Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1301/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehin nümaynədəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10813/2022 saylı, 27 oktyabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin olaraq xx.xx.2015-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2016-ci il tarixdə isə təkrar müayinədən keçdikdən sonra növbəti müayinə tarixi xx.xx.2020-ci il müəyyən olunmaqla həmin dövrdə ona əlilliyə görə müavinət ödənilmişdir. Daha sonra, 2020-ci ilin noyabr ayından etibarən səhhətində xəstəliyi ilə əlaqədar ağırlaşmalar olduğuna görə, o, əvvəlcə xx.xx.2020-ci il tarixində Akademik C.Abdullayev adına X1 müayinə olunmuş, xx.xx.2020-ci il tarixdə 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş göndərişə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müəyyən müayinələrdən keçirilmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 saylı şəhər Klinik Xəstəxanasında stasionar müalicə almış və xx.xx.2020-ci il tarixində müalicə aldığı xəstəxana tərəfindən 39 saylı poliklinikaya göndərilmişdir. Həmin gündən 39 saylı poliklinikada ambulator müalicəsini davam etdirmiş və poliklinika tərəfindən əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə göndəriş elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Lakin TSEK tərəfindən ona imtina verilmiş və Forma 88-də imtinanın əsası kimi “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu” qeyd olunmuşdur. Bundan bir müddət sonra 39 saylı poliklinika tərəfindən yenidən əlilliyinin təkrar qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Nəticədə onun əlilliyi təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixində yenidən əvvəlki meyarla ikinci dərəcəli əlillik təyin olunmuşdur. Lakin xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməmişdir. Qeyd etdiklərindən də məlum olur ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi onun təqsirindən yox, dövlət tibb müəssisələrinin səhlənkarlığından bu qədər uzanmışdır. Odur ki, müvafiq dövlət qurumlarının təqsiri üzündən əlilliyinin təkrar qiymətləndirilməsinin gec həyata keçirilməsi onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bu səbəbdən də hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, o, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ən qısa zamanda ödənilməsini xahiş etmişdir. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial onun müraciətinə xx.xx.2022-ci il tarixli məktubla cavab verərək heç bir əsas olmadan ödəniş etməkdən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən 19 may 2022-ci il tarixli, **********2 №li etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. X2 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə müavinət bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən qanunun tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10813/2022 saylı, 27 oktyabr 2022-ci il il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 3.3-1-ci maddəsini rəhbər tutaraq əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (06 ay 15 gün) ödənilməmiş müavinətin ödənilməsini nəzərə almışdır. Belə ki, məhkəmə həmin qanun normasına düzgün hüquqi qiymət verməmişdir. Həmin qanun normasına əsasən 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Həmçinin, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə Qanunun 3.3-1-ci maddəsinə istinad etmək mümkün olardı. Lakin iddiaçının əlilliyinin təkrar qiymətləndirmə tarixi xx.xx.2021-ci ildir. Beləliklə, hər iki hala əsasən iddiaçının iddia tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10813/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda bildirilmişdir ki, “Sizin xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək İİ əlilliyə görə müavinət təyin edilmiş və əlilliyinizin müddətinin bitməsi ilə əlaqədar müavinətinizin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X2 Sisteminin Əlillik altsisteminə əsasən Sizin xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək İİ dərəcə əlilliyiniz müəyyən edilmiş və müvafiq olaraq Sizə xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli Fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İİ dərəcə əlilliyiniz xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) Sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “X12 Sığorta üzrə Dövlət Agentliyinə göndərilmiş əlillik dərəcənizin təyin olunmasına köməklik göstərilməsi haqqında müraciətiniz əsasında Agentliyin tapşırığı ilə 39 nömrəli Şəhər Poliklinikası öz səlahiyyəti daxilində müvafiq tədbir görmüş və nəticəsi barədə məlumat təqdim etmişdir. Təqdim edilmiş məlumatda Sizin əlillik dərəcənizin təyini üçün sənədlərinizin hazırlanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X6 (TSERAS) 4326003AABW6 nömrəli bildiriş kodu ilə yerləşdirildiyi və xx.xx.2021-ci il tarixində qiymətləndirilərək xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək İİ (ikinci) dərəcəli əlillik təyin olunduğu bildirilmişdir. Eyni zamanda məlumatda, Sizin poliklinikaya müraciətinizin aldığınız müalicələrlə əlaqədar müəyyən fasilələrlə baş tutduğu üçün tibbi sənədlərinizin hazırlanması və TSERAS-a daxil edilməsi 6 (altı) aydan uzun müddəti əhatə etdiyi qeyd edilmişdir. Əlilliyin qiymətləndirilməsinin nəticələrinə dair TSEK tərəfindən qəbul edilmiş qərarlarla razılaşmadığınız təqdirdə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir”. 13 saylı Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair xx.xx.2016-cı il tarixli məlumatına əsasən, təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbilə xx.xx.2015-ci il tarixdə X7 ikinci dərəcəli əlillik təyin olunmuş, “arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə” diaqnozu qoyulmuşdur. Əlilliyinin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik => Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur; həkimin rəyi: patofunksional göstəricilər və köməkçi diaqnostik instrumental müayinə nəticələri ətraflı qeyd olunmayıb. Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə üzrə məlumata əsasən, İddiaçı ümumi xəstəlik səbəbilə xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılaraq ikinci dərəcəli əlillik təyin olunmuşdur. Bazilyar arteriyanın tıxanması va stenozu. Vertebro bazilyar hövzəsində beyin qan dövranının pozğunluğu. Başın travmalarının nəticələri. Qapalı kəllə beyin travmasının nəticələri anamnestik. Vestibulyar funksiyaların dəqiqləşdirilməmiş pozğunluğu, Təkrarlanan vestibulyar aparatın pozulması. Digər və dəqiqləşdirilməmiş koordinasiya pozğunluğu, Koordinator pozuntular. Sümük tamlığının digər pozulmaları, Təpə nahiyyəsində 20x30 mm sümük defekti. Hipertenziv ensefalopatiya, tez-tez təkrarlanan krizlərlə. Keçici korluq. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, ikitərəfli ağıreşitmə, sağda İV, solda İİ dərəcə, Dizartriya epizodları, Aterosklerotik kardioskleroz diaqnozu qoyulmuşdur. İnzibati işin araşdırılmış hallarından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı 2015-ci ildə “arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə” diaqnozu qoyulmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən xx.xx.2015-ci ildə 1 il, xx.xx.2016-cı ildə 1 il, xx.xx.2021-ci ildə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə əlilliyi müəyyən edilmiş, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2020il tarixədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilə tarixədək aylıq sosial müavinət təyin olunmuş və ödənilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əlilliyi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh müvafiq aylıq müavinəti ödəməkdən imtina edir. Göründüyü kimi, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanunundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına dair məsələyə “Sosial müavinətlər haqqında” Qanunun və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun normalarına əsasən qiymət verilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri birinci instansiya məhkəməsinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 3.3-1-ci maddəsinə düzgün hüquqi qiymət verməməsi, həmin qanun normasına əsasən 6 ay ötürüldüyündən mübahisələndirilən dövrün iddiaçıya ödənilməsi qanunun tələblərinə zidd olması, həmçinin, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə Qanunun 3.3-1-ci maddəsinə istinad etməyin mümkün ola biləcəyindən, lakin iddiaçının əlilliyinin təkrar qiymətləndirmə tarixinin xx.xx.2021-ci il olmasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət təyin edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlilliyə müavinət-əlillik müddətinə təyin edilir. Həmin Qanunun 9.1-2-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarından və qanunvericliyin tələblərindən də görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 22-1(112)-10813/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10813/2022 saylı, 27 oktyabr 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1301/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1301/2023
28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver