Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1301/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkili qızının və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşından, yəni xx.xx.2013-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2013-cü ildən hal-hazıradək ona ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 33.1). İddianın əsaslarına iddiaçı xx.xx.1961-cı ildə anadan olmuş, 24 fevral 2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu tərəfindən 07 aprel 2021-ci il, № **********1 nömrəli cavab məktubuna əsasən pensiya təyin olunmasından imtina olunmuşdur. İmtina onunla əsaslanmışdır ki, onun stajı və işlədiyi vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermir. İddiaçı “Neft Daşları” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğuların istismar-təmir sexinin rəisi vəzifəsinin təlimatına istinadən hesab edir ki, o, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq olunan 1 nömrəli Siyahısının X bölməsinin 1100000b—24125 şriftində nəzərdə tutulan vəzifələrdə tələb olunan güzəştli iş stajı vardır. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının güzəştli iş stajının olmadığını mübahisələndirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-6544/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı pensiya hüququ yarandığı 29 dekabr 2013- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2021) geriyə 3 il üzrə yəni, xx.xx.2018-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona hissə-hissə ödənilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinadən mübahisəlndirir ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 №-li qərarı ilə təsdiq edilmiş. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neft, qaz və qaz və qaz kondensatının hasilatı (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərədə tutulmuşdur. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18 avqust 1982-ci il tarixli PT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Neft Daşları” NQÇİ-də İdarəetmə aparatının Hidrotexniki qurğular üzrə istehsalat şöbəsinin rəis müavini, xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Beləliklə, onun işlədiyi vəzifələr yuxarıda qeyd olunan operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Əfəndiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil, iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən əsasən hərbi xidmət dövrü, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan hərbi bileti (QZ №-li 0411670), diplomu (Moskva Mühəndis-Tikinti İnstitutu PB№338998 xx.xx.1988) və əmək kitabçasının (PT-İ № 0151891) təsdiq olunmuş surətlərinə əsasən xx.xx.2006-cı il tarixinə aşağıdakı iş stajı müəyyən olunur: xx.xx.1980-xx.xx.1982: müddətli həqiqi hərbi xidmət (2 il 1ay 8gün); xx.xx.1982-xx.xx.1982 Qazax rayonu S.Vurğun adına sovxoz ( 6 ay 1 gün); xx.xx.1982-xx.xx.1983 X4 Ordeni adına Moskva Mühəndis Tikinti İnstitutu, gündüz hazırlıq kursunda əyani təhsil (8 ay 23gün) xx.xx.1983-xx.xx.1988 X4 Ordeni adına Moskva Mühəndis Tikinti İnstitutunda əyani təhsil ( 4 il 9 ay 29 gün); xx.xx.1988-xx.xx.1989: Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ, Hidrotexniki qurğuları üzrə istehsalat şöbəsində İ kateqoriya mühəndis(11 ay 13 gün); xx.xx.1989-xx.xx.1990: həmin istehsalat şöbəsində İİ kateqoriya mühəndis (7 ay 16 gün); xx.xx.1990-xx.xx.1991: həmin istehsalat şöbəsində rəis müavini (1 il 9 gün); xx.xx.1991-xx.xx.2001: Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexi sex rəisi (10 il 1 ay 12 gün); xx.xx.2001-xx.xx.2002: «Xəzərdənizneftqaztikinti» tresti istehsalat üzrə baş mütəxəssis müavini (11 ay 6 gün); xx.xx.2002-xx.xx.2003: AR İqt. İnk.Naz.Dövlət Əmlakının Özəlləşdirilməsii Departamenti "xxxx" ASC-nin idarə heyətinin sədri (8 ay 15 gün); xx.xx.2003-xx.xx.2006: X5, Tikintiyə və təmirə nəzarət şöbəsinin rəis müavini (xx.xx.2005 tarixinə kimi: (2 il 7 ay 16 gün ). İddiaçının qeyd olunan iş stajı toplandıqda onun xx.xx.2006-cı il tarixinə 25 il 1 ay 28 gün ümumi iş stajı toplanır. İş materiallarına əsasən müəyyən olunur ki, həmin stajın 10 ildən də çoxunu iddiaçı güzəştli şərtlərələ pensiya hüqunu verən xüsusilə zərərli və ağır vəzifələrdə çalışmışdır. Belə ki, işə əlavə olunmuş SOCAR “X2 “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arxiv arayışında -iddiaçının xx.xx.1991xx.xx.2001-ci illərdə (10 il 1 ay 12 gün) Sov.İKP-nin XXİİ qurultayı adına NQÇİ-də Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində işlədiyi sex rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» İ nömrəli Siyahısının 1100000b-24125 şifrinə (X bölmə)aid güzəştli pensiya hüquq verən vəzifə təsbit olunmuşdur. Eyni zamanda, hazırkı apellyasiya mərhələsində «SOCAR İstehsalat Birliyinin «Neft Daşları» neft və qazçıxarma idarəsinin Bakı Apellyasia Məhkəməsinə təqdim edilməsi üçün verdiyi xx.xx.2022-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, İddiaçı xx.xx.1991xx.xx.2001-ci illərdə 10 il 1 ay 12 gün Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexində sex rəisi kimi çalışdığı vəzifə 1 №-li Siyahının X bölməsinin 1100000b- 24125 şifrinə aiddir. Adıçəkilən İdarənin xx.xx.2022-ci il tarixində əsli ilə düzlüyü təsdiq olunmuş – «Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexinin Əsasnaməsi»nə, habelə, «Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexinin rəisinin vəzifə Təlimatı»na əsasən isə müəyyən olunur ki, sexin funksiyalarına aylıq operativ plan qrafiki tərtib edib, ay ərzində sexə lazım olan məmulatlarının neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexinin rəisinə təqdim edir (və s.). Sex rəisinin başılca məqsədi isə hidrotexniki qurğuların normal istismarına, əsasnamənin müddəalarının yerinə yetirilməsinə nəzarətdən, təmir və profilaktiki işələrin görülmüsindən, avadanlıqların etibarlı quraşdırılmasından və təmirindən, texnoloji boru kəmərlərinin düzgün bərkidilməsindən və quraşdırmaqdan, operativ texniki sənədləri obyektlərin vəziyyəti barədə vəs aktları hazırlamaqdan (və s.) ibarətdir. Göründüyü kimi, “Dəniz neft-mədən hidrotexniki qurğuların istismarı və təmiri sexi və həmin sexin rəisinin” əsas iş prinsipi operativ istehsalat xidmətləri həyata keçirməklə, dənizdə neft hasilatının fasiləsiz və davamlı şəkildə normal istehsal dövriyyəsini təmin etəməkdən ibarətdir. 1 saylı Siyahının da, məhz, “X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində” bölməsində «neft, qaz və qaz və qaz kondensatının hasilatı bölməsinin rəhbərlər və mütəxəssislər bəndində «1100000b- 24125 şrifti altında «neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri» vəzifələri - güzəştli pensiya hüquq verən xüsusilə zərərli və ağır iş şəraitinə aid olan vəzifələr sırasına aid edilmişdir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Beləliklə də «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «a» bəndinin tələbi baxımından, iddiaçı 2006-cı ilə qədər azı 20 il ümumi və 10 il 1 nömrəli Siyahıda nəzərdə tutulan vəzifədə işləməklə 52 (xx.xx.2013) yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya tərəfindən iddianın qismən təmin edilərək, İddiaçı pensiya hüququ yarandığı 29 dekabr 2013- cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2021) geriyə 3 il üzrə yəni, xx.xx.2018-ci il tarixindən pensiya məbləğinin hesablanıb ona hissə-hissə ödənilməsi cavabdehə hvələ edilməsi işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun nətiədir. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021saylı, xx.xx.2021-ci il tarixli qərarınının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6544/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1301/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1301/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver