkiyyətində olan torpaq sahəsində mübahisəli əmlakın tikinti və yenidənqurma işlərinin aparılmasına Əmlak Məsələləri Komitəsi tərəfindən razılıq verilməmişdir. İstinad olunan məhkəmə aktları ilə müəyyən olunur ki, həm Nəsimi rayon İcra Hakimiyyəti, həm də məhkəmələr A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində istirahət parkının ərazisində qeyri-yaşayış sahəsinin 2007-ci ilədək onun (Azim Nəsirov) tərəfindən tikildiyini və istismar edildiyini təsdiq etmişlər. 2016-cı ildən 2021-cı ilin iyun ayınadək davam edən məhkəmə çəkişmələrində Nəsimi RİH heç vaxt mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinin İddiaçı və ya digər şəxs tərəfindən tikildiyi və istifadə olunduğunu və ya onun adına sənədləşdirildiyini bildirməmişlər. Çünkı belə bir hal olmamışdır. Nəsimi rayon icra Hakimiyyətinin DƏDRX-ə qarşı mülkiyyətində olan qeyri yaşayış sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi tələbilə Nərimanov rayon məhkəməsində qaldırılmış, həmin iddia üzrə işin icraatına Ali Məhkəmənin MK-nın 23 06.2021 - ci il tarixli qərarı ilə xitam verilmişdir. Yəni eyni iddia tələbilə, yalnız fərqli məhkəmədə Nəsimi rayon İH hələ 2016-cı ildə iddia qaldırmışdı. Bütün bu proseslər boyu İddiaçı adlı şəxsin onun əmlakına hər hansı hüququ olduğuna dair hər hansı bir iddia və ya mülahizə olmamışdır. Yalnız Nəsimi RİH-nin iddiası üzrə işin icraatına xitam verildikdən sonra, bütün iddiaları boşa çıxan rayon İcra Hakimiyyəti vətəndaş İddiaçı “taparaq" prosesə qoşmuşdur. Məhkəmə araşdırmamış və nəzərə almamışdır ki, İddiaçı iddia etdiyi daşınmaz əmlakla hər hansı formada heç bir vaxt əlaqəsi olmamış, mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini heç vaxt istifadə etməmişdir. Guya 2016-cı ilin 20 mayınadək istifadə etməsi barədə məhkəməyə hər hansı dəlil-sübut təqdim etməmişdir, belə bir dəlil mövcud deyildir. Məhkəmə araşdırmamış və nəzərə almamışdır ki, Əliyevanın iddia etdiyi kimi, 2016-cı ilin 20 mayında, guya A. Nəsirovun tələbi ilə qeyri-yaşayış sahəsini ona təhvil vermişdisə, 5 ildən artıq müddətdə - 2021-cı ilin avqust ayınadək niyə “öz hüququnu’' müdafiə etmək üçün hər hansı orqana və ya məhkəməyə müraciət etməmişdir? Bütün bunlar onu göstərir ki, Nəsimi Rayon İcra Hakimiyyəti Alı Məhkəmənin MK-nın xx.xx.2021ci il tarixli qərardadından sonra, bütün hüquqi imkanları tükəndiyini, ‘”əlinin qanundan üzüldüyünü” anladıqdan sonra, mülkiyyətimdə olan əmlakı mənim əlimdən almaq üçün “yeni ssenari” düşünmüş və yazmağa başlamışdır. Bu “hekayənin” nəticəsində məhkəmə qanunsuz qərar qəbul etmişdir. İş materiallarından göründüyü kimi, mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinin istismarına xx.xx.2014-cü il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının imzası ilə təsdiq olunmuş İcazə verilmişdir. İstismara İcazə sənədi hər hansı formada hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdır, əmlakın xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmasına əsas məhz sözügedən icazə sənədidir. İş materialı ilə müəyyən olunur ki, istismara icazə sənədi hazırda da qüvvədədir. Eyni zamanda, Nəsimi rayonu A.ünvan 2 ünvanındakı qeyri-yaşayış sahəsinə xüsusi mülkiyyət hüququ mübahisələndirilməmış və o, bu hüququndan məhrum olmamışamdır. Xüsusi mülkiyyət hüququma dair prezumpsiya olduğu halda, məhkəmənin bu hüququn dövlət qeydiyyatını formal əsaslarla ləğv etməsi qanunsuzdur, birbaşa mülkiyyət hüququnun pozulmasıdır. Daha sonra üçüncü şəxs apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı ona əsaslanıb ki, 2007-ci ildən onun faktiki sahibliyində və istifadəsində, 2016-cı ildən isə xüsusi mülkiyyət hüququ ilə adına qeydə alınmış və fasiləsiz olaraq hazırki vaxtadək də istifadə və sahibliyində olan qeyri-yaşayış sahəsinə dair İddiaçı (hazırki iş üzrə iddiaçı) adına “sənədləşdirilməsinə” dair Nəsimi RİH başçısının xx.xx.2016-cı il tarixli 33 №-li sərəncam vermişdir. Onun tərəfindən 2007-ci ildə tikilərək istifadə etdiyi qeyri-yaşayış sahəsinin 2016-cı ildə İddiaçı adına “sənədləşdirilməsinə” dair sərəncamın özünün hansı qanunvericilik aktlarına əsasən qəbul olunması məhkəmənin araşdırmalı olduğu məsələdir. 2016-cı ildən 2021-ci ilədək ona qarşı iddialar qaldıran icra başçısı, guya “qeyri-yaşayış sahəsinin park daxilidə, ictimai yerdə, dövlət fondu torpağın üzərində tikildiyinə görə qanunsuz tikili olmasını” iddia edirdisə, necə olur ki, həmin obyektə dair İddiaçı adına sərəncam verir? Onun adına olan sərəncamı ləğv edəndə əsas qeyri-yaşayış sahəsi qanunsuz tikiliymiş, eyni obyektə dair İddiaçı adına sərəncam veriləndə isə qanuni tikiliymiş (?). Belə ki, obyektini əlindən almaq üçün icra başçısı 2016-cı ilin yanvar ayından qanunsuz hərəkətlərə başlamış, icra başçısı idida etmişdir ki, guya park ərazisində olduğuna görə, obyekt qanunsuz tikilmişdir. 2016- 2021-ci illərdə İcra Hakimiyyəti ilə aralarında uzun məhkəmə mübahisələri olmuş, nəhayət, obyektin mülkiyyətində olması əsasına görə, icra hakimiyyətinin ona qarşı iddiaları rədd olunmuşdur. bundan sonra isə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı A.Əsgərovun xx.xx.2016-cı il tarixli 33 №-li sərəncamı ortaya çıxmışdır ki, guya, mülkiyyətində olan obyekt bu sərəncam əsasında başqa şəxsin adına “rəsmiləşdirilmişdir”. Hesab edir ki, 2016-cı ilin yanvar ayından onun əmlakını əlindən almağa yönəlmiş müxtəlif qanunsuz hərəkətlər edən (onun adına olan sərəncamın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum olunmağına dair Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ildə Bakı İnzibati Məhkəməsində və Nərimanov rayon məhkəməsində iddialar qaldırılması və s.) Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun niyə məhz İddiaçı adına sərəncam verməsi də araşdırılmalı məsələdir. Məlum olur ki, mülkiyyətində olan qeyriyaşayış sahəsinə dair “İddiaçı”nın adına sərəncam verilməsi heç də təsadüfi deyil. Yəqin ki, məhkəmə iclasında iştirak edərsə, İddiaçı özü də qohumluq münasibətini inkar etməz. Göründüyü kimi, icra başçısının məqsədi yalnız obyekti ələ keçirməkdir. Ona görə də mənin əmlakımı yaxın qohumunun adına rəsmiləşdirməyə dair qanunsuz sərəncamı hər vəchlə “qorumağa çalışır”. Diqqətə çatdırır ki, onun əmlakına iddia edən İddiaçı heç bir vaxt görməmiş, heç vaxt əmlakın olduğu yerə gəlməmişdir, 2016-2021-ci illərdə Nəsimi rayon İH başçısı A.Əsgərovun ona qarşı qanunsuz iddialarında heç bir vaxt, onun obyektinə dair İddiaçı adlı şəxsin adına sərəncam verildiyi deyilməmiş, xx.xx.2016-cı il tarixli 33 № sərəncam ortaya çıxarılmamışdır. İddiaçı adından iddia qaldırılmasında İddiaçı özü yox, icra başçısı maraqlıdır, yeganə niyyəti əmlakını əlimdən almaqdır. Apellyasiya şikayətinin araşdırılması zamanı qeyd edilən halların nəzərə alınmasını xahiş edir. İşin hazırkı apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1556/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı X5 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin icraatında olan inzibati işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin 2-1(103)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş “icraatın təzələnməsi” barədə ərizəsi təmin edilmiş və İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə dayandırılmış icraat təzələnmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti və ona əlavənin məzmumnuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq göstyərdi ki, hazırkı mübahisənin əsas səbəbi NRİH başçısının onun əmlakını əlindən almaq istəyindən qaynaqlanmış, ona aid sərəncamın ləğv edilməsi, sonradan isə onun mülkiyyətində olan sahənin başçının öz yaxın qohumu (arvadının bacısı, yəni baldızı) olan İddiaçı adına keçirmək cəhdi də bu məqsədlə edilmiş və tam qanunsuz hərəkətlərlərə bağlı olmuşdur. Qeyd edilən qeyriyaşayış sahəsi mülkiyyətçinin özü tərəfindən müvafiq sənədləşmələrə əsasən qanuni əsaslarla inşa edilmiş, sonradan da eyni qaydada qanunu əsaslarla istismara qəbul edilərək reyestrdə qeydə alınmış, həmin sahə inşa edildiyi vaxtdan hal-hazıradak fasiləsiz olaraq mülkiyyətçinin istifadə və sahibliyində olmuş, mülkiyyəti həmin sahəni müxtəlif vaxtlarda müxtəlif şəxslərə icarəy vermiş, İddiaçı adlı şəxs həmin ünvanla bağlı heç bir vaxt və hər hansı formada əlaqəsi olmamış, çox güman ki, həmin xanım həmin yeri ümumiyyətlə tanımır. İddiaçı NİHB-nın yaxın qohumu- arvadının bacısıdır- baldızıdır, bu faktın özü də bariz şəkildə təsdiq edir ki, bu çəkişmələrdə maraqlı şəxs elə başçının özüdür ki, o da istənilən yolla- hətta aşkar qanunsuz sərəncamlar verməkdən çəkinməyərək belə, mülkiyyətçinin əmlakını əlindən almaq istəyir. Belə ki, mülkiyyətçinin əmlakına dair sərəncamlar 2016-cı ildə verildiyini nəzərə aldıqda müəyyən olunur ki, həmin vaxt RİHB-ın belə bir səlahiyyət olmamışdır. İddiaçı adına sərəncamın verilməsinə əsas olan sənədlərdən də məlum olur ki, həmin sənədlər də uydurma və saxta olmuşdur, həmin sərəncam qanunsuz olmaqla yanaşı, həm də anlaşılan da deyildir, çünki sərəncamda İddiaçı adına “sənədləşdirilsin” ifadəsu işlədilib, lakin bunun nə demək olduğu məlum olmur, bu ifadə hər hansı hüquq ifadə etmir, eləcə də sərəncamın yönəldiyi şəxsə hər hansı subyektiv hüquq vermir. NRİH indiyədək aparılan bütün məhkəmə mübahisələrində təqdim etdikləri izahat və etirazlarında mübahisələndirilən qeyr-yaşayış sahəsinin məhz hazırkı mülkiyyətçi tərəfindən qanunsuz olaraq inşa edildiyini, həmin ərazinin tikinti sahəsi olmadığını açıq şəkildə bəyan etmiş, belə olan halda başqasının inşa etdiyi, bunula belə qnunsuz olduğu və ərazinin də tikinti üçün nəzərdə tutulmadığını iddia edən NRİH, necə oldu ki, həmin tikilinin İddiaçı adına sənədləşdirilməsinə sərəncam vermişdir. Bu baxımdan da NRİHB-ın həmin sərəncamı hüquqi cəhətdən ilk başdan etibarsız inzibati akt olmaqla, həmin sərəncam İddiaçı mülkiyyətçinin mülkiyyət hüquqnu mübahisələndirmək üçün hər hansı əsas vermir. Ali məhkəmənin hazırk qeyr-yaşayış sahəsinə dair iş üzrə ...... qərarında da xüsusi olarqa qeyd edilmişdir ki, qeydə alınmış mülkiyyət hüququq digər sərəncam və ya qəralaradə əks olunmuş hüquqlara münasibətdə üstün təminat verir. Nümayəndə onu da xüsusi olaraq qeyd etdi ki, işə baxan birinci instansiya məhkəməsi mülkiyyətiçinin mülkiyyət hüququ ilə məsələni həll etdiyi işə, nədənsə, mülkiyyətçinin iştirakını təmin etmədən baxmışdır ki, bunu özü də həmin qərarın qərəzli olduğunu göstərir və onun qeyd-şərtsiz ləğvini şərtləndirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmayarq təmin edilməməsinin xahiş etdi və əlavə olaraq da göstərdi ki, hazırkı mübahisə ilə bilavasitə əlaqəli olan və kasassiya qaydasında da təsdiq olunmuş məhkəmə akları mövcuddur ki, onlar bu iş üçün preyudisial əhəmiyyət daşıyır, üçüncü şəxsə aid sərəncamlar ləğv edilmiş, üçüncü şəxsin həmin sərəncamların ləğvi və etibarsıslığına dair iddiaları uğursuz olmuşdur, onun adına aparılmış qeydiyyat qanunsusuzdur, mübahisələndirilən qərar qanuni və əsaslıdır. Bununla belə, vəkil İddiaçı adına verilmiş sərəncam verilərkən RİHB-ın belə səlahiyyətinin oması məsələsinə münasibətdə qeyd etdi ki, bu sualın iddiaçiya aidiyyəti ola bilməz, bunun cavabını RİH-in nümayəndəsi izah edə bilər. Həmin sərəncamda istifadə edilən “sənədləşdirilsin” ifadəsinin İddiaçı hansı hüquq verməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı isə vəkil bildirdi ki, bu mövcud praktikaya əsaslanır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayındəsi mübahisənin həllinin məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bidirdi. Üçüncü şəxs Nəsimi RİH-in nümayəndəsi apellyasiya şikayəti ilə razı olmadıqlarını və onun təmin edilməməsini xahiş etdi və əlavə olaraq da bildir di ki, hazırkı üçüncü şəxslə bağlı sərəncamlar ləğv edilmiş, onun tərəfindən İH-in həmin sərəncamları ayrı-ayrılıqada mübahisələndirilmiş, Ali Məhkəməyədək onun iddiaları təmin olumamışdır. Onun adına verilmiş çıxarış qanunsuz olmuşdur, onlar bu barədə qeydiyyat orqanına məlumat vermişlər. lakin hansısa səbəbdən onların müraciəti nəzərə alınmamışdır, hesab edir ki, məhkəmənin qəraı tam qanunı və əsaslıdır. Bunula belə, nümayəndə 2016-cı ilədə RİHBın belə bir sərəncam vermək səlahiyyətinə malik olması, sahəyə dair bundan əvvəlki sərəncamları səhərsalma və tikinti qaydalarına ələm edilməmdən inşa edilməsi, eləcə də həmin ərazinin yaşıllıq sahəsi olmaqla tikinti üçün nəzərdə tutulmaması əsasına görə ləğv edildiyi halda, bir ay sonra həmin sahəyə dair başqa şəxsəin adına yeni sərəncamın verilməsinin nə dərcədə əsaslı və qanuni olması, habelə İddiaçı müraciəti ilə bağlı olan sənədlərin həqiqiliyi, İddiaçı həqiqətən də başçının yaxın qohumu olması ilə bağlı məsələlər aydınlaşdırılarkən, nümayəndə özünün həmin dövrdə RİH-də işləmədiyini, bu səbəbdən də həmin hallara dair məlumatının olmadığını və bunlara dair izahat verə bilməyəcəyini, İddiaçının müraciəti ilə bağlı sənədlərin isə müddət keçməsi səbəbindən İHdə saxlanılmadığını, bu səbəbdən də onların məhkəməy təqdim oluna bilməyəcəyini bildirdi. Üçüncü şəxs NRİH nümayəndəsi və vəkili M.Muxtarov apellyasiya şikayəti ilə razı olmadığını, digər nümayəndənin bildirdiklərini təsdiq edərək göstərdi ki, hazırkı iş üçün preyudisial olan bir neçə qüvvədə məhkəm qərarı mövcuddur, mübahisələndirilən qeyriyaşaiış sahəsinin üçüncü şəxsin adına qeydə alınmasına əsas olmuş sərəncamlar qanunsuz olması əsasına görə ləğv edilmiş, üçüncü şəxs həmin sərəncamları məhkəmə qaydasında mübahisələndirmiş və onun bütün iddiaları əsaslz olduğundan rədd edilmişdir. Hazırda iddiaçı əsası olmayan qeydiyyatın ləğvini tələb edir ki, məhkəmə də haqlı olaraq iddianı təmin etmişdir, odur ki, şikayətin təmin edilmədən, qərarın isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə üçüncu şəxsin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 33 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164.85 kv.m olan qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 18/03-8/1741 saylı məktubda qeyd edilir: Sizin, xx.xx.2016-cı il tarixli, 1-9/348 saylı razılıq məktubunuzu nəzərə alaraq, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsindəki 644-cü məhəllədə yerləşən istirahət parkının ərazisində vət. İddiaçı istifadəsində olan mövcud qeyri-yaşayış obyektinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həlli ("xxxx" MMC-nin işi, memar O.O.Məmmədov) razılaşdırılır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada aparılmalıdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 49 ünvanda yerləşən qeyri-yaşayış binasına xüsusi mülkiyyət hüququ (tam) X5 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/03-8/5974 saylı məktubunun və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinin əsas götürülməsi, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazəsindəki vətəndaş A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: X3 rayon İcra Hakimiyyətinə 13 sentyabr 2007-ci tarixli, 01-04/261 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yeni layihə əsasında bərpa etdiyi mövcud pavilyonun onun adına rəsmiləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03- 8/5974 saylı məktubu nəzərə alınaraq Nəsimi rayonu A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyon onun adına rəsmilişdirilmışdır. X3 rayon İcra Hakimiyyətinə 15 sentyabr 2012-ci tarixli, N-232 saylı ərizəsi ilə müraciət edərək, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində onun adına rəsmiləşdirilmiş pavilyonun qarşılıqlı razılıq əsasında X11 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu müraciət əsasında Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli Sərəncamı verilmiş və həmin sərəncamın birinci bəndinə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamın 2-ci bəndində dəyişiklik edilərək: - “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X11 adına rəsmiləşdirilsin” qeyd olunmuşdur. Beləliklə, 24 sentyabr 2012-ci tarixdən X5 bu qeyriyaşayış sahəsi ilə bağlı hüquqları X2. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamı ilə Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci il tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Vətəndaşlar A.Nəsirov və A.Əsgərov tərəfindən qanunsuzluğun güman ediləcəyi nəzərə alınaraq sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı RİH-nin sərəncamlarının surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2016-ci il tarixdə göndərilmişdir, lakın sənədlər xx.xx.2016-cı il tarixdə Bakı şəhər Ərazi İdarəsi tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı X9 13 iyun 2016- cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 01 nömrəli inzibati aktının ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2016-cı il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavadehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli sərəncamının ləğv edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(81)-182/2017 saylı iş) 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyası (2-1(103)-893/17 saylı iş) 20 aprel 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qərarı ilə razılaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (2-1(102)-1568/2017 saylı iş) 22 avqust 2017-ci il tarixli qərarla iddiaçının kassasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Beləliklə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı X9 xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 05 oktyabr 2007- ci tarixli, 328 nömrəli sərəncamının etibarsız hesab edilməsi hissəsində etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin (2-1(81)-3451/2018 saylı iş) 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (2-1(103)- 475/19 saylı iş) 19 fevral 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (2-1(102)-2092/2019 saylı iş) 21 iyun 2019-cu il tarixli qərarlı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-475/19 saylı 19 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1925/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərarı ilə razılaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (2- 1(102)-1553/2020 saylı iş) 21 oktyabr 2020-ci il tarixli qərarla iddiaçının kassasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərəncam qüvvədən düşmüş hesab olunur və bu hal məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları ilə təsdiq olunur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03-8/5974 saylı məktubu və Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinin əsas götürülməsi, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki vətəndaş A.N.Nəsirov tərəfindən yeni layihə əsasında bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli, 18/03-8/5974 saylı razılıq məktubuna əsasən Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində yerləşən mövcud pavilyon Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə vətəndaş X5 adına rəsmiləşdirilmişdir. Vətəndaş A.N.Nəsirov ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun vətəndaş X11 adına sənədləşdirilməsini xahiş etmişdir. Vətəndaş A.Ə.Əsgərov özü də ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən ünvanda yerləşən pavilyonun onun adına sənədləşdirilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X11 adına rəsmiləşdirilsin”. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində mövcud pavilyon Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 328 saylı sərəncamı ilə X5 adına rəsmiləşdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 246 saylı sərəncamı ilə pavilyon X11 adına keçirilmişdir. Mövcud pavilyonun rəsmiləşdirilməsini nəzərdə tutan sərəncam və ona əsas olan sənədlərlə bağlı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13-cü maddəsinə uyğun olaraq dövlət şəhərsalma nəzarəti qaydasında yerində araşdırılarkən sərəncamla nəzərdə tutulmuş tikintiyə icazə icraatı və tikinti obyektinə dair tələblər qaydasında müvafiq sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmiş və bununla əlaqədar akt tərtib olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 328 saylı və xx.xx.2012-ci il tarixli 246 saylı sərəncamlarının etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin sənədlərdə olan Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m olan qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh tərəfindən X5 adına daşınmaz əmlakın dövlət reyestrində hazırda mübahisələndirilən qeydiyyat aparılarkən X9 tərəfindən təqdim edilən sənədlər tam tədqiq olunmamış, sərəncamın kimə aid olması, sərəncamın hazırda qüvvədə olub-olmaması, ləğv və ya etibarsız hesab edilib-edilməməsi aydınlaşdırılmamış, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyi müəyyən edilməmiş, zəruri sənədlər əldə edilməmiş, maraqlı şəxslərin iştirakı təmin edilməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Beləliklə, qeyd olunan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin mövqey əsassız olmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 1 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1 1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. 139-1 1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilınəyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsıyası qüvvədədir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 05 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyonun X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bundan sonra A.N.Nəsirov ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək onun adına sənədləşdirilmiş sözügedən pavilyonun X11 adına sənədləşdirilməsini xahiş etmişdir, eyni zamanda A.Ə.Əsgərov özü də ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək qarşılıqlı razılıq əsasında yuxarıda göstərilən ünvanda yerləşən pavilyonun onun adına sənədləşdirilməsini xahiş etmişdir və Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 24 sentyabr 2012-ci il tarixli 246 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamının 2-ci bəndində qismən dəyişiklik edilərək aşağıdakı kimi oxunması qərara alınmışdır: “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisindəki pavilyon vətəndaş X11 adına rəsmiləşdirilsin”. Daha sonra Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 11 yanvar 2016-cı il tarixli 01 saylı sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 328 saylı və xx.xx.2012-ci il tarixli 246 saylı sərəncamları etibarsız hesab edilmişdir. Bir müddət sonra Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamı ilə müvafiq qeyri-yaşayış sahəsinin vətəndaş İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı hazırda cavabdeh inzibati orqan tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən cavabdehin hərəkətinin qanunsuz hesab edilməsini və aparılan qeydiyyatın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdehin iddiaya dair yazlı etirazından görünür ki, üçüncü şəxs X5 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 328 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı, xx.xx.2014-cü il tarixli 7 nömrəli tikinti obyektinin istismarına icazə sənədi və yerli icra hakimiyyəti ilə razılaşdırılmış eskiz layihə əsasında verilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərəncamında göstərilmişdir ki, “Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkının ərazisində mövcud pavilyon Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı sərəncamı ilə X5 adına rəsmiləşdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 246 saylı sərəncamı ilə pavilyon X11 adına keçmişdir. Mövcud pavilyonunu rəsmiləşdirilməsini nəzərdə tutan sərəncam və ona əsas olan sənədlərlə bağlı “ Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.13-cü maddəsinə uyğun olaraq dövlət şəhərsalma nəzarəti qaydasında yerində araşdırılarkən sərəncamla nəzərdə tutulmuş tikintiyə icazə icraatı və tikinti obyektin dair tələblər qaydasında müvafiq sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmiş və bununla əlaqədar akt tərtib olunmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57 və 75-ci maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.5-ci maddəsinə əsasən:

1. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 328 saylı və xx.xx.2012-ci il tarixli, 246 saylı sərəncamları etibarsız hesab edilsin.

2. Mövcud sərəncamın surəti məlumat üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsibə və vətəndaş X13 göndərilsin”. Bundan başqa tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2017/2022 nömrəli 26 oktyabr 2022-ci il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin X1 qeyriyaşayış sahəsinə dair verdiyi 17 may 2016-cı il tarixli, seriya RX, ******* nömrəli Hüquqların Dölət qeydiyyatı haqqında daşınmaz əmlakın Dölət reyestirindən çıxarışla təsdiq olunur. Eyni zamanda adıçəkilən çıxarışın hazırda qüvvədə olması Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(102)-3520/2021 nömrəli qərarı ilə də müəyyən olunur. Yəni həmin məsələ işin təkzibolunmaz halını təşkil edir. Həmin qərarənda AliMəhkəmənin Məhkəmə Kollegiyası müəyyən etmişdir ki, daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlaka aid digər hər hansı bir inzibati akdan daha yüksək hüquqi qüvvəyə malikdir. (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri). Həmçinin İcra Hakimiyyəti tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktublarda qeyd edilmişdir ki, «Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli, 586 nömrəli Fərmanın icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən noyabr 2015-ci il tarixdə rayon ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrinin qorunub saxlanması və mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə tapşırıq verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin Aparatının Rayon təsərrüfatı şöbəsi tərəfindən rayon ərazisndə bir neçə faktlarla yanaşı Ata Türk adına olan istirahət parkının ərazisində yerləşən “Şaurma” adlı qeyri-yaşayış sahəsi ilə bağlı pozuntular müəyyən edilmişdir. Bu barədə RİH-in rəhbərliyinə xidməti arayışla məlumat verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərancamı ilə Nəsimi RİH Başçısının 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli və 24 sentyabr 2012-ci tarixli, 246 nömrəli sərəncamları etibarsız hesab edilmişdir. Aparılmış araşdırma materiallarından (GOOGLE map-xəritə) məlum olmuşdur ki, “Şaurma” adlı qeyri-yaşayış sahəsi yaradılmasından əvvəl parkın həmin sahəsində yaşıllıq (ağaclar və dekorotiv kollar) olmuş və obyekt tikilərkən ağaclar və kollar məhv edilmişdir. Şəxsi maraqlar zəmnində dövlət əmlakı (torpaq sahəsi) zəbt olunmuş və yaşıllığa ziyan vurulmuşdur. Qeyd olunan faktlar rayon Mənzil Kommunal Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktdan və 52 saylı MKİS-nin xx.xx.2015-ci il tarixli 471 saylı məktubda öz əksini tapmışdır (bax. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 11 yanvar 2016-cı tarixli, 01 nömrəli Sərancamına əlavə edilmiş sənədlərə). Beləliklə, Nəsimi rayon İcra Hakimiyyəti 05 oktyabr 2007-ci tarixli, 328 nömrəli Sərancam verərkən vəzifə salahiyyətləri çərçivəsini aşaraq inşaat işləri üçün nəzərədə tutulmayan, dövlət fondunda olan ərazidə tikinti üçün ayrılmasına, şəhərsalma sənədlərinə riayət edilməməsinə, ekoloji və sanitar normaların tələblərinin pozulmasına, obyektin layihəsininin dövlət ekspertizasından keçirilməməsinə şərait yaratmış, şəxsi maraqlar zəmində qanunsuz olaraq X5 adına hal-hazırda Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binasını rəsmiləşdirilmişdir.” Göründüyü kimi Nəsimi rayon İcra Hakimiyyəti müvafiq qeyri-yaşayış sahəsinin üçüncü şəxs X5, sonradan X11 adına rəsmiləşdirilməsini nəzərdə tutan sərəncamları ləğv edərkən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasına, yaşıllığa ziyan vurulmasına, ekeloji və sanitar normaların tələblərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İcra Hakimiyyəti xx.xx.2016-ci il tarixli sərəncamla yuxarıda qeyd edilənlərə əsaslanaraq, müvafiq sərəncamları ləğv etsə də, cəmi 1 ay 15 günndən sonra 26 fevral 2016-cı il tarixli 33 saylı sərəncamı ilə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində 644-cü məhəllədə yerləşən bir mərtəbəli, ümumi sahəsi 164,85 kv.m. olan həmin qeyri-yaşayış sahəsini vətəndaş İddiaçı adına sənədləşdirilməsinə dair yeni qərar vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Göründüyü kimi inzibati orqanın hərəkətləri yuxarıda sadalanan normalara zidd olmamış, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə əsaslanaraq qanuni həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri) Digər tərəfdən apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən prosessual qanunvericilik normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: 62.1. Məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. 62.2. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. 62.3. Məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. 64.1. Sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Maddələrin tələblərindən göründüyü kimi, şifahi məhkəmə baxışı ilə bağlı iclasının vaxtı və yeri haqqında prosess iştirakçısına bildiriş təqdim edilməlidir və həmin bildirişdə onun gəlmədiyi halda işə iştirakı olmadan baxıması mümkünlüyü əks olunmalıdır. Bu şərtlərin mövcudluğu halında, işə tərəfin iştirakı olmadan baxılması qanunvericilikdə təsbit edilmişdir. Lakin iş materiallarına üçüncü şəxs X5 məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasını əks etdirən məhkəmə bildirişləri əlavə edilsə də, həmin bildirişlərin üçüncü şəxs tərəfindən alınmasını təsdiq edən poçt xəbərnamələri mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərinbərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir. (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin istinad olunan hüquqi mövqeyindən də görünür ki, məhkəmə işlərə baxarkən tərəflərin bərabərliyini təmin etməli, bunun üçün tərəflərin bərabər vəziyyətlərdə izahat vermək imkanlarını təmin etməli, bu məqsədlə isə ilk növbədə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflər qanunauyğun formada məlumatlandırılmalıdırlar ki, məhkəmədə baxılan işlə bağlı izahatlarını verə bilsinlər. Hazırkı iş üzrə üçüncü şəxsə iclasın vaxtı və yeri barədə məlumat verilməməsi, məlumat verilməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması və qərar qəbul edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin də göstərilən hüquqi mövqeyinə ziddir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9048/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Üçüncü şəxs X5 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9048/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, 17 may 2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 49 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X5 adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərkən bir inzibati orqan kimi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və aparılan qeydiyyatın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar