Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1300/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2- 1(112)-10237/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1961-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 14 avqust 1978-ci ildən başlamışdır. Əmək fəaliyyəti dövründə güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmışdır. 2023-cü ildə güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə xx.xx.2023-cü il tarixli imtina verilmişdir. Təqdim etdiyi arayışda briqadir vəzifəsində işlədiyi qeyd edilsə də, o, da digər rəngsazlar kimi fəaliyyət göstərmişdir. Briqadir təyin olunmağı onu hər hansı işin görülməsindən azad etməmişdir. Qeyd etdiyi dövrlərdə ona güzəştli şərtlərlə pensiya təyin olunmasına əsas verən işlərdə işləmişdir və müvafiq hüququ yaranmışdır. Ona görə də cavabdehin imtinasını düzgün hesab etmir. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.2007 – xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun Metalkonstruksiya sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışında iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Eyni zamanda, iddiaçının Mərkəzi Filiala təqdim etiyi "xxxx" MMC-nin 14 dekabr 2022-ci il tarixli, HR- 2022/BOS/GHA/R-00456 nömrəli arayışında onun xx.xx.2013 – xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə metal konstruksiyaların rəglənməsi üzrə briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi həmin vəzifə müvafiq siyahıda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 15 gün (xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2002-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-10237/2023 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-10237/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinə qarşı etirazı müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. 16 iyun 1990-cı ildə verilmiş UV-İ seriyalı 107255 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1985-ci ildə Ç.İldırım adına Politexnik İnstitutuna daxil olmuş 1990-cı ildə həmin institutda “Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1978-ci ildə doldurulmuş ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı: xx.xx.1978-ci ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Qaradağ sahəsinə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə ona ikinci dərəcə dülgərlik dərəcəsi təhkim olunmuş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir; xx.xx.1979-cu ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Qaradağ sahəsinə ikinci dərəcəli dülgər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir; xx.xx.1982-ci ildə “Bakıxüsusicihaztəmirtikinti” Tikinti İdarəsinin Mexanizasiya sahəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə işdən azad olunmuşdur. xx.xx.1982-ci ildə Azərbaycan Dəmir Yolları Bakı şöbəsinin Qaradağ stansiyasına minik avtomobilinə sürücü vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982ci ildə Azərbaycan SSR SənayeTikinti Nazirliyinin “Avtoekspedisiya” Trestinin 6 saylı Qaradağ ərazi-nəqliyyat kontoruna 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə X7 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildən yenidən qaraja mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1985-ci ildə “Belqorod” Texnoloji İnstitutuna əyani tələbələr siyahısına daxil edilmişdir. xx.xx.1987-ci ildə Bakı Stasionar Dərinlik X2 avadanlığın təmiri sahəsində usta vəzifəsinə təyin olunmuş; xx.xx.1989-cu ildə həmin yerdə mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı ildə Texnoloji Avadanlığın Təmiri sahəsinə mexanik vəzifəsinə qəbul edilmiş. xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1990-cı ildə “Azneftmaş” EİB “Volodarskiy” maşınqayırma zavoduna bölmə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə “Eskulap” FKÇM baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1992-ci ildə Bakı şəhəri Qaradağ RXTŞ 253 saylı məktəbə hərbi rəhbər təyin edilmişdir. xx.xx.2002-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2002-ci ildə 3 ay müddətinə 4 nömrəli sexə 10-cu dərəcəli usta işinə təyin olunmuşdur. xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2003-cü ildə Mexaniki təmir sexinə 10-cu dərəcəli usta vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2004-cü ildə PCH OFF shore PTY LTD şirkətinə rəngsaz vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə tutduğu vəzfədən azad edilmişdir. xx.xx.2007-ci ildə Metal konstruksiyaların rəngləmə sexinə 4-cü dərəcəli rəngsaz peşəsinə işə qəbul edilmişdir. xx.xx.2009-cu ildə 12-ci dərəcəli usta vəzifəsinə keçirilib. xx.xx.2013cü ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2013-cü ildə metal konstruksiyalarının rənglənməsi üzrə briqadir vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci ildə metal konstruksiyalarının rənglənməsi üzrə briqadir vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci ildə tutduğu vəzifədən azad edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli HR2022/BOS/GHAR/R- 00/456 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı BOS Şelf MMC-də xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Metal konstruksiyaların rənglənməsi üzrə briqadir peşəsində işləmişdir. "xxxx" MMC xx.xx.2001ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta vəzifəsində: Bakı stasionar dərinlik X2 avadanlıqların təmiri sahəsində xx.xx.1987-ci il tarixindən (xx.xx.1987-ci il tarixli 369/K saylı əmr) xx.xx.1989-cu il tarixinədək (xx.xx.1989-cu il tarixli 355/K saylı əmr); "Şelflayihətikinti” LSTB-nin Ehtiyyat hissələri, Qeyri Standart avadanlıqlar və Xalq istehlakı malları istehsalı zavodunun Texnoloji avadanlıqların təmiri sahəsində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990-cı il tarixli 13/K saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990-cı il tarixli 13/K saylı əmr); “Şelflayihətikinti” İB-nin Bakı dərin özüllər zavodunun 4 nömrəli sexində xx.xx.2002-ci il tarixindən (xx.xx.2002-ci il tarixli 43/K saylı əmr) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il tarixli 33/K saylı əmr); Bakı dərin özüllər zavodunun Mexaniki Təmir sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli 31/K-2 saylı əmr) xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli 16/K saylı əmr); Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Metalkonstruksiyaların rənglənməsi sexində xx.xx.2009-cu il tarixindən (xx.xx.2009-cu il tarixli 171/K saylı əmr) xx.xx.2013-cü il tarixinədək (xx.xx.2013cü il tarixli 40/K saylı əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə iş stajı 07 il 3 ay 15 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Texnoloji avadanlıqların təmirinin, istehsal proseslərinin və əl əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması ilə əlaqədar işlərin qəbulunda iştirak etmək, əməyin mütərəqqi üsul və metodlarının tətbiqini, iş yerlərinin səmərələşdirilməsini və peşələrin əvəz olunmasını təşkil etmək, fəhlələr tərəfindən istehsal normalarının yerinə yetirilməsini, istehsal sahələrinin, maşın və avadanlığı gücündən istifadə olunmasını, sahənin ahəngdar işini təşkil etmək və sair işlərdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri: vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən tikinti və quraşdırma işləri üzrə usta vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Metalkonstruksiyaların rənglənməsi sexində xx.xx.2007-ci il tarixindən (xx.xx.2007-ci il tarixli 229/K saylı əmr) xx.xx.2009-cu il tarixinədək (xx.xx.2009-cu il tarixli 171/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 01 il 11 ay 04 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda rəng püskürdücü avadanlıqlar, müxtəlif növ fırçalar vasitəsi ilə aseton və digər həlledici materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində “rəngsaz“ peşə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. İşə baxan birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-8- 107/2023 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı zavodun Metalkonstruksiyalarının rənglənməsi sexində işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci Ümumi peşələr bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğunluq təşkil edir. Belə ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi dövrdə “astar boyalarla” işləmiş, həmin boyaların tərkibində “toluol” maddəsi mövcud olmuşdur. Həmin maddənin təhlükəlilik dərəcəsi isə ГОСТ 12,1005-88 “İşçi zonasına olan ümumi sanitar-gigyenik tələblər” SSRİ dövlət standartlarından çıxarışın 54-cü sıra nömrəsində 3-cü sinfə aid edilmişdir. Həmçinin, xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “İş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli”ndə də zərərli maddə kimi toluol maddəsinin işlədildiyi öz əksini tapmışdır. İddiaçı işlədiyi usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b” yarımbəndində verilmiş “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsinə uyğunluq təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli C2023/BOSS/BAC/GHA/L- 792 №li məktubda göstərilmişdir İddiaçı "xxxx" MMC-də “Rəngsaz” vəzifəsində çalışmamışdır. Onun işlədiyi “Metal Konstruksiyaların rənglənməsi üzrə Briqadir” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə öz əksini tapmadığından İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmamışdır. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 3-17-1/2-C-91823/2023 saylı 27 aprel 2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim olunmuş sənədlərdə iddiaçının xx.xx.2007-xx.xx.2009cu il tarixləri arasındakı dövr ərzində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun “Metalkonstruksiya” sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin ona dair xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00111 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Eyni zamanda Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin iddiaçıya dair 14 dekabr 2022-ci il tarixli HR-2022/BOS/GHAR/R-00/456 nömrəli arayışında onun xx.xx.2013xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə metal konstruksiyaların rənglənməsi üzrə briqdir vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda göstərilən Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 15 gün (xx.xx.1987xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2002- xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşin apellyasiya qaydasında araşdırılması zamanı məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin verdiyi 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Metal konstruksiyaların rənglənməsi üzrə Briqadir rəngsazların işlədiyi qapalı əraziyə müəyyən vaxtlarda daxil olsa da, orada mütəmadi olaraq qalmır və bu səbəbdən də həmin maddələrlə uzun müddət təmasda olmur. Buna görə də, 2018-ci ildə SOCAR-ın Əmək Şəraiti normalarının işlənməsi idarəsi tərəfindən "xxxx" MMC-də aparılmış əmək şəraiti üzrə iş yerlərinin attestasiyalarının nəticələrinin qeyd olunduğu sənədlərə əsasən “Metal konstruksiyaların rənglənməsi üzrə Briqadir” vəzifəsinə aid olan iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlində həmin vəzifəni icra edən işçinin məruz qaldığı təhlükəliliyi 3cü sinifdən aşağı olmayan zərərli maddələr aşkar olunmamışdır. İddiaçı "xxxx" MMC-də işlədiyi “Metal konstruksiyaların rənglənməsi üzrə Briqadir” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu hissədə olan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası” və 35-ci hissədə olan “Ümumi peşələr” bəndlərində öz əksini tapmamışdır. Odur ki, göstərilən xüsusatla bağlı Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq yazılan İddiaçı "xxxx" MMC-də güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajının yaranmadığı barədə qeyd olunmuş xx.xx.2023-cü il tarixli cavab məktubunun nəzərə alınması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının 60 yaşına çatması (xx.xx.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bileti və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçıya işlədiyi peşələrə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin üçüncü şərtinə (12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır) əməl olunmamışdır. Belə ki, iddiaçının xüsusi iş stajı aşağıda qeyd olunan müddətlərdə müəyyən olunmuşdur: xx.xx.1987-ci il tarixindən - xx.xx.1989-cu il tarixinədək; xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı il tarixinədək; xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək; xx.xx.2003-cü il tarixindən - xx.xx.2004-cü il tarixinədək; xx.xx.2009-cu il tarixindən xx.xx.2013-cü il tarixinədək (cəmi 07 il 3 ay 15 gün); xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək (01 il 11 ay 04 gün). Ümumilikdə 09 il 2 ay 19 gün. İddiaçının qeyd olunan illərdə işlədiyi peşələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələri: vəzifələrin və göstəricilərin siyahısının 29-cu bölməsinin “b” bəndində göstərilən tikinti və quraşdırma işləri üzrə “usta” və 35-ci bölməsində göstərilən “rəngsaz“ peşə və vəzifə kodlarında da müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbinin əsassız olması qənaətinə gələn birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(112)-10237/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1300/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1300/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver